Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə2/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   2   3   4   5   6   7   8   9   ...   111

YEDDİ MÜQƏDDƏS 
MƏFHUM
I
5


Hər  millətin  onu  başqalarından  fərqləndirən 
və xalqa çevirən səciyyəvi cizgiləri, öz müqəddəs 
məfhumları  mövcuddur.  Düşünürəm,  bir  çox 
oxucu  mənimlə  razılaşar  ki,  qırğızların  yeddi 
müqəddəs  məfhumu  var:  komuz,  qalpaq,  yurta, 
at, Səxavətli Manas, Ala-Too dağları və İssık-Kul 
gölü.  Bunlarsız  qırğız  xalqının  dolğun  həyatını 
təsəvvür  etmək  qeyri-mümkündür.  Hekayətimi 
komuzun  yaranışı  ilə  başlamaq  niyyətindəyəm 
–  onun  simləri  bütün  iki  min  illik  qırğız  tarixini 
yaddaşına  hopdurub  saxlamışdır.  Mənə  elə  gəlir 
ki, dünyada komuz tərəfindən vəsf olunmamış heç 
nə qalmamışdır. Onun havaları bəxtəvər məhəbbət, 
uğurlar  və  məyusluqlar,  qəmgin  və  məzəli 
yaşantılar  haqqında  bəhs  edə  bilər.  Komuzun 
zümzüməsi altında salamlamalar, ithaflar oxunmuş, 
zəfərlərə mədhiyyələr söylənmiş, məğlubiyyətlərə 
Bülbül – komuz barədə
göz yaşı axıdılmışdır. Və xalq musiqisi də, sözlər 
də  genlərimizdə  qorunub  saxlanaraq  əbədiyyətə 
qovuşmuşdur. 
Komuz  –  bizim  də  miras  qəbul  etdiyimiz 
əcdadlarımızın ruhudur. Xalqımız üçün bu gerçək 
mənəvi dəyərdir ki, nəinki insanları qanadlandırır 
və ilhama gətirir, həmçinin xalqı birləşdirir. Komuz 
odda yanmadı, yüzilliklərin uzun və faciəli yolunda 
izsiz-tozsuz batıb getmədi. Komuzun melodiyaları 
çətin  dəqiqələrdə  qırğız  xalqına  sıralarını 
möhkəmlətməyə  yardım  göstərdi,  çox  vaxt 
mübarizəyə  çağırış  kimi  səsləndi.  Komuzçularla 
bütün  dövrlərdə  fəxr  etmişlər  və  onlar  bu  günə 
qədər ən möhtərəm insanlar hesab olunurlar. 
Böyük  komuzçu  və  akın  Toktoqulun  faciəvi 
taleyi  barədə  hekayətləri  dinləyəndə,  onun  nağıl 
qəhrəmanı deyil, real şəxsiyyət olmasına inanmaq 
Aytiyev Q., Kojəhmədov D. “Akınlar” 1956-1957-ci illər, kətan, yağlı boya, 206 x 306
6


çox çətindir. Danışırlar ki, Toktoqul Sibirə sürgün 
zamanı  nəzarətçi  onun  mandolinini  sındırıbmış, 
lakin komuzçu sonradan salamat qalmış simlərdən 
özünə komuz quraşdırıb düzəldibmiş. Heç nə onun 
yaradıcılığa  məhəbbətini  qıra  bilməmişdi,  axı 
yalnız musiqi və mahnı oxumağı ilə azadlığa can 
atmasını  və  Vətənə  sevgisini  ifadə  etməyə  qabil 
idi. O vaxt komuzçunun bədbəxt yoldaşları, digər 
katorqaçılar bildirirdilər ki,  Toktoqulun nəğmələri 
həmişə həqiqəti əks etdirirdi.
Toktoqulun  “Sürgündə”  mahnısından  bəzi 
misraları təqdim edirəm:
               Komuzum yorğunları dirçəldir,
               Ürəklərə ümid bəxş edir.
               Dilimi hamı anlamayır, 
               Ancaq komuz – hər kəslə danışır!
Özümü 
tanıyandan 
bəri 
komuzun 
melodiyalarını 
məmnuniyyətlə 
dinləyirdim, 
uşaqlıqda  isə  elə  zənn  edirdim  ki,  təbiətin  özü 
oxuyur. Hansısa gizli cazibə qüvvəsi məni həmişə 
komuza  çəkirdi,  fəqət  eyni  zamanda  indiyəcən 
onun  simlərinə  toxuna  bilmirəm,  sanki  onların 
müqəddəsliyini  və  səslənmənin  sehrini  pozmağa 
qorxuram.
İlk  dəfə  komuzda  ifa  olunmuş  “Get,  Buka!” 
havasının yaranma tarixi maraqlıdır. Mahnının adı 
bir çox mətləbi aydınlaşdırır. “Get, Buka!” – deyə 
əcdadlar qırğız torpaqlarının işğalçıları monqolları 
lənətləyirdilər. Buka monqolların qırğızlar üzərində 
canişini idi. Bir dəfə ovda onun oğlu həlak oldu, lakin 
heç kəs bu xəbərin qara çaparı olmaq istəmədi, zira 
sahibin sərt cəzasından qorxdu. Fəqət faciəvi xəbəri 
çatdırmaq  zəruri  idi.  O  təqdirdə,  komuzçulardan 
biri Bukaya baş vermiş faciədən xəbər verən kədərli 
hava çalmaq qərarına gəldi. Buka dərhal hər şeyi 
anlayıb  mətləbi  tutdu  və  qeyzlənərək  komuzun 
üstünə və musiqiçinin gözlərinə ərinmiş qurğuşun 
tökmək  əmrini  verdi...  Deyilənə  görə,  o  vaxtdan 
bəri komuzda səsi gücləndirən dəyirmi dəlik əmələ 
gəldi. Sağ qalmış kor musiqiçi bələdçinin köməyi 
ilə  gəzib  dolaşdı,  komuzda  çalmağını  davam 
etdirdi. Komuz isə əvvəlkindən də gur, elə şaqraq 
səslənirdi  ki,  quşlar  susur,  sehrli  melodiyanın 
ağuşuna düşürdülər. Hətta musiqiçini dünya işığına 
baxmaq  xoşbəxtliyindən  məhrum  etsələr  belə, 
heç  kəs  yaratmaq  bəxtiyarlığını  onun  əlindən  ala 
bilmədi. Yerlərə sığmayan müdriklikdən doğulmuş 
komuzun gücü bunda idi. 
Əfsanəyə  görə,  komuz  ovçu  Kambarkan 
tərəfindən icad olunmuşdur. İlk qırğız melodiyası 
onun  sayəsində  bəstələnmişdi,  bihudə  yerə  onu 
“melodiyanın atası” adlandırmırlar. Bir çox quşun 
Raykan Şükürbəyov
Ölümsüz komuz
Ölüm qorxuludur hər şeydən, fəqət, lap əzəldən
Ölümlə həyat qoşa qanaddır. Eynidir onlar.
Lakin həyat daha güclü, ölümə ram deyil,
Həyat, günün bu günündə lap əzəlki kimi.
Xalqımın deyimi belədir: yaxşı heç öləməz!
Cavanlar bunu yadda saxlasın möhkəm...
Naqafil Moldoke nəğməsinə başlarkən həmən,
İssık-Kulun suları tək dalğa-dalğa yayılardı. 
Ürəkləri riqqətlədib titrədirdi o gözəl hava. 
Onun nəğmələri düşüncələr dəryası,
İri quş qanadları çırpılır hər tərəfdə,
Bəyaz qu quşu süzür sakit sularda,
Hətta taxtalar belə bülbül kimi ötür.
Moldoke, bax bir, dünya necə genişdir!
Komuzun əlində tərk etdin bizi niyə?..
Haralarda öz havanı axtarırsan sən indi?..  
Uzaqlardan xəfif komuz sədası yayılır!
Həyat bir göldür, dalğaları dağılır,
Qoca şam ağacını tufan əyib çökdürür. 
Bülbül tökür acı-acı göz yaşın o ağaca,
Zaman qadiri-külldür, torpağı da, xalqı da,
Dəyişdirəcək, öz təbirinə salacaq.
Yalnız komuz susmayacaq heç zaman
Üçsimli komuzun üç qartalın yuvasıdır, 
Sizin – Toktoqul, Atay, Karamoldo...
Dənizlər quruyar, dağlar dağılar, 
Ancaq siz zirvənizdən heç vaxt enməzsiz.  
Ölüm o zirvənizin önündə aciz...
7


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə