Turan yaqublu



Yüklə 364,25 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix18.06.2018
ölçüsü364,25 Kb.
#49687
  1   2   3   4   5   6   7   8   9   ...   15



BAŞ REDAKTORDAN

ŞAHİN XƏLİL

STENLİ KUBRİK

MƏDİNƏ CABBARLI

TƏBRİKLƏR

GÜNEL SƏFƏROVA

TƏQVİM

NİCAT ƏHMƏDLİ



TOM KRUZ

ŞAHİN XƏLİL

VADİM YUSOV

TURAN YAQUBLU

KİRA NAYTLİ

AYŞƏ ELEANOR

s.4

s.13


s.5

s.9


s.17

s.22


s.19


“HANNA VƏ BACILARI” 

FİLMİNDƏ MİKİ OBRAZININ 

EKZİSTENSİAL KRİZİSİ

ZAUR BAXIŞLI

MÖHTƏŞƏM GETSBİ 

HAQQINDA MARAQLI 

MƏLUMATLAR

AYŞƏ ELEANOR

BRUNO DUMONT

ELMİDAR SÜLEYMANSOY

AMADEUS

NİCAT ƏHMƏDLİ



DİSCONNECT

FUAD ALQAYEV

AMERİKAN FİLM SƏNAYESİ-

NİN STRUKTURU

ZƏHRA MƏMMƏDLİ

s.31


s.36

s.41


s.39

s.43


s.46

s.27


QUENTİN TARANT

İNO 


FİLMLƏRİNİ ÖZƏ

LLİKLƏRİ


AYŞƏ ELEANOR


4

Film Fiction

Düz iki il öncə dostum Fuad Alqa-

yevdən facebook-da bir cümləlik sual 

məktubu aldım – “Bəlkə elektron film 

jurnalı yaradaq?” Və cavabım gecik-

mədi – “Yaradaq!”... Bu təklifi İstanbul-

da yaşayan digər dostumuza – Mətləb 

Muxtarova da bildirdik. “John Lennon” 

haqqında bioqrafik kitab müəllifi olan 

daha bir dostumuz – Məcid Məcidli də 

bizə qoşuldu. Və beləliklə dörd nəfərlə 

jurnalın ilk sayı – “Film Fiction N1” işıq 

üzü gördü. Jurnal gözlədiyimizdən də 

yaxşı qarşılandı. Tv-lərin təqdim etdiyi, 

zövqlərinə inandığı dostların məsləhət 

verdiyi, ya da elə təsadüfən qarşısına 

çıxan filmləri izləyən ac kinomanlar 

üçün, kinosunun itkin düşdüyü bir 

ölkədə belə bir jurnal hədiyyə kimi 

idi... Çünki formatına görə ilk idi. Heç 

bir maddiyyat güdmədən tam təmən-

nasız olaraq, işinə sevgi ilə yanaşan 

bir komanda işi idi. Və bəzi anlaşılma-

zlıqları, fasilələri nəzərə almasaq, artıq 

oxuduğunuz 16-cı buraxılışla bərabər 

Film Fiction 2 yaşını tamamlayır. Jur-

nal üçün qısa olsa da, Azərbaycan 

səviyyəsində, heç bir maddi dəstək 

olmadan 2 ildir jurnal hazırlanması çox 

böyük uğurdur. Kapitalizmin hegemon-

luq etdiyi dünyada oxucunu, kinomanı, 

sənəti hər şeydən üstün tutmaq qürur 

işidir. Qürurluyuq! Çünki sənət for-

matını qoruya bilmişik. Çünki dəfələrlə 

jurnalın səhmlərinə kifayət qədər 

yaxşı maddiyyat qarşılığı sahiblənmək 

istəyənlərə “yox!” deyə bilmişik. Çün-

ki auditoriyasına görə Azərbaycanda 

rekord göstəricilərə imza atan ilk və 

yeganə jurnaldır – Film Fiction. 

Elektron formatın yaratdığı imkan-

lar sayəsində dünyanın müxtəlif 

ölkələrində yaşayan, jurnalın daimi 

oxucuları olan həmyerlilərimizdən 

gələn məktublar, xoş sözlər bizi daha 

çox sevindirir. İşimizin məsuliyyətini 

dərk etmişik. Və məhz Film Fiction’la 

bərabər həvəskarlıqdan peşəkarlığa 

keçid etmişik. Və ümid edirik ki, hələ 

bərabər daha çox yaşlara qədəm qoya 

biləcəyik.

Zövqümüzə güvəndiyiniz, oxucumuz 

olduğunuz və nəhayət, kino sənətini 

sevdiyiniz üçün hər birinizə ayrı-ayrılıq-

da təşəkkür edirik!



5

Film Fiction

SENTYABR AYINDA JURNALIMIZIN

İKİ YAŞI TAMAM OLUR.

BU SƏBƏBLƏ KİNO VƏ İCTİMAİ

XADİMLƏRİN JURNALIMIZA OLAN

TƏBRİKLƏRİNİ YAYIMLAYIRIQ.

FEHRUZ ŞAMIYEV

“Cinema” Gənc Kinematoqrafçılar 

Mərkəzinin sədri və “START” Beynəlx-

alq Tələbə Filmləri Festivalının direktoru

“Film Fiction” Azərbaycan kino mühitində 

cəsarətli addımlardan biridir. Çünki bu elektron 

jurnal heç bir maliyyə dayağı olmadan özünü 

kino aləminə atıb. İndiyə kimi Azərbaycanda 

kino ilə bağlı müxtəlif nəşrlər olub. Amma elek-

tron nəşr olmayıb. Bu da ondan irəli gəlir ki, 

indiki cavanların əksəriyyəti daha çox internet, 

kompüter vasitəsi ilə informasiyanı əldə et-

məyə çalışırlar. Jurnalın bir neçə sayı ilə tanış 

olmuşam və maraqlı materiallar, tərcümələr 

oxumuşam. Məncə, jurnal daha geniş oxucu 

auditoriyasına sahib olmalıdır. Bu səbəbdən 

təkcə elektron variantda yayımlanmamalıdır. 

Əgər bu əziyyət çəkilirsə, jurnalın cəmiyyətə 

çıxması üçün digər aksiyalardan istifadə et-

mək lazımdır. Məsələn, jurnalın bütün saylarını 

bir DVD-də toplayıb satışa çıxarmaq olar. Ya 

da müxtəlif mədəniyyət tədbirlərində və sər-

gilərdə oxuculara təqdim edilə bilər. Bu addım 

jurnalın reklam olunmasında, daha çox oxucu 

qazanmasında uğurlu addım ola bilər. O ki 

qaldı bu işi həyata keçirən komandaya, onlara 

uğurlar arzulayıram. Kino sözü uzun illər idi ki, 

leksikonumuzdan az qala silinmişdi. Deməli, 

artıq bu sənətdə hansısa prosesler başlayıb 

ki, “Film Fiction” da ortaya çıxıb. İndi dayan-

maq lazım deyil. “Film Fiction” komandasını və 

bütün kinosevərləri təbrik edirəm. Əsas odur 

ki, yorulmasınlar. Məqsədləri naminə yolların-

da fasilə verməsinlər. Uğurlar!!!

AKTRİSA GÜNEL 

MƏMMƏDOVA

“Jurnalın saylarını çox bəyənirəm. Burada 

nəinki görkəmli sənətkarlarımız haqqında 

yazılıb, hətta xarici kinematoqrafiya haqqında 

da geniş məlumat verilib. Bu çox sevindiri-

ci haldır. Əfsuslar olsun ki, biz çox vaxt öz 

peşə xadimlərimizi qiymətləndirmirik. Amma 

bu jurnal onları unutmayıb. Bu jurnalla mütə-

madi maraqlanıram. “Film Fiction” jurnalının 

yaradıcı heyətini və oxucularını səmimi qəlb-

dən təbrik edirəm. İstəyirəm jurnal uzunömürlü 

olsun və mənim kimi kinomanları öz xəbərləri 

ilə sevindirsin.  Uğurlar!!!

KİNOREJİSSOR 

CAVID TƏVƏKKÜL

Hörmətli “Film Fiction” jurnalının yaradıcıları, 

siz bütün isti sözlərə layiqsiniz. Jurnalın hər 

nömrəsi ilə tanış olmuşam və çox bəyən-

mişəm. Sizə gələcəkdə bol-bol uğur arzu-

layıram. 



Yüklə 364,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə