Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə14/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   10   11   12   13   14   15   16   17   ...   78

40 
 
Bu  halda  Dədə  Qorqudun  şəxsiyyəti  tarixin  həqiqi  sərhəd-
ləri daxilində  təhlil edilə  bilməz.  «Kitabi-Dədə Qorqud»  və  yu-
xarıda sadaladıqlarımız onun sadəcə bir hekayə qəhrəmanı oldu-
ğunu üzə çıxarır
1

Lakin  Dədə  Qorqud,  yaxud  Qorqud  Ata  adlı  bir  cadugərin 
(sehrbazın) və  ya  müdrik şəxsin  əskidən  yaşadığını və  əfsanənin 
onu  yaşamış  müsəlman  bir  müdrik,  cadugər  (sehrbaz),  kahin, 
musiqişünas və  hörmətli bir şəxs halına gətirdiyini görürük. Bu, 
Zəki  Vəlidinin  fikridir
2
.  Halbuki  Əbdülqədir  İnana  görə,  Dədə 
Qorqud «Kitabi-Dədə Qorqud»dakı digər bütün şəxsiyyətlər kimi 
əfsanəvidir
3
. Bartolda görə (12 Vorlesungen, s.107), oğuzlar Sır-
Dərya  sahillərindən  qərbə  doğru  xalq  ədəbiyyatının  toplayıcısı, 
dini rəis və musiqişünas Qorqudun əfsanəsini də mənimsədilər. 
Ənənənin əks olunduğu kiçik hissəyə əsasən, Dədə Qorqu-
dun müdrikliyi və atalar sözləri türklər arasında müsəlman ərəb-
lərdən olan Lokmanın əfsanəvi şəxsiyyətini təmsil edir
4

 
Türk ozanları 
 
Hər nə qədər Dədə Qorqudun tarixi mahiyyətini təyin etmək 
mümkün  olmasa  da,  onu  «Kitabi-Dədə  Qorqud»  hekayələrinin 
müəllifi  adlandıra  bilmərik.  O,  yalnız  hekayələrin  qəhrəmanla-
                                                
1
  Dədə  Qorquda  tarixi  bir  şəxsiyyət  statusu  vermək  üçün  təşəbbüs  gös-
tərən K.İnostrantsev o qədər də uğur qazana bilməmişdir: «Коркуд у истории 
и  легенды».  Записки  Восточного  отделения  Императорского  Русского 
археологического общества, XX, 1911, s.40-46. Quzların başlatdıqları böyük 
bir üsyan nəticəsində 548/1153-cü ildə Xorasanda Səlcuq Sultanı Səncəri həbs 
etdikləri  qeyd  edilən  İbnül-Əsirin  «Tarix»indən  faydalanaraq  (c.  XI,  s.54), 
Quzların  Buzuk  hizbində  Qorqud  ibn  Əbdül-Həmid  adlı  bir  əmir  olduğunu 
iddia edir. K.İnonstrantsevin iddiasına görə, «Mənbələrdə adı çəkilən Qorqud 
tarix  səhnəsində  mühüm  rol  oynadıqları  anda  qüdrətli  Səlcuq  sultanına  qarşı 
müzəffər olduqları əsnada əfsanəvi Qorqud kimi qələmə verilmişdir». 
2
 O.Ş.Gökyayın qeydləri, adı çəkilən əsəri, s.XXVIII-XXXIX. 
3
 Ülkü, X, 1937, s.79. 
4
 Enc. of Islam. 


41 
 
rından  biri  olub  Oğuz  epik  ənənəsinin  Turoldundan
1
  daha  çox 
Turpinosudur
2
.  
Dədə Qorqud on iki boyun hamısının sonunda ortaya çıxır, 
hekayəni,  onun  mövzusunu  və  hekayədə  baş  verən  hadisələri 
birləşdirərək bir yerə toplayır (XI hekayənin sonunda «qoşmaq» 
kəlməsinin qarşılığı olan  bu söz sonradan «qoşma»  olmuşdur)
3

Çünki o, oğuz məclisinin ozanı olub, bir ozan, hətta oğuznamə-
lərin  epik  ədəbiyyatı  ilə  «Kitabi-Dədə  Qorqud»un  bağlı  olduğu 
ozan, hekayə söyləyən, musiqişünas və şairlərin ilkidir. 
«Kitab»da  oğuzların  onlara  ozan  adı  verdiklərini  görürük. 
Ozan  qopuzu  ilə  eldən-elə  gedir,  yaxşı  insanları  pisdən  ayırır. 
Ozan sazını çalır və icma rəhbərlərinin – xanın önündə şeir söylə-
yir:  Dədə  Qorqudun  dilindən  danışır  (ətraflı  məlumat  üçün  bax: 
giriş,  mətn  59b  və  tərcüməsi).  «Yegnəg»  hekayəsinin  sonunda 
(VII) «Dədə Qorqud gəldi və ayıtdı. Bakalım  nə dedi: Xanum, bu 
oğuznamə Yegnəgin olsun. Alp ozanlar məndən sonra söyləsinlər». 
Orta  əsrlərdə  türk  hökmdarlarının  ətrafında  ozanların  oldu-
ğuna dair çoxlu məlumatlara sahibik
4
. Yazıçızadənin türkcə yaz-
dığı «Səlcuqnamə» adlı əsərində
5
 verilən məlumata əsasən, Soq-
da
6
  baş  verən  və  çox qan tökülməsinə  səbəb olan  bir döyüşdən 
                                                
1
  Turold  –  XI  əsrin  sonu  –  XII  əvvəllərində  yaşadığı  güman  edilən 
yazıçı.  Məşhur  qəhrəmanlıq  poeması  olan  «Ronaldın  nəğməsi»  əsərini  XII 
əsrin əvvəllərində  yazdığı  güman  edilir.  Əsər  bu  günə  qədər  gəlib  çatan  ən 
qədim «Nəğmə» nəşrinin Oksford əlyazmasıdır və təxminən 1170, yaxud da 
1180-ci illərdə yazılmışdır – Q.Şəhriyar. 
2
  Hər  halda  V.Ruben  diqqətsizlik  edərək  «Ozean  der  Marchenströme» 
(Teil I: Die 25 Erzahlungen des Dede Korkut, Helsinki, 1944, s.193, cinziger 
Dichter) əsərində bu məcmuənin müəllifi olan Dədə Qorquddan söz açır. 
3
 Enc. of Islam, Qoşma maddəsi ilə tərcümə və lüğətdəki qeydlər. 
4
  F.Köprülünün  araşdırmaları:  «XVI.  Asra  Kadar  Türk  Sazşairleri» 
(İstanbul,  1930,  s.9-10)  və  «Ozan»  (Azerbaycan  Yurt  Bilgisi,  III,  1932, 
s.133-140). Bu tədqiqat işləri bəzi əlavələrlə «Türk Dili ve Edebiyatı Hakkında 
Araştırmalar» (İstanbul, 1934, s.273-292) dərgisində yenidən yayınlanmışdır. 
5
 Houtsma nəşri, III, s.348. 
6
  Soqd  vilayəti  –  Tacikistanda  vilayət.  Ərazisi  26100  km
2
,  əhalisi 
1870000 nəfərdir – Q.Şəhriyar. 


42 
 
sonra  dincələrkən  «ozanlar  və  qopuz  çalanlar  əsgərlərin  qəhrə-
manlıqlarından  bəhs  edirdilər».  Ozanlar,  eyni  zamanda  Misir-
dəki Məmluk sultanlarının
1
 ətrafında və  bəlkə də  XV əsrdə Os-
manlı sultanının tabeliyində idilər. Sonralar qərbdə «ozan» kəl-
məsi  istifadə  edilməmiş,  yerini  «saz  şairi»  və  «aşığ»a  vermiş-
dir
2
.  Bugünkü  Anadolu  ləhcələrində  «ozan»  sözü  «saxta  şair», 
«məsxərə»  mənasında  istifadə  olunurdu.  Halbuki  orta  əsrlərdə 
Anadoluda,  xüsusilə  şərq  bölgəsində  və  türkmənlər  arasında 
ozan  alpların,  əxilərin
3
  və  qazilərin  mücadilə  ruhunu  və  cəsa-
rətindən bəhs edən və onları mədh edən mənasındadır
4

Oğuz  ozanları  paqan  (butpərəst)  və  ya  qismən  islamlaşan 
türklərin  sehirbazları  olan  baksı  və  ya  baxşı
5
  ilə  qamlara  bağ-
lıdırlar.  Bu  gün  belə  M.İ.Rubinin  fikrincə  (Вопросы  оздоров-
ления  Туркменистана.  Ашкабад,  1929,  стр.80),  Türkmənis-
tanda  Ətrak  bölgəsində  hər  aulda  baxşı  vardır.  Ötən  əsrdə  qır-
ğızlar  arasında  baksı  «qobus»  adlanan  bir  kaman  növündə  ifa 
                                                
1
  Quatremère,  Histoire  des  sultan  mamlouks  de  l`Egypte,  c.  1,  s.136 
(F.Köprülünün mülahizələri üçün eyni yer). 
2
  Klavico  (Clavijo)  Şərqi  Anadoludakı  Dəlilərkənddə  xalqın  hörmət 
bəslədiyi bir aşıqdan bəhs edir. 
3
 Əxilik – islamda sufi təriqətlərindən biridir. Abbasi xilafəti dövründə 
qurulan, İran, Azərbaycan, Orta Asiya və Anadoluda yayılan bu təşkilat (sufi 
cərəyanı)  Əxi  Əvrən  adı  ilə  məşhur  olan  Azərbaycan  türkü  sufi  alim  Şeyx 
Nəsrəddin Mahmud Xoyidir – Q.Şəhriyar 
4
 «Fərhəngi-Şüuri»də «ozan» haqqında «lirik şərqi və oğuznaməni mü-
şayət edən alət» deyilir (Barthold,  ZVO, VIII, s. 205). Süleyman Əfəndinin 
cağatayca  lüğətində  «ozan»  mani  formasında  ahəngsiz  şərqidir,  Qara  xan, 
Oğuz xan dastanlarında istifadə olunur. Ozançı davul və dəfin müşayətində 
ozan söyləyənə deyilir. Pavet de Courtille «Die Turc-Oriental» adlı lüğətində 
eyni mənanı ardıcıllıqla vermişdir, s. 64. 
5
  Quatremère,  Histoire  des  Mongols  de  la  Perse,  Paris  1836,  s.184, no 
51 (çin dilindəki «hochang» və ya «ho-chang» «baxşı» mənasını verir). Fuad 
Köprülü. Türk Edebiyatı Tarihi. İstanbul, 1920, s.78 vd.; Pelliot. Les mots a 
hinitial, JAS, 1925, I, s.254 (türkcədəki «baxşı» çin dilindəki «po-che» (cpak-
dzi) sözündən gəlir. Самойлович. Туркмения, I (1929), s.145; M.Monneret 
de Villard. II libro della peregrinazione nell parti d`Oriente di Frate Ricoldo 
de Montecroce.Roma, 1948, s.47-50; Fuad Köprülü. Bahşı. İslâm Ans. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə