Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir



Yüklə 261,46 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix30.12.2017
ölçüsü261,46 Kb.
#18644
1   2   3   4   5   6   7   8   9   10

www.cafarcabbarli.org 

 

 



 

 

 



 

20 


ayaqlarına yıxılacaq. 

H a r i s. Gəlirmi? Aha, mən bir qədər gizlənim. Siz onu dindirəcəksiniz, deyilmi? 

C i n n e r. Dindirib sözünü alandan sonra, təslim edərəm. 

H a r i s. Çox gözəl! Mən gizlənim. (Gizlənir. Ramizi qolubağlı gətirilər.) 

C  i  n  n  e  r.  Nə  qədər  də  sərt,  nə  qədər  də  qəhrəmanlara  yaraşar  siması  var!  (Ramiz  gəlir.)  Sən 

türkmüsən? 

R a m i z. Əvət! 

C i n n e r. Suallarıma düz-doğru cavab verərsən? Doğru söylərsənsə, azad edərəm. 

R a m i z. Mən bir əsgərəm. 

C i n n e r. Nə demək istəyirsən? 

R a m i z. Demək istəyirəm ki, mən bir türk əsgəriyəm. Turk əsgəri ölər, yalan danışmaz! 

C i n n e r. Ha, ha! Türk hırzıslarına bu qədər nəzakət isnadından vicdanınız sıxılmayırmı? 

R  a  m  i  z.  Oh,  canavar!  Millətimin  şərəfinə,  gözlərimin  bəbəklərinə  təhqir  çırpırlar  da,  cavaba 

müqəddir deyiləm. Mən rica edirəm, mənə sən deyil, siz kəlməsi ilə müraciət edəsiniz! 

C i n n e r. Niyə? Sən kəlməsini özünə təhqirmi zənn edirsən? 

R a m i z. İnsan görməyənlərə, insanla nə cür rəftar olmasını öyrətməyi özümə vəzifə bilirəm! 

C i n n e r. Mənəmmi ədəbsiz! 

R a m i z. Xeyir, sənin mühitin! 

C i n n e r. Sus! Sən necə tərbiyəli olduğunu, içəri girib salam vermədiyindən və rütbədə səndən 

böyük bir adamı "siz" işlətməyə məcbur və təhqir etməyə çalışmağından gördüm! 

R a m i z. Qolum açıq olsaydı, salam verərdim. Təhqir etməsəydin, təhqir olunmaz idin! 

C i n n e r. Qolun açıq idi, əsgəri yumruqla vurub qaçmaq istəmişdin. Hər halda, bunları sonra 

danışarıq.  Hələlik  söylə,  türk  ordusu  neçə  mindir?  Onlara  deməmisənsə,  bir  türk  əsgəri  kimi 

mənə söylə? 

R a m i z. Bilmirəm. 

C i n n e r. Niyə? 

R a m i z. Çünki mən onlardan çoxdan ayrılmışam. 

C i n n e r. Türklər Dərnəni alanda orada idinmi? 

R a m i z. Orada idim! O vaxt da ayrıldım. 

C i n n e r. Nərəyə getdin? 

R a m i z. Trablisə gəldim. 

C i n n e r. Niyə gəldin? 

R a m i z. Millətimin, vətənimin xeyrinə, düşmənlərə qarşı çalışmağa! 

C i n n e r. Nə yollarla çalışırdın və çalışacaqdın? 

R a m i z. Orası hərbi əsrar olduğu üçün, söyləmərəm. 

C i n n e r. Eşitdim sən buraya öz sevgilinin ardınca gəlmisən. 

R a m i z. O mənim xüsusi işimdir! Fəqət hərb işləri ümumən millətimə aid olduğu üçün, birinci 

planda qoymuşam. 

C  i n n e r. Dəmindən böylə insan kimi  danışsaydın, ədəbsiz hərif!  Yaxşı,  sən türklərin  şəhərə 

girəcəklərinə əminmisən? 

R a m i z. Bütün inamımla! 

C i n n e r. Nədən bilirsən? 




www.cafarcabbarli.org 

 

 



 

 

 



 

21 


R a m i z. Benqazi altında silahlarınızı buraxıb, dovşan kimi çöllərə dağılmağınızdan! İndi də bu 

qədər qüvvə ilə qorxaq tülkülər kimi yuvaya təpinmənizdən! 

C i n n e r. Öylə isə, niyə türklər əvvəlcə Trablisdən qaçdılar? 

R a m i z. Türklərin qüvvəsi az idi, daha doğrusu, aralarında sizi tanıyan yox idi. 

C i n n e r. Sonradan qüvvə gəldimi? 

R a m i z. Gəlməsə də, eybi yox idi. 

C i n n e r. Niyə həmin qüvvə ilə müqabilə etdiniz? 

R a m i z. Biz əvvəl qarşımızda başlı-ayaqlı bir düşmən olduğunu zənn edib, çəkildik, sonradan 

yatmışkən  öldürtmək  istədiyiniz  Ənvər  gəlib,  qarşımızdakı  bir  düşmən  deyil,  ancaq  və  ancaq 

qadınlara  səcdə  edən  və  kamança  çalmağı  bacaran  romalılar  olduğunu  anlatdı.  Biz  də 

müqabiləyə başladıq. 

C i n n e r. Ona görə də düz köksündən həmən kamançılar tərəfindən bir yara aldı. 

R a m i z. Xayır, Ənvər yaralanmadı! Ənvər igidliyinə qarşı hərb allahından mükafat olaraq bir 

medaliya aldı. 

C i n n e r. Yetər artıq! Sənə dil uzunluğu göstərərəm! 

R a m i z. O yersiz, onsuz da sizi tanıdıq! 

C i n n er. Mədəniyyətdən uzaq sərsəri bir millətə o da azdır! 

R a m i z. Mədəni bir millət düşməninə, tutduğu əsirə zəncir vurmaz. 

C i n n e r. Yoxsa türkləri mədəniyyətdə də bizdən yuxarı bilirsən? 

R a m i z. Türklər mədəni deyildilər, insandılar! 

C i n n e r. Bəs biz? 

R a m i z. Mütəməddin vəhşilər! Mütəməddin insan isə yer üzündə yoxdur. 

C i n n e r. Ha, ha, ha! Dil pəhləvanları! Onlar bəs nə cürdürlər və nə cür olmalıdırlar? 

R  a  m  i  z.  Onlarda  mübariz  mübarizin  İzzəti-nəfsini  çamurlarda  tapdamaz!  Mübariz-mübarizi 

qolubağlı  qarşısında  saxlamaz!  Mübariz  mübarizinə  qadın  kimi  gülməz.  Fəqət  siz  dəmindən 

bəri  qolubağlı  bir  adama  tərbiyəsiz  qadınlar  kimi  gülürsünüz.  Kimsiniz  siz?  Mütəməddin 

vəhşilər! Əvət, tam mənasilə mütəməddin vəhşilər! 

C i n n e r. Sus, alçaq! Sənin ancaq dilin uzundur. Ölümdən başqa heç bir şeyə layiq deyilsən. Al 

mükafatını! 

R a m i z. Sənin kimi canavarların üzünü görməkdənsə, min dəfə ölümü görmək gözəldir! 

C i n n e r. Al, iştə ölüm! 

H a r i s (atılır). Dayanınız! Bəs mən? Mənə verdiyiniz söz? 

C i n n e r. Mən də sizi çağırmağı işarə etdim. (Ramiz ürkür.) Aparın, bu məlunu cəzasına yetirin! 

R a m i z. Siz kim olursanız özünüzə bir əsgər deyirsiniz. Azacıq o şərəfdən sizdə varsa, öldürün 

məni, bu iblisin əlinə verməyin! 

C i n n e r. Son sözlərində ifrata varmasaydın əvvəlki cəsarətin üçün, namusum haqqı, səni diri 

saxlatdıracaq  və  sonra  buraxdıracaqdım.  İndi  isə  haydı!  (Harisə.)  Rədd  et,  onu  mənim 

gözümdən! 

H a r i s (Ramizə). Ya əmir, qorxmaym! Mən  sizi öldürmərəm. Nə bilirsiniz ki, sizi azad etmək 

istəmirəm? Gedək. 

R a m i z. Ox, iblis, çəkil! Xəbis heybətinlə mənə yavuqlaşma! 

C i n n e r (əsgərlərə). Aparın onu! 




www.cafarcabbarli.org 

 

 



 

 

 



 

22 


R  a  m  i  z.  İştə  bu  sizdəki  əsgərlik,  bu  sizdəki  təməddün,  bu  sizdəki  insanlıq!  Min  dəfə 

göstərdiyinizi yenə təkrar etdiniz. Bir daha göstərdiniz ki, sizin mədəniyyətiniz təhqir, zəncir və 

yenə zəncirdən ibarətdir! (Gedir.) 

C  i n n e r. Ha, ha! Qəribə, türklər məğrurdurlar. Nə qədər də əsəbi! Nazik bir  söz xəncərdən 

daha  bedtər  ona  əsər  edər.  Mən  onu  sözlə  öldürdüm.  Onun  da  cavabları  kəskin  idisə, 

soyuqqanlığından  daha  yaman  kəsirdi.  Çox  cəsarət  almışlar.  Hələ  durun  hücum  etsinlər! 

Etməsələr də, biz hücum edəcəyik! 

B i r   n ə f ə r. Aşağı dərədə böyük bir dəstə silahlı ərəb görsənmiş! 

C i n n e r. Hanki tərəfdə? (Gedirlər.) 

Ş  ə  m  s  ə  (çıxır).  Ox,  nə  gözəl  təsadüf!  Onu  da  gördüm,  dedim.  Ramizi  də  təqib  etməliyəm! 



(Gedir. Əbdürrəhman çıxır.) 

Ə b d ü r r ə h m a n. Yenə bir xəbər çıxmadı. Əcəba, Şəmsə Şeyx Salehi tapmadımı? Yoxsa yolda 

tutdular! Odur işarət! Sarı fişəng. Allah, tutulmamış, sözünü demiş! (Geri qaçır, Ənvərin arxadan 

səsi gəlir.) 

Ə n v ə r. İstiqamət, qarşıdakı qazmalar! Əsgər, hücum! Allah! (Əsgər səhnədən keçir, özü də əlində 



qılınc.) Haydı, qardaşlar, irəliyə! Allah! (Müxtəlif komandalar, toplar, tüfənglər...) 

 

Pərdə düşür 



 

 

BEŞİNCİ PƏRDƏ 



 

Trablis. Şəhər meydançalarından biri. Səhnənin yarısı. Harisin odası. 

 

H  a  r  i  s.  Türklər  şəhəri  aldilar.  O  qədər  xəbərsiz  ki,  çıxmağa  da  hazırlanmadıq.  İtalyanlar  da 



hərbi  gəmilərə  pənah  aparıb,  bütün  Trablisi  tərk  etdilər.  Gərək  hələlik  uzaq  kəndlərdən birinə 

çəkilim.  Hərçənd  buranı  cin,  şəyatin  də  tapa  bilməzsə,  yenə  ehtiyat  lazım.  Birdən  tapdılar?! 

Ulduz birinci təhqirdən sonra Ramizi görməmiş. Onun peşman olduğunu güman edti. Bu dəfə 

də  ondan  təhqir  eşidərsə,  tamamilə  çiyrinər,  sonra  məndən  başqa  kimə  gedəcək?  Atasının 

qorxusundan  tək  hara  gedəcəkdir?  Ramizdən  qurtarmaq  asandır.  Hər  halda  Ramizi 

götürtdürüm... (Gedir. Küçədə Əbdürrəhman. Xalid.) 

Ə  b  d  ü  r  r  ə  h  m  a  n.  Ox,  artıq  yoruldum,  əldən  düşdüm.  Kim  bilir  bu  böyük  şəhərdə  hanki 

zirzəmidə gizlətmişlər. Bəlkə, doğrudan da, yazıqları öldürmüşlər? 

X  a l i d. Əvvəl özü çöllərə salır, sonra da tapılmaları üçün mükafat vəd edir. Əgər mənim də 

atam  böylə  olacaqdısa,  yaxşı  olub  ki,  uşaqlıqda  itmişəm.  Ailə  yenə  yadıma  düşdü.  Kim  bilir, 

bəlkə indi mənim də anam, bacım sağdırlar, məni axtanrlar? 

Ə b d ü r r ə h m a n. Onu da Ənvər məcbur etdi. Bilirmisən Ənvər Ramizi nə qədər sevir?! Nə 

qədər  onu  tapdırmağa  çalışır.  O  gün  İzzət  paşa  söz  verdi  ki,  tapılsalar  bağişlaram.  İndi  də 

hamıdan çox onların tapılmasına o çalışır. 

X a l i d. İşsiz olanda gah öylə düşünür, gah o qədər də həlim olur. İndi sən gəl onu müharibə 

vaxti gör. Elə bil acıqlı aslandır. Gözlərinə baxanda adamın ürəyi əsir. 

Ə b d ü r r ə h m a n. Onlar hər kəsə məlumdur. Ancaq Ramiz də bu müharibələrdə böyük ad, 



www.cafarcabbarli.org 

 

 



 

 

 



 

23 


şöhrət qazandı. Doğrudan da, ona layiqdir! 

X  a  l  i  d.  O,  bu  dəfə  ölümü  qət  etmişdir.  İnsan  da  ölümü  ki  istədi,  hər  yerdə  gözə  çarpmaya 

bilməz! Atır özünü odun-alovun içinə, sonra kim deyə bilər ki, igid deyil? 

Ə b d ü r r ə h m a n. Onsuz da çox igid və olduqca itidir! Çoxu da onun üçün İzzət paşa onları 

bağışladı.  Ox,  biz  onları  tapıb  bağışlandıqlarını  paşa  burada  ikən  deyə  bilsəydik,  nə  qədər 

hamimiz sevinərdik! 

X a l i d. Ulduzu Ramizlə atasının yanında görsəydim, Allah, nə olardı?! 

Ə  b  d  ü  r  r  ə  h  m  a  n.  Hə,  paşa  gedəcək  İstanbula.  Çağrılıb,  yeni  teleqram  gəlmiş,  eşitdinmi? 

İstanbulda inqilab olmuş. İttihadi Tərəqqi komitəsi iş başından düşürülmüş, yerinə Kamal paşa 

sədr-əzəm olaraq Etila komitəsi keçmişdir. 

X a l i d. Allah, indi biz bunları haradan tapaq? "Geri gedib tapmadıq" deməyə də utanacağıq. 

Çünki  məğruranə,  necə  olsa  onlardan  bir  xəbər  gətirəcəyik,  dedik.  Vallah,  mənə  belə  gəlir  ki, 

Ramizsiz dünya heç nə! 

Ə b d ü r r ə h m a n. Şəhər ərəblərindən bəzisi deyir ki, Haris bu tərəflərə gəlirdi. Ancaq harada, 

hanki yerdə olur, heç kəs müəyyən bil mir. Ancaq bu aralarda olur - deyirlər. 

X a l i d. O, o qədər xəbisdir ki, yerini bir adama göstərərmi? Gedək, axtaraq. 

Ə b d ü r r ə h m a n. Gedək! (Gedirlər. Haris girir. Ardinca ərəblər Ramizi qolubağlı gətirirlər.) 

H  a  r  i  s.  Ya  əmir!  Benqazidə  məni  öldürmədiniz.  Onun  üçün  çox  razıyam.  Baxınız,  indi  sizin 

diriliyiniz mənim əlimdədir. Şəhər kimdə olsa təfavütü yoxdur. Bu yeri heç kəs tapa bilməz. Siz 

mənim əlimdəsiniz. İstəsəm bu dəqiqə sizi məhv edərəm. Ancaq qorxmayın, sizin yaxşılığınıza 

görə  dəyməyəcəyəm.  Ancaq  bütün  sözlərimə  əməl  etməlisiniz!  O,  mənim  hərəmimdir.  Tək 

sizdən  qorxur.  Bir  də  siz  onu  təhqir  edib  itələsəniz,  həm  özünüzü  ölümdən,  həm  də  onu 

əzabdan  qurtararsınız.  Ya  əmir,  eşidirmisiniz,  dediyim  kimi:  -  Sən  xainsən,  Harisi  sevdin, 

qaçdın.  Get,  səni  görmək  istəmirəm!  Böylə!  İndicə  mən  Ulduzu  buraya  gətirəcəyəm. 

Eşidirmisiniz,  olduqca  ağır  sözlərlə.  Ya  əmir,  edəcəksiniz!  (Sükutdan  sonra)  Ya  əmir,  yoxsa 

öldürüləcəksiniz! Eşidirmisiniz? 

R a m i z. Ox şeytanlar müəllimi, ifritlər babası! Öldür məni! Niyə mənə əzab verirsən, öldür! 

H a r i s. Ya əmir, sizi öldürmərəm. Siz Ulduzu sevirsiniz. Onun xoşbəxtliyi üçün əzabınıza razı 

olmazmısınız?  Ya  əmir,  and  olsun  Allaha,  dediklərimə  bir-bir  əməl  etməsəniz,  gözünüzün 

qabağında öldürərəm. İndi özünüz biliniz. 

R a m i z. Sənin kimi bir xəbisin, alçaq canavarın əlində qalmaqdansa, bu dəqiqə ölməsi yaxşıdır. 

Artıq cana doydum, onu da öldür. 

H ar i s. Ya əmir, artıq deyimli bir şey yoxdur, gedirəm! Ulduzu gətirəcəyəm. Onu da biliniz ki, 

onun hər bir hərəkəti sizin qorxunuzdan olacaq... Gələcək qorxunuzdan, yapma!  İndi o mənim 

hərəmimdir.  Əgər  onu  öldürsəm,  onda  günah  yoxdur,  sizin  tərsliyinizdən  və  acığınızdan 

olacaqdır! Anladımzmı? İndi özünüz bilərsiniz. (Gedir.) 

R a m i z. Allah, yaranmışlara böyük minnətlərlə verdiyin dirilik bundanmı ibarətdir? Bundan 

da bədtər halın yoxmu  idi ki, məni salasan? Bundan da xəbis, bundan da rəzil bir məxluqatın 

yoxmu  idi  ki,  məni  düçar  edəydin?  Bundan  da  ağır,  bundan  da  qara,  bundan  da  paslı  bir 

zəncirin  yoxmu  idi  ki,  qollarıma  vuraydın?  Ey  insanları  şəfqətli  ana  kimi  qoynunda  bəsləyib 

qızdıran  günəş!  Ey  ildırımlar  -  bütün  dünyanın  yandırıcı  qüvvəsi.  Çevirin  bütün  şölənizi 

bədbəxt  Ramizin  başına  tökün!  Gücsüz  bədəni  qara  küllərə  çevrilincəyə,  tökülüncəyə  qədər 




www.cafarcabbarli.org 

 

 



 

 

 



 

24 


yandırın! Ey cənubun qorxunc səmumları, bədbəxt Ramizin qara küllərini birər-birər ayrılıncaya 

qədər sovurun! Ey ruzigarın dəhşətli tufanları, yağışları, yağın! Bədbəxt Ramizin küllərini Atlas 

dənizinin dərin,  qaranlıq  diblərinə sürüyün  ki, o qara küllər də bu rəzaləti görməsinlər!  (Haris 

girir, ardinca Ulduz.) 

U l d u z. Ax, Ramiz! (Ramizə tərəfə yüyürür.) 

R a m i z. Ox, yazıq Ulduzum, bağışla məni... 

Ulduz. Ah, Ramiz, Ramiz! Zəncir?! (Ağlayır, çarpayı üzərinə düşür.) 

R a m i z. Yazıq Ulduzum! Ox, mən bədbəxt sənə nələr etmədim! (Bir dəqiqə sükut.) 

 

Əbdürrəhman, Xalid çıxırlar küçeye. 



 

Ə b d ü r r ə h m a n. Allah, yoxdurlar. Ancaq deyirlər ki, bu aralarda olmalıdırlar. 

X a l i d. Dur-dur! O, Şəmsə deyilmi? İki nəfərlə keçdi. 

Ə b d ü r r ə h m a n. Odur, odur, gəl! Allah, odur, gəl. (Gedirlər.) 

H  a  r  i  s.  Ya  əmir!  Allahın  qüdrətinə,  atamın  sümüklərinə  and  olsun  ki,  burada  dediklərimi 

eləməsəniz onu öldürəcəyəm! Mən Cinner kimi təhqir qəbul edən deyiləm! 

R a m i z. Ox, yırtıcı, yetməzmi? Niyə durmusan? Ox, Ulduzum, mənəm bunlara müqəssir! 

H a r  i s.  Daha  bəsdir!  Əl çəkdim... Mənə deyilsə, heç kəsə! Al bu  sənin Ulduzun!  (Boğazından 



tutur, boğarkən...) 

U l d u z. Ramiz, bağışla məni! 

R  a  m  i  z.  Ox,  ey  qara  zəncirlər!  Vücudum  didilincəyə  qədər  sizi  dartacağam!  Qırılmazsınız 

varlığımı parçalayın! (Zənciri qırır, Şəmsə daxıl olur.) 

Ş ə m s ə. Ox, xəbis, al! (Tez bıçağı belindən sancır. Haris yıxılır. Əbdürrəhman, Xalid girirlər. Ulduz 

boğulur.) 

H a r i s. Ax, öldüm! 

Ş ə m s ə. Öl, hamının intiqamı... 

R a m i z. Ox, Ulduzum, Ulduzum! (Üzərinə atılır.) 

Ə b d ü r r ə h m a n. Ah, hamısı burada. Ox, Ulduz! 

Ş ə m s ə. Diridir, su! 

X a l i d. Ox, məlun! (Gedir su gətirməyə. Ulduz su içəndən sonra ayılır.) 

U l d u z. Ah, Ramiz buradasan? 

R  a m  i z. Qorxma, Ulduzum! Sən sevdiyinin qolları arasındasan.  Sənə bu qədər əzab vərən o 

məlun rəzil itlər kimi cəzasına çatdi! 

U l d u z. İlahi, şükür sənə! Şükür sənə, ey böyük Allah! (Ağlayır.) 

Ə  b  d  ü  r  r  ə  h  m  a  n.  Durun,  sizi  daha  sevindirmək  istəyirəm.  İtalyanlar  büsbütün  Trablisi 

buraxıb  qaçdılar.  İzzət  paşa  Ənvərin  vasitəçiliyi  və  Ramizin  igidliyi  üçün  sizi  bağışlamış! 

İkinizin də alnından öpmək üçün yanına çağırır. 

U l d u z. Ah, Allah, nə qədər səadət! Şükür sənə, ya rəbbi! Gedək, Şəmsə, sən də bizimlə gedək! 

Ş  ə m s ə. Mən demişdim: zəfər islamın olarsa, Şəmsə də Əbdürrəhmanın olacaq! Budur zəfər 

islamda, Şəmsə isə Əbdürrəhmanla məhəbbət qoynunda! (Yaxınlaşır.) 

R  a m i z. Gedək!  Fəqət səadət nə olduğunu indi  bildim. Onu  nə zəngin saraylarda, nə parlaq 

medallarda  tapmaq  mümkün  deyildir.  Səadət  iki  çırpınan  ürəyin  bir-birinə  dartınarkən,  bir 



www.cafarcabbarli.org 

 

 



 

 

 



 

25 


məqsəd  ardınca  qoşurkən  çəkilən  əzablardır  ki,  nəticəsi  şirin  və  əziz  olacaqdır!  Haydı,  gedək! 

Sən də qal, iblis! Fəqət anla ki, hiyləyə qarşı haqq - mübariz olan kimi, zülmə qarşı da bir şey var 

ki, o da iştə - cəza! Gedək! 

Pərdə düşür 



Yüklə 261,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə