Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə14/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

 
44
yerlərdən birini tuturdu. Kitabxanalardan istifadə edən 2 milyon 682 min 
oxucunun 1 milyon 437 min nəfəri kənd oxucuları idi. 
Respublikamızda MKS-lərin  ştat vahidləri ilə  təmin edilməsi, kadr 
məsələsinin həlli sahəsində  də  əhəmiyyətli işlər görülmüşdür. SSRİ 
Mədəniyyət Nazirliyinin “Mərkəzləşmiş kitabxana sistemlərinin 
müvəqqəti nümunəvi  ştat cədvəli” normativinin respublikamızda 
qüsursuz yerinə yetirilməsi buna misaldır. 1980-1984-cü ill
ərdə kitabxana 
işçilərinin sayı 1498 nəfər, o cümlədən 145 nəfər ali, 331 nəfər ali ixtisas 
təhsilli, 680 nəfər orta ixtisas təhsilli kitabxanaçının hesabına çoxalmışdı. 
Mərkəzləşmə  nəticəsində  kənd kitabxanalarmm miqdan, kitab fondu və 
oxucuların sayı  əhəmiyyətli dərəcədə artmışdı. Bunu qabaqcıl kitabxana 
sistemlərinin fəaliyyətini əks etdir
ən cədvəldən görmək olar. Bu cədvəldə 
10 MKS-in fəaliyyəti əks etdirilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cədvəldən göründüyü kimi, fəaliyyəti təhlil olunan 10 MKS-də kitab 
fondu 1.587.833 nüsxə, oxucuların sayı 176.810 nəfər, kitab verilişi isə 
663.100 nüsxə artmışdır. 
Azərbaycan SSR Mədəniyyət Nazirliyi kitabxana şəbəkəsinin 1981-
1983-cü illərdəki əsas göstəricilərini nəzərdən keçirək. 
 
 
 
 


 
45
Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində olan 
kitabxanaların 1981-1983-cü illər üzrə əsas göstəriciləri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitabxanalara ayrılan maliyyə vəsaitinin ilbəil artırılması kitabxana  
fondlarının tərkibinin  əhəmiyyətli dərəcədə yaxşılaşmasına, çevik və 
dinamik olmasına səbəb olmuşdur. Respublika Mədəniyyət Nazirliyi 
kitabxanalarına kitab almaq üçün 1983-cü ildə 1.267.179 manat vəsait 
ayrılmışdısa, 1984-cü ildə bu məbləğ 1.284.130 manata çatdırılmışdır. 
Təkcə kitabxana kollektoru 1983-cü ildə  Mədəniyyət Nazirliyinin 
kitabxanalarına 2.114.249 nüsxə ədəbiyyat göndərmişdi. 
Son 15 ildə respublikada yüksəkixtisaslı kitabxanaçı kadrların 
hazırlanması sahəsində  də mühüm işlər görülmüşdür. Respublika ali 
məktəblərinin bayraqdarı olan Bakı Dövlət Universiteti 1.441 nəfər 
yüksək-ixtisaslı mütəxəssis kadr hazırlamış, kadr hazırlığının keyfiyyətini 
xeyli yaxşılaşdırmışdır. Universitetin Kitabxanaçılıq fakültəsi 
kitabxanaşünaslıq və biblioqrafiyaşünaslığa dair elmi-tədqiqat işinin 
təşkilində, beləliklə  də bu sahədə elmi-nəzəri fikrin inkişafında mühüm 
işlər görmüşdür. Fakültədə bu dövrdə 1 doktorluq və 5 namizədlik 
dissertasiyası müdafiə edilmiş, kitabxana işinin tarixi və metodikasına 
dair sanballı monoqrafiyalar, əsərlər yaradılmış, fakültənin nəşr et- 
 
 
 
 


 
46
dirdiyi əsərlərdə qiymətli elmi-tədqiqat və təcrübi əhəmiyyətə malik olan 
400-ə qədər məqalə nəşr edilmişdir. 
Bu dövrdə 
əhaliyə kitabxana xidmətinin təkmilləşdirilməsi 
kitabxanalarda elmi-metodik işin kökündən yaxşılaşdırılmasını, 
mərkəzləşmənin qarşıda qoyduğu vəzifələrin hərtərəfli təhlil edilib 
ümumiləşdirilməsini, yeni iş forma və metodlarının aşkara çıxarılmasını 
tələb edirdi. Mövcud dövlət sənədlərinə müvafiq olaraq bu iş 
M.F.Axundov adına Respublika Kitabxanası tərəfindən həyata keçirilirdi. 
Respublika Kitabxanasının qarşısında mərkəzləşmiş kitabxana 
sistemlərinə metodik rəhbərlik etmək, onların işini istiqamətləndirmək, 
mühüm sənədlərin tərtibində kitabxana işi və biblioqrafiyanın perspektiv 
planlarının hazırlanmasında, metodik və biblioqrafik işin 
əlaqələndirilməsində, qabaqcıl iş  təcrübəsinin öyrənilib, ümumiləşdirilib 
yayılmasında, kitabxanaçı kadrların ixtisasının artırılmasında yaxından 
iştirak etmək vəzifəsi qoyulmuşdu. 
Həmin mərhələdə kitabxana xidmətinin təkmilləşdirilməsi 
problemlərindən biri, heç şübhəsiz ki, yüksəkixtisaslı kadrların seçilib 
yerləşdirilməsi idi. Bu illərdə respublikamızda yüksəkixtisaslı kadrların 
hazırlanması sahəsində böyük nailiyyətlər  əldə edilmişdi. BDU-nun 
Kitabxanaçılıq fakültəsinin maddi-texniki bazası möhkəmlənmiş, 
yüksəkixtisaslı elmi-pedaqoji kadrlarla təkmilləşmişdir. Fakültədə ixtisas 
fənlərindən dərs deyən müəl-limlərdən 1 nəfəri elmlər doktoru, 13 nəfəri 
isə elmlər namizədi idi. 1984-cü ildə SSRİ Ali və Orta İxtisas Təhsili 
Nazirliyi BDU-nun Kitabxanaçılıq fakültəsi üçün 5 illik fərdi tədris planı 
təsdiq etmişdi ki, bu da yüksəkixtisaslı mütəxəssis kadrlar hazırlamaq 
üçün böyük şərait yaradırdı. Fakültənin qəbul plam ilbəil artırılırdı. 1984-
85-ci dərs ilində fakültənin  əyani, axşam və qiyabi şöbələrinə 225 nəfər 
tələbə qəbul edilmişdi. Müsabiqədənkənar qəbul və ümumi qəbul zamam 
kənd yerlərindən gələnlərə üstünlük verilməsi kənd yerlərində daimi 
yaşayanların tələbələr sırasında sayını xeyli çoxaltmışdı ki, bu da kənd 
kitabxanalarının kitabxanaçı kadrlarla təmin edilməsinə müsbət təsir 
göstərirdi. 
Bütün bu vəzifələrin həyata keçirilməsində respublikamızda kitabxana 
işinin mərkəzləşdirilməsi olduqca böyük rol oynadı. 
 
  
 
 


 
47
Ölkəmizdə  mərkəzləşdirmənin müvəffəqiyyətlə  həyata keçirilməsi və 
onların işinin ilkin yekunlarının elmi təhlili bu mühüm dövlət tədbirinin 
böyük üstünlüklərə malik olmasını, kitabxana xidmətinin təşkilində ciddi 
keyfiyyət dəyişikliklərinin baş verməsini, kitabxana işinin perspektiv 
inkişafı üçün əhəmiyyətli nəticələr  əldə edilməsini aşkara çıxardı. 
Əldə 
edilmiş nəticələri belə ümumiləşdirmək olar: 
1. Mərkəzləşdirilmiş kitabxana sistemləri maliyyə  vəsaitlərinin 
mərkəzləşdirilməsinə, büdcənin bir əldə toplanmasına, səmərəli istifadə 
edilməsinə  şərait yaratdı. Qənaət edilmiş  vəsait yeni alınan kitabların 
çeşidinin artırılmasına, kitab fondunun oxucu tələbatına uyğun 
komplektləşdirilməsinə, dinamik, işlək oxucu sorğularına cavab verən 
kitab fondlarının yaradılmasına səbəb oldu; 
2. Kitabxana sistemlərinin təsir dairəsi xeyli genişlənmiş, xidmət 
prosesində baş verən dəyişikliklər kitabxanalara yeni oxucuların 
gəlməsinə  səbəb olmuş, oxucuların sayı müntəzəm olaraq çoxalmağa 
başlamışdı; 
3. Kitabxana sistemlərində  məlumat-biblioqrafiya və infor-masiya 
bazalarının genişlənməsi kataloqların, kartotekaların, məlumat-sorğu 
aparatının yenidən qurulması, bu mühüm işə informasiya texnikasının 
tətbiqi məlumat-biblioqrafiya xidmətinin keyfiyyətini  əhəmiyyətli 
dərəcədə artırmışdı; 
4. Mərkəzləşdirilmiş sistemlərdə kitab sərvətindən istifadə 
strukturunun dəyişməsi kitabxana fondlarının profilə uyğun 
komplektləşməsinə, elmi-texniki və peşə  ədəbiyyatının toplanmasına 
üstünlük verilməsi oxucuların artmasına səbəb olmuş, mütaliənin müasir 
funksiyalarının daha çox təkmilləşməsi hiss edilməyə başlamışdı. Kitab 
təbliğində kütləvi informasiya vasitələrindən ardıcıl olaraq istifadə 
edilməsi kitabxana xidmətinin keyfiyyətcə yaxşılaşmasına  əhəmiyyətli 
təsir göstərmişdi. 
Həmçinin mərkəzləşdirmə  əsas kitabxana prosesinin birləşməsi ilə 
yanaşı, kitabxana ehtiyatlarının məqsədyönlü, daha effektli 
formalaşmasına və istifadə edilməsinə, kitabxanaların prinsipial maddi və 
təşkilati məsələlərinin həllinə şərait yaratmışdı. Mərkəzləşdirilmiş şəkildə 
kitabxana işinin çox mühüm funksiyaları: kitabxana sistemlərinin əsas  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə