Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə6/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   2   3   4   5   6   7   8   9   ...   93

 
20
dövlət xadimlərinin heykəlləri qoyulmuşdur. Xalqımızın tarixində ilk 
dəfə olaraq monumental əsər olan on cildlik Azərbaycan Ensiklopediyası 
nəşr edilmişdir. Tarixçilərimiz bu dövrü çox haqlı olaraq Azərbaycanın 
inkişaf mərhələsində dönüş dövrü kimi xarakterizə edirlər. Mən cəsarət 
edib demək istəyirəm ki, bu dövr, həmçinin milli oyanış dövrü kimi də 
xarakterizə oluna bilər. H.Əliyevin milli oyanış siyasəti sahəsində ölkədə 
mədəniyyətin bütün sahələri: təhsil, elm, mətbuat, ədəbiyyat və incəsənət 
böyük tərəqqiyə nail oldu, milli ideologiyamız xeyli zənginləşdi. 
70-80-ci illərdə H.Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti 
ölkənin inkişaf planını hazırlayarkən çox dərindən düşünülmüş, 
tarazlaşdırılmış siyasət aparılırdı. Xalq təsərrüfatının bütün sahələrinin 
inkişaf etdirilməsi ilə yanaşı olaraq ölkədə elm, təhsil və  mədəniyyətin 
bütün sahələrinin inkişafına xüsusi dövlət qayğısı göstərilirdi. Həmin 
dövrdə  təhsil sistemində çox böyük islahatlar, bu sistemin bütün 
pillələrində isə yenidənqurma işləri aparıldı. Təhsilə ayrılan vəsait 
əhəmiyyətli dərəcədə artırıldı, təhsil müəssisələrinin maddi-texniki bazası 
əsaslı surətdə möhkəmləndirilməklə, onların  şəbəkəsi də genişləndirildi, 
yeni-yeni orta və ali məktəblər yaradıldı. Təkcə bunu qeyd etmək 
kifayətdir ki, 70-80-ci illərdə respublikamızda 703 min yerlik 1058 
ümumtəhsil məktəb binası, həmçinin 660 yerlik 3 internat məktəbi tikilib 
istifadəyə verilmişdi. Bu dövrdə respublikada fəaliyyət göstərən tədris 
müəssisələrindən 47-nə peşə liseyi, 69-na isə peşə  məktəbi statusu 
verilmişdi. Eyni zamanda 101 məktəbəqədər uşaq müəssisəsi tikilib 
istifadəyə verilmişdi. Ardıcıl olaraq davam etdirilən quruculuq işləri 
nəticəsində 80-ci illərin axırında respublikamızın  şəhər və  kəndlərində 
4356 ümumtəhsil məktəbi fəaliyyət göstərirdi. Ümumtəhsil 
məktəblərində hər il orta hesabla 1,4 milyon şagird təhsil alırdı ki, bu da 
70-ci illərdə olduğundan xeyli çox idi. Respublikada müəllim kadrlarının 
hazırlanmasına və seçilib yetişdirilməsinə  də böyük qayğı göstərilirdi. 
Məhz buna görədir ki, müəllimlərin sayı 1970-ci illərdəki 73 min 
nəfərdən 80-ci illərdə 132 min nəfərə çatdırılmışdı. 70-80-ci illərdə təhsil 
sahəsində aparılan yenidənqurma nəticəsində  məktəbdənkənar uşaq 
müəssisələrinin sayı 2185-ə çatmışdı. Bu müəssisələrin içərisində uşaq və  


 
21
məktəb kitabxanaları xüsusi yer tuturdu. Demək olar ki, bütün 
ümumtəhsil məktəblərinin yanında məktəb kitabxanaları  fəaliyyət 
göstərirdi. Həmçinin uşaqlara bilavasitə kitabla xidmət edən müstəqil 
uşaq kitabxanaları şəbəkəsi xeyli zənginləşmiş, onların sayı 80-ci illərdə 
118-ə çatmışdı.
1
 
Bu dövrdə respublika təhsil sistemində aparılan təhsil islahatları ilə 
əlaqədar ümumtəhsil məktəblərinin və ali məktəblərin kitabxana 
şəbəkələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ön plana 
çəkilmiş, təhsil kitabxanaları  təhsil sisteminin əsas tərkib hissələrindən 
birinə, atributuna çevrilmiş, onlara diqqət və qayğı çoxalmış, təhsil 
kitabxanalarının qarşısında təhsil prosesinin təşkilində yaxından iştirak 
etmək,  şagirdlər arasında sinifdənkənar oxunu təşkil etmək, onların 
mütaliəsinin istiqamətləndirilməsinə, mütaliə  mədəniyyətinin yüksəl-
dilməsinə xidmət etmək vəzifəsi qoyulmuşdu. 
Mən təhsil sahəsində ulu öndərin həyata keçirdiyi üç mühüm 
məsələyə diqqət yetirmək istəyirəm. Həmin dövrdə ilk dəfə res-
publikamızda ali və orta ixtisas hərbi məktəblərinin yaradılmasına 
başlandı. Öz uzaqgörənliyi ilə  fərqlənən bu böyük insan sanki 
Azərbaycan xalqının başına gələcək faciələri  əvvəlcədən görürdü. Ona 
görə də xalqın hərbə hazır olmasını, hərbi sahədə təhsilli hərbçilərimizin 
olmasını  zəruri hesab edirdi. Bütün bunları qabaqcadan görən ulu öndər 
H.Əliyev 1971-ci ildə C.Naxçıvanski adına respublika ixtisaslaşdırılmış 
orta internat hərbi məktəbini yaratdı. 
Heydər Əliyev respublikamızda hazırlanması mümkün olmayan nadir 
ixtisasların siyahısını müəyyənləşdirmiş  və bu ixtisasların keçmiş SSRİ-
nin digər müttəfiq respublikalarında, ilk növbədə RSFSR-in böyük elm 
və  sənaye mərkəzlərində hazırlanmasını  zəruri hesab etmişdi. Bu 
məqsədlə respublikamızda ilk dəfə olaraq SSRİ-nin başqa şəhərlərinin ali 
məktəblərində oxumaq üçün qəbul həyata keçirilməyə başlanmışdı. 
Heydər  Əliyevin tələbi və  məktubu  əsasında SSRİ Ali və Orta İxtisas 
Təhsili Nazirliyi ölkənin elm və sənaye mərkəzlərində yerləşən 
 
 
 
                                                 
1
 
Azərbaycan tarixi: 7 cilddə. VII cild.-B., 2003.- S. 228. 
 


 
22
ali məktəblərində azərbaycanlı tələbələrin təhsil alması üçün yerlər ayırdı. 
Bu tədbiri həyata keçirmək üçün respublikada xüsusi təşkilati işlər 
aparılmış, başqa şəhərlərin ali məktəblərində təhsil almaq haqqında qəbul 
qaydaları təsdiq edilmişdi. Bu qaydalara görə, belə ali məktəblərə ancaq 
Azərbaycan Respublikasının vətəndaşı, ilk növbədə isə azərbaycanlılar 
göndərilməli idi. Başqa  şəhərlərin ali məktəblərinə seçilib göndərilmək 
üçün müvafiq ixtisaslar üzrə ayrı-ayrı ali məktəblərə yerlər ayrılır, ali 
məktəblərin qəbul haqqında elanlarında bu yerlər ayrıca göstərilirdi. Bu 
yerlərin doldurulmasına ciddi nəzarət var idi. Ali məktəblər ilk növbədə 
başqa 
şəhərlərdə oxumaq üçün ayrılmış yerləri doldurmalı idilər. Bir 
qayda olaraq başqa  şəhərlərdə oxumağa göndərilmək üçün ən istedadlı 
gənclər seçilirdi. 70-ci illərin əvvəllərində bu məqsədlə cəmisi 100 nəfərə 
yaxın qəbul var idisə, onların sayı 70-ci illərin sonlarında 800 nəfərə 
çatmışdı. Başqa sözlə, Azərbaycan sanki başqa şəhərlərdə bir ali məktəb 
açmışdı. 1970-1985-ci illərdə SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 
3500 azərbaycanlı gənc göndərilmişdi. Hər il Azərbaycandan ittifaqın ali 
məktəblərinə 800 nəfər gənc göndərilirdi. Son dövrlərin statistikası 
göstərir ki, başqa  şəhərlərdə  təhsil almış  şəxslər yüksək ixtisasçı kimi 
vətənə döndükdən sonra vətən elminin, mədəniyyətinin və texnikasının 
inkişafında böyük nailiyyətlər əldə etmişlər. 
70-ci illərdə  təhsil sahəsində Heydər  Əliyev tərəfindən həyata 
keçirilən, Azərbaycanın regionları üçün misilsiz əhəmiyyətə malik olan 
tədbirlərdən biri də müsabiqədənkənar qəbul olmuşdur. Bu cür qəbul 
aparmaq H.Əliyev tərəfindən təklif edilmişdi. O dövr üçün, mən 
deyərdim ki, xalqımızın əksəriyyətinin yaşadığı kənd rayonlarının elmi və 
təhsil potensialının yüksəldilməsi, sənayenin və  kənd təsərrüfatının ayrı-
ayrı sahələrinin yüksəkixtisaslı kadrlarla təmin edilməsi üçün bu, çox 
vaxtında düşünülmüş müdrik bir tədbir idi. 
Bu tədbirə uyğun olaraq Azərbaycan Dövlət Plan Komitəsi və ayrı-
ayrı müvafiq dövlət orqanları araşdırmalar aparır, hansı rayonda hansı 
kadrlara tələbat olduğunu müəyyənləşdirir və həmin rayona qəbul zamanı 
müsabiqədənkənar qəbul üçün yer ayrılırdı. Ayrılan limitə müvafiq ayrı-
ayrı rayonlar üzrə abituriyentlər seçilir, xüsusi sənədlə ali məktəblərə  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə