Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə8/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   4   5   6   7   8   9   10   11   ...   78

23 
 
yer, XV, 1903, s.1-38 (rusca tərcüməsi ilə). 
Bartold Drezden nüsxəsinin düzəldilməsi ilə bağlı bəzi mü-
lahizələr irəli sürmüşdür və bir çox yerlərdə də sözü bilmədiyini, 
lüğətlərdə də tapmadığını söyləmişdir. 
c)
 
İki hekayə (IV və VI). M.Şakir Ülkütaşır tərəfindən «Ye-
ni Türk Mecmuası»nda (n. 82-85, 1939-1940) yayınlandı. 
 
* * * 
Kilisli Müəllim Rifət bəy nəşri Berlindəki surətdən hazırla-
dı: «Kitab-ı Dede Korkut alâ Lisân-ı Tâife-i Oguzân» (İstanbul, 
1332/1916, 182 səhifə). Kilisli mətnin fotoşəkli üzərində çalışdı 
və diqqəti yaranmış bir çox çətinliklərə çəkməklə yanaşı, mətnin 
düzəldilməsinin vacibliyini də vurğuladı. Kilisli nəşrini Drezden 
nüsxəsi  ilə  müqayisə  edərkən  xeyli  dəyişikliklər  aşkarladı.  Bu 
dəyişikliklər Berlin nüsxəsini yazana aiddir. 
Orhan  Şaik  Gökyay  Berlin  nüsxəsi  ilə  Drezden  nüsxəsinin 
fotosurətini  müqayisə  edərək  tərcümə  və  nəşr  edildi  (İstanbul, 
1938, s.LXXVII). Kilislinin nəşri kimi, bunda da giriş və  yuxa-
rıda verilən sıralamaya əsasən 12 hekayə vardır. 
O.Ş.Gökyayın  nəşrindən  sonra  hekayələrin  bəzi  bölümləri 
yeni  türk  antologiyalarına  daxil  edilmiş  və  yenə  O.Ş.Gökyayın 
nəşri  bugünkü  türkcə  (Türkiyə  türkcəsi  nəzərdə  tutulur  – 
Q.Şəhriyar) ilə yenidən nəşr edilmişdir (İstanbul, 1943). 
 
* * * 
Vatikan nüsxəsi
1
 «Vat. Turco 102» qeyd nömrəsi ilə (əvvəl-
ki  «Vat.  Pers.  46»)  Vatikan  Kitabxanasında  mühafizə  olunur
2

P.Horn «Die Persiscihen und Türkischen Handschriften des Va-
tikans»  (ZDMG,  LI,  1897,  s.39)  adlı  məqaləsində  aşağıda  da 
                                                
1
  Adı  çəkilən  məqaləmdə  bu  haqda  məlumat  verdim:  «Un  nuovo 
manoscritto del Kitab-ı Dede Gorgut», RSO, XXV, 1950, s 34-43. 
2
 Assemani-May kataloqunda «Codices Persici 46» kodu altında göstəril-
mişdir: «Codex in 4 bombyc., foliorum 109, persice conscriptus, quo continen-
tur:  Sermones  de  somniis,  de  fortitudine,  de  liberitade  etc.  Is  codex  ad  XV 
Christi saeculum videtur referendus». 


24 
 
söyləyəcəyim  kimi,  əlyazmanın  birinci  qismini  tanımış,  ikinci 
qismində 58b-dən 106a-ya qədər başqa bir mətn olduğunun fər-
qinə varmamışdır. 1-ci vərəqdə də Qahirədə  yaşayan Seyid Əh-
məd bin Seyid Həsən Dartari adlı bir nəfərin  h.1000-ci ilin mə-
hərrəm/m.1591-ci  ilin  noyabrında  haqq-hesab  qeydləri,  qahirəli 
Əlvan  adlı  bir  nəfərin  tarixsiz  bir  haqq-hesab  qeydləri,  üçüncü 
sırada  farsca  bir  qeydin  sahibi  tərəfindən  Qüdsdə  1024/1615-
1616-cı illərdə Mustafa Əfəndinin qardaşına göndərməsi ilə bağ-
lı qeyd vardır. Qeydin məznumu aşağıdakı kimidir: 
a)
 
Səhifə  2b-58a  (Hekayət-i  Latîfe-i  Ucubə  və  Mahcûbe-i 
Zarife)  Sidqi  adı  ilə  tanınan  Seyid  Əhməd  bin  Həsən  Balinin 
farscadan  türk  dilinə  tərcümə  edərək  Sultan  II  Bəyazid  (1481-
1512) üçün oğlu Aləmşaha (ölümü 918/1512-1513) təqdim etdi-
yi  əxlaqi  hekayələrdir.  Doqquz  bölümdən  ibarət  918  əxlaqi  he-
kayələr sıra ilə ədalət, mərhəmət haqqındadır. 
b)
 
58b-106. Hekayət-i Oğuznâme-i Qazan beg və qayri. 
Drezden  (və  Berlin)  nüsxəsindəki  «Kitabi-Dədə  Qorqud» 
başlığından fərqli olmasına baxmayaraq, yenə də ona bənzər bir 
başlıqdır.  Yenə  eyni  girişi  və  on  iki  hekayədən  yalnız  altısını 
əhatə edir, eyni zamanda hər hansı ümuni bir başlıq da yoxdur. 
Yeganə başlıq 105 və 106-cı səhifələr arasında düşən bir vərəq-
dədir. Lakin burada da başlanğıcı və sonu bəlli olan XII hekayə 
vardır. 106-cı vərəqdə də son 
 sözü vardır. Altı hekayə «Vat. 
Turco  102»-nin  katibi  tərəfindən  seçilmişdir  və  ya  onun  da 
əlində olan nümunədə belə idi. Belə bir seçimin və bu seçim nə-
ticəsində  baş  verən  təhriflərin  səbəblərini  müəyyənləşdirmək  o 
qədər də  asan deyildir:  birinci dərəcəli əhəmiyyəti olmayan  he-
kayələrin çıxarılması ilə  yanaşı, çox vacib olan Qazan və  Uruz, 
V (Dəli Domrul), VI (Qantural), VIII (Təpəgözü öldürən Basat) 
boylar da gözardı edilmişdir. Başlığın belə olması da uyğun gö-
rüldüyü halda, XI hekayənin (Qazanın oğlu tərəfindən azad edil-
məsi)  çıxarılmasının  səbəbi  anlaşılmır.  Bununla  yanaşı,  «Dədə 
Qorqud  hekayələri»nin  ikinci  –  bütöv  şəkildə  surətindən  bizi 


25 
 
məhrum etdiyi üçün belə bir seçimə üzülməkdə haqlıyıq. 
Əlyazmanın  tarixini  qətiliklə  müəyyənləşdirmək  mümkün 
deyildir. Lakin 1000/1591-ci il tarixli alqı-satqı sənədi XVI əsrə 
aid ola biləcəyinə dair kifayət qədər ciddi dəlildir. Yazı xüsusiy-
yəti  Drezden  nüsxəsindən  bir  az  daha  əski  olduğunu  göstərir. 
107b-də  956/1549-50  tarixli  Sunullahın  ölümünü  bildirən  tarix 
vardır. Bu da XVI əsrin ortalarına aid olduğuna dair bir dəlil ola 
bilər.  Əlyazmanın  XVI-XVII  əsrlər  arasında  Misirlə  Fələstinə 
səyahət etməsi də diqqətəlayiq bir xüsusdur. 
Vatikan nüsxəsinin 58-ci vərəqində «Dədə Qorqud»un mət-
ni  «Bəsmələ»siz  başlayır  və  ümumi  bir  başlıq  altında  Drezden 
nüsxəsindəki giriş bəzi dəyişikliklərlə qarşımıza çıxır: 
«هن نامز ني ق ي تاي ب ندن يو ب تو قرو ق و لدا ر ب را ىدش م پو ق  
ترض ح لوس ر»
1

Bunu Dədə Qorquda aid edilən Osmanlı soyu ilə bağlı kəha-
nət, atalar sözləri və sentimental kəlamlar müşayət edir. 
Sonra da altı «hekayət» aşağıdakı kimi düşünülmüşdür
2

a)
 
I  səhifə  60-67b.  (Dirsə)  xan  oğlu  Buğac  xanın 
hekayəsi «ت ياك ح (هس رد) ناخ ىل غوا چاغو ب ناخ»
3

b)
 
III  67b-84.  Bozatlu  Bamsı  Bayrek  (=Beyrək-Bayrek-
Baryek) hekayəsi; 
c)
 
II 84-91b. Salur Qazanın evinin yağmalanması; 
d)
 
IV 91b-100. Qazanın oğlu Uruzun həbs edilməsi; 
e)
 
VII 100-103. Qazılıq Qoca oğlu Yegnək bəyin hekayəsi; 
f)
 
XII  103-106b.  Daş  Oğuzların  İç  Oğuzlara  qarşı  üsyan 
etmələri və Bayrekin  ölümü  hekayəsi (105  və  106-cı  vərəqlər  
 
                                                
1
  Oxunuşu:  Qopmuşdu  Ər  bər  (Arper?)  odlu  Qorqut  boyundan  boyat 
yaqın zamanına Rəsul həzrət. 
2
 Drezden nüsxəsində olan başlıqlardakı kimi  boy deyildir. Həm Drez-
den, həm Vatikan nüsxələrinin hekayələrin sonunda ortaq termin kimi Oğuz-
namə vardır. Bu haqda ətraflı məlumat almaq üçün irəliyə bax. 
3
 Oxunuşu: Xan Boğac oğlu xan (Dirsə) hekayət.
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə