584
ETİKAFIN HÖKMLƏRİ
oturmağa zərurət yaranarsa imkan olan surtdə kölgədə
oturmasın.
Məsələ 2824: Etikafa başlayandan sonra, o etikaf (məsələn:
müəyyən gündə etikaf saxlamasını nəzr etməsi kimi) müəyyən
vacib etikaf olmasa, iki gün keçməmiş etikafdan qayıda və onu
poza bilər. Amma niyyət edən vaxt əgər hər hansı bir hadisə baş
verərsə etikafdan qayıtmağı şərt etsə, iki gün keçəndən sonra da
etikafdan qayıda bilər.
Məsələ 2825: Etikaf edən şəxs gərək bir çox işlərdən
çəkinsin. Onları etmək etikafı batil edir.
1. Cinsi əlaqədə olmaq və istimna etmək. Ehtiyat-vacib budur
ki, şəhvətlə qadına toxunmaqdan və öpməkdən çəkinilsin.
2. Xoş iyilər istifadə etmək.
3. Al-ver etikafı batil edir amma müamiləni batil etmir.
Ehtiyat-vacib budur ki, (razılıq, müzaribə, icarə və bunlar kimi,)
hər ticarətdən çəkinilsin.Əgər bir şeyin al-verinə zərurət yaransa
vəkil tuta bilməsə icazəlidir.
4. Başqasına üstünlük əldə etmək və özünü üstün göstərmək
üçün (istər dünayaya aid olsun istərsədə axirətə) mübahisə
etmək.
Məsələ 2826: Əgər vacib etikaf halında bilərəkdən cinsi
əlaqədə olsa istər gündüz olsun istərsədə gecə kəffarə vermək
vacibdir. Ehtiyata əsasən kəffarəsi ardıcıllıqla budur ki, altımış
gün ardıcıl oruc tutsun və altımış fəqirə yemək versin.
Cimadan başqa çəkiniləsi lazım olan işlərdən edərsə kəffarə
vacib deyil.
Məsələ 2827: Etikaf edən cinsi əlaqədən başqa etikafı batil
edən işlərdən səhv üzündən edərsə, etikafı batil deyil.
Məsələ 2828: Əgər etikafı qeyd olunan işlərdən biri ilə batil
etsə, etikafı qeyri müəyyən etikaf olarsa məsələn: etikaf üçün
müəyyən bir vaxt təyin etmədiyi nəzrdirsə gərək etikafı ikinci
dəfə yerinə yetirsin. Əgər müəyyən etmiş vacib olsa, məsələn:
İzahlı şəriət hökmləri
585
müəyyən vaxtda etikafı nəzr etsə yaxud etikaf müstəhəb olsa o
batil edən işi iki gündən sonra etsə, ehtiyat-vacibə əsasən etikafın
qəzasını yerinə yetirsin. Müstəhəb etikafda batil edən iş iki
gündən qabaq olsa qəzası yoxdur.
Məsələ 2829: Etikafdan digər etikafa keçmək icazəli deyil.
İstər hər ikisi vacib olsun məsələn: birini nəzr etsə digərini isə
and içdiyinə görə özünə vacib etsə yaxud hər ikisi müstəhəb
olsalar yaxud biri vacib digəri müstəhəb olsa və ya biri özü üçün
digəri isə başqası tərəfdən naib yaxud isticari olsa yaxud hər ikisi
üçün başqası tərəfdən naib olsa, (etikafdan digər etikafa keçə
bilməz).
Məsələ 2830: Əgər etikaf edən şəxs qəsbi xalçanın üstündə
oturarsa günah etmişdir amma etikafı batil olmur. Amma bir
nəfər bir yeri tutmaqda qabaqa düşübsə və etikaf edən o yeri
ondan razılıq olmadan alsa etikafı o yerdə ehtiyata əsasən
batildir.
Məsələ 2831: Əgər etikaf edən şəxsə qüsl vacib olsa, əgər
məsciddə qüsl etməyin maneəsi olmasa, (məsələn: meyyit qüslü
kimi,) məsciddən xaric olması icazəli deyil. Əgər məsciddə qüsl
etməyin maneəsi olsa məsələn cənabət qüslü kimi, qüsl verəndə
qüsl etdiyi müddəti məsciddə qalmalı olduğuna görə gərək
məsciddən çıxsın. Əks təqdirdə etikafı batildir.
586
YAXŞILIQLARA ƏMR ETMƏK VƏ ...
YAXŞILIQLARA ƏMR ETMƏK VƏ ...
YAXŞILIQLARA ƏMR ETMƏK VƏ
PİSLİKLƏRDƏN ÇƏKİNDİRMƏK
Əmr bil-məruf və nəhy ənil-münkər müqəddəs İslam
şəriətinin mühüm vaciblərindəndir. Bütün peyğəmbərlərin
şəriətlərində gəlmişdir. Əmr bil-məruf yəni, camaatı şəri
vaciblərə dəvət etmək və nəhy ən-ilmünkər yəni, insanları şəri
olmayan əməllərdən çəkindirməyə deyilir.
Məsələ 2832: Bütün insanlara vacibdir ki, qüdrətləri həddində
bir-birlərini əmr bil-məruf və nəhy ənil-münkər etsinlər. Xüsusən
atalar öz övladlarını, müəllimlər öz şagirdlərini, kişilər öz həyat
yoldaşlarını əmr bil-məruf və nəhy ənil-münkər etsinlər.
Məsələ 2833: Əmr bil-məruf və nəhy ənil-münkərin
vacibliyində alimlə cahil, kişi ilə qadın, qoca ilə cavan arasında
heç bir fərq yoxdur. Onların hamısına vacibdir.
Məsələ 2834: Əmr bil-məruf və nəhy ənil-münkərin bir neçə
şərti vardır:
1. Əmr bil-məruf və nəhy ənil-münkər edən şəxs gərək nəyə
dəvət etdiyini və nədən çəkindirdiyini bilsin; məsələn: gündəlik
namazların vacib olduğunu bilsin və ona əmr etsin. Həmçinin
yalan danışmağın haram olduğunu bilsin və ondan çəkindirsin.
2. Əmr və nəhyinin təsirli olacağına ehtimal versin. Deməli,
əgər təsirli olmayacağına əmin olsa, onun əmr və nəhy etməsi
vacib deyildir.
3. Əmr bil-məruf və nəhy ənil-münkər fəsada səbəb olmasın.
4. Qarşı tərəf vaciblərin tərkinə və münkərlərin yerinə
yetirilməsində israrlı olarsa, (buna əməl olunsun.) Deməli, əgər
vacibi tərk edən və ya harama düşən bu əməllərdə israrlı olmasa
vacib deyil.
İzahlı şəriət hökmləri
587
Məsələ 2835: Əmr bil-məruf və nəhy ənil-münkərin üç
mərhələsi vardır. Bir mərhələdən başqa mərhələyə keçmək
olmaz. Bir mərhələnin təsirli omadığı bilinən təqdirdə, sonrakı
mərhələyə əməl oluna bilər.
Birinci: Haram işə nifrətini bildirəcək şəkildə davransın,
məsələn: qarşı tərəfə anlatsın namaz qılmadığına və ya yalan
danışdığına görə səndən üz döndərirəm, münasibətimi kəsirəm
və qaş-qabağını töksün.
İkinci: Yaxşı əxlaq və gözəl sözlərlə ona əmr bil-məruf və
nəhy ənil-münkər etsin. Əgər təsir etməsə ciddi (kobud)
sözlərdən istifadə etsin.
Üçüncü: Əməli surətdə pis işin qarşısını alsın. Məsələn:
qumar oynayan şəxsə qaş-qabaq göstərib və söz demək ilə təsir
qoya bilməsə, qumarbazın əlindən qumar alətini alsın və yaxud
namaz qılmayan şəxsi namaz qılmağa məcbur etsin.
Məsələ 2836: Əmr bil-mərufun bölmələri o qədər çoxdur ki,
bu qısa bir hissədə onların hamsını demək mümkün deyildir.
Amma onların ən mühümləri firuiddindir ki; Namaz, Oruc,
Zəkat, Xüms, Həcc, Əmr bil-məruf, Nəhy ənil-münkər, Təvəlla
(məsumları
(ələyhimus-səlam)
sevib onlardan itaət etmək), Təbərra
(din düşmənlərini özünə düşmən sayıb onlardan uzaqlaşmaq),
Cihad.
İmam Sadiq
(ələyhis-səlam)
əshablarından birinə buyurdu:
“Mənim salamımı mənə itaət edənlərə çatdır və onlara de: düz
danışmağı, əmanəti sahibinə qaytarmağa, qonşu ilə yaxşı rəftar
etməyi sizə tövsiyə edirəm. Allah yanında ən sevimli şəxs odur ki,
insanlara çox xeyir verə və möminlərin ehtiyacların aradan
qaldırmaqda çalışa. Özünüz üçün istədiklərinizi camaat üçün də
istəyin, başqalarının eyiblərini örtün, yalan danışanlarla və
fasiqlərlə yoldaşlıq etməyin. Öz işlərinizi ağıllı və dindar
insanlarla məsləhətləşin, özünüzdən kiçiklərə rəhm edin,
Dostları ilə paylaş: |