Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə72/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   68   69   70   71   72   73   74   75   ...   209

İzahlı şəriət hökmləri

       197 

 

Məsələ  840:  Sinədən  qızıl  həmayil  asmaq,  ipək  paltar 

geyinmək,  barmağa  qızıl  üzük  taxmaq,  qızıl  eynək  vurmaq  və 

qızıl  saat  taxmaqla  bəzənmək,  kişilər  üçün  haram  və  onlarla 

namaz  qılmaq  batildir.  Amma  qadının  namaz  və  ya  qeyri-

namazda, qızılla bəzənməsinin eybi yoxdur. 

Məsələ  841:  Əgər  bir  kişi  üzük  və  ya  paltarının  qızıldan 

hazırlandığını  bilməyib  və  ya  unudub,  yaxud  da  şəkk  etsə, 

onunla  namaz  qılsa,  ehtiyat-müstəhəb  budur  ki,  namazı  yenidən 

qılsın. Əgər vaxtı keçmişsə qəzasını qılsın. 



ALTINCI ŞƏRT 

Məsələ  842:  Namaz  qılan  kişinin  paltarı,  hətta  araqçını, 

şalvarının bağı (kəmər), ehtiyat-vacibə görə, gərək xalis ipəkdən 

olmasın.  Namazdan  başqa  vaxtlarda  da  onun  geyilməsi,  kişiyə 

haramdır. 



Məsələ  843: Əgər paltarın astarının hamısı,  yaxud bir hissəsi 

xalis  ipəkdən  olsa,  onun  geyilməsi  kişi  üçün  haram,  onunla 

qılınan namaz da batildir. 

Məsələ  844:  Paltarın,  xalis  ipəkdən  və  ya  başqa  şeydən 

hazırlandığını  bilməyirsə,  əgər  namazdan  qeyri  halda  geyinərsə 

eybi  yoxdur.  Amma  ehtiyat-müstəhəbə  görə  onunla  namaz 

qılmasın. 



Məsələ  845:  İpək  dəsmal  və  bu  kimi  şeylər  kişinin  cibində 

olsa eybi yoxdur, namazı da batil etmir. 



Məsələ  846:  Qadının  namazda  və  qeyri-namazda  ipək  paltar 

geyməsinin eybi yoxdur.  



Məsələ  847:  Çarəsizlik  üzündən  qəsbi,  xalis  ipəkdən  və  ya 

qızıldan  toxunan,  murdardan  hazırlanan  paltar  geyməyin 

maneəsi  yoxdur.  Həmçinin,  paltar  geyinməsi  gərəkli  olan  bir 

şəxs, bunlardan başqa paltarı yoxdursa, bu paltarlarla namaz qıla 

bilər. 



198        

NAMAZIN HÖKMLƏRİ 

 

Məsələ  848:  Əgər  qəsbi  və  ölmüş  heyvandan  hazırlanmış 

paltardan  əlavə  paltarı  olmasa  və  paltar  geyməyə  naçar  olmasa, 

çılpaqların  hökmündə  deyilənlərə  uyğun  olaraq  namaz 

qılmalıdır.  



Məsələ  849:  Əgər  əti  haram  olan  və  ya  murdar  olmuş 

heyvandan  hazırlanmış  paltardan  başqa  paltarı  olmasa,  əgər  bu 

paltarı geyməyə  məcbur olsa, həmin paltar ilə namaz qıla bilər. 

Amma naçar olmasa, çılpaqların namazında deyilən göstərişlərə 

əsasən namaz qılsın. Ehtiyat budur ki, bir dəfə də həmin paltarda 

namaz qılsın. 



Məsələ  850:  Əgər kişinin xalis ipək və ya qızıldan toxunmuş 

paltardan başqa paltarı olmasa, bu halda həmin paltarı geyməyə 

məcbur  olmasa,  çılpaqların  namazında  deyilən  göstərişlərə 

əsasən  namaz  qılmalıdır.  Ehtiyat  budur  ki,  bir  dəfə  də  həmin 

paltarda namaz qılsın. 

Məsələ  851:  Əgər  namazda  övrətini  örtmək  üçün  bir  şey 

olmasa,  vacibdir  ki,  kirayə  və  ya  pulla  almaqla  da  olsa,  paltar 

əldə  etsin.  Amma  həmin  paltarı  almaq  üçün  çoxlu  pul  tələb 

olunursa  və  bu  pullar  onun  var-dövlətinə  nisbətən  çoxdursa, 

yaxud bu pulları həmin paltarı almağa xərcləsə, madi vəziyyətinə 

zərər  yetirəcəksə,  bu  halda  çılpaqların  namazının  göstərişlərinə 

əsasən namaz qılsın.  

Məsələ 852: Paltarı olmayan bir şəxsə başqası paltar bağışlasa 

və  yaxud  ariyə  versə,  bu  halda  onu  qəbul  etmək  o  şəxs  üçün 

çətin deyilsə (ki, adətən buna dözmürlər), qəbul etməlidir. Hətta, 

əgər  ariyə  götürmək,  yaxud  bəxşiş  istəmək  onun  üçün  çətin 

deyilsə,  paltarı  olan  şəxsdən  bəxşiş  istəməli  və  yaxud  ariyə 

almalıdır. 



Məsələ  853: Parçası, rəngi və tikilişi onun üçün adi olmayan 

(elm  əhlinin  hərbi  paltar  geyib,  təhqirinə  səbəb  olacağı  kimi) 

şöhrət  paltarı  və  ya  təhqir  paltarı  ki,  geyinəcəyi  təqdirdə 



İzahlı şəriət hökmləri

       199 

 

barmaqla göstəriləcək hala gələrsə, geyinilməsi haramdır. Amma 



o paltarla namaz qılsa eybi yoxdur. 

Məsələ  854:  Ehtiyat-vacibə  görə  kişi  qadın  paltarı,  qadın  da 

kişi  paltarı  geyməsin.  Amma  o  paltarda  namaz  qılsalar,  eybi 

yoxdur.  

Məsələ  855:  Uzanan  halda  namaz  qılmalı  olan  bir  şəxsin, 

yorğanı  əti  haram  olan  heyvanlardan  olsa,  çılpaq  olmasada 

onunla  namaz  qılmaq  icazəli  deyil.  Əgər  nəcis  və  ya  ipək  olsa 

onlar  ilə  örtülüb  deyilsə  onunla  namaz  qılmaq  icazəli  deyil. 

Amma  üstünə  çəkməsinin  heç  bir  eybi  yoxdur.  Namaz  üçün  də 

heç  bir  maneə  yaratmır.  Amma  döşəyin  heç  bir  halda  maneəsi 

yoxdur. Əgər döşəyə bürünüb deyilərsə döşəyin hökmü yorğanın 

hökmündədir. 



NAMAZ QILANIN PALTAR VƏ BƏDƏNİNİN PAK 

OLMASININ LAZIM OLMADIĞI HALLAR 

Məsələ  856:  Təfsilatı  sonradan  deyiləcək  üç  halda,  namaz 

qılanın bədəni və ya paltarı nəcis olsa, onun namazı səhihdir: 

1-Bədənində olan  yara, (cərahət) və  ya çiban səbəbilə paltarı 

və ya bədəni qana bulaşarsa

2-Onun paltarı və ya bədəni, dirhəmdən az təqribən, “şəhadət” 

barmağının axır bəndi miqdarında qana bulaşarsa; 

3-Nəcis paltar və  ya bədənlə namaz qılmağa naçar olsa;  əgər 

namaz qılanın təkcə paltarı nəcis olsa, iki halda namazı səhihdir: 

1).Onun kiçik paltarı (corab və arağçın kimi) nəcis olarsa

2)  Uşaq  saxlayan  qadının  paltarı  nəcis  olarsa.  Bu  beş  halın 

hökmləri, sonrakı məsələlərdə təfsilatı ilə deyiləcək. 

Məsələ  857:  Əgər  namaz  qılanın  bədənində  və  paltarında 

yara,  yaxud  çiban  qanı  olsa,  bu  halda  bədənin  və  paltarın  suya 

çəkilməsi, yaxud dəyişdirilməsi əksər camaat üçün çətindirsə, nə 

qədər  ki,  onun  yarası,  yaxud  çibanı  sağalmayıb,  o  şəxsin  özü 

üçün çətin olmasa da, o qanla namaz qıla bilər. Həmçinin qanla 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə