Turizm – zəmanəmizin əhəmiyyətli təzahürlərindən biridir



Yüklə 58,5 Kb.
tarix30.12.2017
ölçüsü58,5 Kb.
#18811

Norveçdə turizm işinin təşkili


Turizm


Turizm – fransız sözü olub mənası gəzinti istirahət və əyləncə deməkdir. Lakin bu sözün başqa mənaları da var. Məsələn:

Tuirzm – insanın istirahət etdiyi zaman bütün mürəkkəb öyrənən və onları müəyyən istiqamətə yönəldən və tənzimləyən amildir. Eyni zamanda turizm ölkə iqtisadiyyatı-nın bir sahəsi kimi də qiymətləndirilir.

Turizm sözünün törəməsi – «turistika» sözü turizmin inişafını öurənən yeni meydana gəlmiş bir elmdir. Turizmin başqa bir mə-nası isə - turistlərə göstərilən xidmət sahə-sidir.

Turizm ona görə inkişafa məhkumdur ki, əgər əvvəllər ayrı-ayrı adamlar səyahət edirdilərsə, hal-hazırda turizm kütləvi şəkil almışdır. Ona görə ki, müasir dövrdə, el-mi-texniki inkişaf nəticəsində insanların həyatı daha gərginləşmiş, onlar daha tez-tez yorulur və nəticədə istirahətə ehtiyacları çoxalır. Başqa bir tərəfdən, həyatda əmələ gələn ekoloji böhranlar insanların istirahətə olan ehtiyaclarını daha da artırır.

Beynəlxalq Turizm

Beynəlxalq turizm – dövlətlər arası müqavilələrə əsasən təşkil olunan turizmdir. Başqa bir ölkənin sərhədini keçmək müəyyən formal amilllərin yerinə yetirilməsi ilə əlaqədardır. Xarici pasport, viza, gömrük nəzarəti, deklorasiya kimi, dövlət rüsumu və s.

Bu cür ünsürlərin hər birini öllkənin dövlət sərhədlərini terrorçulardan, sərhədi qanusuz keçənlərdən və s. qorumaqdan ötrüdür. Bu formallıqların bərkiməsi və ya zəifləməsi ölkəyə turist axınını azalda və ya çoxalda bilər. Məsələn, valyuta nəzarəti-nin sərtləşməsi, turistlərin alıcılıq qabiliyyətini zəiflədir, bu isə qəbul edən ölkənin ziyanınadır. Məlumdur ki, xaricə gedən turistlərin çoxu şopturizm məqsədi ilə gedir. Valyuta nəzarəti gəlmə turistlərin sayına təsir göstərir.

Ümumiyyətlə beynəlxalq turizm məsələləri ilə bir çox təşkilatlar məşğul olurlar. Onlardan ən sanballısı Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsidir. Müşavi-rənin qərarlarının xüsusi bölməsi turizmə həsr olunmuşdur. Bu qərarlarda qeyd olu-nur ki, xalqların bir-birinə yaxınlaşmasında, iqtisadi və mədəni əlaqələrin yaradılma-sında və qarşılıqlı anlaşmada turizmin əvəzsiz rolu vardır. Ona görə də, turizmin inki-şafı zəmanəmizin vacib məsələllərindən biridir. Helsinki Müşavirəsi turizmi inkişaf etdirmək üçün konkret tədbirlər tövsiyə etmişdir.

Norveç

Şimali Avropada yerləşmiş Norveç Skandinaviya yarımadasının şimal və qərb hissəsini tutur. Şpitsbergen arxipelaqı, Yan-Meyen və ölkəyə yaxın yerləşmiş digər adalarda Norveçə məxsusdur. Şərqdə, İsveç (sərhəddin uzunluğu 1619 km), şi-mal-şərqdə Finlandiya (729 km) və Rusiya (167 km) ilə həmsərhəddir. Qrəbdə Atlantik okeanına, şimalda Barens, cənubda isə şimal dənizlərinə çıxşı var.



Norveç, sahilləri çox girintili-çıxıntılı olan ölkələrdən biridir. Bir çox bölgələrdə əzəmətli sıldırım qayalar sahil boyu şaquli dovarlar kimi uzanır və ya dərin oyuqlar yaradaraq, saki dəniz üzərində asılı vəziyyətdə qalırlar. Bu oyuqlar sahil dalğalarının qayalara çırpılması nəticəsində yaranır. Bu cür qayalıq sahillərin önündən yalnız kiçik gəmilər və ya qayıqlar keçə bilər.

Dəniz sahilinə yaxın ərazilərdə çoxsaylı sahil adaları, sualtı qayalar və adsız ki-çik adalar səthə çıxır. Gəmişilik üçün yararsız olan Norveç çaylarından fərqli olaraq, fyordlar ölkənin əlverişli su yolları sayılır.

Norveç dənizinin fyordları, dəniz tərfdən çoxsaylı adalarla əhatə olunduğundan, fırtına, külək və dəniz cərəyanları dalğalarından yaxşı qorunur. Fırtına zamanı fyord-lar həmçinin gəmilər üçün yaxşıd aldanacaq rolu oynayır.

Norveç ərazisinin 70 faizini təşkil edən orta yüksəklikli Skandinaviya dağları cə-nub-qərbdən şimal-şərqə doğru bütün ölkə boyu uzanır. Ölkənin ən yüksək zirvəsi

Qalhöpiggen dağıdır (2469m). Norveçdə çoxlu göllər və iti axan astanalı və şəlaləli dağ çayları vardır. Şəlalələr Norveç çaylarına qeyri-adi gözəllik verir.Əsas çaylar Lo-gen, Beqna və Qlommadır.

Sahilə doğru gələn mülayim dəniz cərəyanı və daim əsən mülayim qərb və cə-nub dəniz küləkləri, Norveç iqliminə böyük təsir göstərir. Norveç sahillərində dəniz donmur, fyordlar isə ilboyu naviqasiya üçün açıqdır. Şimal en dairəsi istiqamətində uzanmasına baxmayaraq, Şimali Avropanın ən isti ölkəsidir. Osloda və şimla sahillər-də yanvarın orta temperaturu mənfi 2-dən mənfi 4 dərəcəyədək olur. Yay fəsli isti keçmir. Ölkənin ancaq cənub-qərbində iyulun orta temperaturu müsbət 12, Oslo ətra-fında 17, bəzən 25, hətta 30 dərəcəyə çatır.


Stavangerdən Namsusa qədər olan sahil ərazidə isə ümumiyyətlə orta aylıq tem-peratur il boyu mənfi olmur. Amma ölkənin bir sıra daxili rayonlarında iqlim olduqca sərtdir. Elə rayonlar var ki, qış yeddi ay davam edir, bəzi günlərdə temperatur mənfi 50 dərəcəyə enir.

Bergen (220 min), Tronheym (150m), Stavanger (105 min) Norveçin iri şəhərlə-ri Kristiansann, Berken, Oslo, Tronheym isə əsas portlarıdır. Əhalinin böyük əksəriy-yəti – norveçlilərdir. Ölkədə digər etnik qruplardan – saamilar danimarkalılar, isveçli-lər finlər yaşayır. Orta ömür müddəti: kişilər üçün 74, qadınlar üçün 81 ildir.

Ölkənin rəsmi adı Norveç krallığıdır. Dövlət qurluşuna görə konstitusiyalı mo- narxiyadır. İcraedici hakimiyyət, Dövlət Şurasına rəhbərlik edən Baş Nazirin əlində-dir, qanunverici hakimiyyət – ikialatalı parlamentə (yerli dildə Stortinq) məxsusdur.

İnzibati cəhətcə Norveçə aid edilən 19 fülkedən (əyalət) əlavə, Buve, Yan-Mayen Şpitsbergen kimi adalar onun tərkibindədir. Norveç 26 oktyabr 1905-ci ildə İsveçdən ayrılaraq, müstəqillik qazanmışdır. 17 may – Konstitusiya kimi (1814) Milli bayram şəklində qeyd olunur.

Sülhsevər ölkə olan Norveç ikinci dünya müharibəsi illərində itkilər verdi. Hə-min dövrdə Norveçdə Milorq adlanan hərbiləşdirilmiş təşkilat ölkəyə nəzarət edirdi. Müharibədə ölkə on min adam itirdi ki, onlaran 6 mini silahlı qüvvələrdə, donan-mada xidmət edirdi. Maddi itki də çox oldu. O, özünün ticarət donanmasının yarsın-dan məhrum oldu. Öləyə 21 milyard kron zərə dəydi. O, milli sərvətinin 3.1-ni itirdi.

Xüsusilə Şimali Norveç çox əzab çəkirdi.

Norveçin iqtisadiyyyatı XXx əsrin 50-60 cı illərindən yüksək sürtələ inkişaf etməyə başladı .Ölkədə hidrostansiyaların, gəmiqayırmanın inkişafı üçün böyük kapital qoyuldu.

1960-cı ldə Norveçin ticarət donanması müharibədən əvvəlki illərə nisbətən 2 dəfə artdı. Norveç ABŞ və İngiltərədən sonra özünün donanma tonnajına görə dün-yada üçüncü yeri tutdu.

Zəngin təbii ehtiyatlara malik olan Norveç iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf etmiş sənaye ölkəsidir. Sənayenin mühüm sahələri: neft və təbii qaz çıxarıl-ması, yeyinti, sellüloz-kaöız, metallurgiya, kimya, ağac emalı və gəmiqayırmadır. Norveç dünya bazarına böyük həcmədə balıq və balıq məhsulları çıxara dövlətlər sı-rasındadır. Kənd təsərrüfatında əsas bölmə heyvandarlıqdır. Ölkəyə lazım olan ərzaq məhsullarının yarıdan çoxu idxal edilir.

Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbad (Şpitsbergen adası və qonşu adalar daxildir.) v ə Yan Mayen adaları daxidir. Norveç Krallığının Svalbad üzərindəki mülkiyyət hüququ Svalbad sazişi əsasında razılaşdırılmışdır. Bu saziş Yan Mayen adasına şamil edilmir. Cənubi Atlantik okeanında yerləşən I Pyotr adaları da Norveçin tabeliyindədir, bununla belə bu adalar krallığa məxsus deyillər. Norveçin

Antraktidada Şahzadə Mod torpaqlarına da ərazi iddiaları vardır. Həmin adada Nor-veçin Troll tədqiqat stansiyası yerləşir.
Norveç 2001- ci ildən etibarən hər il insan inkişafı göstəricisinə görə birinci yerə layiq görülür. Səs sorğularına əsasən ölkə həmçinin dünyanın ən sakit və sülhsevər ölkəsi seçilmişdir.

Norveçdə xizək mövsümü adətən altı ay ərzində davam edir və yaxşı qar olan yerləri təklif edir.


Norveç dağ-xizək idman növünün vətəni sayılır. Burada qış kurortlarının yaranma tarixi Avropa kurortlarının yaranma tarixi ilə üst-üstə düşür. Ümumiyyətlə iqliminə görə buranın kurortları qitədə ən uzunmüddətli kurortlardır. Ölkənin ən tanınmış kurortu Yaylo kurortudur. Burada qış idman növləri üçün yaxşı inkişaf etmiş bza var. Burada ilk yarışlar 1935-ci ildə keçirilib, qar bütün il boyu olur.

İl ərzində Norveç əhalisinin təxminən yarısı səyahətdə olur. Norveçin beynəlxalq turizm əlaqələri fəal inkişaf edir.1999-cu ildə 1mln.-dan artıq Norveç vətəndaşı xarci səfərlərdə işitrak etmişdir. Onlar səfər etdikləri ölkələrdə 4.7 mlrd. ABŞ dolları həc-mində pul xərcləmişlər. Həmin ildə Norveçə 4.5 mln.-a yaxın əcnəbi turist gəmişdir. Norveçdə xarici turizmin mövsümülüyü özünü açıq şəkildə biruzə verir.

Turistlərin yarıdan çoxu ölkəyə iyul, iyun və avqust aylarında gəlirlər. 1999-cu ildə ölkə turizm fəaliyyətindən təqribən 2.3 mlrd. ABŞ dolları həcmində gəlir əldə etmişdir. Baxma-yaraq ki, Norveçdə turistlərin gecələməsi üçün 190 min yer möv-cuddur.

Son vaxtlar ölkə tərəfindən turizm regionlarına dair güclü reklam kompaniyası həyata keçirilir. Turistlər tərfindən səyahətlər üçün seçilən region Norveç fyordları-dır. Gələn turistlərin 76%-i bura öz tutur. Bundan əlavə ölkədə safari turizmi, xüsusən balıqçılıq geniş yayılıb.

Norveç dağlar fyordlar və buzlaqlardan meydana gəlmiş, əl dəyilməmiş gözəlliyə sahib bir ölkədir. Norveçdə turistlərin avtomobillə qatarla etdikləri səyahətlərdə qar-şılaşdıqları təbii mənzərələr onları valeh edir.
Ölkənin cənubunda əkinçilik sahələri, möhtəşəm meşələr və çimərliklər geniş yer tutur. Norveçdə turistlər Svalbad adalarıda fok, morj, və qütb ayılarının buzlar üzərin-dəki günəş duşuna şahid ola bilərlər.
Norveçin qayalı sahilləri, mənzərəli fyordları, Şimalın toxunulmamış təbiəti, ta-rixi-memarlıq abidələri əcnəbi turistləri cəlb edir. Norveçdə turistlərin toplaşdıqları əsas mərkəzlər – Oslo və ətrafı, Myosa göllər zonası, Bergen və ölkənin cənub-qərb sahilləri, Tronheym və Norveç dəniz sahilləri, fyordlar və ölkənin şimal bölgələridir.
Oslo turizm mərkəzi

Oslo (Norveç dilində Uşlu kim səslənir.) ölkənin paytaxtı və əcnəbi turistlərin toplaşdığı əsas mərkəzlərdən biridir. Onun meamrlıq abidələri arasında Ratuşa, XIV əsrdə salınmış Kral qəsri, XVII əsrdə inşası başa çatmış Kafedral kilsə xüsusilə seçilir.

Şəhər muzeylərlə zəngindir. Onların arasında Taxta tikililər mu-zeyi, Milli bədii qalareya, Vikinq gəmilər muzeyi, Kon-Tiki muzeyi, Norveç Texnika muzeyi, Norveç Dəniz Muzeyi diqqəti cəlb edir.

Şəhərdə Norveç Elmlər Akademiyası, 1.5 mln. Cildli kitabxanası olan Universi-tet fəaliyyət göstərir. Osloda yerləşən Milli teatrın qarşısında məşhur Norveç drama-turqları İbsen və Börnsonduun heykəlləri ucalır. Skandinaviya ölkələrində məşhur olan Oslo universitetində tanınmış alim, Arktika tədqiqatçısı Frityov Nansen təhsil almışdır.

Yay mövsümündə Oslo sakinlərini əksəriyyəti mənzərəli Oslofyord sahillərinə, qışda isə Oslo ətrafındakı Sunvollen və Holmenkollen rayonlarına xizək gəzintisinə çıxırlar. İsti yay günlərində Oslonun minlərlə sakini Oslofyordun qurtaracağında Ska-gerrak boğazı yaxınlığında yerləşən sahil kurortlarına, əsasən məşhur Lavrik kurortu-na gəlirlər.

Oslodan Lavrikə gedən yolun üzərində Norveçin ən qədim şəhəri olan (əsası 871-ci iləd qoyulub) Tönsberq yerləşir. Şəhərin görməli yerlərindən – şəhər qala divarı-nın qalıqlarını, bir neçə muzeyi göstərmək olar.

Myosa gölü və Qudbransdal turizm bölgəsi

Oslodan şimalda yerləşən Myosa, ölkənin ən böyük gölüdür. Onun mənzərəli sahilləri, məşhur çimərlikləri, dağlardan gölə enən yamacların dağ xizək idmanı üçün əlverişli olması, bu bölgənin daxili turizmin tanınmış mərkəzlərindən birinə çevrilmə-sinə səbəb olmuşdur.

Lillehammer, Harnar, Yevin və digər kurort mərkəzlərində rahat mehmanxana-ların müxtəlif idman avadanlıqlarının olması, turizmin qış və yay növləri üçün əlve-rişli şəraiti təmin edir.

Bol sulu dağ çayı olan Logenin Myosa gölünə töküldüyü ərazi – Qudbrandal adı ilə tanınmış turizm zonası, qeyr-adi gözəlliyi ilə seçilir. Burada yaxşı təchiz olun-muş Tretten, Vinsstra, Dombos və digər qış və yay kurortları fəaliyyət gösətrir.


Bergen və ölkənin cənub-qərb sahilləri turizm bölgəsi

Bergen əhalisinin sayına görə ölkənin ikinci şəhəridir. 1070-ci ildə əsası qoyul-muş şəhər, materikdən dağlar vasitəsilə ayrılan yarımadada amfiteatr şəklində yerlə-şir.

Bergen öz tarixi – memarlıq abidələri və muzeyləri illə əcnəbi turistlərin diqqəti-ni cəlb edir. Orta əsr memarlıq arasında Qala (XIII əsr), Müqəddəs Məryəm kilsəsi (XII əsr) seçilir.

Dəniz portu, Balıq bazarı, Balıqçılıq muzeyi, Teatr muzeyi, Edvard Qriqin mu-zeyi turistlərin diqqətini cəlb edir. Ölkənin cənub-qərb sahillərində əcnəbi turistlərin qəbulu üzrə əsas mərkəz Stavenger şəhəridir.Bu şşəhər orta əsr meamrlıq abidələri, o cümlədən XII əsrdə tikilmiş kilsə, XIII əsr abbatlığı, muzey və rəsm qalareyaları ilə tanınır.


Tronheym və Norveç dənizi sahilləri turizm bölgəsi

Tronheym, əhalisinin sayına Norveçin üçüncü böyük şəhəridir. Şəhərin müasir binaları geniş küçələri, orta sər memarlıq abidələri ilə vəhdət təşkil edir. Orta əsr abidələrindən XI əsr kilsəsini, XII əsr arxiyepiskop sarayını, XVII əsr şəhər qalasını göstərmək olar.

Norveç dənizi sahillərində əcnəbi turistlərin toplaşdığı əsas mərkəzlər Kristian-sunn və Molde şəhərləridir. Kristiansunn geniç küçələri və müxtəlif boyalarla rəng-lənmiş evləri ilə seçilir. Bu mənzərəli şəhər üç adada yerləşir və körpülər vasitəsilə birləşir. Malmeni – “qızıl güllər şəhəri” adlandırılar. Şəhərdə görməli yerlərdən ən maraqlısı, açıq səma altında Qədim evlər muzeyidir.
Fyordlar turizm bölgəsi

Bu bölgə əcnəbi və daxili turistlərin ən çox toplaşdığı mər-kəzlərdəndir. Norveç dənizi sahilləri fyordlarla zəngindir. Lakin daha mənzərəli və asan keçilə bilənləri Stavangerdən Kristiansunna qədər olan ərazidədir.

Norveç fyordlarını görənlərin böyük əksəriyyətinin fikrincə ölkənin ən mənzərəli fyordları, sahilləri alma bağları ilə örtülü olan Hardangerdir. Hardangerdin mənzərəli sahillərində və ona bitişik dağlıq ərazidə Voss, Hinsarvik, Olvik kimi müasir tələbat-lara cavab verən dağ-idman kurortları yerləşir.

Qeyd etdiyimiz kimi, ölkənin ən uzun fyordu olan Soqnefyordun dərinliyi 1245 metrə, eni 1.5-6 km-ə sıldırım qayalı sahillərin hündürlüyü isə 1500 m-ə çatır. Bu nə-həng, olduqca mənzərəli fyordun sahillərində və ona bitişik ərazidə dünya üzrə tanın-mış Balestrann və Leykanger kurortları yerləşir.

Ölkədə digər fiyordlar da mövcuddur. Bunlardan biri Geirangerfyordur. Geiran-gerfyord dünyanın irsi siyahısında daxil edilmişdir. Ölkənin ən hündür dağı isə hün-dürlüyü 2469 m olan Galdhobiggen dağıdır.
Ölkənin şimal bölgələri turizm bölgəsi

Sərt təbiəti ilə cəbedici olmaqla yanaşı dağ-xizək idmanı və balıq ovu üçün əlve-rişli bölgədir. Ölkənin şimalında əcnəbi və daxili turistlərin toplaşdıqları əsas mərkəz-lər – Budö, Narvik, Hammerfest, Kirkenes kimi port şəhrələridir. Bölgəyə yaxın yerləşən Loforen daları gözəl mənzərələri, hündür dağları ilə turistləri cəlb edir. Bu-rada uzun müddət günəş batmadığına görə rəssamların ən çox sevdikləri yerdir, təbiə-tin gözəlliyini doyaraq müşahidə edib əsərlərində əks etdirilər.


Şərqi Vadi meşə turizm bölgəsi

Ölkənin iri turist regionlarından biridir. Norveçin mehmanxana biznesinin yaşayış fondunu 30 faizə qədəri burada cəməşmişdir. Yaşayış fondunun 10 faizi isə digər məşhur tuirst regionunda – Bergen şəhəri ətrafındadır. Tronheym şəhərində isə ölkə-nin yaşayış fondunun 7.4 faizi yerəşir.


Norveçdə minlərlə kilometr xizək sahələri var. Bu sahələr Oslo, Geilo, LilleHam-mer və Guldbrandsdalen bölgələrində toplanmışdır. Yay xizəkçisi olan turistlər Finsa, Stryn ya da Yotunheimenn dağlarına gedirlər. Xizək üçün əlverişli digər yerlər isə Yotunheimen, Rondane dağları və Hardanger platosudur. Tuirstlərin fyord gəzintiləri üçün Soqnefyord daha uyğundur. Burada turistlər Andalsnesdə dağlara dırmaşa bi-lərlər.
Memarlıq

Norveç arxitekturası bənzərsiz gözəllikdə kilsələri ilə seçilir. Norveç mədəni ənənələrə bağlı bir ölkədir. Burada toy və festivallarda insanlar ənənəvi pal-tarlar geyinmiş insanlara daha çox rast gəlinir.


İncəsənət

Ənənəvi xalq rəqsləri, mahnıları və hekayələri olduqca məşhurdur. Ölkə sənət sahəsində əhəmiyyətli insanlar yetişdirmişdir. Bunlardan rəssam Edvard Munch, bestekar Edvard Greig, heykəltaraş Qustav Vigeland və oyun yazıçısı Henrik İseni misal göstərmək olar.

Norveç mətbəxi

Norveç mətbəxində qızartma som balığı, karides və morina balığı əhəmiyyətli yer tutar. Norveçdə insanlar nahar edərkən adətən süfrələrinədə şirin keçi pendiri və rinqa balığı turşusu olur. Norveçdə spirtli içkilər qadağan olunduğu üçün onu bəzən tapmaq çətin olur.


Norveçin uzun bir sahil şeridi fiyordlarla parçalanmış və daxilindəki dağlar Avro-panın ən böyük buzlaqları ilə örtülmüşdür. Norveçin 500 km ərazidən çoxu Şimal Qütbü Dairəsində yerləşir. Lakin ölkənin qərb sahili Golfstrim cərəyanı sayəsində il boyunca buzdan uzaq qalmaqdadır.

Norveçin yalnız 3% -i əkin üçün yararlı vəziyyət-dədir. Rusiya, Almaniya və İngiltərədən gələn çirkli hava ucbatından turşu yağışları havaya təsir etsə də ölkənin 27%-i meşəlik sahədir. Torpağın kifayət qədər yararlı ol-maması səbəbindən Norveçlilər dənizə yönəlmişlər və balıqçılıq iqtisadi və ictimai quruluşda əhəmiyyətli rol oynamışdır.

Şimali Norveçdə yay aylarında günəş batmır. günün və gecənin konsepsiyası aydın şəkildə müşahidə olunur.

Norveçin sahilləri xüsusilə yay aylarında qolf-strim cərəyanları sayəsində isti bir iqlimə malik olur. Dağlıq yerlərdə hava istilikləri fərqlidir və yüksək yerlər qütb soyuqlarından təsirlənir. May ayından Sentyabr ayına qədər ölkədə ən yaxşı vaxt hesab olunur. Ən pis dövrü isə Noyabr ilə Mart ayları arasında olur. Bu vaxt havanın temperaturu sıfır dərcəyə düşür. Şimalda Nordkappda 13 May ilə 29 İyul arasında və Lofoten Adalarında isə 28 May ilə 14 İyul arasında günəş batmır.

Cənub Norveçdə insanlar səhər 4 ilə gecə 11 arasında çıxan gün işığından faydala-nırlar. Lakin Noyabr ayının sonundan etibarən Yanvar ayının sonuna qədər şimalda günəş çıxmır.

Baharın sonuna doğru olan vaxt ziyarət üçün ən gözəl dövrdür. Belə meyvə ağacları çiçək açar, günlər uzanar, hava ilıqlanar. Yayın Şimal qütbü dairəsində ən gözə çarpan mənzərə gecə yarısı günəşin görünməsidir. Ölkənin ən böyük tətili 17 Mayda qeyd olunan Konstitusiya günüdür. Konstitusiya günündə Bütün Norveçlilər ənənəvi xalq paltarları içində küçələrə tökülürlər. Bir digər tətil isə 23 İyunda və çimərlikdə Norveçlilər şənlik alovu yandıraraq “Yayın ortasının ərəfəsi” bayramını qeyd edirlər.

Norveçin cənub sahili yayda daha gözəl görünüşə malik olur. Norveçin qərb sa-hili turistlərin sevimli su fəaliyyətindən əsaslı zövq almaları üçün gözəl yerdir. Dəni-zin dibinə səyahət edən turistlər burada rəngarəngliyə rast gələrlər.

Şimlada isə turistlər hələ də fəaliyyəət göstərən kiçik balıqçılıq kəndələrinə səfər edə bilərlər. Norveçdə qartal və balina safariləri buranı ziyarət edən turistlərə yerli vəhşi təbiəti daha yaxın gətirirlər.

Norveçdə sahil boyu adalarda təbii qiymətli daşlar ilə dolu quş koloniyaları möv-cuddur. Həri il balıqçılıq mövsümündə burada balıq ovuna gələn insaların məskən burada gecələməsi üçün köhnə daxmlar yenidən bərpa edilir.

Norveç şimali Avropada orta əsrlərdən bəri hələ də zədələnməmiş tək ölkədir.

Burada taxtadan hazırlanmış kilsələr ilə turistlərin diqqətinin cəlb edir.

Norveçin ən köhnə taxta kilsəsi parıltılı Soqnefyordun yanında yerləşən Urnalar əl ağacı kilsəsidir. Urnalar əl ağacı kilsəsi həmçinin YUNESKO-nun Dünya irsi siya-hısına daxil edilmiş yeganə Əl ağacı kilsəsidir. 1150-ci ildə tikilən bu kilsə o dövrdə yaşamış bir mötəbər ailə üçün şəxsi kilsə idi. Onun inşaatçıları arxitekturada beynəl-xalq ənənələrdən xəbərdar idi.

Kilsənin interyeri real sığır və göyərçinlərlə, həmçinin uydurma əjdahalar və ken-tavrlarla bəzədilmişdir. Bu deklorasiya Urnalar stili kim tanınmışdır.

Norveç də ən böyük əl ağacı kilsəsi isə Heddaldır. Bu təkcə orta əsrlərdə arxitek-tura şah əsəri deyil həmçinin Notoddendə bugünkü konqreqasiya üçün canlı kilsədir.

Buranı ziyarət edən turistlər kilsənin üzərində yazılan ryunaları görə bilərlər. Kilsənin daxilində 1200 ədəd taxtadan hazırlanmış stullar vardır. Kilsənin divarının aşağısında orijinal rəngli qalıqalr vardır.

Norveçin ən geniş kilsəsi olan Heddal kilsəsi müqəddəs Bakirə qız Meriyə həsr edilmişdir.

Buna baxamayaraq Norveçdə ən çox ziyarət edilən və şəkli çəkilən əl ağacı kilsə-si Lerdalın yanında yerləşmiş Borgund kilsəsidir. Bu kilsə həm də an yaxşı saxlanılan kilsələrdən biridir. Kiləsinin divarlarında bir neçə runa yazısı tapılmışdır.

Dolaşıq dekorasiyalar – Əl ağacı kilsələrinin bir neçə tipi var, ancaq onları ümumiləş-dirən cəhət odur ki, onların hər biri künc – poçtları və pəcərə altında dayanan divar lövhələri ilə tikinti ağacının bünövrəsinə malikdirlər. Bu kilsənin divarları əl ağacı kimi tanınınr. Buna görə də kilsə əl ağacı kiilsəsi adlanır.

Əl ağacı kilsəsinin dekorasiyasının xüsusiyyəti Xristian lahiyələrinin kombina-siyasında böyük maraq doğurur. Kilsədə olan taxta qapılar və bəzəklər gözəl kəsilir-lər.

Orta əsrlərdə Norveçdə kənd təsərrüfatı zəif inkişaf edirdi. Çox insanlar sahidə yaşayırdı. Burada onlar balıq tutmaqla məşğul olurdu. Onların ustalıqla düzəltdikləri qayıqlar asanlıqla demək olar ki, o dövrdə Avropada düzəldilən ən yaxşı qayıqlar idi.

Nəticədə bu qayıqlar kəşf, ticarət və qəddar basqınlar üçün səayahətlərdə böyük rol oynadı. Bu səyahətlər 9-cu əsrin ikinci yarısından başladı və qərbdə Qrenlandiyada adasından şərqdə Xəzər dənizinədək uzandı.

Norveç vikinqlərin vətəni sayılır. Vikinqlər qədimdən burada yastıdib korpuslar ilə uzun gəmilər yaratmışdı. Bu gəmilər dayaz sahilboyu sularda istifadə üçün mü-kəmməl idi. Bu gəmilər uzaq yerlərə tez çatmaq üçün əlverişli rol oynayırdı. Gəmilər əvvəlcə bir neçə kiçik səyahətlər edirdi. Lakin donanma tədricən böyüyəndən sonra artıq İrlandiya, Fransa, Şotlandiya, İngiltərəyə üzən gəmilərin sayı yüzlərlə idi.

Vikinqlər adları çəkilən ölkələrə piratlar kimi qarət etmək və öldürmək üçün gə-lirdi. Avropa sahillərinin çoxunda piratlar ad-sanlarını yaymaq üçün terror törədirdi-lər. lakin onların ölümündən sonra hərəkətlrəi qeyri –insani hərəkətlər kimi dəyərlən-dirilirdi. Onlar sadəcə rəhmsiz döyüşçülər deyildilər, həmdə bacarıqlı ticarətçilər və adminstratorlar idi.


Dublin – Vikinqlər bir neçə şəhərin və koloniyanın əsasını qoymuşdu. Bu şəhərlər sırasına Dublin və Normandiya da daxil idi. 879-820-ci illər arasında onlar Qrenlan-diyanı öz müstəmləkəçilərinə çevirdilər, hansıki həmin dövrdə qrenlandiya İslandiya-nın müstəmləkəsi idi. Vikinqlərin qarşısında başqa Avropa ölkələrindən olan güclü və çətin hədəflər dururdu. Lakin vikinqlər artıq zəifləməyə başlayırdı.

1066-cı ildə İngiltərəni fəth etməyə cəhd edən Vikinqlərin son nümayəndəsi olan Harald Hardrade müvəffəqiyyətsizliyə uğradı. O, İngiltərədə öldürüldü. İngiltərəlilər vikinqlər üzərində qələbəni təntənəli sürətdə qeyd edirdilər.

Finnmarkda yerləşən Şimal burun Şimali Norveçdə çox yaxşı yerlərdən biridir. Burada şimal parıltısınıda görmək olar. Bura həmçinin avrora kimidə tanınır.

Bura gələn turistlər Norveçin sahili boyu demək olar ki hər yerdə reskanı, mak-reli və kömür balığını tapa bilərlər. Burada olan göllərdə balıqları nizə ilə tuturlar. Bura həmçinin qızıl balıq çayları da vardır.

Norveç öz vəhşi təbiəti ilə də seçilir. Burda balinaları görməyə gələn və onlar haqqında öyrənmək istəyən turistlərə geniş məlumat verirlər. Turistlər burada müşk öküzlərini görə bilərlər və həmçiin burda olsn delfinlərlə üzə də bilərlər.

Avropanın ən böyük şəbəklərindən biriolan Norveç yürüş assosiyasiyası bura gə-lən turistlərə dağlara səyahət etmək və orada kamp qurmaq piknik, və gecəlmə yerləri təklif edir. Burada köhnə balıqçıların kayutaları da vardır. Balıqçılar burda həm balıq-çılıqla məşğul olurlar, həm də balinaları seyr etmək üçün dənizə çıxırlar.

Norveçdən yuxarıda yerləşən şimal qütb dairəsi öz gcəyarısı günəşləri ilə və şimal parıltısı ilə tanınır. Norveçdə olan Finnmark burda yaşayan Sami adamlarıilə və Sval-bad adasında yerləşən ağ ayıları ilə tanınır.

Finmarkən sahilindən kənarda yerləşən Barens dənizində insanlar burda kral krabı ilə üz-üzə gələ bilərlər. bura insanlara krabın şirəli ətindən dadmaq nəsib olur.

Sami adamları Norveçdə yaşayan Norveçlilərdən daha uzunömürlüdür. Onlar ar-tıq Norveçin orijinal əhalisi kimi tanınırlar.

Şimal Norveçdə insanlar Arktik iqlimə uyğunlaşmaq üçün yollar tapmışdır. Şi-mali Norveçdə olan torpaqlar istifadəyə yararsız torpaqlar hesab olunur. Şimali Nor-veç subarktik qurşağa düşdüyünə görə bu qurşağa aid olan tundra qleyli torpaqlar Şi-mali Norveçə də aid edilir.

Norveç üstün cəhətlərindən biri odur ki, burada cinayətkarlıq az olur. Noveçdə terror hadisələrinin baş verməməsi turizmə müsbət təsir göstərir. Buranın insanları mehriban və şən yaşayırlar. Sakitliyi və rahatlığı sevən insanlar üçün bura daha məq-sədə uyğundur.

Norveç Skandinaviya yarımadasında yerləşir. Skandinaviya həm də dağ hesab olunur. Skandinaviya qədim dağlara aid olduğundan burada zəlzələ baş vermir.



Norveç həm də inkişaf etmiş ölkələr sırasına daxilidir. Əhalinin təbii artım səviy-yəsi çox aşağıdır. Məhz buna görə də Norveç əhalisinin əhali artımının 1-ci tipinə aid edirlər.




Yüklə 58,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə