Ağılar
Ağılar. Qırğızlar onlardan heç vaxt
ayrılmamışlar. O dünyaya köçənləri həmişə xüsusi
nəğmələr – koşoklarla yola salırlar.
Ağıçı qadınların qəribə sənəti barədə xalq
deyir: “Oxuyanın hərəkətlərinə loğaz qoşulmur”.
Bineyi-qədimdən qorunub saxlanmış kəndli
arvadının ağısı:
Səninlə xoşbəxt idim,
Pislik nədir, bilməzdim.
Evim yandı, çıxdı əldən,
Nəyi qaldı? Külü qaldı.
Əlin-qolun güclü idi,
Qılçaların uzun idi.
Arvadını oxşadığın,
Dillərin nə şirin idi.
Sözlərin nə kamallıydı.
Ailimizdə yüz araba,
Ən deyən, ən güləndin.
Nəyin vardı, gizlətmirdin,
Verən əlin istəmirdi.
Buğda, arpa səpərdin,
Qürubacan çöldə sən.
Kətmənin şütüyürdü,
Tənbəllik bilməyənim...
Əski çağlardan iki növ koşok mövcud
olmuşdur: toy və dəfn koşoku. Toy koşoku gəlinin
anası və rəfiqələri tərəfindən ifa olunur və yad evə
qədəm basan gəlinə çoxsaylı öyüdlərlə müşayiət
edilirdi.
Dəfn ağı-oxşamaları da qadınlar tərəfindən
bəstələnirdi. Onlar mərhumun şərəfinə oxunan
qısa lirik əsərlərdir. Ölkənin yalnız ayrı-ayrı
bölgələrində, xüsusilə cənubda qalmış toy
koşokundan fərqli olaraq, yas ağıları indi də oxunur.
Ölən adam üçün ağı deyən koşokçu – ağıçının
yaradıcılığı qədim çağlarda yaranmış faciəli
nəğmələrlə eyni zaman kəsiyinə düşür. Ağıçı
qadınlara koşokçular deyirlər. Bunlar mərhumun
qohumlarının kəfn-dəfn günü dəvət etdikləri
və onların dərdinin dərinliyini mahnılarla ifadə
edən, bu fani dünyanı tərk etmiş mərhumun yaxşı
xasiyyətlərini açıb göstərən peşəkar ağıçılardır.
Koşokçular onun insansevərliyini, nailiyyətlərini,
doğmalara və yaxınlara həlim yanaşmasını və b.
müsbət cəhətlərini vəsf edə bilərlər. Hərgah ağıçı
koşokun şairanə və məzmunlu mətnini yaxşı tərtib
edib oxşaya bilsə, onun haqqında deyirlər: “Yaxşı
ağladı”.
Ay doğmam, parlaq ulduz axdı,
Qırğızların şahini qoydu bizi.
Dağlarda ilxının say-hesabı yox,
Arqımaklar, qaçağanlar...
Uşağın hələ balacadır,
Onları bükə bilməz,
Ruhumu cəhənnəmə salma,
Qoyma, özünlə apar!
Ay batdı, gecə düşdü.
Şərəfin yayılmışdı hər yana,
Qırğızların saysız-hesabsız nəsli,
Gücsüzlədi, boyun əydi taleyə...
Köçəbə ellərin – qırğızların
Yaman çoxdurlar,
Səni əbəs yerə axtaracaqlar,
Yavaşca səngiyib soyuyacaqlar.
Qalmış dulun sakitləşmir heç cürə,
İndən belə halı necə olacaq?..
“Manas” dastanından
Dul qadının koşoku:
Qaçağanın belində çapırdın,
Həmişə tüklü kürk geyinirdin.
Qaçağanın beli boş qalıb sənsiz,
Kürkün tənhadır, qalıb sənsiz.
Xalq arasında Ormon xanın dulu Ulbalının
koşoku da geniş yayılmışdır:
Ərim Ormon xan aslanıydı
Dağların, aslanıydı çöllərin,
Ölməz hünəri nəsillərə qaldı, getdi.
90
91
Aytış (mahnı yarışı)
Qırğız və qazax xalqlarının səciyyəvi milli
ənənəsindən – aytışdan söz açmamaq mümkün
deyil. Aytış – bədiyyəçi-akınların deyişməsidir.
Aytış – yalnız kütləvi yerlərdə, böyük xalq
şənlikləri zamanı keçirilən müğənnilərin yarışı,
akınların bədahətən söz qoşmalarının zirvə
məqamıdır. Akınlar sinədən mahnı qoşur və
yerindəcə onları ifa edirlər. Onlar dinləyiciləri öz
şairlik istedadları, hazırcavablıqları, iti atmacaları,
hamıya yaxın mövzulara toxunan zarafatları ilə
maraqlandırıb cəlb etməyə cəhd göstərirlər. Bu
hər akının “rəqib”i üzərində üstünlüyünü nümayiş
etdirməyə çalışan mahnı mücadiləsidir.
Maraqlıdır ki, məhz aytış qırğız dilinin
təkamülündə və formalaşmasında mühüm rol
oynamışdır. Bu günə qədər aytış milli mədəniyyətin
ən sevimli növlərinə aid edilir. Hal-hazırda aytış
yeni məzmunla zənginləşmiş, müasir inkişaf
yolunu tutmuş və gənc nəslin populyar mahnı-
nəzm janrına çevrilmişdir.
Qırğızlar heyrətamiz dərəcədə bədiyyə
istedadına malikdirlər. XIX əsrin sonunda bizim
dağlıq diyarımıza təşrif buyurmuş bir rus səyyahı
təəccüblə qırğızların şeirlə danışmaq, bu zaman
iti kəskinliklə atalar sözünü və zərbül-məsəlləri
məqamında işlətmək bacarığı barədə yazırdı.
Yaxşı bədahətən söz deyənləri xalq arasında
tokmo-akın – şair-bədiyyəçi adlandırırlar.
Qabiliyyətli tokmo-akın həmişə hər evdə göz
üstündə saxlanan qonaqdır.
Sinədəftər bədiyyəçilərin adları doğma
obaların hüdudlarından çox-çox uzaqlara yayılır.
Ziyafətlərdə və əsilzadələrin hüzr məclislərində
onlar ən möhtərəm qonaq kimi qarşılanır və ev
sahibinin xüsusi hüsn-rəğbətini, məclisdəkilərin
hamısının hörmətini qazanırdı.
Bu günün özündə də qırğız aillərində qafiyəli
misraları muncuq kimi süzülüb düzülən, sətir-
sətir bədahətən söz deyən insanlara tez-tez rast
gəlinir. Onların istedadı hüdudsuzdur, istənilən
vəziyyətdə qafiyə tutub söz qoşmağa qabildirlər.
Elə tokmo-akınlar olub ki, yarım gün ərzində
bir dəqiqə dayanmadan, ev sahibini tərifləyərək
yurtanın dəbdəbəli təchizatı barədə sərasər nəzmlə
mədhiyyələr oxumuşlar.
Hələ 1876-cı ildə adlı-sanlı etnoqraf
A.A.Divayevin yazdıqlarından: “Qırğızların və
qazaxların köçəri və azad həyatına diqqət yetirəndə,
tezliklə əminlik hasil etdim ki, bu xalqlar hədsiz
maraqlı, elmi cəhətdən dəyərli etnosa malikdirlər
və bütöv poemaları, olmuş hadisələri, əfsanələri
əzbərdən bilən, neçə-neçə həddən ziyadə istedadlı
sinədəftər bədiyyəçiləri, müğənniləri, çalğıçıları,
raviləri ilə fəxarət duya bilərlər...”
Qırğız xalqının istedadlı nümayəndələri əsil
həyat həqiqətini şan-şöhrətdə deyil, – hərçənd, şan-
şövkətdən də imtina etmirdilər – ənənələrin davam
edilməsində, mənəvi dəyərlərin zənginləşməsində,
xalqın əbədi ruhunun – milli mədəniyyətin
inkişafında görürdülər...
92
Dostları ilə paylaş: |