Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə4/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   2   3   4   5   6   7   8   9   ...   78

11 
 
bütövlükdə surətini çıxarmış, sonra da bunu yayınlamaq istəmiş, 
lakin  bir  çox  yerlərində  anlaşılmaz  sözlər  üçün  bu  təşəbbü-
sündən  vaz  keçmişdir
1
.  1892-ci  ildə  Strazburq  şəhərinə  gələn 
V.Bartold Şərqlə  bağlı tədqiqatını dərinləşdirdiyi  zaman Nölde-
ke əlindəki əlyazmanı ona təslim etmiş və əsəri bitirməsində ona 
yardım etmişdir. 
İki  il  sonra  ilk tədqiqatlarını  nəşr etməyə  başlayan  Bartold 
bunun nəşrə layiq bir mətn olduğunu qəbul etmişdir. 
Nöldekenin  dəyərli  məsləhətləri  türklərin  dili  və  tarixi  ilə 
bağlı zəngin məlumatını dəyərləndirməyi bacarmışdı. Lakin o za-
manlarda  hələ  tək  bir  nüsxənin  məlum  olduğuna  görə  (Drezden 
nüsxəsi  və ondan surəti çıxarılmış Berlin nüsxəsi) «Kitabi-Dədə 
Qorqud»un nəşri və tərcüməsi çox çətin bir iş idi. Bununla yanaşı, 
Bartold sayəsində «Kitabi-Dədə Qorqud» türk elm aləminə böyük 
şövqlə təqdim edildi,  beləliklə, mətnin  ədəbi, linqvistik və tarixi 
dəyərini  ortaya  qoyması  ilə  yanaşı,  bu  günə  qədər  aparılan  araş-
dırmalara bir nümunə olmasına görə Bartolda çox minnətdarıq. 
Bartold  Drezden  nüsxəsindəki  on  iki  hekayədən  dördünün 
mətnini  və  tərcüməsini  ZVO-dakı  dörd  məqaləsində  yayınladı 
(irəlidəki ətək yazısına bax): VIII (1894), XI (1898), XII (1899), 
XV  (1904).  Yenə  ZVO  dərgisində  «Qorqud  əfsanəsinin  türk-
mənlər  arasında  yaşayan  izləri  ilə  bağlı  qeydlər  yayınlamış; 
1908-ci ildə Dərbənddə Qorqudun məzarını axtarmış, lakin səy-
yah Olearisin 1683-cü  ildə  hörmətlə ziyarət edildiyini  söylədiyi 
bu  məzarı  tapa  bilməmişdir  (IX,  1895  və  XIX,  1910,  s.73/77). 
Mərhum İqor Kraçkovskinin 01.09.1850-ci il tarixli məktubunda 
verdiyi  məlumata  görə,  «Dədə  Qorqud  kitabı»nın  rusca  tərcü-
                                                
1
  Buradakı  və  sonrakı  məlumatları  V.Bartoldun  «Китаби-Коркуд.  I. 
Борьба  богатыря  с  ангелом  смерти»,  Записки  Восточного  отделения 
Императорского Русского археологического общества  (bu dərginin adını 
bundan sonra «ZVO» şəklində qısaltdım) dərgisi, c. VIII, 3-4 (1894), s.203-
218.  V.Bartoldun həyatı haqqında  ətraflı məlumat almaq  üçün  bax:  M.Dos-
toevski.  «W.Barthold.  Versuch  einer  Charakteristik»,  Die  Welt  des  Islams, 
XII-3, 1931, s.89-136. 


12 
 
məsi  V.Bartoldun  hazırlamış  olduğu  qeydlərlə  yayınlanmışdı
1

Bu kitabı görə bilmədim. 
V.Bartoldun  məqalələrinin  yaratdığı  əks-səda  əvvəlcə  rus 
şərqşünasları arasında bir çox araşdırma və nəşrlərə səbəb oldu. 
A.Tumanski  «По  поводу  Китаби-Коркут»  (ZVO,  IX,  1895, 
s.269-272) adlı məqaləsində Qorqud Ata və «Dədə Qorqud»dakı 
hekayələrin  digər  qəhrəmanları  ilə  bağlı  Əbülqazi  Bahadırın 
«Şəcərətül-Ətrak və Şəcəreyi-Tərakimə» adlı dastanının tarixlə-
rindən götürdüyü məlumatları tədqiq etmişdir. Ə.Divayev Kaza-
linskdən
2
 Daşkəndə gedən dəmiryolu üzərindəki Qorqud stansi-
yasının ətrafında Sir-Dərya sahillərində olan Qorqud Ata məza-
rından  bəhs  etmiş  (ZVO,  X,  1897,  s.193-194)  və  bu  məzarın 
fotoşəklini  də  yayınlamışdı  (ZVO,  XIII,  1899,  1900,  s.39-40). 
Daha  sonralar  K.İnostrantsev  «Коркут  в  истории  и  легенде» 
(ZVO,  XX,  1911,  s.40-46)  adlı  məqaləsində  Qorqudun  Xəzər 
dənizinin şərqində 548/1153-cü
3
 ildə üsyan edən Quzz boyunda 
baş  verən  hadisədə  adı  çəkilən  Quzz  (Oğuz)  türklərinin  adsız 
rəisi  ilə  eyni ola biləcəyi  fərziyəsini  irəli sürdü. Kilisli  müəllim 
Rüfət  bəyin  redaktəsi  ilə  İstanbulda  1332/1916-cı  ildə  Berlin 
nüsxəsinə  görə  (bu,  Drezden  nüsxəsinın  surətidir)  yayınlanan 
kitab  ilə  «Kitabi-Dədə  Qorqud»a  dair  araşdırmalar  yeni  həyat 
qazandı. Bu yayın, irəlidə yenidən təkrarlayacağımız kimi, qane 
edici  deyildi,  çünki  Berlin  nüsxəsinın  surəti  olduğundan  (üzə-
rində  bəzi  düzəltmələr  edilmiş)  əsas  nüsxə  olan  Drezdendəkinə 
yenidən baxmaq daha doğru olardı. Bartold Drezden  nüsxəsinın 
tənqidi nəşrinin bir hissəsini nəzərə almamışdır. Bununla yanaşı, 
«Kitabi-Dədə Qorqud»u bütöv şəkildə tanıtması və bir çox yer-
də  doğru  olan  hissələri  göstərməsinə  görə  Kilisliyə  çox  şeylər 
                                                
1
  «Dədə  Qordud  kitabı»  ilə  bağlı  Bakıda  nəşr  olunan  əsərlər  haqqında 
ətraflı məlumat üçün irəliyə bax. 
2
 Qazaxıstanın Qızıl Orda bölgəsində Sır-Dərya çayının sağ sahillərində 
yerləşən bir əyalət.  
3
 548 – hicri təqvim ilə, 1153 isə miladi təqvim ilə verilmişdir. Mətnin 
orijinallığına xələl yetiməmək üçün olduğu kimi saxladıq – Q.Şəhriyar. 


13 
 
borcluyuq.  Ərəb  hərfləri  ilə  yazılan  bu  nəsirdən  sonra  bir  bib-
lioqrafik giriş və lüğət yayınlanmalı idi ki, o da olmadı. 
1916-cı ildən sonra «Kitabi-Dədə Qorqud» bir çox tədqiqa-
tın  mövzusu  oldu.  J.Deni  «Grammaire  Turque»  və  C.Brokel-
mann  «Altosmanische  Studien»  (ZDMG,  1919,  s.1-29)  adlı 
əsərlərində dilçilik sahəsində bəzi tədqiqatlar apardılar. A.N.Sa-
moyloviç  də  «Очерк  по  истории  туркменской  литературы» 
adlı  məqaləsində (Туркмения, I, 1929, s.123-167) Bamsı Bey-
rək hekayəsi  ilə  türkmən  hekayəsi  «Boz oğlan»  arasındakı  bən-
zərliyi  təhlil  etdi.  V.Ruben  isə  «Folklore  Fellows  Communica-
tions»  dərgisinin  (Helsinki,  1944)  133-cü  cildinin  əlavəsindəki 
«Ozean  der  Marchenstrome»  əsərində  (Teil  I,  s.193-271;  274-
283) 12 «Dədə Qorqud hekayəsi»nin sistematik xülasəsini hazır-
layaraq çox gözəl ədəbi və folklor müqayisələri aparmışdır
1

Türkiyədə «Dədə Qorqud»un bu kitabı otuz illik beynəlxalq 
oyanış əsnasında müxtəlif aspektlərdən tədqiq və müzakirə olun-
du,  ətraflı  araşdırıldı.  Lakin  bu  tədqiqatların  nəticəsi  dəqiq  və 
yetərli olmamaqla  yanaşı,  bir çox hallarda  yararlı  idi. Bu, tarix, 
ədəbiyyat  və  linqvistik  problemlərə  söykənən  yeni  tədqiqatlara 
rəvac vermişdir. Böyük bir qismi dərgilərdə yayınlanan bu araş-
dırma  və  məqalələrin  çoxunun  tam  siyahısını  vermək  mümkün 
olmadı. Müəlliflərə görə, topladığım bu məqalələri aşağıda gös-
tərməyi məqsədəuyğun hesab etdim.  
Türk  ədəbi tənqidinin  yaradıcısı  Fuad  Köprülü  «Türk Ede-
biyatında İlk Mutasavvıflar» adlı əsərində «Oğuznamə» adlanan 
türk  dastan  ənənəçiliyini  uzun  bir  qeyd  altında  tədqiq  etdi 
(s.277-282).  O,  «Kitabi-Dədə  Qorqud»u  da  bu  ədəbi  çərçivədə 
                                                
1
 Dede Korkut hikâyeleri. «Littérature populaire turque» (Paris, 1936) adlı 
kitabı  ilə  türk  folkloru  haqqında  Avropada  ən  gözəl  tədqiqat  işlərindən  biri 
E.Saussey  tərəfindən  hazırlanan  və  hətta  O.Spiesin  mükəmməl  kitabı 
«Türksche  Volksbücher»  (Leipzig,  1929) nəzərə alınmamışdır (hər  iki əsərin 
Türkiyə  türkcəsinə  tərcümə  edilməsinə  baxmayaraq,  çox  nadir  tapılan 
kitablardandır.Birinci  əsəri  İ.Başgöz,  ikincisini  isə  O.Ş.Gökyay  tərcümə 
etmişdir – Q.Şəhriyar). 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə