Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə6/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   2   3   4   5   6   7   8   9   ...   78

17 
 
Nisan, 1939, no.15, s.231-232). 
«Dədə  Qorqud  hekayələri»nin  son  otuz  ildə  Türkiyə  mədə-
niyyətində doğurduğu əks-sədanı təhlil etmək bir tədqiqatın möv-
zusu ola bilər. «Dədə Qorqud hekayələri» orta məktəblərin anto-
logiyalarına daxil olmuşdur. «Dəli Domrul»un gözəl hekayəsi hər 
halda  yeni  yazı  qrafikasına  keçid  dövründən  sonrakı  latın  hərfli 
ilk antologiyada yayınlanmışdı: Seçme Yazılar (1928). 
Nihad  Sami  Banarlının  yayınladığı  türk  ədəbiyyatının 
dəyərli  ensiklopedik  əsərində  (Resimli  Türk  Edebiyatı  Tarihi) 
«Dədə Qorqud hekayələri» çox gözəl təhlil edilmiş və «türk xalq 
dastançılığının  əvəzsiz  məhsulu»  və  «bütün  türk  ədəbiyyatının 
ən  gözəl  dastan  nümunələri»  deyə  təqdim  edilmiş,  dil,  xüsusi 
vəzn,  hekayənin  ilhamı,  duyğuların  əsaləti,  təbii  eşqi,  qadının 
dəyəri və qəhrəmanlıq idealı olaraq təqdim edilmişdir. 
Çox  güman  ki,  «Dədə  Qorqud  hekayələri»nin  yüksək  şeir, 
sosial  və  siyasi  tərbiyəsindəki  tonu,  türk  milliyətçiliyinin  nəzə-
riyyəçisi  Ziya  Gökalpa  (1875-1924)  təsir  etmişdir.  O,  müxtəlif 
əsərlərində  «Dədə  Qorqud  hekayələri»ndən  bəhs  etmiş,  xüsusilə 
«Türk  Medeniyeti  Tarihi»  (İstanbul,  1341  (1925/1926)  əsərində 
oğuz  türklərinin  adətləri,  anlayışları,  dövlət  quruluşlarını  aydın-
latdığını  bildirmişdir.  Eyni  zamanda  Dədə  Qorqudu  zəif  «tədqi-
qatçı» olmaqla yanaşı, bu hekayələrin yazıçısı kimi tərifləyir, hal-
buki  bunlar  (tamamilə  qəbul  edilməsə  belə)  bütünlüklə  xalqın 
məhsulu  ola  bilər  (s.235).  Başqa  bir  kitabında  da  (Türkçülüğün 
Esasları, Ankara, 1339 (1923/1924) «Dədə  Qorqud kitabı»nı saf 
bir türkcə nümunəsi kimi göstərmiş və «bu kitab oğuz dilində bir 
türk «İliadası»dır» deyə əlavə etmişdir (s.117). Bu kitabın düzgün 
bir imla ilə (o zamanlar hələ ərəb hərflərindən istifadə olunmurdu. 
Latın əlifbası 1928-ci ildə qəbul edildi) mətnin orijinalına toxun-
madan nəşr edilməsinin faydalı olacağını düşünmüşdür. Ziya Gö-
kalp «Altın Işık» adı altında topladığı şeirlərində (İstanbul, 1924) 
mətni qaynaq kimi göstərərək Dəli Domrul hekayəsini misralarla 
anlatmış, daha sonra mənbəyini göstərməyərək Təpəgözü öldürən 


18 
 
qəhrəmanın hekayəsini «Arslan Basat» başlığı altında nəql etmiş, 
Buğac  xan  və  Qanturalıya  aid  olan  «Dədə  Qorqud»dakı  digər 
hekayələri də ona həsr etmişdi. Ziya Gökalpın Diyarbəkirdə ana-
dan olduğunu xatırlamaqda fayda var. Bura XV əsrin ortalarında 
türkmən  yurdu  olub  «Kitabi-Dədə  Qorqud»un  qələmə  alındığı 
yerlərdən biri də ola bilər. Ziya Gökalp Diyarbəkirdə xalq ənənə-
lərinə söykənmişdi. Heç şübhə yoxdur ki, mətn ilə maraqlanması 
1916-cı ildə Kilisli Rüfət nəşri ilə başlamışdı. 
Fuad Köprülü bir ədəbiyyat tənqitçisi və tarixçisi olaraq or-
taya çıxmazdan əvvəl şeirlə maraqlanmış və gənclik şeirlərində 
(1916-1918)  «Dədə  Qorqud»  hekayələrindəki  motivlərdən  isti-
fadə  etmişdi.  Şeirlərinin  arasından  tapdıqlarım:  «Dəli  Ozan» 
(«Dədə  Qorqud»dakı  III  hekayə  ilə  müqayisə  edin),  «Akpınar 
perileri» (ətraflı  məlumat üçün bax: VIII hekayə), «Akıncı Tür-
küleri»ndə aşağıdakı misralar vardır: 
Haydı, əski ozan, al sazı ələ, 
Düşmənlər içinə düşsün vəlvələ. 
İndiyə qədər başqaları tərəfindən tədqiqatların xülasəsi şək-
lində olan bu araşdırmam
1
 yeni mövzular ortaya qoyur və Drez-
dendəkindən sonra «Dədə Qorqud hekayələri»nin ikinci bir nüs-
xəsini tanıtdırır. Bu yeni nüsxə həm türkologiya, həm də müqa-
yisəli  ədəbiyyatlar  sahəsində  yeni  araşdırmaların  aparılmasına 
yol açacaqdır. «Dədə Qorqud kitabı» tərcüməm tənqid oluna bi-
lər, lakin tam olduğu üçün Vatikan nüsxəsindəki ilk altı hekayə-
ni tərcümə etdikdən sonra digər bölümdə də Drezden nüsxəsində 
olub Vatikan nüsxəsində olmayan altı hekayəni tərcümə etdim. 
Vatikan  nüsxəsinın  tərcüməsini  ayrı  göstərməyimin  səbəbi 
yalnız daha doğru olduğu üçün deyil, eyni zamanda son bölüm-
də verdiyim  faksimiledə  də  mətnin daha  faydalı olmasını təmin 
etməkdir. Bunun qüsurlarının qarşısını almaq üçün Vatikan mət-
                                                
1
  Əvvəllər  «Un  nuovo  manoscritto  del  Kitâb-ı  Dede  Qorqut»  (Rivista 
degli Studi Orientali, XXV, 1950, s.34-43) adlı məqaləmdə bu mövzuya to-
xunmuşdum. 


19 
 
ninin tərcüməsinə qeyd şəklində Drezden  nüsxəsindəki əhəmiy-
yətli dəyişiklikləri göstərdim. Drezden  nüsxəsindəki nömrələmə 
sırasına  görə  qoydum,  çünki  bu  mətn  digər  tədqiqatların  da 
mövzusu olmuşdur. 
Bir çox şübhələrimi aradan qaldıran və  faydalı yollar göstə-
rən türk tədqiqatçıları R.Arat, Ə.Cəfəroğlu, P.N.Boratav, Ə.İnan, 
O.Ş.Gökyay, səbrlə türkcə kitabları yollayaraq yardım edən pro-
fessor G.Garinoya və xüsusilə bu kitabı «Study and Testy» seri-
yasına daxil edən  «Biblioteca Vaticana»ya təşəkkür edirəm. Bu 
tədqiqatıma  əvvəldə düşündüyüm kimi sadəcə  bir faksimile, gi-
riş qeydləri və «Dədə Qorqud hekayələri»nin xülasəsini vermək-
lə  yetinmədimsə,  bunu Vatikan prefettosu
1
  möhtərəm Piter  An-
selmo Mariya  Albaredaya borcluyam, yardım etdiyinə görə ona 
təşəkkür  edirəm.  Bu  çox  məşhur  tarix  və  dillə  bağlı  sənədlərin 
aşkarlanması  və  yayılması  üçün  Vatikan  nüsxəsinın  hamısı  ilə 
altı Drezden hekayəsini tərcümə etdiyim zaman bir çox məqam-
lar anlaşılmaz olduğu üçün onları müqayisə etdim. 
 
İndiyə qədər məlum olan Drezden (Berlin) və  
Vatikan əlyazmaları: məzmunu, nəşri və tərcümələri 
 
Drezden  əlyazmasını H.O.Fleyşer  aşağıdakı kimi  vəsf  edir: 
«Cod. turc. foll. 1524 min, char. neschi scriptus, «Kithabi-Dede 
Korkut»  turcica  orientali  antiquori  illa  seu  oghuzica  dialecta 
conscriptus. Est narratio de  motibus intestinis inter tribus Itsch-
Oghuzorum  et  Täsch-Oghuzorum  versus  aetatem  Muhammedis 
ortis.  Nomen  libri  inde  petitum  est  quod  in  tota  narratione 
magnae  partes  sunt  Qorqudi  cuiusdam  qui  vir  pius  et  sapiens 
magnaque apud Oghuzos contribulos auctoritatis  fuisse  dicitur» 
(Catalogus  codicum  man.  Orientalium  Bibliothecae  Regiae 
Dresdensis. Dresden, 1831, n. 86). 
Tarixi  olmayan  bu  əlyazmanın  təxmini  dövrü  haqqında 
                                                
1
 Prefect – Qədim Romada rəsmi dövlət qulluqçusu. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə