Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə7/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   2   3   4   5   6   7   8   9   10   ...   111

Atla  insanın  dostluğu  qırğız  qəhrəmanlıq 
eposunda tərənnüm edilmişdir: “Qüdrətli at Akkula 
Manası  dağların  şiş  ucları  ilə  elə  aparır  ki,  sanki 
at şığımır, nəhayətsizliyə çıxmış quş səkir...” Xalq 
zarafatı:  “Qırğız  eşşəyin  belinə  oturmaqdansa, 
piyada gedər”.
Pəhləvan  Səxavətli  Manası  sədaqətli  atı 
Akkulasız  təsəvvür  etmək  çətin  məsələdir.  Epik 
əsatirə  görə  Manasın  tulparı  insan  təfəkkürünə 
malik olaraq daima pəhləvanı qoruyurmuş. Manas 
sonuncu  yürüşünə  yollananda,  Akkula  hiddətlə 
dırnağını torpağa çırpır, sevgili sahibini gözləyən 
ölümcül təhlükədən xəbərdar edirmiş.
Hələ min il əqdəm Manas və onun bahadırları 
təzə madyan südündən hazırlanmış kumıs içirdilər. 
Bu,  müalicəvi  içkidir.  Bir  çox  azar-bezardan 
qoruyan hərtərəfli davacat, qırğız millətinin genetik 
sağlamlığının  keşiyində  duran  sadiq  mühafizdir. 
Kumısı ən yaxşı köpüklü içmək vacibdir, o zaman 
insana təpər verir, enerji gətirir. Qırğızların kumıs 
mərasimi ət mərasimi qədər ənənələrlə zəngindir. 
Madyanı sağan sahiblər ilk növbədə qonşu və tanış-
bilişi  qonaq  edirlər  ki,  yaxşı  diləklər  və  alqışlar 
qazansınlar. Kumısın özünəməxsus təmi heç nə ilə 
müqayisə  edilməzdir.  Onun  təravəti  dağ  otlarının 
səxavəti və şəlalələrin enerjisi ilə dolub-daşır. 
Qırğız xalq ənənəsinə görə kumıs ilk təamdır. 
Bu pəhləvan içkisi lap çoxdan məlumdur və təkcə 
qırğızlarınkı  deyil.  Hələ  təbabətin  padərşahı 
Hippokrat  kumısı  uzunömürlülük,  fərəh  və  əqli 
inkişaf içkisi adlandırırdı. Məşhur Venesiya səyyahı 
Marko Polo qırğız kumısını belə təsvir edirdi: “...
madyan südündən hazırlanmış elə içkidir ki, onu ağ 
şəraba oxşatmaq olar”.
Tanınmış  alim Vladimir  Dal  deyirdi:  “Kumıs 
hər  cür  istidə  susuzluğu  yatırır,  bədən  hərarətini 
eyni səviyyədə saxlayır. İştah açır. Daxili orqanların 
fəaliyyəti üçün yaxşı şərait yaradır, gümrahlaşdırır”.
Kumısın  heyrətamiz  keyfiyyətləri  barədə 
məşhur  rus  yazıçıları  da  fikir  söyləmişlər.  Lev 
Tolstoy  tez-tez  Başqırdıstanda  istirahət  etməyi 
xoşlayırdı,  orada  isə  onu  sevimli  kumısına 
qonaq  edirdilər.  Vərəmə  yoluxmuş Anton  Çexov 
yalnız  kumıs  içərək  özünü  saxlayırdı.  Digər  rus 
yazıçısı  Sergey  Aksakov  kumısın  cavanlaşdırıcı 
keyfiyyətini  qeyd  edirdi.  Şairə  Marina  Svetayeva 
kumısı başqa içkilərdən üstün tuturdu...
Qırğız  xalqı  bu  sehrli  içkiyə  dair  bir  çox 
atalar  sözü  qoşub:  “Kumıs  içən,  yüz  yaşar”, 
“Kumıs – insanın qanıdır, hava – qəlbi”. Kumısın 
müalicəvi  cəhətləri  dünya  alimləri  tərəfindən 
isbata  yetirilmişdir.  Bu  gün  bir  çox  sanatorilərdə 
Umetov D. “Gecənin əsrarı” 1974-cü il.
17


kumısla vərəmin, mədə-bağırsaq traktının xroniki 
xəstəliklərinin, qanazlığının, böyrək və əsəb sistemi 
xəstəliklərinin və b.  xüsusi müalicə kursu aparılır. 
Hər halda, mən elə sanıram ki, kumısın müalicəvi 
tərəfləri hələ sonadək tədqiq olunmamışdır. 
Uşaq vaxtı ağsaqqallardan təsadüfən bataqlığa 
düşmüş, orada ilişmiş ata dair hekayəti eşitmişdim. 
İlxıçılar  uzun  müddət  atı  bataqlığın  zığından 
dartıb  çıxara  bilmirlər.  Əlləri  üzülüb  heyvanı 
taleyin hökmünə buraxmaq istəyirlər ki, haradansa 
ağsaçlı ixtiyar kişi zahir olur və məsləhət verir: at 
ilxısnı  dördnala  bataqlığın  yanından  çapdırmaq. 
Və qəfil, buna qədər başını aşağı salıb zığa batan 
at kəskin şəkildə tərpənib şaqraq səslə kişnəyir və 
özü,  heç  kəsin  köməyi  olmadan  bataqlığın  dəmir 
məngənəsindən qurtulur ki, yanından çapıb gedən 
ilxıya  çatsın.  Bəli,  bizim  dağ  çaparlarının  iradə 
gücü  və  xarakteri  möhkəmdir,  onlar  ləyaqət  və 
vətənpərvərlik hissi ilə doğulur!
Beləliklə,  qırğız  dünyagörüşündə  at  sanki 
əsilzadədir.  Yəqin,  çoxları  uşaqlığını  kənddə 
keçirib və yadındadır ki, yandan keçən ilxını görən 
dayça  ucadan  kişnəyərək  dırnaqlarını  torpağa 
vurur.  Hərgah  bu  an  onun  belində  oturmuşsansa, 
nəcib heyvanın sevinc hissini və qüvvəsini unutmaq 
mümkün iş deyil. At kişnərtisi ilə sanki həm ilxını 
salamlayır, həm də onu müdafiə edir. 
Qırğız üçün at – hər şeydir. Hələ Semyonov-
Tyanşanski  qeyd  edirdi:  “Qırğızlar  ömürlərinin 
yarısını  at  belində  keçirirlər,  zira  at  –  onların 
həyatında  ola  biləcək  ən  dəyərli  şeydir”.  XIX 
əsrin sonunda rus həkimi N.Zelandın yazılarından: 
“Məlumdur  ki,  igidlər  at  belində  böyük  zirəklik 
nümayiş  etdirirlər.  Qırğız  at  belində  özünü  sanki 
qılçaları üstündə olduğu qədər sərbəst saxlayır”. 
İnsan və at vəhdət təşkil edir. İnsanın və atın 
fəlsəfi vəhdəti barədə yığcam və dəqiqliklə məşhur 
qırğız yazıçısı Çingiz Aytmatov “Əlvida, Gülsarı!” 
povestində  söyləmişdir.  Gülsarı  sadəcə  at  deyil, 
əsərin  baş  qəhrəmanı  ixtiyar  Tanabayın  qəlbinin 
bir  parçasıdır.  Onların  taleyi  sıx  birləşmişdir. 
Qocanın  ən  fərəhli  dəqiqələri  atının  surəti  ilə 
bağlıdır.  Onlar  birgə  həm  sevinc,  həm  dərd-bəla 
yaşayırlar. Çingiz Aytmatov qırğızın ata bəslədiyi 
kövrək münasibəti dahiyanə surətdə əks etdirməyə 
müvəffəq olmuşdur. Tanabay üçün atın ölümü öz 
həyatınəın sonuna bərabər olur.  
Çin məxəzlərinə isnadən, b.e.ə. II əsrdə Fərqanə 
vadisində Davan quldarlıq dövlətinin qurulmasına 
və  mövcudiyyətinə  imkan  vermiş  inkişaflı  oturaq 
həyat,  əkinçilik  mədəniyyəti  var  imiş.  Davanda 
təmiz qanlı cins çaparlar yetişdirilirmiş ki, onların 
Eraliyev S.
At belində
Qaçağan tarımdır, pıçıldadım: “Hə!”
Həssas dərisinə qamçını çəkdim.
Aramakım şığıdı, uçurtdu məni.
Bahar hökmfərmadır, çöllərdəyəm mən.
Sanki bir gülləyəm, uçuram hey mən,
Yala sığmışdım, külək arxadan tutdu.
Uğuldar, fışıldar, vıyıldar alov kimi,
Yal bir od parçası kimi alovlanar hey. 
  
Zaman dörd at ayağına çırpılır, gəlir, 
Üstümə bərk gurultuyla atır özünü.  
Fəqət xırda çiliklənib yerə tökülür,
Sanki kövrək şüşə qranitə vurulur. 
Sürətim baş gicəldir, altımda tufan, 
Yerin geniş sonudurmu bura əcəba?!
Qasırğa iki qara ətəyimi sərib yellədir,
Arxamda qüvvətli qanadlar gərilir, qalxır.
Dağlar gerilədi, sinəmlə yardım,
Dərələrin darlığından çıxdım genişə.
Yayıldım əşarın ağ köpüklü seli tək 
O intəhasız bərri-biyabanın köksünə.
Fitini ilxının sayına görə çal,
Burnunun uzunluğuna görə asqır; 
Yorğanını ayağına görə uzat.
18


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə