Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə2/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   2   3   4   5   6   7   8   9   ...   78


 
məd  Harami»,  «Vərqa  və  Gülşa»,  «Mehr  və  Müştəri,  «Alpa-
mış», «Manas», «Rüstəmxan», «Qurbani», «Aşıq Qərib», «Tahir 
və  Zöhrə»,  «Abbas  və  Gülgəz»,  «Şah  İsmayıl  və  Güllüzar», 
«Koroğlu»  kimi  məhəbbət  və  qəhrəmanlıq  dastanlarında  rast 
gəlmək olar
1
.  
«Kitabi-Dədə  Qorqud»un  bütün  dünyaya  bu  qədər  səs  sal-
ması dünya alimlərinin türk folkloruna olan marağını artırdı. Bü-
tün  dünyada  bir-birinin  ardınca  türk  ədəbiyyatı,  türk  tarixi  ilə 
bağlı sanballı əsərlər ortaya qoyuldu. Mövzu rəngarəngliyi həd-
dən  artıq  çoxdur.  Tədqiqata  cəlb  olunan  janr  yalnız  dastan  de-
yildi. Türklərin şifahi xalq ədəbiyyatına məxsus türkülər, ninni-
lər,  nağıllar  və  s.  janrlar  da  dünya  alimləri  tərəfindən  dəfələrlə 
tədqiq olunmuş, dəyərli əsərlər ortaya qoyulmuşdur.  
Hazırlayıb araya-ərsəyə gətirdiyimiz bu kitabda türk dilində 
ilk  dəfə  tam  mətnlə  çap  edilən  «Kitabi-Dədə  Qorqud»un  nəş-
rinin 100 illiyi ilə bağlı Kilisli Müəllim Rifətin xatirəsini əziz tu-
taraq  dastanla  bağlı  tədqiqatlara  geniş  yer  vermişik.  Kitabda 
toplanan  məqalələr  Azərbaycan  dilində  tərcümə  edilərək  nəşr 
olunur. Burada «Kitabi-Dədə Qorqud»un tədqiqi ilə bağlı dünya 
ədəbiyyatında  yayınlanan  bir  neçə  maraqlı  hesab  etdiyimiz 
məqalələrə xüsusi yer verilmişdir. 
Tərcümə  zamanı  mətnlərin  orijinallığını  saxlamaq  məqsədi 
ilə  «şahzadə  Selcan»,  «kral  Salur»,  «autochon»  («avtoxon»), 
«kor-kut»  kimi  sözlər  olduğu  kimi  saxlanılmış,  «Kavella», 
«Beovulf» kimi dastanlara şərhlər verilmişdir. «Ağ imiqrantlar», 
«podpolkovnik»  kimi  sözlər  dövrün  tələbinə  uyğun  olaraq  o 
şəkildə  verilmiş,  Samtsixe-Cavaxeti  diyarı,  Abhazia  bəyi,  Av-
nik,  Hiunq-Nu,  Erdel  Orosztelke,  mişərlər,  Semipalatensk  kimi 
bölgə və tayfa adlarına, eyni zamanda manixeizm, nestorianlıq, 
hagioqrafiya  kimi  terminlərə,  demək  olar  ki,  zəruri  hesab  etdi-
yimiz bütün xüsusi isimlərə şərhlər və izahlar yazılmışdır.  
                                                
1
  Məmmədli  (Məmmədov)  H.  Tarixi  və  ədəbi  qaynaqlarda  «Kitabi-
Dədə  Qorqud»  motivləri  /  Şifahi  xalq  ədəbiyyatına  dair  tədqiqlər.  X  kitab. 
Bakı, Səda, 2001, s.182 



 
Klassik  ədəbiyyatda  «Kitabi-Dədə  Qorqud»  boylarının  adı 
bu şəkildə yazıldığından mətnin orijinallığına xələl gətirməmək 
məqsədi  ilə  boyun  adını  əsərdə  göstərildiyi  kimi  –  «Salur  Qa-
zanın  evinin  yağmalandığı  dastan»  şəklində  saxlamağı  məqsə-
dəuyğun hesab etdik. Bundan başqa, E.Rossinin Vatikan nüsxə-
xinə  yazdığı  ön  sözdə  dastanın  boyları  «Dirsə  xan  oğlu  Buğac 
xanın  hekayəsi»,  «Salur  Qazanın  evinin  yağmalanması  heka-
yəsi»,  «Bozatlu  Bamsı  Beyrəyin  hekayəsi»,  «Qazan  bəy  oğlu 
Uruz bəyin əsarətinin hekayəsi», «Basatın Təpəgözü necə öldür-
düyünün  hekayəsi»,  «Salur  Qazanın  əsir  götürülməsi  və  oğlu 
Uruzun onu azad etməsinin hekayəsi», «Daş oğuzların üsyanı və 
Beyrəyin  ölümünün  hekayəsi»  şəklində  göstərildiyindən  biz  də 
bunları mətndə olduğu kimi saxlamağı zəruri saydıq. 
Türkülər,  şeir  parçaları  müəlliflərin  tərcümə  etdiyi  kimi 
yox,  birbaşa  orijinal  ləhcələrdən  tərcümə  olunmuşdur.  Bu  za-
man,  təbii  ki,  müəlliflərin  tərcümələri  də  nəzərə  alınmış,  lakin 
ciddi  mətn  səhvi  aşkarlanmadığından  orijinal  mətndən  tər-
cüməyə  üstünlük  verilmişdir.  Biz  türk  ləhcələrindən  poetik  he-
sab etdiyimiz kimi çevirmişik və onların hərfi tərcüməsinə mü-
raciət etməmişik. Məsələn, Muradgəldi Soyeqovun «1916-1917-
ci  illərdə  Avstriya-Macarıstan  düşərgələrində  hərbi  əsirlər  və 
onların  oxuduqları  xalq  mahnıları»  məqaləsində  türkülər  türk 
ləhcələrindən  rus  dilinə  tərcümə  olunmuşdur.  Biz  Azərbaycan 
dilinə tərcümə edərkən türkünün orijinal dilini əsas tutmuş, eyni 
zamanda  M.Soyeqovun  rus  dilinə  hərfi  tərcüməsini  də  nəzərə 
almışıq. 
Kitabımızın  həcmcə  ən  böyük  əsəri  Ettori  Rossiyə  aiddir. 
E.Rossinin  təqdim  etdiyimiz  məqaləsi,  qeyd  etdiyimiz  kimi, 
«Dədə  Qorqud  kitabı»nın  Vatikan  nüsxəsinə  yazdığı  geniş  ön 
sözdür.  O,  burada  hər  boyu  ayrı-ayrılıqda  dünya  ədəbiyyatı  ilə 
müqayisəli şəkildə təhlil etmişdir. E.Rossi ilə yanaşı, fransız tür-
koloqları Lui Bazenin, Jan Pol Runun, serb türkoloqu Slovolyub 
Cinciçin, macar türkoloqu İmrə Adorjanın, Güney Azərbaycan-



 
dan  olan  şərqşünas  Hüseyn  Məhəmmədzadə  Sadiqin  «Kitabi-
Dədə Qorqud»la bağlı əsərlərini kitabımıza daxil etmişik. 
Bundan  başqa,  kitaba  Laszlo  Rasoninin  dünya  tarixində 
türklərin yeri və rolundan bəhs edən «Tarixdə türklük» kitabın-
dan kiçik bir hissəni təqdim etmişik. Burada, eyni zamanda Mu-
radgəldi  Soyeqovun  1916-1917-ci  illərdə  Avstriya-Macarıstan 
düşərgələrində  türk  mənşəli  hərbi  əsirlərdən  toplanmış  xalq 
mahnıları  üzərində  aparılan  tədqiqata  da  yer  vermişik.  Qeyd 
edək ki, Avstriya-Macarıstan hərbi düşərgələrindəki türk mənşə-
li əsirlərdən toplanan türkülərin sayı həddən artıq çoxdur. Amma 
çox təəssüf ki, bu türkülər hələ də öz tədqiqatçısını gözləyir.  
Bütün  bunlarla  yanaşı,  təbii  ki,  işimiz  qüsurlardan  da  xali 
deyildir. Kitab nəşr olunana qədər imkanımız daxilində o qüsur-
ları  aradan  qaldırmağa  çalışdıq

Bəzən  cümlələrdə  aydın  olma-
yan,  izahını  tapa  bilmədiyimiz  məsələlər,  terminlər  də  mövcud 
idi. Bunları olduğu kimi saxladıq, çünki  əsərlərin əlimizdə olan 
surətləri  qüsurlu,  bəzi  yerləri  hətta  yararsız  idi.  Bunun  üçün  də 
əlimizdəki mətnləri əsərlərin nadir nüsxələri ilə tutuşdurub belə 
qüsurlu  yerləri  bərpa  etməyə  çalışdıq.  Amma  məsələn,  təqdim 
etdiyimiz  E.Rossinin  «Racconti  epico-cavallereschi  dei  Turchi 
Oğuz.  Tradotti  e  annotati  con  «facsimile»  del  ms.  Vaticano» 
(Turco  102,  Città  del  Vaticano,  1952,  s.1-95)  adlı  məqaləsində 
«Dədə  Qorqud»un  dili»  başlığı  vardı.  Biz  bu  yazını  tam  bərpa 
edə  bilmədiyimizdən  o  hissəni  ixtisar  etmək  məcburiyyətində 
qaldıq.  Düşünürük  ki,  irəliləyən  zamanda  bu  bölümü  də  bərpa 
edib nəşr edə biləcəyik. 
Kitabın  bir neçə hissədən ibarət olmasını nəzərdə tuturuq. 
Birinci  hissəyə  topladığımız  müəlliflər  yaşadıqları  dövrə  əsa-
sən  xronoloji  ardıcıllıqla  verilmişdir.  Buradakı  məqalələr  ilk 
dəfə  Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilir. İkinci  ki-
tabda da dünya alimlərinin türklərlə, türk dünyası ilə, etnoqra-
fiyası və folkloru ilə bağlı yazdıqları dəyərli əsərləri toplamağa 
çalışacağıq. 
Beləliklə,  bu  kitabı  vərəqlədikcə  bütün  dünyanın  türklərə 
olan  marağı  anlaşılacaq.  Belə  ki,  hələ  V  əsrdə  Bizans  müəllifi 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə