İzahlı şəriət hökmləri
67
5
-
İNQİLAB
Məsələ 199: Şərab, öz-özünə və ya içinə sirkə və duz kimi
şeyin qatılması səbəbi ilə sirkəyə çevrilsə, pak olar.
Məsələ 200: Nəcis üzüm və bu kimi şeylərdən hazırlanan
şərab, və ya başqa bir nəcis o şəraba dəyərsə, dəyişib sirkə olsa
pak olmaz.
Məsələ 201: Nəcis xurma, kişmiş və üzümdən hazırlanan
sirkə nəcisdir.
Məsələ 202: Əgər üzümün və xurmanın çör-çöpü onların
içində olsa və sirkə tökülsə zərəri yoxdur. Amma ehtiyat budur
ki, onların içinə sirkə olmazdan qabaq xiyar, badımcan və
bunlara bənzər şeylər tökülməsin.
Məsələ 203: Üzüm suyu odda qaynayarsa, məst edici
olmayanadək pak, amma yeyilməsi haramdır. Amma qaynayaraq
üçdə ikisi getsə və üçdə biri qalsa, halal olur. Əgər öz-özünə
qaynayarsa ehtiyata əsasən nəcisdir. Yalnız sirkəyə çevrilmək ilə
pak və halal olur.
Məsələ 204: Əgər üzüm suyunun iki hissəsi qaynamadan
azalarsa, qalanı qaynadığı halda pak və içilməsi halaldır. Əgər
üzüm suyu deyilərsə qaynaması ilə haram olur.
Məsələ 205: Qaynayıb-qaynamadığı bilinməyən üzüm suyu
halaldır, amma əgər qaynayarsa, insan, onun qaynayaraq üçdə
ikisinin azaldığını yəqin etməyincə halal olmaz.
Məsələ 206: Əgər, bir salxım yetişməmiş üzümdə (qorada) bir
neçə yetişmiş üzüm dənəsi tapılırsa, ondan alınan suya qora suyu
deyilərsə və üzümün şirinliyindən onda olmazsa, qaynadığı
təqdirdə yeyilməsi halaldır.
Məsələ 207: Əgər odda qaynamaqda olan bir şeyin içərisinə
bir üzüm dənəsi düşərsə və qaynadığı halda yox olmazsa, o
üzüm dənəsini yemək haramdır.
68
PAKLAYICILAR
Məsələ 208: Əgər bir neçə qabda şirə bişirmək istəsələr, daha
yaxşı olar qaynanmış qazana salınan kəfgiri, qaynanmamış
qazana vurmasınlar. Əgər hamısı qaynasa, üçdə ikisi azalmayan
qazanın kəfgirini, üçdə ikisi azalan qazana vurmasınlar.
Məsələ 209: Qora, və ya üzüm olduğu bilinməyən bir şey
qaynayarsa, halaldır.
6 -
İNTİQAL
1
Məsələ 210: İnsanın, yaxud atıcı qanı olan, yəni damarı
kəsildikdə qanı sıçrayışla çölə çıxan heyvanın qanı, atıcı qanı
olmayan heyvanın bədəninə gedib o heyvanın qanı hesab olunsa,
pak olur. Buna intiqal deyilir. Deməli, zəlinin insanın
bədənindən çəkdiyi qana “zəli qanı deyil, insan qanıdır”
deyildiyinə görə nəcisdir.
Məsələ 211: Əgər bir şəxs, bədəninə qonmuş ağcaqanadı
öldürsə və ondan çıxan qanın öz qanı, yaxud ağcaqanadın qanı
olmasını bilməsə, pakdır. Həmçinin, əgər həmin qanı ondan
əmdiyini bilsə, amma ağcaqanadın bədənindən hesab olunsa,
yenə də pakdır. Amma ağcaqanadın onun qanını çəkməsi ilə
öldürməsi arasındakı zaman fasiləsi çox az olsa, insan qanıdır
deyilsə, nəcisdir. Həmçinin əgər insan və ya ağcaqanadın qanı
olub-olmaması deyilidiyi məlum olmasa, nəcisdir.
7 - İSLAM
Məsələ 212: Əgər kafir şəhadəteyni (yəni Əşhədü ən la ilahə
illəllah və əşhədü ənnə Mühəmmədən Rəsulullah) desə və
şəhadəteynin mənasına diqqət etsə, müsəlman olar. Hətta hər
hansı dil və cümlə ilə, Allahın birliyinə və Muhəmmədin
(səlləllahu ələyhi və alihi və səlləm)
peyğəmbərliyinə şəhadət versə
müsəlman olur. Müsəlman olandan sonra onun bədəni, ağzının,
burnunun suyu və təri pakdır. Amma müsəlman olduğu zaman
1
Bir yerdən başqa yerə nəql olunma.
İzahlı şəriət hökmləri
69
nəcasətin eyni onun bədənində olsa, gərək onu aradan qaldırıb,
yerini suya çəksin. Əgər müsəlman olmamışdan qabaq nəcasətin
eyni aradan qaldırılmış olsa, ehtiyat-vacibə görə onun yerini
suya çəksin.
Məsələ 213: Əgər, kafir olduğu zamanda paltarı yaş halda
bədəninə dəymişdirsə, müsəlman olduğu zaman o paltar üzərində
olmasa nəcisdir. Əgər paltar üzərində olsa, ehtiyat-vacibə əsasən
o paltardan çəkinməlidir.
Məsələ 214: Əgər kafir kəlmeyi-şəhadəti deyərsə və insan
onun qəlbən müsəlman olub-olmadığını bilməzsə pakdır. Hətta
qəlbən müsəlman olmadığını bildiyi halda, ondan söylədiyi
kəlmeyi-şəhadətə zidd bir hərəkət görünməzsə hökm eynidir.
8 - TƏBƏİYYƏT
Məsələ 215: Təbəiyyət odur ki, nəcis bir şey, başqa şeyin pak
olması vasitəsi ilə paklansın.
Məsələ 216: Şərab sirkə olsa, şərabın qabı da qaynadığı halda
yetişdiyi yerə qədər pak olur. Adətən onun üzərinə qoyulan parça
və başqa bir şey də onun vasitəsi ilə nəcis olmuşsa, o da pak
olur. Amma qabın çöl tərəfinə şərab dəymişsə, şərabın sirkə
olmasından sonra, ehtiyat-vacibə əsasən ondan çəkinmək
lazımdır.
Məsələ 217: İki yerdə kafirin uşağı təbəiyyət yolu ilə pak
olur:
1- Bir kafir müsəlman olarsa, onun uşağı da paklıqda ona
tabedir. Həmçinin əgər kafir uşağın anası, ya baba və ya nənəsi
müsəlman olarsa, uşaq da pak olar.
2- Kafir bir uşaq, bir müsəlmana əsir düşsə, onun yanında
atası və ya babalarından biri yoxdursa pak olur. Amma bu iki
halda uşağın təbəiyyət yolu ilə pak olması üçün, uşaq
ağlıkəsəndirsə, kafir olduğunu izhar etməməlidir.
Dostları ilə paylaş: |