Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə3/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   2   3   4   5   6   7   8   9   ...   78


 
Prikopios  türklər  haqqında  yazırdı  ki,  «yеrin  üstündə  insanlar 
yaşamağa başlayandan bəri nə yunanların, nə də iranlıların bey-
nindən  sabirlərin  (sabir  türkləri  nəzərdə  tutulur  –  Q.Şəhriyar
işlətdiyi  silahlar  çıxmadı»
1
.  Yaxud  tarixdə  ilk  psixoloqlardan 
hesab edilən ərəb ədəbiyyatının ən böyük nasiri Cahiz (777-869) 
«Bir türk başlı-başına  bir  millətdir»  – deyir.  Fransa İmperatoru 
və bacarıqlı sərkərdə Napaleon Bonapart (1769-1821) isə «türk-
ləri öldürmək olar, ancaq məğlub etmək olmaz» – deyir. Alman 
alimi  Hammer  Purqştal  (1774-1856)  «tarix  türklərdən  çox  şey 
öyrəndi»  –  deyir.  Fransız  yazıçı,  şair  və  siyasətçisi  Alfons  de 
Lamartin  (1790-1869)  isə  deyir  ki,  «insanlığa  şərəf  verən  türk 
millətinin  düşməni  olmaq  insanlığa  düşmən  olmaqdır».  İngilis 
romantik  şairi  Corc  Bayron  (1788-1824)  «türk  döyüşdə  şərəfli 
ölməyi  şərəfsiz  yaşamaqdan  üstün  tutur»  –  deyir.  Bu  siyahını 
hələ çox uzatmaq olar. 
Göründüyü  kimi,  dünya  dahiləri  türklərin  tarix  səhnəsində 
qızıl  hərflərlə  yazdıqları şanlı tarixi addım-addım  izləyib, onlar 
haqqında həmişə yüksək fikirdə olublar. Biz onların türklər haq-
qında yazdıqları ilə daha çox və yaxından tanış olduqca özümüz-
lə  bağlı,  tariximiz,  mədəniyyətimiz,  folklorumuz,  etnoqrafiya-
mız, milli-mənəvi dəyərlərimiz haqqında tarixin qaranlıq səhifə-
lərində gizli qalan mətləbləri asanlıqla aşkarlaya biləcəyik.  
 
Qumru Şəhriyar 
                                                
1
 Laszlo Rasonyi. Tarihde türklük. Türk Kulturunu Araştırma Enstltusu 
Yayınları: 126, Seri: III – Sovı: A 34, Ankara, 1993, s.63 



 
MƏQALƏLƏ
 
 
ETTORİ ROSSİ (1894-1955) 
 
Ettori Rossi İtalyada Roma Universitetində Türk Dili və Ədəbiy-
yatı bölümünün qurucusu idi. O, 1894-cü ildə Milanın Sekuqnano vi-
layətində anadan olmuşdur. Pavia Universitetindəki təhsilini yarımçıq 
buraxaraq I Dünya müharibəsində iştirak etmişdir. Müharibədən son-
ra həmin universitetdə təhsilini başa vurmuş və 1920-ci ildə yunan fi-
lologiyası bölümündə doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 
1935-ci  ildə  Roma  Universitetində  dosent,  1939-cu  ildə  isə  professor 
ünvanını almışdır.  
Ettori  Rossi
1
  Vatikan  kitabxanasında  «Dədə  Qorqud  kitabı»nın 
ikinci  əlyazmasını  taparaq  bu  hərəkəli  mətni  və  italyanca  tərcüməsini 
uzun ön sözlə birlikdə yayınlamışdı
2
: Eyni zamanda Vatikan kitabxana-
sındakı  türkcə  əlyazmaları üzərində  araşdırmalar  aparmış  və 1953-cü 
ildə «Elenco dei manoscritti turchi della Biblioteca Vaticana» («Vatikan 
kitabxanasındakı türkcə əlyazmalar kataloqu») adı ilə nəşr etdirmişdir.  
Ettori Rossinin təqdim etdiyimiz məqaləsi «Racconti epico-caval-
lereschi dei Turchi Oğuz. Tradotti e annotati con «facsimile» del ms. 
Vaticano» (Turco 102, Città del Vaticano, 1952, s.1-95) adı ilə dərc 
olunmuş (tərcümə zamanı italyan dilindəki orijinal varianta da müra-
ciət etmişik) və Fikrət Türkmənin yayınlanmaqda olan «Dədə Qorqud 
kitabı» araşdırmaları» (çevirəni: Mahmut H.Şakiroğlu) kitabından ix-
tisarla götürülmüşdür.  
                                                
1
  E.Rossi  haqqında  əlavə  məlumat  üçün  bax:  Francesco  Gabrieli,  «Ri-
cordo di Ettore Rossi», Oriente Moderno, XXXV (1955), s.409-418 (bu dər-
gidə,  eyni  zamanda E.Rossinin  ölümündən  bir az  sonra  İstanbulun  Şilə  böl-
gəsində dənizdə baş verən faciədə həyatını itirən yetirmələrindən biri E.Jem-
ma  tərəfindən  hazırlanan  «Bibliografia  degli  scritti  di  Ettore  Rossi»  (s.408-
424) yazısı yer alır). F.Gabrieli bu nekroloqu «Saggi Orientali» (Caltanisseta-
Roma, 1960, s.219-238) kitabında yenidən nəşr etdirdi.  
2
  II  «Kitab-ı  Dede  Qorqut»;  Racconti  Epico-Cavallereschi  dei  Turchi 
Oğuz (1952; Dədə Qorqud kitabı; Oğuz türklərinin dastansayağı qəhrəmanlıq 
hekayələri). 


10 
 
«DƏDƏ QORQUD KİTABI» İLƏ BAĞLI ARAŞDIRMALAR 
 
«Kitabi-Dədə Qorqud»la bağlı aparılan araşdırmaların  
biblioqrafiyası. Bu araşdırmanın məqsədi və sərhədləri 
 
«Kitabi-Dədə  Qorqud»
1
  ilə  maraqlanan  bugünkü  tədqiqat-
çılar arasında Henrix fon Dits
2
 birinci sırada  yer alır. Bu alman 
şərqşünasının  «Qabusnamə»nin tərcüməsi  və  iki  cildlik  «Denk-
würdigkeiten von Asien in Künsten und Wissenschaften» (Ber-
lin,  1811-1815)  əsərini  Höte  «Westöslicher  Divan»  əsərində 
məth etmişdir. Xüsusilə «Denkwürdigkeiten» əsərin ikinci cildi-
nin 399 ilə 457 səhifələri arasında Drezden Kraliyyət kitabxana-
sında olan əlyazmasına əsaslanaraq Təpəgöz hekayəsinin mətni-
ni  və  almanca  tərcüməsini  yayınlamış  və  bunu  «Odissey»dəki 
«Odissey  və  Polifem»  hekayəsi  ilə  müqayisə  etmiş,  türk  heka-
yəsinin  «Odissey»dəkindən  müstəqil  digər  Şərq  əfsanələrindən 
törədiyini, eyni zamanda Homerin dastanına belə təsir etmiş ola 
biləcəyini  güman  etmişdir.  Ditsin  sayəsində  Berlin  kitabxanası 
da Drezden nüsxəsindən çıxarılan bir surəti əldə edə bilmişdir. 
Ditsdən  sonra  H.O.Fleyşer  Şərq  əlyazmalarının  kataloqunu 
hazırlayarkən  «Kitabi-Dədə  Qorqud»u  araşdırmaqla  yanaşı 
(1831-ci  ildə,  əvvələ  bax),  əsərin  əhəmiyyətli  olmasına  da  to-
xunmuş  və  qısaca  vəsf  etməklə  yetinmişdir.  Vilhelm  Pertç  də 
Berlindəki türkcə əlyazmaların kataloqunu hazırlayarkən (1889-
cu ildə) eyni məlumatı təkrarlamışdı. 
Gənclik  illərində  türk  dili  ilə  maraqlanan  Teodor  Nöldeke 
(ətraflı məlumat üçün bax: ZDMG, c. XIII, 1859 və ardınca nəş-
ri tarixinə dair yazdığı məqalə) 1859-cu ildə Drezden nüsxəsinin 
                                                
1
 Türk dilindəki sözlərin tərcüməsi zamanı türkologiyada istifadə olunan 
üsuldan yararlandım. 1928-ci ildən sonra çıxan əsərlər üçün yeni türk əlifba-
sından istifadə etdim. 
2
  H.F.F.Dits  haqqında  əlavə  məlumat  üçün  bax:  Fr.Babinger.  Die 
Geschichtschreiber der Osmanen und ihre Werke. Leibzig, 1927, s.8  


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə