Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə78/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   70   71   72   73   74   75   76   77   78

234 
 
nümunəsidir  (hətta  onlardan  birincisinin  iki  variantı  mövcud-
dur). Çox güman ki, onlar vokal ifaçısı R.Lax və Rəcəb Sarının 
fərqli  musiqilərdə  oxuduğu  eyni  bəndlərdir.  Bunu  onun  milli 
musiqi  yaradıcılığı  sahəsindəki  bilikləri  də  təsdiqləyir.  Təəssüf 
ki, əvvəlki silsilə nəşrlərdə olduğu kimi kitabda da mahnının adı 
çəkilmir, onlar sadəcə bir-birinin ardınca nömrələnmişdir
1

№1а, 1b və 5 (184) nömrəli mahnıdan bir bənd:  
 
Карарым ёк, Ай җемалың гөрмесем, 
Дурарым ёк, дүнйə малын бермесем, 
Сениң билен бəш гүн дөвран сүрмесем, 
Мениң яныма гел сен, Айҗемал!
2
 
 
Tərcüməsi: 
 
Qərarım yox, ay camalın görməsəm, 
Səbrim yoxdu, dünya malın verməsəm, 
Sənin ilə beş gün dövran sürməsəm, 
Gəl sən mənim yanıma, Aycamal! 
 
Qeyd edək ki, birinci cümlənin son sözü (гөрмесем) kitab-
da  latın  qrafikası  ilə  səhvən  «gurmätäm»  şəklində  verilmişdir. 
Bu  söz  heç  bir  məna  ifadə  etməməklə  yanaşı,  eyni  zamanda 
mətndə türkmən dilinin fonetik qanunauyğunluğunun tələb etdi-
yi saitlərin ahəngdarlığını da pozur. 
Ötən əsrin altmışıncı illərinin sonu – yetmişinci illərinin əv-
vəllərində  bu  sətirlərin  müəllifi  (Muradgəldi  Soeqov  özünü  nə-
zərdə tutur – Q.Şəhriyar) ilk dəfə tələbəlik illərində bu mahnıları 
Marı  vilayətindən  (köhnə  adı  Mərv)  Aşqabada  gələn  qrup  yol-
daşı Oğulbibi Berdiyevanın ifasında dinləmişdir. O, bizimlə bir-
likdə  Türmənistan  Dövlət  Universitetinin  türkmən  filologiyası 
fakültəsində oxuyurdu. O zaman mahnı, deyəsən, dörd bənddən 
ibarət idi və onlardan biri bu gün də yaddaşımda qalıb:  
                                                
1
 Lach R. Volksgesänge von Völkern Rublands. S. 66-67, 176-178, 207. 
2
  Mətn  orijinalda  –  yazıya  alındığı  illərdəki  qrafika  ilə  verilmişdir  – 
Q.Şəhriyar. 


235 
 
Мениң Айҗемалым гыммат бахалы, 
Тылладандыр көвүшиниң нахалы, 
Инди якын гелди гелҗек махалы, 
Шаңңырдап яныма гел сен, Айҗемал! 
 
Tərcüməsi: 
 
Mənim Aycamalımın qiyməti yoxdu, 
Ayaqqabısının nalı qızıldandı, 
Onun gəlməsinin vədəsi yetdi, 
Yanıma gəl ayaq bəzəyinin səsi ilə, Aycamal! 
 
«Aycamal»  adlı  bu  mahnı  Oğulbibi  Berdiyevanın,  Mari-
Penza  vilayətindən  olan  bir  çox  professional  vokalist-baxşının 
(xalq mahnılarının ifaçısı) ifasında, eyni zamanda türkmən fley-
tası neyin (qarğıdan hazırlanmış düdük) müşayəti ilə lentə alına-
raq Türkmənistan Mərkəzi Televiziyasının  və türkmən radiosu-
nun arxivində mühafizə edilir. 
Bir neçə türkmən yazıçıları arasında belə bir fikir formala-
şıb ki, bu mahnının sözləri XIX əsrin sonu – XX əsrin əvvəllə-
rində Balkan vilayətində yaşayan bir şairə aiddir (Bayram-şahir). 
Çox  güman  ki,  «Aycamal»  mahnısının  sözləri  də,  musiqisi  də 
xalqa aiddir (yəni anonimdir).  
№2 (185) nömrəli mahnıdan bir bənd: 
 
Агалар, дүшдүм бейле зындана, 
Ачар ёкдур, килиди бар, ханым, билмедим, 
Өзүм зындан ичинде болдум бикарар, 
Дост хайсы, душман хайсы, ханым, билмедим. 
 
Tərcüməsi: 
 
Ağalar, düşdüm belə zindana, 
Açar yoxdur, kilidi var, xanım, bilmirəm. 
Özüm zindan içində oldum biqərar, 
Kim dostumdu, kim düşmənim, xanım, bilmirəm. 
 


236 
 
İkinci  və  dürdüncü  misralardakı  «xanım»  ifadəsinin  (bu, 
«mənim xanım» kimi başa düşülməlidir) şeirin mətninə heç bir 
dəxli yoxdur, bu yalnız ifaçının mahnının daha da ahəngdar səs-
lənməsi  üçün  etdiyi  əlavədir.  Eyni  zamanda  o,  bu  xitabla  din-
ləyicilərin diqqətini mahnının mətninə cəlb edir. 
№ 3 и 6 (186) nömrəli mahnıdan bir bənd: 
 
Кадыр Мөвлам берсе ганат, 
Учдум долаша-долаша, җан-а, 
Учурдым тəзе гүллере, җан-а, 
Гачар долаша-долаша. 
 
Tərcüməsi: 
 
Qadir Mövlam versə qanad, 
Uçdum dolaşa-dolaşa, sevgilim, 
Uçurdum təzə güllərə, sevgilim, 
Qaçar dolaşa-dolaşa. 
 
Bu  bəndin  dəbii  dəyəri  o  qədər  də  yüksək  deyil.  Əvvəlki 
bənddə olduğu kimi burada da özünəməxsus musiqi ahəngdarlı-
ğı yaradan ifadə yer alır: җан-а – sevgilim. 
№ 4 (187) nömrəli mahnıdan bir bənd: 
 
Отуранда, гулпагы ере дөкдүрен, 
Дуранда, гулпагы ярым билине уран, 
Өзи бир лачын кимин далым уруп дуран, 
Нирде мениң шах дилберим, гөрүнмез. 
 
Tərcüməsi: 
 
Oturanda hörükləri yerə dəyən, 
Duranda hörükləri belinə vuran, 
Özü bir laçın kimi boynun burub dayanan, 
Harda mənim şah dilbərim, görünmür. 
 
Türkmən  dilində  «гулпак»  (gulpaq  –  hörük,  saç)  sözünün 
mənasını izah edərkən Herbert Yanski heç bir mənbə göstərmə-


237 
 
dən  aşağıdakı  bəndi  misal  gətirir  və  iddia  edir  ki,  bu,  yuxarıda 
göstərilən mahnının digər bəndidir:  
 
Гара гулпакларың йүзүңде чөзгүн, 
Солгун гара гөзлер нечүйн сүзүлйəр? 
Гөзүңе сүрме чек, гулпагыңы дара, 
Мундан артык салма багрыма яра! 
 
Tərcüməsi: 
 
Qara hörüklərin üzünə dağılır, 
Solğun qara gözlərin neyçün süzülür? 
Gözünə sürmə çək, hörüyünü yığ, 
Bündan artıq salma bağrıma yara! 
 
Əslində bu rübai türkmən şairi, roman yazıçısı və alimi Əb-
dülhəkim Qulməhəmmədova (1885-1931) aiddir. Bu şeir müəl-
lifin 1926-cı ildə Aşqabadda nəşr etdirdiyi «Умыт ялкымлары» 
(«Alovlanan ümidlər») adlı toplusuna daxil edilmişdir. H.Yans-
kinin göstərdiyi  materialda  bizim üçün  yeni  məlumat  yalnız bu 
sözün mahnılarda da istifadə olunmasıdır. 
 
Bəzi nəticələr və gələcək planlar 
Son  illərə  qədər  türkmənistanlı  musiqişünaslar  belə  hesab 
edirdilər  ki,  türkmən  milli  musiqi  tarixinin  öyrənilməsi  1928-ci 
ildən – avropalı mütəxəssislərin araşdırmaları ilə başlayır. Məhz 
o illərdə Moskvada V.A.Uspenski (1879-1949) V.M.Belyayevlə 
birlikdə  ötən  əsrin  20-ci  illərindən  başlayaraq  çöldən
1
  topladığı 
materiallar  əsasında  özünün  ikicildli  fundamental  «Туркмен-
ская музыка» əsərini nəşr etdirmişdir
2
. Robert Laxın hələ 1916-
cı ildə ən az altı türkmən xalq mahnısını fonoqrafik plastinkalara 
yazdığı (buna baxmayaraq, nota alınmış təkrar nəşri kifayət qə-
                                                
1
  Müəllif  hərbi  düşərgələri  nəzərdə  tutur.  Bu  düşərgələr  çöllük-düzən-
liklərdə salındığından bəzən ədəbiyyatda belə adlandırılır – Q.Şəhriyar. 
2
 Bax: Гуллыев Ш. Туркменская музыка (наследие). Автореф. докт. 
дисс. Ташкент, 1998. 


238 
 
dər  sonralar  həyata  keçirilmişdir)  dəqiq  bilindiyi  bir  zamanda 
yuxarıda göstərilən tarixi bir neçə il arxaya çəkərək dəqiqləşdir-
məyə  ehtiyac  var.  Bundan  başqa,  türkmən  qəhrəmanlıq  dastanı 
«Koroğlu»nun bir mahnısının notunu Aleksandr Xodzko (1804-
1891) özünün 1842-ci ildə Londonda ingilis dilinə tərcümə edə-
rək nəşr etdirdiyi kitabına daxil etmişdir. Bu  xalq dastanına aid 
digər  mahnının  sözləri  isə  Ser  Aleksandr  Börnisin  (1805-1841) 
1834-cü ildə Londonda nəşr etdirdiyi səyahət kitabında öz əksini 
tapır. Bu, birinci məsələ. 
İkincisi isə müvafiq internet saytlarında Tatarıstan Respub-
likası  Dövlət  Folklor  Ansanаblının  ifasında  tatar  mahnısı  «Za-
man»  istifadəçilərin  nəzərinə  çatdırılır.  Bu  mahnının  videosu  – 
köhnə  qramafon  yasızı  isə  Birinci  Dünya  müharibəsi  illərində 
tatarlara  əsir  düşən  almanlar  tərəfindən  ifa  edilmişdir.  Bu,  onu 
göstərir ki, bizim alim-müsiqişünaslarımız avstriyalı həmkarları 
ilə  birlikdə  arxivlərdə  mühafizə  olunan  türk  xalqlarının  milli 
müsiqilərinin  səsyazma  lentlərini aşkarlayıb üzə çıxarmalıdırlar 
ki,  bunlar  da  yeni  ifalarda  təqdim  olunmalı  və  yeni  tədqiqat 
işləri aparılmalıdır. 
Birinci  Dünya  Müharibəsi  iştirakçılarının  köhnə  maqnit 
lentlərinə  yazılmış  canlı  dili  və  səslərinin  bərpası  ulu  babaların 
və  əcdadların  qəhrəmanlığı  və  şücaəti  qarşısında  baş  əyməyin 
simvolu  olar  və  müasir  nəsillərin  onlar  haqqında  silinməyən 
yaddaşı formalaşar.  


239 
 
MÜNDƏRİCAT 
 
Dünya ədəbiyyatında türk folklorşünaslığı ....................... 3 
Məqalələ
Ettori Rossi ................................................................................. 9 
«Dədə Qorqud kitabı» ilə bağlı araşdırmalar 
«Kitabi-Dədə Qorqud»la bağlı aparılan  
araşdırmaların biblioqrafiyası. Bu araşdırmanın  
məqsədi və sərhədləri .................................................... 10 
İndiyə qədər məlum olan Drezden (Berlin) və Vatikan  
əlyazmaları: məzmunu, nəşri və tərcümələri .................. 19 
Oğuzlar. Oğuznamə ədəbiyyatı...................................... 27 
Dədə Qorqudun əfsanəvi şəxsiyyəti ............................... 35 
Türk ozanları ................................................................. 40 
«Dədə Qorqud hekayələri»nin yazıldığı təxmini dövr .... 43 
«Dədə Qorqud hekayələri»nin tarixi mühiti ................... 47 
«Dədə Qorqud hekayələri»nin coğrafi mühiti ................ 53 
«Dədə Qorqud hekayələri»nin dini və mənəvi anlamı,  
qəhrəmanlarının həyat anlayışı və davranışları .............. 60 
On iki hekayənin xülasəsi. Türk və digər  
millətlərin dastan və hekayələri ilə müqayisələr............. 76 
I. Dirsə xan oğlu Buğac xanın hekayəsi .......................... 76 
II.Salur Qazanın evinin yağmalanması hekayəsi ............. 77 
III. Bozatlu Bamsı Beyrəyin hekayəsi .............................. 79 
IV. Qazan bəy oğlu Uruz bəyin əsarətinin hekayəsi ........ 83 
V. Duxa Qoca oğlu Dəli Domrulun hekayəsi .................. 84 
VI. Qanlı Qoca oğlu Qanturalın hekayəsi ....................... 86 
VII. Qazılıq Qoca oğlu Yegnəyin hekayəsi ...................... 87 
VIII. Basatın Təpəgözü necə öldürdüyünün hekayəsi ...... 89 
IX. Bəkil oğlu İmranın hekayəsi ...................................... 93 
X. Uşun Qoca oğlu Segrəyin hekayəsi ............................ 94 
XI. Salur Qazanın əsir götürülməsi və oğlu Uruzun  
           onu azad etməsinin hekayəsi ....................................... 95 


240 
 
XII. Daş oğuzların üsyanı və Beyrəyin ölümünun  
      hekayəsi ................................................................... 96 
«Kitabi-Dədə Qorqud»un dilinin orta əsrlərdə Qərb  
türkcəsində yazılı mənbələr arasında yeri ...................... 104 
«Dədə Qorqud kitabı»ndakı vəzn və ahəng.................... 107 
«Dədə Qorqud kitabı»nda üslub və söyləyicilik sənəti ... 112 
 
Laszlo Rasoni ..................................................................... 118  
Tarixdə türklük 
Türk xalq ədəbiyyatı .............................................................. 118 
Türk xalq musiqisi ................................................................. 121 
 
Lui Bazen............................................................................ 124  
«Qorqud» xüsusi ismi üzərində etimoloji mübahisə .............. 124 
 
Jan Pol Ru .......................................................................... 134 
«Kitabi-Dədə Qorqud»da Allah anlayışı ........................... 134 
Allahın adları ........................................................................ 135 
Allah ..................................................................................... 139 
Gök Tanrı .............................................................................. 141 
Tanrının birliyi  ..................................................................... 145 
Yaradıcı ................................................................................ 147 
Can alan Tanrı  ..................................................................... 151 
İlahi təzyiq ............................................................................ 152 
Göyə çıxma ........................................................................... 153 
 
Slavolyub Cıncıç ................................................................. 156  
Oğuzların epik tarixi və mədəniyyət  
xəzinəsi: «Dədə Qorqud kitabı» ........................................... 156 
 
İmrə Adorjan ..................................................................... 178 
«Dədə Qorqud kitabı»nın Macarıstandakı  
keçmişi və əhəmiyyəti .......................................................... 178 
Türk və macar ənənələri arasındakı bəzi bənzərliklər 


241 
 
Əsərin üslubu ................................................................. 183 
Toy və qonaqlama .......................................................... 184 
Qorqud Atanın diləyi ...................................................... 185 
Beşikkərtmə ................................................................... 186 
At və ox yarışması .......................................................... 187 
Buğa ilə güləş ................................................................ 188 
Aşıx oyunu ..................................................................... 189 
Yalançı (təqlid) gəlin ...................................................... 190 
Sevginin sınanması......................................................... 191
 
«Dədə Qorqud kitabı» və Avrasiya ədəbiyyatı  
       arasında əlaqələr ............................................................ 194 
 
Hüseyn Məhəmmədzadə Sadiq .......................................... 199 
«Dədə Qorqud» dastanları haqqında ..................................... 199 
Əzrail ............................................................................ 212 
 
Muradgəldi Soyeqov .......................................................... 224 
1916-1917-ci illərdə Avstriya-Macarıstan düşərgələrində  
hərbi əsirlər və onların oxuduqları xalq mahnıları 
Giriş yaxud hərbi əsirlər haqqında məlumat .......................... 224 
Türkmən atlıları və onların komandirləri ............................... 226 
Əsirlər arasında musiqişünaslar tərəfindən aparılan iş .......... 229 
Rəcəb Sarının oxuduğu altı mahnıdan dörd bənd ................... 233 
Bəzi nəticələr və gələcək planlar ............................................ 237 


242 
 
Türk folkloru dünya alimlərinin gözü ilə, 
“Elm və təhsil“ nəşriyyatı, 2016. 
 
 
Nəşriyyat direktoru: 
Prof. Nadir Məmmədli 
 
Nəşriyyat redaktoru: 
Nailə Əskər 
 
Kompyuterdə yığdı: 
Ruhəngiz Əlihüseynova 
 
Kompyuter tərtibçisi və 
Texniki redaktoru: 
Aygün Balayeva 
 
 
 
Kağız formatı: 60/84 1/32 
Mətbəə kağızı: №1 
Həcmi: 242 səh. 
Tirajı: 300 
 
 
 
Kitab АМЕА Folklor İnstitutunun 
Kompyuter mərkəzində yığılıb səhifələnmiş, 
“Elm və təhsil” nəşriyyatında hazır diapozitivlərdən 
Ofset üsulu ilə nəşr edilmişdir. 


243 
 
 
 

Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə