Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir



Yüklə 261,46 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix30.12.2017
ölçüsü261,46 Kb.
#18644
1   2   3   4   5   6   7   8   9   10

www.cafarcabbarli.org 

 

 



 

 

 



 

14 


nərəyə? Ox, bəyim, kimə nə cavab verim? Onamı və ürəyiməmi? Üzərimə aldığım vəzifəyəmi? 

Ə  n  v  ə  r.  Yetər,  qorxma!  Burada  xüsusiyyətə  kimsə  fəda  edilə  bilməz.  Əsgər  ancaq  əsgərlik 

zamanı etdiklərinə məsul ola bilər. Sən Trablisə getmək istərkən, əhvalı mənə  söylədilər.  İzzət 

paşa ilə mən özüm danışaram. 

R  a  m  i  z.  O,  məni  bir  dəfə  öldürdü!  Bundan  sonra  da  öldürəcək  olursa,  ancaq  bir  ölünü 

öldürəcəkdir ki, onun da heç qorxusu yox! Ox, niyə mən onunla rast oldum, Allah, bütün Afrika 

qana boyanarkən, mənə yazığınmı gəlir? 

Ə  n  v  ə  r.  Bunların  vaxtı  gəlmədi.  Hələ  məsələ  böyük  bir  millətin  şərəf  və  namusu  üzərində 

firlanır.  İzzət  paşa  şəhəri  təslim  etmək  istəyir.  O,  xain  deyil,  fəqət  qorxaqdır.  Sənusinin 

ərəblərinə  silahlar  paylanmış.  Yoldaşlarını  hazırla,  əsgərlər  çəkilərsə,  şəhəri  biz  müdafiə 

edəcəyik. Son nəfəsimizə qədər! 

R  a  m  i  z.  Bəyim,  son  nəfəsimiz  azdır!  Mən  istərdim  düşmən  adlanmış,  vücudum  üzərindən 

atılarkən, bədənimin alovu da bir neçə düşməni yandırsın! 

Ə  n  v  ə  r.  Haydı,  hazırlaş!  İzzət  paşa  gəlirkən,  mənə  söyləyiniz.  Mən  çadırda  bir  qədər 

düşünmək istəyirəm. 

R a m i z. Mənim yoldaşlarım indi deyil, hər dəqiqə ölümə hazırdılar. 

Ə n v ə r. Öylə isə gedək. Yaşamaq ölmək üçündür, ölüm yaşamaq üçün! (Gedirlər. Haris, Şüeyb, 

bir ərəb çıxırlar.) 

H a r i s (Şüeybə). Bu daha gözəl! O, yatmağa getdi. Bomba hazır! Çadırdan içəriyə atar, həmən 

ötəki ərəblərə qoşularsan. Səni ki, burada kimsə tanımayır. Artıq hava da qaranlıqlaşmış. 

Ş ü e y b. Ya əmir! Biz ərəblər hər bir işdə sadə hərəkət etməyə öyrəndik. Bu isə mənə çox çətin 

gəlir. Ənvəri, o cür qəhrəman bir adamı öldürmək?! 

H a r i s. Şüeyb, mənim də əlim onun üçün soyumuş! Mən də istərəm düşmənlə üzbəüz durub, 

açıq  çarpışaraq,  məğlub  edəsən.  Fəqət  italyanlar  bilirlər  ki,  İzzət  paşa  şəhəri  saxlamaz.  Şəhər 

altında  müharibə  olursa,  ancaq  Ənvər  edəcəkdir.  Onda  da  qüvvəsizlikdən  bir  şey  edə 

bilməyəcəksə  də,  fəqət  əvvəlcə  onu  öldürməklə,  minlərlə  əsgərlərini  ölümdən  qurtarmaq 

istəyirlər.  Dayım  onların  əmrlərini  dinləməyi  buyurmuş.  Burada  çətinlik  də  yox.  Odur  çadır! 

Yəqin yatmış. 

Ş ü e y b. Hər nə isə ürəyim gəlmir. 

H a r i s. Şüeyb, dəli olma! Ənvər, Türkiyədə Ənvərdir. Ərəbistanda isə heç bir şey deyil! (Ramiz, 

Əbdürrəhman çıxırlar.) 

Ə b d ü r r ə h m a n. Bunlar kimdir? 

R a m i z. Dur, bu Haris deyilmidir? (Baxırlar.) 

H a r i s. İnsan da hər bir şeydən qorxarmı? Cəsur ol, Şüeyb! 

Ş ü e y b. Ya əmir, sizə də cəsur olmaq lazım. Siz niyə qorxub getməyirsiniz? 

H a r i s. Yox, mən qorxmuram. Ancaq getməsi üçün, böylə etməyim lazımdır. 

Ə b d ü r r ə h m a n. Odur, yenə o məlun! 

R a m i z. Odur, gizlən! (Gizlənirlər.) 

H a r i s. Şüeyb, yenə durdun? Münkər edəcək yer deyildir. Bax, orada kimsə yoxdur... 

Ş ü e y b. Gedək, ancaq siz də yaxında durun. 

H a r i s. Onu söyləmək artıqdir. Bir şey olursa, köməyə gələcəyəm! 

Ş ü e y b. Artıq yetər! Gedək, madam ki, söz verdim... Gedək! yalnız kömək olarsa... 




www.cafarcabbarli.org 

 

 



 

 

 



 

15 


H  a  r  i  s.  Ondan  qorxma!  Bir  şey  olursa,  bu  Əlmünasirə  istehkamından  kölgəm  də  görünməz. 

Əcinnə kimi ya göyə uçaram, ya quldurların altına soxularam. Qorxma, Şüeyb, gedək. (Gedirlər. 



Ramiz, Əbdürrəhman çıxırlar.) 

R a m i z. Ox, bu məlun nələr etməyə müstəid deyildir! 

Ə b d ü r r ə h m a n. Adı xəyanət olan hər bir şeyə, ancaq düzlükdən başqa... 

R  a  m  i  z  (yaxınlaşır). Ox,  məlun!  Xəyanətdə  qarşısında  bir  cəza  vərim  ki!  Gedək!  (Gedirlər.  Bir 



azdan sonra çığırtı qopur, Şüeyb Əbdürrəhmanın əlində, Haris Ramizin əlində gəlirlər.) 

H a r i s. Ya əmir, bağışlayın! 

R a m i z. Məlun cani! Bundan da alçaq bir şey tapmadınmı? 

H a r i s. Bağışlayın, ya əmir! 

Ə b d ü r r ə h m a n (Şüeybə). Əməlinizə qarşı mükafat alacaqsınız, deyilmi? Xəyanətin nə cür 

mükafatı olacağını yəqin bilmirdiniz? Mən sizə öyrədərəm! İştə mükafat. (Bıçağı döşünə sancır.) 

Ş ü e y b. Məndə təqsir yoxdur onda, ya əmir! (Yıxılır ölür.) 

H a r i s. Ya əmir, bağışlayın! 

R a m i z. Məlun! Partladacağın bombanın Türkiyənin qəlbgahında partlayacağını bilmirdinmi? 

Ox,  sənin  bütün  varlığın,  bütün  canın  xəyanətdən  mürəkkəbdir.  Əllərə  toxunacaq  bir  giləsini 

böylə, bütün Atlas dənizinin suyu ilə yumaq olmaz! 

H a r i s. Bağışlayın, ya əmir, bilmədim. Bir də and olsun. 

R a m i z. Yetər! Anda lüzum yox! Tanıyıram səni. Ox, əllərimə yazığım gəlir. Bu qədər xəbis bir 

iblisin qanı ilə, onları boyamaq istəmirəm. 

Ə  b  d  ü  r  r  ə  h  m  a  n.  Ya  əmir,  mən  bu  vəzifəni  yaxşı  bacarıram.  Siz  Atlas  dənizi  ilə  yuya 

bilməyəcəyiniz  o  çirkin  ləkəni  mən  bir  kəlmə  cəza  sözü  ilə  təmizlərəm!  Mənə  həvalə  edin 

çəkilin. 

R a m i z. Haydı, Əbdürrəhman! (Əbdürrəhman yaxınlaşarkən.) 

H a r i s. Ya əmir, bəs Ulduz! Məni öldürsəniz bəs Ulduz? 

R  a  m  i  z.  Dur,  dur!  Ox  iblis.  Zəhərli  xəncərini  ürəyimin  incə  nöq-təsindən  sancdm.  Ox,  xain, 

niyə  onu  mənim  yadıma  saldm?  Allah,  si-nirlərim  sarsildi!  Ulduz!  Söylə  cani,  Ulduz  nərədə? 

Söylə! 


H  a  r  i  s.  Ya  əmir,  məni  öldürsəniz  Ulduz  da  ölü  deməkdir!  Mən  onu  Trablisə  göndərdim. 

Mənsiz ya onu öldürərlər, ya kimsəyə təslim etməzlər. Heç kəs də tapmaz. 

Ə b d ü r r ə h m a n. Sözlərinin bir kəlməsinə inanırsam, ona xəbis deyilən qədər mənə ağılsız 

deyilsin! 

R a m i z. Murdar, qanlı yırtıcı! Niyə o zərif vücudu bu qədər əzablara salıb incidirsən?  Səndə 

insan ürəyi yoxmu? 

H a r i s. Ya əmir, bu dəfə də məni bağışlayın, mən onu özüm sizə təslim edim. 

Ə b d ü r r ə h m a n. Məlun, gec-tez bu bıçaq sənin məlun ürəyinə sancılacaqdır. 

H a r i s. Ya əmir, müqəssirəm, günahlarımı yaxşılıqla yuyaram. Bağışlayın məni. 

R  a  m  i  z.  Əbdürrəhman,  burax!  Xain,  ona  atacağın  bombanı  ürəyimdə  partlatdın!  Ulduz! 

Əbdürrəhman, bu xaini tapşır hələlik saxlasınlar. 

Ə b d ü r r ə h m a n. Gedək, xain! Fəqət sevinmə, sənin vücudun öylə yoğrulmuş ki, gələcəkdə 

ancaq özündən günah, özgədən cəza gözləyə bilərsən. Gedək! 

H a r i s. Təşəkkür edirəm, ya əmir! Andıma əməl edəcəyimə bir də and içirəm! (Gedirlər.) 




Yüklə 261,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə