Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə7/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   2   3   4   5   6   7   8   9   10   ...   78

20 
 
H.O.Fleyşer  heç  bir  təxmin  irəli  sürmür.  Bartold  (ZVO,  VIII, 
1894, s.203) əlyazmanın birinci vərəqində başlıqda «Osman Pa-
şanın  ölüm  tarixi  993»
1
  qeyd  edildiyini  gördü  və  əlyazmanın 
h.993/m.1586  tarixine  aid  olduğu  qənaətinə  gəldi.  R.Rəhməti 
Aratın yardımı ilə Drezdendəki 86 nömrəli əlyazmanın mikrofil-
mindən götürülmüş surətini incələdim və zamanı bildirən başqa 
bir qeydin olamadığını gördüm. Yazı xüsusiyyətləri də XVI əs-
rin ortalarına aid ola biləcəyini göstərir. 
Drezden nüsxəsinin  yaxın zamanlarda nömrələnmiş 153 və-
rəqi vardır. Əlyazmanın ilk iki vərəqində «Kitâb-ı Dedem Korkut 
alâ  lisân-ı  tâife-i  Oguzân»  başlığı
2
,  Osman  Paşanın  993/1585-ci 
ildə vəfat etməsinə dair qeyd, bəzi hədislərlə bağlı qeydlər vardır. 
Çox  istifadə  edilən  nəsx  yazısı  ilə  yazılan  bu  mətn  o  qədər  də 
gözəl hesab edilə bilməz. Hər səhifədə 13 sətir yer alır və çox az 
hallarda  hərəkə  yoxdur.  Vərəqlərin  çoxu  ləkəlidir.  Mətn  2b-də 
«Bəsmələ» ilə başlayır və sonra toplamanın girişi yazılıdır: 
« هن نامز ني ق ي تاي ب ندن يو ب تو قرو ق ا تا ر لر يد ر ب را ىد پو ق  
لوسر هي ل ع ملاس لا»
3

Girişdən sonra (v.2b-5) 12 hekayə gəlir və başlıq da böyük 
hərflərlə  ən  başa  qoyulmuşdur.  Hər  hekayənin  sonunda  Dədə 
Qorqudun bir duası yer alır və nida şəklində «xanum hey» var-
dır.  Eyni  nida  hər  hekayənin  girişində  başlıqdan  sonra  təkrar-
lanır və ilk hekayə bitən kimi, ikincisinə də başlıq olur. Bu «xa-
num hey» nidasının funksiyası türk və türkmən bəylərinin çadır-
larında və ya saraylarındakı toplantılardakı şairlərin cönklərində, 
hekayə  məcmuələrində  olması  təbiidir.  Mətni  nəşr  edənlər  (Ki-
lisli  və  Gökyay)  tərəfindən  anlaşılmadığından  hər  hekayənin 
                                                
1
 Çox güman ki, Özdəmiroğlu Osman Paşadır. Yəmən və Massaua fatehi 
kimi tanınır. III Muradın hakimiyyəti illərində sədrəzəm idi. 1585-ci ildə Təbriz 
şəhərini iranlılardan geri aldı və bu şəhərdə də 1585-ci ildə dünyasını dəyişdi. 
2
  Başlığın  altında  kitab  sahibinin  adı  yer  alır.  Mənim  fikrimcə,  belə 
oxuna bilər: «Əhd ən-Nur ibn Fərəh Kətxuda». 
3
  Oxunuşu:  Qopdu  ər  bər  deyərlər  Ata  Qorqut  boyundan  boyat  yaqın 
zamanına salam əleyh Rəsul. 


21 
 
başlığında nida qoydular. Lakin burada əlyazma mətnlə nəşr ara-
sındakı müqayisələr üzərində dayanan deyilik, çünki onsuz da o, 
artıq  görülmüş  bir  işdir.  Bununla  tənqidçilər  maraqlana  bilər
1

Hələlik  Drezden  nüsxəsindəki  12  hekayəni  sıralamaqla  kifayət-
lənirəm.  Beləliklə,  bu  sıra  qarşıda  giriş  və  Vatikan  nüsxəsinin 
müqayisəsi üçün faydalı olacaqdır. 
[I]
 
vərəq  6-19  Dirsə  xan  boyu,  Buğac  boyu,  Dirsə  xan 
hekayəsi. Başlığı
2
:  
«هس رد ناخ ىل غوا جاغ ب ناج [ناخ] ى نو ب [ىن يو ب] ناي ب رد يا»
3
 
[II]
 
vərəq 19-34b Salur Qazanın evinin yağmalanması; 
[III]
 
vərəq 34b-62b Qam Bürə oğlu Bamsı Beyrək hekayəsi; 
[IV]
 
vərəq 62b-78b Qazan bəy oğlu Uruz bəy hekayəsi; 
[V]
 
vərəq 78b-86b Duxa Qoca oğlu Dəli Domrul hekayəsi; 
[VI]
 
vərəq 86b-102 Qanlı Qoca oğlu Qanturalı hekayəsi; 
[VII]
 
102-108 Qazılıq Qoca oğlu Yegnək hekayəsi
4

[VIII]
 
108-119 Basatın Təpəgözü öldürməsi hekayəsi; 
[IX]
 
119-128 Bəkil oğlu Emrən hekayəsi; 
[X]
 
128-137 Uşun Qoca oğlu Segrək hekayəsi; 
[XI]
 
137-147 Qazanın tutsaq edilməsi  və oğlu Uruzun  onu 
azad etməsi hekayəsi; 
[XII]
 
147-153b  Daş  Oğuzların  İç  Oğuzlara  qarşı  üsyan 
                                                
1
  Bunu  da  qeyd  etmək  vacibdir  ki,  toplayanın  və  ya  surətini  çıxaranın 
anlayışına görə düzülən mətn bu şəkli ilə həqiqi mətni əldə etməyimizə yardım 
etmir. Düzgün mətn əldə emək üçün Drezden nüsxəsini əsas götürərək nisbətən 
qısaldılmış mətn olan Vatikan nüsxəsinin də yardımı ilə irəlidə aşkarlayacağı-
mızı düşündüyümüz mətnlərdən də istifadə etməklə bir nəticəyə gələ bilərik. 
2
 Mətn başlığını birinci hekayə üçün yalnız  burada qoydum. Sonrakıla-
rın başlığının tərcüməsini tədqiqatımdan sonrakı qisimdə olduğu kimi, qısal-
daraq verəcəm («sonrakı qisim» dedikdə müəllif «Kitabi-Dədə Qorqud» das-
tanını nəzərdə tutur. Əvvəldə də qeyd etdiyimiz kimi, bu məqalə E.Rossinin 
«Kitabi-Dədə Qorqud» əsərinin ön sözüdür – Q.Şəhriyar). 
3
 Oxunuşu: Edər bəyan (bəyani) bunu (xan) Can Boğac oğlu Xan Dirsə. 
4
 Xüsusi isimləri Vatikan nüsxəsinin əsasında hərəkələdim (oxudum). 


22 
 
etmələri və Beyrəyin ölümünün hekayəsi. 
Əlyazmanın  sonluğu  ilə  xüsusi  forma  yoxdur.  Son  hekayə 
də digər on bir  hekayədəki eyni forma  ilə bitir, yəni Dədə Qor-
qudun  duası  bəyə  və  ya  dinləyən  digər  bəylərə  xitabən  dediyi 
«hanum hey» ifadəsi ilə sona yetir.  
Yazdığını  anlamayan  katibin  ucbatından  Drezden  nüsxə-
sinin düzəldilməsinə ehtiyac var. Mətnin daha yaxşı anlaşılması 
və  dilçilik  sahəsindəki  tədqiqatlara  yardım  edəcək  hərəkənin 
yoxluğu boşluq yaradır. 
Berlin  nüsxəsini  uzun-uzadı  təqdim  etməyə  lüzum  yoxdur. 
Çünki Drezdenin eynisidir. A.Pertç «Die Hand» (Verzeichnisse 
der Kön. Bibl., zu Berlin VI. Verz. der türk. Handschriften, Ber-
lin 1889, no. 203) əsərində yazır: «Kitabi-Dədə Qorqud» əslində 
Oğuznamədir. Şərq türkcəsi ilə yazılmışdır» (sonra H.O.Fleyşe-
rin Drezden nüsxəsinə dair verdiyi məlumatı təkrarlayır). Berlin 
əlyazması  37  vərəqdir,  ölçüsü  24,5x17  sm-dir,  hər  səhifəsində 
34 sətir olan nəsx yazısı ilə yazılmışdır. Fon Ditsin Pertç nüsxə-
nin surətini çıxartdığı da bilinir. 
 
* * * 
Drezden nüsxəsi üzərində aparılan tədqiqatlar: 
a)
 
Təpəgözün  Basat  tərəfindən  öldürülməsindən  bəhs  edən 
VIII hekayənin H.F.Fon Dits tərəfindən nəşri: «Der neuentdeckte 
oghuzische  Cyclop»  başlığı  altında  «Denkwürdigkeiten  von 
Asien» (Berlin, Halle, 1815) adlı əsərinin 436-457 səhifələrində. 
b)
 
V.Bartold tərəfindən dörd hekayənin yayını, belə ki: 
Duxa  Qoca  oğlu  Dəli  Domrulun  hekayəsi  (IV)  –  Борьба 
богатыря  с  ангелом  смерти  (igidin  Əzrail  ilə  mücadiləsi). 
ZVO, VIII, 1894, s.209-218 (rusca tərcüməsi də var). 
Hekayə (I). Dirsə (sic) xan oğlu Buğac xan (sic)ın hekayəsi 
– eyni yer, XI, 1897-1898, s.175-193 (rusca tərcüməsi ilə). 
Hekayə (II). Salur Qazanın evinin yağmalanması – eyni yer, 
XII, 1900, s.37-57 (rusca tərcüməsi ilə). 
Hekayə (III). Qam Bürə oğlu Bami (sic) Beyrək oğlu – eyni 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə