Türk folkloru dünya alimlərinin gözü ilə


III. Bozatlu Bamsı Beyrəyin hekayəsi



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə27/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   23   24   25   26   27   28   29   30   ...   78

79 
 
III. Bozatlu Bamsı Beyrəyin hekayəsi 
Bayındır xan tərəfindən oğuz bəylərinə verilən bir ziyafət əs-
nasında Bay Bürə bəy oğlunun olmadığı üçün taleyindən şikayət-
lənir. Oğuz bəyləri əllərini qaldıraraq ona bir övlad bəxş etməsini 
Allahdan niyaz edirlər. Bəy Bican da əgər Allah bir qız uşağı ver-
sə, Bay Bürə bəyin oğluna verəcəyinə söz verir. Dua qəbul edilir. 
Bay Bürə bəyin bir oğlu olur və bu xoşbəxt hadisə ilə bağlı İstan-
bula iki tüccar yollayaraq hədiyyələr aldırır. Uşaq sağlam və cəsur 
böyüyür.  On  beş  yaşında  ikən  iki  tüccarı  Pasin  vadisində  əsir 
götürən kafirlərdən azad edir və dəyərli mallarını da geri qaytarır. 
Boz bir at, bir yay, altı bucaqlı bir gürz və bir qılınc: bunları ata-
sına hədiyyə aparan tüccarlardır. Dədə Qorqud gəlir, gənc qəhrə-
manı tərifləyir və ona Bozatlu Bamsı Beyrək adını verir. 
Bir  ov  əsnasında  Beyrək  bəy  bir  gənc  qızın  çadırına  gəlir. 
Bu qız Bəy Bicanın doğmadan əvvəl ona nişanladığı Banuçiçək-
dir.  Gənc  şahzadə  onu  tanıyır  və  at  yarışına,  ox  atmağa  dəvət 
edir. Yenilir və igidin nişan üzüyünü qəbul edir. 
Toy üçün qardaşı Dəlü Qarcarın izni gərəklidir. Dədə Qorqud 
bu çətin işi öz üzərinə götürərək Beyrək bəy üçün onun bacısını 
istəyir.  Ölüm  təhlükəsi  ilə  qarşılaşır  və  onu  qılıncla  öldürmək 
istəyən  Dəlü  Qarcarın  qolunu  sirli  şəkildə  durdurur. İcazəni  min 
erkək at, min erkək dəvə, min qoyun, min quyruqsuz və qulaqsız 
köpək gətirməsi şərti ilə alır. Dədə Qorqud ona hamısını verir və 
o  da  pis  bir  oyun  oynayır:  onu  birə  dolu  bir  evə  salır  və  sonra 
çılpaq halda soyuq suya atlamasına səbəb olur. 
Toy  hazırlıqları  əsnasında  Beyrək  bəy  39  igidi  ilə  bərabər 
Bayburt qalasında  əsir edilmişdi. Anası, atası,  bacıları,  nişanlısı 
ağlayır və ümidsizliyə düşürdülər. On altı il keçdi. Delü Qarcar 
Beyrək bəyin yaşadığını bildirənə bir hədiyyə və ya ölüsünü bil-
dirənə bacısını verəcəyini vəd edir. Alçaq bir adam olan Yalan-
cuk  Beyrəkdən  aldığı  bir  köynəyi  qanlı  olaraq  gətirir  və  Banu-
çiçək ilə evlənməyə hazırlaşır. 
Bu  zaman  atası  oğlunu  axtarmak  üçün  tüccarları  yollayır. 


80 
 
Karvan  Bayburtun  ətrafına  gəlir,  Beyrək  soruşur  və  öyrənir  ki, 
ailəsi yaxşıdır, nişanlısı da bir başqası ilə evlənəcək. Bayburt bə-
yinin qızı ona azad olması üçün yardım təklif edir və eyni zaman-
da evlənməyə  qarar verirlər. Beyrək qəbul edir və qaladan çıxır. 
Boz atını tapır və onunla bir qardaş kimi danışır. Birbaşa atasının 
yurduna  gedir.  Yolda  gedərkən  Banuçiçəyin  toyuna  gedən  bir 
ozana rast gəlir. Atını ona tapşıraraq qopuzunu alır. Çayın başında 
görür ki, bacısı ağlayır. Onunla və digər bacıları ilə görüşür. Son-
ra toya dəvət olunanlar arasına qatılır. Yalancuq digər bəylərlə ox 
yarışındadır. Beyrək onu təhqir edir. Yalancuq onu yayını gərmə-
yə  dəvət  edir.  Beyrək  asanlıqla  yayı  gərir  və  parçalayır.  Sonra 
evində  qalan  yayı  gətirirlər  və  kürəkənin  üzüyünə  vuraraq  mü-
sabiqəni qazanır. Qazan bəyin  icazəsi  ilə  qadınların  yanına gedir 
və  qopuz  çalıb  gəlinin  rəqs  etməsini  istəyir,  iki  dəfə  qarşısına 
başqa bir qadın gətirərək onu aldatmaq istəryilər. Lakin o inadla 
gəlini istəyir və sonunda Banuçiçək gəlir. Qız əvvəlcə vermiş ol-
duğu nişan üzüyünü tanıyır və beləliklə, onlar bir-birlərini tanıyır-
lar. Sonra dərhal Beyrəyin atasına dönüş xəbərini verməyə gedir-
lər. Beyrəyin barmağından axıtdığı qanla qocanın ağlamaqdan kor 
olmuş  gözlərini  sağaldana  qədər  ata  oğlunun  gəlişinə  inanmadı. 
Yalancuq qaçdı, lakin təqib edilərək ələ keçdi. Əvf dilədi və istəyi 
yerinə yetirildi. Beyrək Bayburt qalasına getdi və  dostlarını azad 
etdi. Sonradan həyat yoldaşı olacaq şahzadəni də özü ilə gətirdi. 
Bu, «Dədə Qorqud hekayələri»nin ən uzunudur. Bütün mil-
lətlərin  ədəbiyyatı  ilə  müxtəlif  müqayisələrin  mövzusu  olduğu 
kimi,  türk  məmləkətlərində  də  zamanımıza  qədər  şifahi  olaraq 
gəlib çıxmışdır. 
Anadolu və İstanbulda on bir variantı tapılmışdır. Üçü yazı-
lı,  səkkizi  şifahi
1
.
 
Yazılı  olanlar  da  Konyada  mənzum  formada 
biri,  İstanbulda  da  ikisi  tapılmışdır.  Şifahi  olanlar  Anadoluda: 
                                                
1
 Bu variantların xülasələri O.Ş.Gökyayın nəşrində mövcuddur. P.N.Bo-
ratav  «Bəy  Börə  hekayəsinə  aid  mətnlər»  (Ankara,  1939)  adlı  risaləsində  və 
Ankarada nəşr edilən «Ülkü» dərgisindəki müxtəlif məqalələrində toplamışdır. 


81 
 
Safranbolu
1
,  Trabzon,  Adananın  Aladağı
2
,  Cebeli  Bərəkətin, 
Yarpuz, Ərzurum, Bayburt, Bəyşəhir, Kütahyada
3
 toplanmışdır. 
Bütün  bunların  arasında  ən  tanınmışı  Bayburtda  toplanmış  va-
riantdır.  Bunun  qəhrəmanları  Bəy  Börə,  Alp  və  Bəngiboz  Ağ-
qavaq qızı  nişanlıdır
4
.  Bayburt  ətrafındakı  bir  qəsəbədə  bu  gün 
Bəy Börəyə  aid olduğu güman edilən bir məzar vardır. Börə də 
Bayburtda geniş yayılmış adlardandır. Bayburtda Almışqa qəsə-
bəsində  bir  erməni  ailə  yaxın  zamanlara  qədər  öz  nəsil-nəca-
bətini Bəy Börəyə bağlamışdı. Eyni qəsəbədəki ermənilər I Dün-
ya  müharibəsinin  sonunda  sürgün  edildikləri  zaman  Beyrəkdən 
və  Bayburtun  erməni  şahzadəsinin  soyundan  gəldiklərini  iddia 
edirdilər. P.N.Boratava görə, «Dədə Qorqud kitabı»nda Bayburt 
sözünün yanındakı Barasar və ya Parasar sözü (Parasarun Bay-
burt hisarı) bəlkə ermeni dilindədir və XI əsrdə Ermənistana edi-
lən ilk türk axınından qalan bir xatirədir
5

Bu  on  bir  varianta  əvvəlcə  İ.Kunoş  tərəfindən  aşkarlanmış, 
                                                
1
  A.Baha  tərəfindən  əvvəl  «Bartın»  qəzetinin  21.X.1931  tarixli 
nüsxəsində  nəşr  edilmiş,  sonra  «Atsız»  dərgisində  təkrarlanmışdır:  sayı  10, 
1932,  s.255-260.  Bunun  musiqi  bölümləri  M.R.Kösemihal  tərəfindən  «Milli 
Mecmua»da (n. 124-125, 1931) nəşr edilmişdir. 
2
 Əli Rıza. «Cenupta Türkmen Oymakları» (III, 1931, s.70-80). 
3
  Adnan  Erzi  tərəfindən  toplanaraq  «Halk  Bilgisi  Haberleri»  adlı  dər-
ginin  IX  (1939)  cildinin  oktyabr  sayında  çıxan  yazı.  Atın  adı  burada  Bən-
gibozdur. Gəlin isə İstanbul kralınının qızı Ərqayədir. 
4
 Aka Kavak qızı adı Safranbolu ilə Aladağ və Ərzurumda da işlədilir. 
«Dədə  Qorqud  kitabı»nın  da  III  hekayəsində  Çiçək  Banunun  toya  hazırlıq 
məqsədilə tikilən  çadır da  Ak  Kavak  (ağ  qovaq  –  Q.Şəhriyar) adlanır.  «Kə-
rəm  ilə  Əsli»  adlı  türk  dastanında  «Dədə  Qorqud»  qəhrəmanlarından  aşa-
ğıdakı kimi bəhs olunur:  
Ak Kavak Kızı da Bey Böyrek dengi. 
P.N.Boratav. İzahlı Halk Şiiri Antolojisi. Ankara, 1943, s.257. «Aka Ka-
vak qızı hekayəsi» ilə bağlı erməni dilindəki bir variant Qeysəriyyədə toplan-
mışdır:  Macler.  Contes  légendes  et  epopées  populaires  de  l`Arménie.  Paris, 
1928, c. 1, s.150-158. Bu məlumatı mənə Parisdən H.Bərbəryan göndərmişdir. 
5
  P.N.Boratav.  Halk  Hikâyeleri  ve  Halk  Hikâyeciliği.  Ankara,  1946, 
s.65. İslam Ensiklopediyasındakı «Bayburt maddesi». 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə