Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir



Yüklə 261,46 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix30.12.2017
ölçüsü261,46 Kb.
#18644
1   2   3   4   5   6   7   8   9   10

www.cafarcabbarli.org 

 

 



 

 

 



 

16 


R  a  m  i  z.  Allah,  bu  əcinnəmidir,  əzrailmidir  mənə  təsadüf  etdirdin?  Ox,  bu  qədər  qansız, 

ürəksiz bir xəbisin əlində mənim yazıq Ulduzum... (Ənvər girir.) 

Ə n v ə r. Nə səsdir? 

R a m i z. Heç, bəyim, əhəmiyyətsiz şeylər. 

Ə  n  v  ə  r.  Hərbi  şuranın  qərarı  bilindi.  Çəkiləcəklər.  Mənim  qərarım  da  müəyyəndir. 

Qalacağam! Mənimlə qalacaqmısan? 

R  a  m  i  z.  Mən  sizinlə  qalmağa  gəlmədim.  Mən  hərbə  gəldim!  Hərb  burada  olacaqsa,  mən  də 

burada olacağam! 

Ə  n  v  ə  r.  Əmr  et,  könüllülərdən  bir  nəfər  yerindən  tərpənməsin!  Odur,  İzzət  paşa  gəlir.  O 

çəkiləcək, fəqət mən! Mən Benqazidə ikən ya Benqazi Türkiyədə qalacaq, ya İtaliya musiqiçiləri 

şadyanalıq marşı ilə meyitimiz üzərindən keçib Benqaziyə girəcəklər! Ramiz, durma! 

R a m i z. Ox, o yenə gəlir! (Gedir. İzzət paşa, yavər gəlir.) 

İ z z ə t  p a ş a. Ənvər, hazırlan geriyə gedəcəyik. 

Ə n v ə r. Uğur olsun, paşam! Yaxşı yol! 

İ z z ə t  p a ş a. Siz getməyəcəksiniz? 

Ə n v ə r. Bir qanş da olsa! 

İ z z ə t  p a ş a. Vəziyyəti ölçürmüsünüz? Yüz əlli min hücuma hazır, müntəzəm düşmənə qarşı 

on min yarı silahlı əsgəri qırğmamı vərəcəyik? Mən bunların hər bir kəsi üçün məsulam! 

Ə n v ə r. Çəkilə bilərsiniz! 

İ z z ə t  p a ş a. Sən də... 

Ə  n  v  ə  r.  Əcəba?  Nərəyə?  Bundan  o  yana  da  bir  yer  varmı?  Atlas  dənizinəmi  töküləcəyik, 

göylərəmi  uçacağıq,  yerlərəmi  girəcəyik?  Rəzil  qorxaqlar  kimi  boynu  çiynində  İstanbula 

qaçmaqdansa, bir əsgər kimi Benqazi qumları altında gizlənmək daha gözəl deyilmi? 

İ z z ə t  p a ş a. Ölmək olar, fəqət nəticə vərməz. Ərəbsiz Ərəbistana çoxmu lüzum görülər? 

Ə  n  v  ə  r.  Türkiyəyə  Ərəbistan  ərəbi  də  gərək  deyildir.  Yalniz  Turk  əsgərinin  namusunun 

tapdalanmaması gərəkdir! 

İ z z ə t  p a ş a. Mən əsgərlərimin qırılmasına yol verə bilmərəm. 

Ə  n  v  ə  r.  Nərəyə  çəkiləcəksiniz?  Baxınız,  arxada  sonu,  ucu  görünməyən  dəniz  dalğalanır. 

Çəkiləcək bir yer varmı? 

İ z z ə t  p a ş a. Məncə, çəkilib əsgərləri diri saxlamaq şərtilə mütarikə etməliyik. 

Ə  n  v  ə  r.  Məncə  öylə  deyil.  Dayanıb  hamımız  ölmək  şərtilə  Benqazini  müdafiə  etməliyik. 

Yolunuz varsa, siz çəkilə bilərsiniz. (Gedirlər.) 

X a l i d. Hücum var! Düşmənlər soldan altıncı təpəyə hücum edirlər. (Gedir.) 

B i r  n ə f ə r  z a b i t. Paşam, hücum var! Düşmən mərkəzdən hərəkət edir! 

İ z z ə t  p a ş a. Artıq ricət nizamsız qaçqına çevrilə bilər. Hücum vaxtından əvvəl oldu. İstər-

istəməz müdafiə etməliyik. Qərargahdayam. (Gedir.) 

Ə n v ə r. Paşam, indi gedə bilərsiniz! Biz isə, ya  İtaliya əsgərləri qadın çəkmələrini ürəyimizə 

basıb - yaşasın İtaliya və ya türk əsgərləri sərt ayaqlarını yerə çırpıb, əsgi səslərilə bağıracaqlar- 

"Yaşasın hilal!”. (Dağ üzərinə atılır.) Haydı qardaşlar, qorxmayın! (Toplar şaqqıldayır.) 

X a l i d. Bəyim, sol cinah davam edə bilməyir. 

Ə n v ə r. Bir nəfər insan diri ikən yerindən tərpənməməlidir!  Haydı! (Xalid gedir.) Qorxmayın, 

qardaşlarım!  (Toplar  atılır.)  Ox,  sol  cinahdan  hücum  çox  müdhişdir.  Söyləyin,  İzzət  paşa 




www.cafarcabbarli.org 

 

 



 

 

 



 

17 


əsgərləri  sag  cinahdan  hücum  etməlidirlər.  (Komandalar,  toplar,  matralyozlar.)  Ox,  sol  cinah 

dayanmayır!  (Ramiz  girir.)  Bir  adam  geri  atilarsa,  bütün  xətti-hərb  pozulacaq.  Ramiz,  hərb 

ölümü  bacaranlardan  qorxar!  Adamlarını  al,  sol  cinah  üzərinə  müdafiə  üçün  deyil,  əks 

hücumlar ilə, ildırım kimi düşmən xəttini yarıb, arxaya keçməlisən! Hərb taleyinin gözü, ancaq 

bu nöqtədə və səndədir. 

R  a m i z. Əmin olunuz, bəyim!  Ölümə  qarşı əsgər kimi,  düşmənə doğru əzrail kimi gedirəm! 

Ölməzsəm, yalnız hərb xəttini deyil, düşmənin bağrını yarıb irəli yürüyəcəyəm! 

Ə  n  v  ə  r.  Haydı,  qardaşım!  Sol  cinah  davam  etməyir.  (Gedir  toplar  atılır.)  Qorxmayın, 

qardaşlarım!  (Komandalar,  toplar.)  Atın,  atın!  Ey  mədəniyyət  adi  altında  bütün  dünyanı  qara 

qüvvələrə tabe etmək istəyən əjdahalar, atın! O qara zəncirlərin altında ağ çöhrəli qara vicdanlı 

Qərb  dayanmışsa,  sənin  də  ardında  zəngin  çöhrəli,  parlaq  ürəkli  gələcək,  Şərq  dayanmışdır! 

Haydı, atın! Sizdən zülm, bizdən mükafat! Ox, mərkəzdən birinci istehkamlar parçalandı. Əsgər 

davam  edə  bilməyir.  Qorxmayın,  qardaşlarım.  Bir  qədər  də  davam  etsəniz,  Ramiz  soldan 

hücum  xəttini  yaracaq.  Qorxmayın,  qardaşlarım!  Mərkəz  üzüldü!  Ox,  toplar  düzgün  nişan 

almış,  əsgər  dönür.  Partlayış!  O  qaranlıq  dumanlar  hilalın  sərt  işıqlarını  pərdələyə  bilməzlər! 

Aman  Allah,  əsgər  pozuldu.  (Qılıncı  çəkib  yüyürür.)  Qorxmayın,  qardaşlar!  İrəliyə!  (Toplar,  səs-



küy, çığırış-bağırış. Haris və ərəb daxıl olurlar.) 

H a r i s. Sən harada idin? 

Ə r ə b. Məni üzdülər, yıxıldım. Ölmüş bilib getdilər. Səni götürəndə mən gördüm. Qorxudan 

tərpənməyirdim. Sonra o hərbin gurultusundan qızıb səni bağladı, tüfəngi alıb irəliyə yüyürdü. 

Mən də kimsə olmadığını görüb gəldim səni açdım. 

H  a  r  i  s.  Kimsə  yoxdur.  Gəl,  durma,  yoxsa  yenidən...  (Gedirlər.  Ənvər  yaralı,  Şəmsə  və  Xalid 



gəlirlər.) 

Ə n v ə r. Yaradan qorxum yox. Düşmən qaçdı, mənə o bəsdir! Çıxarın məni oraya, hərbi seyr 

etmək istəyirəm. 

X a l i d. Bəyim, əsgər üz çevirmişdir. Sizi görüb ürəkləndilər! Bir də Ramiz düşmənin arxasına 

keçib, topları susdurdu. 

Ə n v ə r. Ramiz süngüsünü düşmənin ciyərgahına deyil, hərb allahını gözünə sapladı! Çıxarın 

məni oraya. (Çıxarırlar.) 

R  a  m  i  z  (girir).  Bəy  əfəndim,  düşmən  toplarını,  silahlarını  qoyub  qaçdı!  Ox,  bəyim 

yaralandınızmı? 

Ə n v ə r. Ramiz, sənin igidliyin mənə yaramı unutdurdu. Gəl, qardaş, üzündən öpüm! Düşmən 

göz açmağa fürsət tapmamalıdı. Düşməni təqib ilə Dərnəyə doğru yürüş ediləcək! 

Ş ə m s ə. Əbdürrəhman sizlə gəlmədimi? 

R  a  m  i  z.  Qanlı  qiyamətlər  içində  çarpışan  gördüm.  Ox,  bəyim,  dəmir  vücudunuzu  elə 

görməkdənsə,  daha  doğrusu,  Türkiyə  bağrında  xəncərlər  görməkdənsə,  göz  bəbəklərimdə 

şrapnellər partlayaydı! 

Ə n v ə r. Ramiz! (Göyü  göstərir.) Bax, görürsənmi? Bu hilal həmin düşmən toplarının dumanları 

altından  tutqun,  məhzun  bir  halda  mənə  baxıb,  sanki  ağlayırdı.  İndi  isə  aydınlaşmış, 

şəfəqlərinin  yüngül  nəfəsilə,  sanki  yaralarını  öpüb  gülümsəyir.  Dəmin  çox  alçaqda  ağlayırdi, 

indi  isə  yüksəklərə  qalxıb  gülümsəyir!  Ramiz,  dünya  üzərində  bir  nəfər  belə  türk  qalırsa,  onu 

dəminki hala düşməyə buraxmayıb, süngüsü əlində, bombalar, şrapnellər, qiyamətlər arasından 




Yüklə 261,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə