Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə7/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   2   3   4   5   6   7   8   9   10   ...   93

 
23
göndərilirdi. Göndərişlə  gələn abituriyentlər müsabiqədənkənar, yəni 
qəbul imtahanı zamanı  kəsilməsələr topladıqları balın miqdarından asılı 
olmayaraq göndərilən fakültəyə  qəbul edilirdilər. Müsabiqədənkənar 
qəbul, həmçinin Azərbaycan  ərazisində yaşayan az-saylı xalqlara da 
(məsələn, ingiloy və s.) aid edilirdi. Bu xalqların nümayəndələri d
ə 
müsabiqədənkənar qəbul edilirdilər. 
Kitabxana işinin qocaman mütəxəssislərindən, yüksəkixtisaslı 
kitabxanaçı kadrlar hazırlayan ali təhsil işçilərindən biri kimi böyük 
iftixar və minnətdarlıq hissi ilə demək istəyirəm ki, ölkəmizdə 
yüksəkixtisaslı kitabxanaçı kadrların hazırlanmasında H.Əliyevin 
xidmətləri  əvəzedilməzdir. O, respublikada rəhbərliyə  gəldikdən sonra 
60-cı illərd
ə  ləğv edilmiş kitabxanaları  bərpa etmək, yeni kitabxanalar 
açmaqla yanaşı, yüksəkixtisaslı kitabxanaçı kadrların yetişdirilməsi işinə 
də xüsusi diqqət yetirməyə başladı. Azərbaycanın kənd rayonlarında 
yüksək ixtisaslı kadrların olmamasını  nəzərə alan H.Əliyev qısa bir 
zaman içərisində Bakı Dövlət Universitetində  fəaliyyət göstərən 
Kitabxanaçılıq fakültəsinin genişləndirilməsi, onun maddi-texniki 
bazasının möhkəmləndirilməsi, qəbulun artırılması üçün xüsusi göstəriş 
vermişdi. Həmçinin H.Əliyevin göstərişi ilə Kitabxanaçılıq fakültəsinə 50 
ildən çox müsabiqədənkənar qəbul planı verilmişdi. Bu planda ayrı-ayrı 
rayonlarla bərabər azsaylı xalqların nümayəndələrinin qəbulu da nəzərdə 
tutulurdu. Bu tədbir 70-ci illərdə davam etdiyindən Bakı Dövlət 
Universitetinin Kitabxanaçılıq fakültəsi Azərbaycanın kənd rayonları 
üçün xeyli miqdarda kadr hazırlamağa müvəffəq oldu. Bütün rayon 
kitabxanalarını, həmçinin böyük kənd kitabxanalarını ali təhsilli 
kitabxanaçı kadrlarla təmin etmək mümkün oldu. Bir qayda olaraq 
müsabiqədənkənar təhsil alan tələbələr universiteti bitirdikdən sonra 
istisnasız olaraq öz rayonlarına, kəndlərinə göndərilirdilər. Bütün bunlar 
kitabxana işinə H.Əliyev qayğısının böyük nəticəsi idi. 
70-80-ci illərdə ümumtəhsil məktəbləri ilə yanaşı, respublikamızın 
xüsusiyyətləri nəzərə almaraq texniki-peşə  məktəblərinin inkişafına, 
ölkədə sürətlə inkişaf edən sənaye sahələrinin peşəkar kadrlarla təmin  


 
24
edilməsinə böyük diqqət yetirilirdi. Bu illərdə 100-dən artıq yeni texniki-
peşə məktəbi təşkil edilmişdi. 
Həmçinin bu dövrdə xalq təsərrüfatının və  mədəniyyətin müxtəlif 
sahələri üçün kadr hazırlayan 78 orta ixtisas məktəbi fəaliyyət göstərirdi 
ki, bu məktəblərdə 60-70 min tələbə təhsil alırdı. 
Heydər  Əliyevin dövlətçilik fəaliyyətində yüksəkixtisaslı kadrların 
hazırlanmasına qayğı mühüm yer tutmuşdur. Məhz buna görədir ki, 70-
80-ci illərdə onun bilavasitə  təşəbbüsü ilə Azərbaycanda 6 yeni ali 
məktəb: Azərbaycan Dövlət Pedaqoji Rus Dili və  Ədəbiyyatı  İnstitutu 
(1973), Azərbaycan Pedaqoji Xarici Dillər  İnstitutu (1973), Naxçıvan 
Dövlət Pedaqoji İnstitutu (1972), Xankəndi (Stepanakert) Dövlət 
Pedaqoji  İnstitutu (1973), Azərbaycan  İnşaat Mühəndisləri  İnstitutu 
(1975), Azərbaycan Texnologiya İnstitutu (1982) və 12 orta ixtisas 
məktəbi yaradılmışdı. 1970-80-ci illərdə ali məktəblərdə 100-dən artıq 
yeni kafedra, 40-dan çox yeni fakültə açılmış, 100-ə  qədər yeni ixtisas 
üzrə kadr hazırlanmağa başlanmışdı. Azərbaycanda ali təhsil 
müəssisələrinin sayı 17-yə çatdırılmışdı. 80-ci illərdə respublikamızın ali 
məktəblərində 100 mindən artıq tələbə  təhsil alırdı. Ali məktəblərdə 8,5 
min nəfər müəllim dərs deyirdi. Bunların 581-i elmlər doktoru, 3021-i isə 
elmlər namizədi, dosent idi. 
Təhsil sahəsində  əldə edilmiş böyük nailiyyətlərdən biri də  təhsilin 
keyfiyyətində  həlledici rol oynayan təhsil kitabxana şəbəkəsinin yüksək 
vüsət alması, respublikada böyük təhsil kitabxana şəbəkəsinin yaranması 
olmuşdur. 
Heydər Əliyev respublikada təhsil islahatlarının aparılmasına, təhsilin 
maddi-texniki bazasının möhkəmləndirilməsinə, bilavasitə  təhsilin 
keyfiyyətinin yüksəlməsinə təsir göstərən köməkçi təhsil müəssisələrinin 
inkişafına diqqət yetirilməsini, təhsilin dərsliklər, dərs vəsaitləri, kitablar 
və kitabxanalarla təmin edilməsini zəruri hesab edirdi. O, məhsul 
toplanışı zamam Azərbaycanın kənd rayonlarına gedərkən 
respublikamızın görkəmli ziyalılarını, elm və mədəniyyət xadimlərini özü 
ilə aparır, məhsul toplanışı ilə tanış olmaqla yanaşı, rayonların təhsil və 
mədəniyyət müəssisələrinə də baş çəkirdi. Onun baş çəkdiyi 
 
 
 
 
 


 
25
müəssisələr içərisində rayon kitabxanaları  və  məktəb kitabxanaları da 
mühüm yer tuturdu. 
Məhz buna görədir ki, 1969-1982-ci illərdə  təhsil kitabxanalarının 
inkişafı sahəsində böyük işlər görülmüş, demək olar ki, bütün orta təhsil 
müəssisələrində kitabxanalar yaradılmış  və onların kitab fondu tədris 
ədəbiyyatı, dərsliklər, dərs vəsaitləri,  ədəbi-bədii və elmi ədəbiyyatla 
zənginləşdirilmişdi.  Əgər 1970-ci ildə 7,9 milyon nüsxə kitab fonduna 
malik olan 3749 məktəb kitabxanası var idisə, 1981-ci ildə onların sayı 
4238-ə, kitab fondu isə 25,2 milyon nüsxəyə çatmışdı. 
Ali və orta ixtisas məktəbi kitabxanalarının inkişafı sahəsində xeyli iş 
görülmüşdü. 1969-1982-ci illərdə 6 yeni ali məktəb kitabxanası yaranmış, 
onlara bina ayrılmış  və  zəngin kitabxana fondları yeni yaradılmış ali 
məktəb tələbələrinin istifadəsinə verilmişdi. 
70-80-ci illərdə böyük öndər H.Əliyevin bilavasitə  rəhbərliyi və 
qayğısı sayəsində Azərbaycan elmi böyük nailiyyətlər qazandı. 
H.Əliyevin  şəxsi təşəbbüsü ilə elmə ayrılan maliyyə  vəsaiti və SSRİ 
Elmlər Akademiyası tərəfindən ayrılan digər ayırmalar xeyli çoxalmışdı. 
Azərbaycan hökumətinin qarşısında yeni elm mərkəzlərinin yaranması, 
AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr 
potensialının gücləndirilməsi vəzifəsi qoyulmuşdu. Bu vəzifələrin yerinə 
yetirilməsinə bilavasitə H.Əliyev özü nəzarət edirdi. Görülən tədbirlər 
nəticəsiz qalmadı, 70-80-ci illər Azərbaycan elminin tarixində yeni 
mərhələ kimi səciyyələndi. Bu dövrdə elmi müəssisələrin sayı (ali 
məktəblər daxil olmaqla) 142-dən 151-ə, o cümlədən elmi-tədqiqat 
institutları və onların filiallarının sayı 73-dən 85-ə çatmışdı. 
1
 
Elm sahələrində çalışan elmi işçilərin sayı 17 min nəfərdən 32,3 min 
nəfərə, elmlər doktorlarının sayı 1,8 dəfə artaraq 1186 nəfərə, elmlər 
namizədlərinin sayı isə 1,7 dəfə artaraq 8905 nəfərə çatmışdı. 
Bu illərdə AMEA xüsusilə çiçəklənmə dövrünü yaşamış, respublika 
elminə başçılıq etməyə başlamışdı. Akademiyanın bu dövrdə apardığı 
fundamental elmi-tədqiqat işləri SSRİ miqyasında yüksək  
                                                 
1
 
Azərbaycan tarixi: 7 cilddə. VII cild.-B., 2003.- S. 237. 
 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə