Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir



Yüklə 261,46 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix30.12.2017
ölçüsü261,46 Kb.
#18644
1   2   3   4   5   6   7   8   9   10

www.cafarcabbarli.org 

 

 



 

 

 



 

 



İKİNCİ PƏRDƏ 

 

Benqazi. Zəngin bir ərəb evi. Ulduz və Şəmsə. 



 

U l d u z. Ax, Şəmsə! O zaman mənim bütün varlığım titrəyirdi. Müsibət və əzab məni boğurdu. 

Bu  çirkin  adın  üzərimə  atılması,  daha  doğrusu,  Ramizin  buna  inanmış  kimi  görünməsi  bir  iti 

xəncər  kimi  bağrıma  yerləşdi.  Mən  onu  təhqir  etməyə  çalışırdım.  İstəyirdim  məni  öldürsün. 

Sonradan  işi  anlayıb  peşman  olacağını  bilirdim.  Günahına  görə  illər  uzunu  vicdan  əzabı 

çəkməsini  istəyirdim.  Əbdürrəhmanı  sevirəm  deyincə,  o...  yazıq  ildırım  vurmuşlar  kimi 

çırpınıb:  "Bəs  mən"  deyə  bağırdı.  Şəmsə,  bu  səs  mənim  qulağımda  hələ  də  cingildəyir!  Ox,  bu 

səsdə həm qəzəb, həm də göz yaşı duyulurdu. 

Ş  ə  m  s  ə.  Öylə  adamın  mən  ətini  didərdim!  Fəqət  yazıq  özünü  itiribmiş.  Əhvalatı  desəydin, 

yəqin anlardı. Kişilərə hərəmlərinin xəyanət xəbərindən acı bir şey olmaz. 

U l d u z. Kim desə, Ramiz bunu etməməli idi. Çünki yolunda nə qədər əzab çəkdiyimi bilirdi. 

Özümdən  çox  sevdiyim  bir  adamdan  da  böylə  bir  şey  görəndə  ölüm  istədim.  O  da  öldürmək 

istədi. Əli varmadı. Məni öldürməyi qardaşıva tapşırdı. Yazıq son sözündə dayanmayıb, "ancaq 

o  vücuda  yara  vurma"  -  dedi.  Qardaşın  mağaradan  çox  uzaq,  istəkanda  bir  əcza  verdi.  Mən 

zəhər bilib sevgilim tərəfindən son mükafat - deyə son qətrəsinə qədər içdim. Demə, əcza zəhər 

deyil,  bihuşdarı  imiş.  Ayılınca  özümü  onun  əsiri  və  vətənimdən  çox  uzaqda  gördüm  ki,  axırı 

buraya gəldik. 

Ş  ə  m  s  ə.  Ulduz,  o  mənim  ögey  qardaşımdır.  O,  qədər  qansızdır  ki,  hiylələrindən  şeytan  da 

qurtarmaz.  O  mənim  dogma  qardaşımın  yerində  əmir  olmaq  üçün  onu  öldürdü.  Sonradan 

müvəqqəti  buradan  qaçdı.  Mən  ondan  qardaşımın  qamm  almaq  istəyirəm.  Ancaq  o  qədər 

xəbisdir ki, fürsət verməyir. Heç bir şey məni onu öldürməkdən daşındıra bilməz. Ancaq səni o 

qədər sevmişəm ki, azad edərsə, hətta o qandan böylə keçməyə hazıram. 

U l d u z. İndi mən tərsliyimdən peşman olduğum kimi, onun da olduğunu bilirəm. Hələ özünü 

öldürməsindən  qorxuram.  Ox,  indi  düşünürəm,  mənəm  müqəssir.  Mən  bədbəxt  öz  sevgilimi 

zəhərli ilanlar kimi ürəyindən sancdım. Ah, bir də Ramizi görsəydim, barı üzr istəməyə... 

Ş ə m s ə. Ulduz, mən səni onun əlindən qurtarmağa bütün qüvvəmlə çalışaram. Bunun üçün nə 

qədər  qorxunc  yol  olsa,  hətta  onu  öldürmək  böylə  lazım  gələrsə,  çəkinmərəm.  Onsuz  da 

ürəyimdə qardaş dağı... hər halda qorxma! Mən ərəb qızıyam, dediyimi elərəm! 

U  l  d  u  z.  Mənim  ki,  burada  səndən  başqa  kimsəm  yoxdur.  Mən  hara,  İstanbul  hara,  Benqazi 

hara! Bir gümanım sənə, bir də əlac olmazsa özümü öldürməkdir! 

Ş ə m s ə. Ulduz, ərəb qızları ərləri qədər mətin və igid olarlar! İndi türklərlə italyanlar müharibə 

etdikləri üçün İstanbuldan buraya bir çox könüllü gəldiyini eşitdim. Sən get, rahat ol. Mən adam 

göndərib bəlkə Ramizi tanıyan bir adam tapdırıb xəbər bildim. Ancaq sən çox üzülmə! 

U l d u z. Get, bacı! Səni and verirəm Allaha, bəlkə Ramizdən bir xəbər bildirəsən. Ox, ömrümün 

sonuna  qədər  sənə  qul  olaram.  Qul,  zəncirlənmiş  qul!  (Şəmsə  gedir.)  Ox,  yazıq,  bir  bacı  kimi 

mənim üçün çalışır. Fəqət o da gücsüz! Ox, Ramiz haradadır? Bir dəqiqə aynhğma, inciməsinə 

razı olmadığm Ulduz əzablar içində! Gəl, sevdiyini azad et! (Ötəki evə keçir, Haris girir.) 

H  a  r  i  s  (oraya  diqqətlə  baxır).  İzzət  paşa...  Ulduzun  atası...  Könüllü...  İstanbul  quldurları... 




www.cafarcabbarli.org 

 

 



 

 

 



 

Əbdürrəhman... Ulduz... Şəmsə... (İblisanə bir düşüncə ilə kəsmə-kəsmə dinəndən sonra, birdən bir şey 



bulmuş  kimi  qəti.)  Burada  da  qalmaq  olmaz!  Benqazi  qorxuludur.  Getməliyəm.  (Əlin  çalır, 

ərəblərdən gəlir. Əmr edir.) Yoldaşı qalsın, özünü tək buraxın! Artıq bayırdan içəri, içəridən bayıra 

keçməyi  buraxmamalısınız.  Yoxsa...  Çağır!  (Ərəb  dinməz  əyilib  çıxır.)  Yəqin  dayımdan  məktub 

gətirmişlər. (Şüeyb girib baş endirir.) 

Ş ü e y b. Ya əmir! Cərdən gəlib, dayınız Şeyx İdrisdən məktub gətirmişəm. 

H  a  r  i  s.  Xoş  gəldiniz,  oturunuz.  Əvvəldən  dayımın  əmrlərini  və  orada  olan  əhvalatdan  bir 

qədər məlumat vermək, sonra istirahətə gedərsiniz. 

Ş  ü  e  y  b.  Ya  əmir!  Şeyx  İdrisin  çoxdan  Şeyx  Sənusi  ilə  rəqabətdə  olduğunu  bilirsiniz.  Neçə 

vaxtdır  ki,  bizimlə  Şeyx  Sənusinin  arasında  hərb  gedir.  O  güclüdür.  Ondan  xilas  olmaq  üçün 

Şeyx  İdris  italyanlarla  əlaqəyə  girmiş.  İtalyanlar  vəd  etmişlər  ki,  Trablisi  işğal  edən  kimi 

hakimiyyəti  tamamilə  bizə  tapşırıb,  yalnız  ticarət  işlərini  əllərində  saxlasınlar.  Şeyx  Idris  də 

bütün  qüvvəsi  və  adamlan  ilə  ona  köməyə  söz  vermişdi.  Şeyx  Sənusi  isə  bütün  qüvvəsini 

türklərin  ixtiyarma  vermiş.  Dayınızın  da  tək  bir  varisi  sizsiniz.  Demək,  ondan  sonra  bu  qədər 

böyük  bir  ölkə  sizin  üçün  qalacaq.  Ona  görə  Şeyx  İdris  əmr  edir  ki,  Trablisə  gedib,  oradakı 

tərəfdarlarımızı toplayib, italiya komandanlığının əmrlərinə əməl edəsiniz. Bu da sizə inanmaq 

üçün  İtaliya  komandanlığının  öz  imzası.  Bu  da  dayınızın  məktubudur.  Mən  də  burada  sizinlə 

qalacağam. Fəqət buranın əhvalını və cavabınızı gərək yazıb yoldaşlarıma göndərəm. 

H  a  r  i  s.  Burada  türklər  sərçə,  qaraquş  qorxusundan  yuvaya  təpilən  kimi  Trablisdən 

Dərnəyədək  hər  yerdən  qaçıb  buraya,  Benqazi  divarları  arasına  sığınıblar.  Burdan  qaçacaq 

yerləri yoxdur.  Qoşunları çox  azdır. Gəlməyə yer yoxdur. Bu günlər hərb təriqilə,  İstanbuldan 

buraya  bir  qədər  könüllü  gəlmiş:  Hətta  deyirlər  aralarında  İstanbul  quldurları  da  var.  Bir  də 

Ənvər  bəy  gəlib  Şeyx  Süleyman  əl-Baraninin  təbliğatı  sayəsində  Şeyx  Sənusinin  köməyilə, 

ərəblərdən  könüllü  toplayır.  Ancaq  mənə  deyiblər  ki,  silahları  yoxdur.  Fəqət  mən  qorxuram 

yağışdan çıxıb, yağmura düşək. Türklərin əlindən qurtarıb italyanlann pəncəsinə keçək! 

Ş ü e y b. Xayır, ya əmir! Müahidənamə  bağlanıb, hətta italyanlar neçə milyon da pul  verirlər. 

Şeyx Idris deyir ki, ərəb yerləri ərəblərin  olmalıdır. Türklərdən, Sənusidən qurtaraq. İtalyanlar 

dediklərindən qaçsalar, sonra onları da qovmaq çətin deyildir, deyir. 

H a r i s (kağızın birini yerə qoyub, birini oxuyur). "Əziz və igid bacım oğlu! Bu məktub sənə yetən 

kimi  Trablisə  hərəkət  et.  Oradakı  xətti-hərəkətini  İtalya  komandanlığı  ilə  danışmışıq.  Bu  isə 

gələcəkdə  Trab-lisdə  bizim  hakimiyyətimizi  təmin  edir.  Cəld  ol!  Yaz!  Məktub  yaz  ki,  bu  gün 

dediklərini  eləyəcəyəm"  (Şüeybə).  Özün  da  hazır  dayan,  gözlə,  gedəcəyik.  (Şüeyb  gedir.)  Yaxşı 

oldu, bu mənhus türklərdən qurtarmaq az şey deyildir. Yox, yox, bura İstanbul deyil ki, türklər 

hakim  olsunlar.  Bura  Trablisdir.  Onu  italyanlar  alıb,  İdrisi  hakim  edəcəklər.  Ondan  sonra  da 

Haris  hakim  olacaq!  Haris  kimi  bir  əmirin  də  Ulduz  kimi  bir  hərəmi  olmalıdır.  Ulduzun 

gözəlliyi  bütün  Afrikada  dildən-dilə  düşməlidir!  Trablisə  hərəkət  etməliyəm.  Ancaq  hələlik 

türklər  burada  güclüdürlər.  Şəhərdən  çıxarkən,  ələ  düşməmək  üçün  tədbir  lazımdır.  (Şəmsə 

girir.) Şəmsə niyə gəldin? Bir xəbərmi var? Söylə, Ulduz necədir? 

Ş ə m s ə. Haris, neçə vaxtdır mən sənə qardaş deməmişəm. Ancaq bu gün Ulduzun xatiri üçün 

deyirəm.  Qardaş,  gəl,  sən  onu  burax,  yazıqdır.  Saxlasan  da  sənə  bir  xeyri  olmaz.  Ya  özünü 

öldürər və ya da dəli olar. 

H  a  r  i  s.  Şəmsə,  mən  ki,  Ulduza  yamanlıq  etmədim!  Ölümünə  əmr  vərilmişdi,  xilas  edib 



Yüklə 261,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə