şəkildə yaşamış və öz icmalarına görə böyük
məsuliyyət daşıymışlar. Bu, gələcəkdə güclü yerli
özünüidarəli vətəndaş cəmiyyətinin quruluşu
üçün yaxşı bazadır. Bu planda yerli özünüidarənin
başçısı böyük məsuliyyət daşıyır, buna görə də
problemləri yerindəcə həll etmək üçün onlara daha
çox səlahiyyət verilməsi zərurəti yaranır. Amma
eyni zamanda onlar dövlət hökuməti ilə tərəfdaş
kimi çalışmalıdırlar. Güclü yerli özünüidarə
gələcəkdə dövlətçiliyin möhkəmləndirilməsi
üçün əsas institut ola bilər. Güclü başçı, güclü
yerli özünüidarə, güclü dövlət hakimiyyəti –
güclü dövlətçiliyin əsasıdır. Ritual dualar zamanı
Altay və Yenisey köçəriləri öz uluslarının (millət)
ömürlərinin uzanmasının qayğısına qalardılar:
Bu,
düzülmüş yurtalar, —
Qoy sakit dursunlar!
Qoy yurtamın insanları —
Lap rahat olsunlar.
Sənə
boyun əyənlər
Qoy yaxşı yaşasınlar!
Bu
uşaqlar rahat,
Dinməz yaşasınlar!
Hərgah istəyiriksə ki, bizə hörmət edilsin, ilk
növbədə özümüz özümüzə və seçdiyimiz rəhbərə
hörmət etməliyik.
Əcdadlarımız təmizliyi çox sevərmişlər. Axı
onlar saf təbiətdə doğulmuş, təmiz su içmiş, təmiz
hava ilə nəfəs almış və yurtalarını da həmişə təmiz
saxlamağa çalışmışdılar. Əzəli təbiətin əhatəsində
yaşayan insan daxilən saf olmalıdır. Deməli, bu
gün kim siyasətdə olmaq istəyirsə, onun xalqa
xidmətdə məqsədi və amalı tam təmiz olmalı,
yalnız həqiqəti söyləməli, vicdansızlıq etməməli,
təmiz niyyətlərini hər bir münasibətdə nümayiş
etdirməlidir, axı Qırğızıstanı yalnız təmiz əllərlə
qurub-tikmək olar. Həmişə xalq arasında böyük
hörmət sahibləri o siyasətçilər olmuşlar ki, onlar
onilliklər ərzində səbrlə qurub-tikmiş və yollar
salmışlar.
Bizim yolumuz – əmək və birlik yoludur. Yalnız
bir olacağımız təqdirdə, həyat yolumuzu şərəflə
gedə bilərik. Tariximizin uzaq acı dərslərindən
bəllidir ki, xalqımız bir olanda, qırğızların parlaq
ulduzu doğur və xalq yenilməz olurdu. Amma
elə ki, tayfalararası münaqişələr baş verirdi –
uğur xalqdan üz döndərir, dövlətçilik dağılırdı.
Nahaq deyil ki, əcdadlarımız deyirdilər: “Hərgah
öləcəyiksə – bir çalada basdıracaqlar. Hərgah sağ
qalsaq – bir təpədə yaşayacağıq. Mən – səhrayam.
Biz isə – gölük”. Əlbəttə, biz yalnız bir olacağımız
təqdirdə, sülh və əmin-amanlıq əldə edə bilərik.
Bizim gücümüz – birliyimizdədir! Müdrik
uluların təfriqə və ikitirəlik barədə əsrlərdən bu
yana dilə gətirdikləri həyəcanlı xəbərdarlıqları
eşidilməkdədir. Kalıqul-peyğəmbərin nəsihəti bax
belə səslənir: “Dünyanın sonu o zaman gəlir ki,
vicdan xalqı tərk edir. Qırğızların əsas bir düşməni
var, o düşmənin adı isə – ixtilafdır”. Ulularımz,
təbir caizsə, bizə ilahi nəsihətlər qoyub getmişlır.
Bizim özümüzü qorumağımız birliyimizdədir.
Yolda həmişə öz sağlamlığını qorumaq
gərəkdir və bu səbəbdən, əcdadlarımız heç zaman
yol yoldaşlarını, xəstə və sadəcə zəifləri, ələlxüsus
da yetimləri yolda buraxmazdılar. Məhz onlara
xüsusi diqqət ayrılardı, əks halda, bütün tayfa
və nəslin başına təhqir, rüsvayçılıq tökülərdi.
Bütün tarixi boyu qırğız xalqı tərəfindən heç
zaman talan, məhv etmək, qətl hadisələri baş
verməmişdir, çünki bu bizim xislətimizə uyğun
deyildir! Heç vaxt müharibəni birinci qırğızlar
başlamamışlar. Amma həyat yolumuzda yaratmaq,
qurmaq, çoxaltmaq və zəiflərə kömək etmək –
bu, bizlikdir! Əcdadlarımız yaşlıların, anaların
və uşaqların dincliyini bütün məsuliyyətləri ilə
qoruyardılar ki, onlar səfərdə özlərini sakit və
təhlükəsiz hiss etsinlər. Ta qədimdən qırğızlara
təkcə öz yaxınlarına deyil, bütün yetim uşaqlara,
əlillərə və tənha təqaüdçülərə humanist münasibət,
həssaslıqla yanaşma xas olmuşdur. Çətinliklər,
maddi məhrumiyyət, bəlalar və təsadüfi hadisələr
həmişə yolunun üstündə köçəriləri izləyər. Bazar
iqtisadiyyatı şəraitində insanlar arasında münasibət
nəzərəçarpacaq şəkildə dəyişdi. Buna görə də biz
yeni, kifayət qədər mürəkkəb şəraitdə zəiflərin və
uyğunlaşmamış insanların müdafiəsinə durmalı və
bununla sosial və humanist dəyərləri dirçəldib geri
qaytarmalıyıq.
Ailənin rolunu artırmaq lazımdır, axı sağlam
və tam ailə, məlum olduğu kimi, sağlam dövlətin
təminatçısıdır. Ailə-hüquq kodeksini tərtib edərkən,
özül kimi, xalq ənənələrinin münasib ünsürləri
götürülməlidir. Anaya pərəstişin hər şeydən üstün
olduğu keçmişin mənəvi dəyərlərini dirçəltmək
çox lazımdır – Umay-ənəni, bütün uşaqların
himayəçisini, özünəməxsus ilahəni xatırlamaq
kifayətdir.
Milli adətlər zəminində qırğızlar mühafizəkar
xalqdır və hesab edirlər ki, keçmişin üzərindən
xətt çəkmək olmaz, sosialist və sovet dövrünün
yaxşı uğurlarını saxlamaq və çoxaltmaq lazımdır.
Qırğızlar həmişə ağsaqqallara böyük hörmət-izzətlə
yanaşmışlar. Həmişə yaşlıların himayələrinə və
xoş məsləhətlərinə ehtiyac duymuşlar. Gələcəyin
müdrik yaşlıların məsləhətinə ehtiyacı vardır.
273