Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir



Yüklə 261,46 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix30.12.2017
ölçüsü261,46 Kb.
#18644
1   2   3   4   5   6   7   8   9   10

www.cafarcabbarli.org 

 

 



 

 

 



 

10 


gətirdim ki, istərsə, mənə hərəm olsun. Bir günah eləməmişəm ki! (Özünə.) Ox, bu qızdan əmin 

ola bilmirəm! 

Ş  ə  m  s  ə.  Haris,  hamısını  bilirəm.  Bizim  ailədə  nə  eləyibsənsə,  hamısını  sənə  bağışlayıram. 

(Haris diksinir.) Ancaq o yazığı azad et! Çünki dediyindən o, başqasını sevir, onu da sevən var! 

H a r i s. Şəmsə, mən də sevirəm! Bəs mən? Bacı, ərəbin ürəyi olmazmi? Mən insan deyiləmmi? 

Mənim sevməyə haqqım yoxmu? 

Ş ə m s ə. Yox! 

H  a  r  i  s.  Niyə?  Səbəb?  Bu  Afrika  çöllərində  olan  vəhşilərə,  yırtıcılara,  hətta  xırda  milçəklərə 

belə, bir-birini sevməyi kimsə mən etmir də! Niyə mənim sevgimə mane olsunlar? Səbəb? 

Ş ə m s ə. Ona görə ki, səndən əvvəl onu sevən var! 

H a r i s. Şəmsə, bu mənim əlimdə deyil. Ürəyimi parçalayımmı? Özümü öldürümmü? Sevirəm, 

vəssalam! 

Ş ə m s ə. Öldür! Özünə yazığın gəlirsə, xalqa yazığın gəlmirmi? Əl çək o yazıqdan! O, onsuz da 

bədbəxtdir. 

H a r i s (tərəfə). Ox, xəbis qız, səbr et! Səni də... Şəmsə mən onu gətirdim ki, istərsə mənə hərəm 

olsun, istəməyirsə getsin! Mane deyiləm. 

Ş ə m s ə. Doğrumu deyirsən, Haris? Getməsinə razımısan? 

H a r i s. Nə vaxt mən sənə yalan demişəm? Sən ki, istəyirsən böylə olsun, mən nə deyəcəyəm? 

Minlərlə öylə qızlar üçün, sənin ürəyini sındırmaram. 

Ş ə m s ə. Öylə isə, mən bu saat onu İzzət paşaya təslim edim. 

H a r i s. Yox, yox! O, İzzət paşanın burada olduğunu bilirmi? 

Ş ə m s ə. Yox, gərək ki, bilmir. 

H a r i s. Onu İzzət paşaya göstərmək olmaz! O, onun atasıdır. Ulduz ondan xəbərsiz başqasıyla 

qaçıb. Onu görsə, ətini didim-didim didər. Qalsın, özümüz Ramizin yanına göndərərik. 

Ş  ə  m  s  ə.  Eybi  yoxdur.  Öylə  olsun!  Özündən  soruşarıq.  Hər  halda  bir-iki  gün  dumb.  Artıq, 

qardaş, səndən çox razıyam. 

Ə  r  ə  b  (daxil  olur).  Ya  əmir!  Yaxınlaşan  düşməndən  şəhəri  müdafiə  xüsusunda  İzzət  paşanın 

odasında şura var. Bütün ərəb əmirlərini çağırmışlar. Sizi də oraya dəvət edirlər. 

H a r i s (düşünür). Söylə ki, gəlirəm! Şəmsə, Ulduz getmək istərsə, özümüz göndərərik. O, öz 

xeyrini bilmir. Olmasın ki, əlbəəl düşüb əziyyət çəksin! 

Ş ə m s ə. Çox gözəl... 

H a r i s. İndi mən İzzət paşanın evinə gedirəm. Özünə də söylə, gedirsə, sözümüz yoxdur. 

Ş  ə  m  s  ə.  Çox  gözəl!  (Haris  gedir,  fəqət  cəld  qapıdan  burulub  gizlənir.)  Yox,  bilirəm  bu  məlunun 

ürəyində insaf yoxdur. Yerində əmir olmaq üçün, quzu kimi qardaşımı öldürdü. Ancaq bədbəxt 

qızı mən xilas edəcəyəm! (Ərəb daxil olur.) 

Ə r ə b. Xanım, Əbdürrəhman sizi görmək istəyir. (Gedir.) 

Ş ə m s ə. Cavab gətirmişlər. (Gedir, Haris çıxır.) 

H a r i s. Ox, məlun qız! Səni öylə susdurum ki! İlk flirsətdə qardaşim həmişəlik susduran Haris 

səni,  bir  ögey  bacını  susdura  bilməzmi?  Məramına  yetmək  istəyənlərin  ürəklərində  rəhm 

olmamalıdır. Olsa idi Məhəmmədi öldürməzdim. Gözəl xasiyyətli bir adam idi. Gecə ikimiz bir 

otaqda yatarkən, möhkəm barmaqlarımı boğazına yerləşdirib boğdum, öldürdüm! Yerində əmir 

oldum. Bunun da əlində acız qalmaram. O, zənn edir ki, İzzət paşanın yanına getmişəm. Xayır, 



www.cafarcabbarli.org 

 

 



 

 

 



 

11 


İzzət paşanın yanına qoy Sənusi getsin. Haris isə... Hər şeyin hazırlanmasını əmr etdim. Trablisə 

gedəcəyəm. (Səs gəlir. Gizlənir.) 

Ş  ə m s ə (tələsik  çıxır). Ox, Allah! Nə qədər şadam, Ramiz buradadır! Əbdürrəhmanı gördüm. 

Ulduz, Ulduz! (Çağırir, Ulduz girir.) Ulduz, bacı qorxma! 

U l d u z. Nə var? 

Ş ə m s ə. Ulduz, Ramiz buradadır! Salamatdir, könüllü gəlmiş! 

U  l  d  u  z.  Ah,  Ramiz,  buradadırmi?  Ah,  Ramiz.  (Şəmsənin  boynunu  qucaqlayib  ağlayır.)  Şəmsə, 

qiyamətə qədər Afrika qulları kimi sənə qulluq edərəm! Şəmsə, bacı, ölürəm! Məni Ramizə yetir. 

Ah, Şəmsə mənə rəhm elə! 

Ş  ə  m  s  ə.  Ulduz,  qorxma!  Əbdürrəhman  gəlmişdi.  Nə  qədər  də  nəcib  simadır.  Haris  məni 

aldadıb "buraxaram" deyir. Amma bilirəm yalan deyir. Əbdürrəhmana dedim. Bəlkə o, Ramizi 

gec  tapdı.  Harisin  hiyləsindən  qorxuram.  O,  indi  İzzət  paşanın  yanına  gedib.  Bu  saat  mən  də 

gizlin gedib türk ordugahına xəbər vərərəm. Gəlib səni azad edərlər. 

U    l  d  u  z  (diksinir).  İzzət  paşa?  Mənim  atamını?  Ox,  eybi  yox,  qoy  məni  öldürsünlər,  təki  bu 

yırtıcıdan xilas olum! Şəmsə, Allah xatirinə məni Ramizə yetir! Əgər qəbrimdə məzar mələkləri: 

“Tanrın kimdir?” - sorursa, deyərəm: - Şəmsə! Ah, Şəmsə... 

Ş ə m s ə. Qorxma, Ulduz, gedirəm. (Gedir.) 

U l d u z. Allah, Ramizə bir şey olmasın! Yaxındadır, yəqin indi gələr. Ax, pərvərdigara! Bağrım 

çatladı! (Əli köksündə o biri odaya keçir. Haris çıxır.) 

H a r i s. Ha, ha, ha! Haris öləcəyi günü bilməyir! Get! Sən qərargaha yetişincə, Haris Ulduz ilə 

şəhərdən  kənara  çıxıb  öylə  gizlənər  ki,  Əzrail  özü  çıraq  ilə  gəzsə  də  tapa  bilməz!  Tələsmə, 

Şəmsə! Məlun qız, mənimlə çəkişirsən? Qəbilənin şübhəsindən qorxuram, tələsmə.  İlk flirsətdə 

səni də... (Qapıdan dörd ərəb çağırıb qayıdır.) 

Ə r ə b. Ramiz gəl, gəl. (Ulduz ildırım kimi bayırda fırıldayır.) 

U l d u z. Ah, Ramiz! (Çabuq Haris Ulduzun boynunu qucub əlindəki şüşəni burnuna dirəyir. Ulduz 

bayılır.) 

H  a  r  i  s.  Ha,  ha!  Gözlə,  Ramiz  gələcək!  (İşarə  edir,  ərəblər  onu  götürürlər.)  Hava  qaranlıqlaşib, 

görən olmaz. Söylədiyim yol ilə şəhərin kənarına, oradan da Rəhmal təpəsinin ətəyilə Trablisə 

doğru! Haydı! (Gedirlər. Şəmsə, Ramiz, Əbdürrəhman, Xalid girirlər.) 

Ş ə m s ə. Ulduz! Ulduz! Bəs bu hara getdi? Ulduz! (Ötəki odaya girir.) 

R  a m i z. Allah, görəsən bir də Ulduzun o incə vücudunu, sevimli üzünü görəcəkmişəm! Ox, 

mən bədbəxt bir iblisin sözilə yazıq Ulduzu təhqir etdim, əzablara saldım. (Şəmsə çıxır.) 

Ş ə m s ə. Qəribə işdir! Heç bilmirəm, hara itmişlər? 

R a m i z. Ox, yenə o vəhşinin hiyləsi! 

X a l i d. Sən Ulduza hara getdiyini söyləmədinmi? Bəlkə fürsət tapıb qaçmış? 

Ş ə m s ə. Mümkün deyil. Qapıda keşikçilər. Bir də mənim haraya getdiyimi bilirdi. 

Ə b d ü r r ə h m a n. Yenə o iblisin qanlı gözləri, mənhus heybəti, gözlərimdə xəbis ruhlar kimi 

kölgələndi. Hər nə edibsə o edibdir. (Ramiz məbhut durur.) 

Ş ə m s ə (birdən kağızı bulur). Anladım, ax məlun! Ulduzu da alıb Trablisə qaçmış! 

X a l i d. Ax, yazıq Ulduz! Qorxuram o yırtıcı acığından biçarəni öldürsün! 

Ş ə m s ə. O canidən hər bir şey gözləmək mümkündür. 

R  a  m  i  z  (ayılmış  kimi).  Eybi  yoxdur.  Bacı,  sizdən  çox  razıyam  ki,  bu  qədər  can  yandırdınız. 



Yüklə 261,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə