Trablisdə türklərlə italyanlar arasında olan hərbi təsvir edir



Yüklə 261,46 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix30.12.2017
ölçüsü261,46 Kb.
#18644
1   2   3   4   5   6   7   8   9   10

www.cafarcabbarli.org 

 

 



 

 

 



 

18 


qışqırmalıdır: Yüksəl, hılalım, yüksəl! 

 

Pərdə düşür 



 

 

DÖRDÜNCÜ PƏRDƏ 



 

Trablis altında bitərəf bir xətt. Şəmsə və Əbdürrəhman. 

 

Ə  b  d  ü  r  r  ə  h  m  a  n.  Benqazi  altında  Ənvərə  sui-qəsd  edərkən,  biz  onu  tutduq.  Fürsət  tapıb 



qaçdı.  Oradan  Dərnəyə  hücum  etdik,  aldıq,  sonra  Trablisə  yürüş  edərkən,  Ramiz  həmin  Şeyx 

Salehə  hərəkət  planı  yetirmək,  həm  də  Ulduzdan  bir  xəbər  bilmək  üçün,  Trablisə  göndərildi. 

Daha doğrusu, özü getdi. Çünki bizə bir xəbər gəlmişdir ki, yazıq Ulduzu öldürüblər. İndi neçə 

vaxtdır ki, nə Ulduzdan bir xəbər var, nə Ramizdən, nə də o yırtıcıdan. Nə öldü xəbərləri var, nə 

qaldi. 

Ş ə m s ə. Mən Ulduzun ölüm xəbərini yenə Haris məlunun bir hiyləsi zənn edirəm. Amma, ola 



bilər.  Ondan  hər  şey  gözləmək  mümkündür!  İndi  mən  gedirəm.  Şeyx  Salehi  görüb  vəzifəmi 

qurtarandan sonra onları axtaracağam. 

Ə  b  d  ü  r  r  ə  h  m  a  n.  Şəmsə,  ərəb  qadınlarından  düzəltdiyiniz  könüllü  dəstəsi  ta  Benqazi 

müharibəsindən bu günə kimi böyük igidliklər göstərmişdir. Xüsusən, siz özünüz neçə aydır ki, 

müharibə  edirsiniz.  Adi  bir  əsgərdən  İzzət  paşaya  kimi  əvvəlcə  Ənvər,  sonra  Ramiz,  ondan 

sonra  sizi  tərif  edirlər.  Bu  igidliyiniz  üçün  hər  kəs  sizi  sevir!  Bu  vəzifə  isə  hər  şeydən  ağırdır. 

Mənə tapşırmışlar ki, mümkün olursa, mən də sizinlə gedim. 

Ş ə m s ə. Mənə kimsə “Gəl, Trablisə get" demədi. Mən özüm yalvarıb bu vəzifəni istədim. Bu 

yolun  qorxulu  olduğunu  bilirəm.  Xüsusən,  Haris  hələ  Benqazidən  əlimdən  acıqlıdır.  Orada 

atamın tərəfdarlarının qorxusundan mənə əl vura bilməzdi. İndi məni görsə, yəqin bir şey eylər. 

Ancaq bu saat da öləcəyimi bilsəm, yenə gedərəm! Çünki söz bir, Allah bir! Əgər o məni öldürə 

bilməsə,  mən  qardaşımın,  Ramizin,  Ulduzun  intiqamını  ondan  alacağam.  Gedirəm!  Ya  ona 

vərən Allah, ya mənə. 

Ə b d ü r r ə h m a n. Şəmsə! Bu mənhus divarlar altında iki dəfə hücumumuz qırıldı. Nə isə bu 

divarlar arasına düşmən içinə sizi tək buraxmağa qorxuram. Qoyun mən də gedim. 

Ş ə m s ə. Əbdürrəhman, Allah alnımıza nə yazıbsa, o da olacaq. Tutulsam, Haris üçün düşmən 

imzasıyla  gəlmiş  kağız  məndədir.  Harisin  bacısıyam  -  deyib,  onu  versəm  məni  buraxarlar. 

Ancaq  səni  görsələr,  şübhələnərlər.  Fəqət  təklikdə  nə  olacaqsa,  olsun,  qorxmuram.  İslam 

yolunda kafirlərlə də çarpışmaqdan qorxuramsa, nəyə gərək olacağam! 

Ə b d ü r r ə h m a n. Ox, Şəmsə! Kimin tək getməsinə razı oluramsa, sizin tək getmənizə razı ola 

bilmərəm. 

Ş ə m s ə. Niyə? 

Ə b d ü r r ə h m a n. Ox, niyə? Deyə bilmərəm, dilim söz tutmur. Allah, nə qədər çətin imiş bir 

ürəyin hissini olduğu kimi o birinə bildirmək... heç... 

Ş ə m s ə. Artıq gedirəm. 

Ə b d ü r r ə h m a n. Gediniz, ancaq ürəyimdə bir çox şeylər vardı, sizə demək istəyirdim. Ox, 




www.cafarcabbarli.org 

 

 



 

 

 



 

19 


cəsarət  etmərəm.  Gediniz,  fəqət  yalnız  olmayıb  məhzun  bir  ürəyin  də  sizinlə  olduğunu 

unutmayın! 

Ş ə m s ə. Əbdürrəhman, gedirəm. Ancaq Allaha yalvarıram ki, bir də məni sizinlə görüşdürsün. 

Həm də qalib və müzəffər olaraq. Bir də sizi görmək istərdim! 

Ə b d ü r r ə h m a n. Aman Allah, o da məni sevirmi? 

Ş ə m s ə. Əbdürrəhman, sonra... 

Ə b d ü r r ə h m a n. Ox, Şəmsə, get! Ancaq ürəyim. Ancaq ürəyimi yenə sizə deyə bilmirəm. 

Ş ə m s ə. Əbdürrəhman, məni bəyəndiyinizimi söyləmək istəyirsiniz, deyilmi? 

Ə b d ü r r ə h m a n. Ox, Şəmsə, bəyəndiyimi deyil, səni bütün varlığımla sevdiyimi... 

Ş ə m s ə. Mən bunu Trablisdən görürdüm, bilirəm! Artıq, Allah amanında! (Gedir.) 

Ə b d ü r r ə h m a n. Ox, aslan kimi igid, pələng kimi sərt, ərlər qədər mətin, fəqət yenə dilbər, 

yenə sevimli! (Gedir. Qarşı tərəfdə Haris.) 

C i n n e r. Haris, necə bilirsiniz, şəhərə daxıl ola bilərlərmi? 

H  a  r  i  s.  Sormağa  ehtiyacmı  var?  Qiyaməti  Allahdan  qabaq  türklər  paylasalar  belə,  yenə 

qırılacaqlar. 

C  i  n  n  e  r.  Siz  hələ  gözləyin.  İki  dəfə  məğlub  olmuşlar,  bu  dəfə  də  olacaqlar.  Amma  bu  dəfə 

taqətdən düşüb, silahlarını yerə tökəcəklər. O zaman aldıqları yerləri birər-birər yenidən təslim 

edəcəklər.  Biz  hər  bir  cəhətdən  hazırıq.  Əsgər  lüzumdan  çox  qazmalarda,  gəmilər  yerində, 

birinci  komandada  türklərin  üzərinə  qurşun  güllə  deyil,  cəhənnəm  odu  yağacaqdır.  Hələ 

gözləyən iki yüz minə qədər əsgərdir. 

H  a  r  i  s.  Türklərdən  mən  heç  qorxmayıram.  Cəmi  iyirmi  min  əsgərləri  vardır.  Onun  da  çoxu 

yollarda,  müharibələrdə  qırılıbdır.  Sonradan  onlara  qoşulan  bəzi  ərəb  əmirlərinin  qüvvəsi  ilə 

yenə iyirmi min ancaq ola bilərlər. 

C i n n e r. Hər halda, qüvvələrini ehtimal ki, o tutulmuş əsir bilər. 

H a r i s. Fəqət onu mənə təslim edəcəksiniz, deyilmi? 

C i n n e r. Siz göstərdiniz, tutduq. Cəzasını sizə həvalə olunmasını istəyirsiniz, niyə vərməyək? 

Demişəm  gətirsinlər.  Burada  dindirəcəyəm.  Bəlkə  şəhərdən  hücum  edilənə  qədər,  burada 

qaldım. Hər halda, sonra sizə təslim edərəm. Nə edəcəksiniz, özünüz bilərsiniz. 

H  a  r  i  s.  O,  olduqca  məlun  bir  adamdır.  O,  olmasaydı  Benqazidə  Ənvər  öldürülmüşdü,  bu 

qədər  müharibə  və  məğlubiyyətlərimiz  olmazdı.  İzzət  nə  edəcəydi?  Hərbi  aparan  Ənvərdir. 

Orada  cəbhə  xəttini  yarıb  arxamıza  keçən  və  toplarımızı  susduran  da  odur.  Mən  onun 

sevgilisini qaçırmışam. O mənim qanıma susayır. Bəlkə də buraya ardımca gəlmişdir. Fəqət mən 

ondan qabaq, onu öz sevgilisinin qabağında öldürmək istəyirəm. 

C i n n e r. Bumudur, dediniz? O quldur dedikləri bumudur? 

H a r i s. Budur! Nə qədər xəbisdir! Siz onu tanısaydınız! 

C i n n e r. Buraya da topxana susdurmağa gəlibdir? Siz ki, onu cəzasız buraxmazsınız. 

H  a  r  i  s.  Bir  dəqiqə  də  olsa  aman  vermərəm.  Onun  şərindən  xilas  olmaq  üçün  mən  hər  şeyə 

hazıram. (Kənara.) Öz dililə Ulduzu təhqir etdirəcəyəm. Ulduz əvvəl də ondan şübhəliydi. Sonra 

onun  ölümünü  görüb,  istər-istəməz  məni  tutacaq.  (Bərkdən.)  Narahat  olmayın,  mən  onunla  elə 

cəlladanə rəftar edim ki, mən ona öylə əzablar törədim ki, nə yəhudilər İsaya, nə Firon Musaya, 

nə də Şəddad ibn Hərqə təbəələrinə eyləmiş olsunlar! Siz əmin olun! 

C  i  n  n  e  r.  Odur,  gətirirlər.  Amma  hərif  nə  qədər  məğrurdur!  Lakin  azacıq  təpinərsənsə, 




Yüklə 261,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə