Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə98/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   94   95   96   97   98   99   100   101   ...   111

sintez  etməyi  bacarmışdır.  Qırğız  ədəbiyyatının 
renessansı  qırılmaz  surətdə  məhz  onun  adı  ilə 
bağlıdır. O, XX əsr cahanşümul klassikləri arasında 
dəyərli yer tutmuşdur. 
Ç.Aytmatovun  əsərləri  oxucunun  qəlbini 
nəinki  ruhlandırır,  alicənablaşdırır  və  saflaşdırır, 
həmçinin  dünyanı  daha  yaradıcı  və  xeyrixah 
olmağa  sövq  edir.  Dahi  yazıçı,  feyləsuf  bütün 
planetin insanlarına qarşılıqlı anlaşma, tolerantlıq, 
din  azadlığını  qəbul  etmə,  dostluq  və  məhəbbət 
kimi  ali  əxlaqi  tinətlər  təlqin  edir.  Ç.Aytmatovun 
istedadının dəyəri ondadır ki, o, xalqları qəribə bir 
tərzdə birləşdirməyi bacarır. Bu gün bütün dünya 
onun  heç  nə  ilə  müqayisə  olunmayan  əsərlərinin 
səhifələrinin içinə baş vurur, mütaliəyə aludə olub 
alqışlayır. 
...2008-ci  ilin  iyun  ayında  Dahi  yaradıcı 
köçünü  artıq  dünyadan  sürmüşdü.  O  zaman  mən 
növbəti məqaləmi yazırdım. 
Böyük  şair  Rəsul  Həmzətovun  belə  fikirləri 
vardır:  “Hərgah  səndən  kim  olduğunu  soruşsalar, 
pasportunu 
göstərməlisən, 
səndən 
haralı 
olduğunu soruşsalar, öz xalqının dahilərinin adını 
sadalamalısan”. 
Biz  də  bunu  fəxarətlə  söyləyə  bilərik: 
“Biz  Qırğızıstandanıq  –  Çingiz  Aytmatovun 
Vətənindən”.
  Aytmatov  vasitəsi  ilə  dünya  bizi  qəbul 
etdi.  ÇİNGİZ  AYTMATOV  –  güman  edirəm  ki, 
QIRĞIZISTAN  RESPUBLİKASI  adı  ilə  yanaşı 
qoyulmağa yeganə layiqli isimdir. 
Bibliyada deylir: “Əvvəlcə söz olmuşdur”. 
Bu, Allaha söz vasitəsilə müraciətdir. Hərgah 
insanda  söz  və  inam  yoxdursa,  demək,  onda  heç 
Allahın özü də yoxdur. Yalnız söz insan qəlbində 
nəyisə oyada bilər. Qırğızlar o nadir xalqlardandır 
ki,  sözün  qüdrətinə  həyəcanla  yanaşmış  və  dərin 
məna  vermişlər.  Qırğızın  bütün  həyatı  söz  və 
mahnı ilə keçmişdir. Uşaq doğulur – ana ona layla 
çalır, ağsaqqal isə xeyir-dua verir. Övladın uşaqlıq 
və  gəncliyini  valideynlər  pis  ruhlardan  xeyir-dua 
ilə, ovsunlarla qoruyurlar. Oğlun toyunu ənənələrə 
uyğun, ayin, sevgi-məhəbbət mahnıları ilə bayram 
edirlər. Yazda səpin zamanı qırğızlar əmək, gələcək 
məhsul  haqqında  mahnılar  oxuyurlar.  Dünyasını 
dəyişmiş adamı son mənzilə vida mahnısı – koşokla 
yola  salırlar.  Maraqlıdır  ki,  bizim  əcdadlarımız 
sözün  vasitəsi  ilə  yağışı  çağıra,  yaxud  yarımçıq 
kəsə  bilər,  dualarla  insanların  həyatına  təsir 
göstərərdilər. Qırğız atalar sözləri isə, demək olar 
ki, xalq müdrikliyinin salnaməsidir. Bizim xalqımız 
həddindən ziyadə oxuyan, nəğməli xalqdır.
Əcdadlarımız  bizə  Kolizey  və  ya  Tac-Mahal 
kimi memarlıq məbədləri qoyub getməyiblər, lakin 
xalqın monumental yaradıcılıq ruhu və milli ruhu – 
böyük “Manas” eposu kimi tikilidədır.
“Manas”  eposu  qırğız  xalqının  özünü 
saxlamasında,  Böyük  Çin  səddi  çinlilərin 
özünütəsdiqindən  az  rol  oynamamışdır.  Uzun 
tarix  boyu  yağılar  qırğızları  az  məğlubiyyətə 
uğratmayıblar. Lakin xalqın “Manas”da gizlənmiş 
ruhu  hər  dəfə  nağıl  quşu  simurğ  küldən  yaranan 
kimi, yaranırmış. Çünki bu düşmənlər ən mühüm 
olanı  aradan  götürə  və  xalqın  ruhunu  sındıra 
bilməyiblər.  Qırğız  xalqının  bütün  mədəniyyəti 
“Manas” eposunun söz və nitqi, bədiyyəçi akınların 
nəğmələri və atalar sözləri ilə bağlıdır. Yazıçı qırğız 
xalqının yaratdığı “Manas” monumental eposu ilə 
xüsusi  maraqlanmışdır.  Manasın  fenomeni  onda 
təzahür edir ki, eposun bütün raviləri – manasçılar 
öz  yaradıcılıqlarına  yuxugörmə  və  ya  ilahi  vergi 
ilə  başlamışlar.  O  vaxta  qədər  onlar  eposun 
məzmunundan  qətiyyən  xəbərdar  olmurlar  və 
ali  ravilik  (nəqletmə  qabiliyyəti)  də  bacarmırlar. 
Böyük  yazıçı  ayrıca  ailədə  doğulmamışdır,  o, 
qırğız xalqının çox nəsillərinin ruhi müdrikliyinin 
və  söz  yaradıcılığının  sıx  toplumu,  yığması 
kimi  zahir  etmişdir.  Yazıçının  xatirələrinə  görə, 
sinədəftər  nənəsi  Ayimkan  savadsız  olsa  da, 
fenomenal  yaddaşa  və  zəkaya  malik  idi,  xeyli 
sayda  xalq  mahnısını,  ağı-oxşamanı  və  nağılları 
əzbər bilirdi. Çingiz Aytmatov bizim hamımızındır, 
çünki onun əsərlərində bütün qığrız dilinin və xalq 
müdrikliyinin dəfinələri gizlənmişdir. Qədim xalq 
yaradıcılığının  epik  ənənələrini,  onun  tarixini 
və  folklorunu  dərindən  dərk  edib  zehniyyətinin 
süzgəcindən  keçirən  Ç.Aytmatov  müasir  şəraitdə 
onun birbaşa davamçısı və varisinə çevrilmişdir.
Aytmatovun  əsərlərinə  xülasə  verərkən 
aşağıdakı  kvintessensiyanı,  yaxud  özünəməxsus 
Aytmatov həyat məcəlləsini əldə etmək olar.
1. Təbiətlə elə incəliklə rəftar etmək ki, “dağlar 
uçmasın”. İnsan – “Əlvida, Gülsəri!” povestindəki 
Yorğa  kimi,  yaxud  “Cəllad  kötüyü”  romanındakı 
Əkbər kimi, təbiətin övladıdır. 
İnkişaf  və  sivilizasiya  –  heç  də  təbiətə 
qarşıdurma deyildir.  
Aytmatov  özünün  fəlsəfi  konsepsiyasında 
torpaq  və  təbiətin  müdafiəçisi  kimi  çıxış  edir. 
Düynanın  kim  tərəfindən  – Allah,  Dərrakə  və  ya 
Sirli  qüvvə  –  idarə  olunduğu  hələ  də  açılmamış 
sirr  olaraq  qalır.  Hərgah  Allah  yoxdursa,  cənnət 
də  yoxdur.  Əgər  dünyanı  Dərrakə  idarə  edirsə, 
nəyə  görə  biliyin  inkişafı  insanlığa  humanizm 
və  sülh  deyil,  mücadilə  və  dağıdıcı  aqressiya 
gətirmişdir? Çingiz Aytmatov bizimlə açıq həqiqəti 
bölüşür. Bu planeti dəyişdirmək ixtiyarı insanlara 
verilməmişdir.  Lakin  insanın  özünü,  onun 
vicdanını, düşüncə və mənəviyyatını tərbiyə etmək 
mümkündür. Bu dünyadakı əsas varidat – nə var-
dövlət, nə günəşdir, heç torpaq da deyildir – sözdür. 
Allah insana söz vasitəsi ilə müraciət edir. Deməli, 
planeti qorumaqdan əvvəl insan öz mənəviyyatını 
bərpa etməli və sözü qorumalıdır. 
Hətta  lap  Qırmızı  kitaba  düşmüş  hansısa  quş 
yox olacaqsa, son nəticədə, bu, təbiətdə öz əksini 
259


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə