Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə4/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   2   3   4   5   6   7   8   9   ...   93

 
13
Mədəniyyətimizin mühüm sahələrindən biri olan kitabxana işi 
sahəsində çox mürəkkəb dövr olan son 10 ildə olduqca ciddi tədbirlər 
həyata keçirildi. Hər şeydən əvvəl kəskin maliyyə çətinliyinə baxmayaraq 
kitabxana  şəbəkələri qorunub saxlandı. Bu gün fəxrlə demək olar ki, 
Azərbaycan MDB ölkələri içərisində dövlət kitabxana şəbəkəsini qoruyub 
saxlayan, kitabxana müəssisələrinin özəlləşdirilməsini qadağan edən 
yeganə respublikadır. 
Bu dövrdə böyük öndər Heydər  Əliyev bir neçə  dəfə M.F. Axundov 
adına Azərbaycan Milli Kitabxanasına (əvvəllər Azərbaycan Dövlət 
Kitabxanası) getmiş, şəxsi kitabxanasından həmin kitabxanaya xeyli kitab 
bağışlamış, kitabxana, kitabxana işi və kitabxanaçı haqqında parlaq 
nitqlər söyləmiş, kitabxananı “xalq, millət üçün, cəmiyyət üçün 
müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi” adlandırmışdır. 
Fərəhləndirici haldır ki, son 13 ildə kitabxana işi haqqında bir çox 
sərəncamlar və dövlət qərarları verilmiş, 1999-cu ildə Milli Məclis 
tərəfindən “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu 
qəbul edilmişdir. Həmin qanunun böyük öndərimiz tərəfindən 
imzalanması  mədəniyyətimizin bu mühüm sahəsinə böyük dövlət 
qayğısının təzahürüdür. 
Beləliklə, xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi, müstəqil 
Azərbaycan dövlətçiliyinin memarı, ümummilli liderimiz Heydər 
Əliyevin respublikamıza 34 illik rəhbərliyi dövründə  mədəniyyətimizin 
çox mühüm sahəsi olan kitabxana işi dövlət qayğısı ilə əhatə edilmiş, bu 
sahə  həmişə böyük öndərin diqqət mərkəzində olmuşdur. Məhz buna 
görədir ki, həmin illər respublikamızda kitabxana işinin tarixinə inkişaf 
və tərəqqi dövrü kimi daxil olmuşdur. 
Müasir Azərbaycan tarixinin yeni, parlaq səhifələrinin yazılmasında 
böyük rolu olan bu dahi şəxsiyyətin ümummilli liderimiz olması bizi 
sevindirir. 
İllər, əsrlər keçəcək, ancaq Azərbaycan tarixinin Heydər Əliyev dövrü 
tariximizin ən parlaq səhifələrindən biri kimi qalacaq. 
Azərbaycanda kitabxana işinin tarixinə dönüş dövrü kimi daxil olan 
bu illərdə kitabxana quruculuğu sahəsində əldə olunan nailiyyətlərin, baş  


 
14
verən proseslərin,  əhaliyə kitabxana xidmətinin təşkili sahəsində 
meydana gələn yeni iş forma və üsullarının təhlil edilib öynərilməsinə və 
ümumiləşdirilməsinə böyük ehtiyac duyulmaqdadır. Hazırda oxuculara 
təqdim olunan “Heydər  Əliyev və Azərbaycanda kitabxana işi” adlı bu 
kitab məhz kitabxana tariximizdə olan boşluğu doldurmaq, kitabxana 
quruculuğu sahəsində ulu öndərin titanik fəaliyyətini, böyük qayğı  və 
məhəbbətini, kitabxana işi haqqında ölməz ideyalarını, nəzəri irsini 
gələcək nəsillərə çatdırmaq məqsədini öz qarşısına qoymuşdur. 
Kitab ön söz, 2 fəsil, son söz əvəzi və əlavələrdən ibarətdir. 
I fəsil “Azərbaycanda kitabxana işinin inkişafında Heydər  Əliyev 
mərhələsi (XX əsrin 70-80-ci illəri)” adlanır. Burada əsasən Heydər 
Əliyevin fəaliyyətinin sovet dövrü mərhələsi öz əksini tapır. 
II fəsil “Heydər  Əliyev və müstəqillik illərində Azərbaycanda 
kitabxana işi” mövzusunda yazılmışdır. Burada 1993-2003-cü illərdə 
kitabxana işi sahəsində respublikamızda aparılan dövlət siyasəti, xüsusilə 
bu siyasətin həyata keçirilməsində Heydər Əliyevin böyük rolu və qayğısı 
öz əksini tapmışdır. 
Əlavələrdə kitabxana işçilərinə kömək məqsədi ilə Heydər  Əliyev 
haqqında qısa bioqrafik məlumat verilmiş, ulu öndərin təltifləri öz əksini 
tapmışdır. 
“Heydər  Əliyevin kəlamları” adlanan bölmədə müdrik kəlamlar və 
aforizmlər müxtəlif mövzularda kütləvi tədbirlər təşkil edən kitabxana 
işçilərinin zəruri tələbatlarını ödəmək məqsədinə xidmət göstərir. Bu 
seçmələr eyni zamanda bütün ziyalılarımız və kitabxanaların oxucuları 
üçün çox faydalı ola bilər. 
Əlavələrdə  həmçinin “Dünyanın görkəmli siyasətçiləri, elm və 
mədəniyyət xadimləri Heydər  Əliyev haqqında” adlı bölmə verilmişdir 
ki, burada da dünyanın görkəmli dövlət xadimlərinin, siyasətçilərinin, 
elm və  mədəniyyət xadimlərinin Heydər  Əliyev haqqında söylədikləri 
fikirlərdən seçmələr verilmişdir. 
Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü bir daha təsdiq edən həmin 
fikirlər kitabxanalarda təşkil edilən fərdi, kütləvi tədbirlərdə və oxucular  


 
15
arasında Heydər  Əliyev irsinin təbliğində istifadə etmək, onları 
oxucuların diqqətinə çatdırmaq üçün verilmişdir. 
Əlavələr Heydər  Əliyevin kitabxana işinə dair çıxışları, həmçinin 
imzaladığı qanunlar, fərmanlar və  sərəncamlarla tamamlanır. Bu 
bölmənin monoqrafiyaya əlavə edilməsi çoxsaylı kitabxana işçilərinin bu 
mühüm dövlət sənədlərinə olan böyük ehtiyacını ödəmək məqsədi 
daşıyır. 
Uzun illərdən bəri kitabxanaçılıq təhsili sahəsində  fəaliyyət göstərən, 
bütün ömrünü kitabxana işinə  həsr edən, Azərbaycan Kitabxanaçılıq 
Cəmiyyətinə başçılıq edən müəllif bu monoqrafiyanı  məhz həmişə 
təmasda olduğu respublikamızın çoxsaylı kitabxanaçılar ordusunun arzu 
və istəklərini və belə bir vəsaitə böyük tələbat hiss etdiklərini nəzərə 
alaraq milli öndərimizə dərin məhəbbətlə qələmə almışdır. 
Müəllif kitab haqqında öz fikrini bildirəcək bütün oxuculara 
qabaqcadan öz təşəkkürünü bildirir. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
16
 
I fəsil 
 
AZƏRBAYCANDA KİTABXANA İŞİNİN 
İNKİŞAFINDA HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ 
(XX ƏSRİN 70-80-ci illəri) 
 
XX əsirin 60-cı illəri keçmiş SSRİ məkanında inkişaf etmiş sosializm 
illəri adlanmasına baxmayaraq, Azərbaycan o dövrdə iqtisadi inkişaf 
cəhətdən geridə qalmış respublikalardan biri hesab edilirdi. Həqiqətən 60-
cı illərdə bir sıra obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan 
iqtisadiyyatının bir çox sahələrində  həm sənayedə, həm kənd 
təsərrüfatında çox ciddi gerilik hökm sürürdü. Azərbaycan iqtisadiyyatı 
bütövlükdə böhran mərhələsini yaşayırdı. O dövrün statistikasına görə, 
Azərbaycan sənayenin, kənd təsərrüfatının inkişaf səviyyəsinə,  əmək 
məhsuldarlığının artım sürətinə, milli gəlirin həcminə görə ittifaq 
səviyyəsindən çox geri qalırdı. Ölkənin iqtisadiyyatında baş verən bu 
böhran həyatın digər sahələrinə, elmin, mədəniyyətin inkişafında öz 
mənfi təsirini göstərməyə bilməzdi. Respublika ardı-arası  kəsilməyən 
siyasi çəkişmələr, dedi-qodu meydanına çevrilmişdi. Məhz buna görədir 
ki, Sov. İKP MK baş verən bu geriliyi aradan qaldırmaq üçün respublika 
rəhbərliyini dəyiş-dirmək haqqında qərar qəbul etmişdi. Respublikaya 
rəhbərlik üçün kadr seçmək işinə xüsusi əhəmiyyət verən Siyasi Büro 
uzun axtarışdan sonra Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə o 
zaman Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində 
işləyən Heydər  Əlirza oğlu  Əliyevin seçilməsini məsləhət bilmişdi. Bu 
zaman H.Əliyev böyük dövlətçilik təcrübəsinə, siyasi hazırlığa, rəhbərlik 
qabiliyyətinə, yüksək intellektə, böyük iradəyə və əsl insani keyfiyyətlərə 
malik ən yetkin bir şəxsiyyət idi. 
1969-cu ilin 14 iyulunda keçirilən Azərbaycan KP Mərkəzi 
Komitəsinin plenumu Heydər  Əlirza oğlu  Əliyevi Azərbaycan KP MK-
nın birinci katibi seçdi. 1969-cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə 
ilk gəlişi ilə Azərbaycan özünün həqiqi inkişafını tapdı. Ən geridə qalan 
respublikalardan hesab edilən Azərbaycanın inkişaf və tərəqqisinin əsası  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə