Türk folkloru dünya alimlərinin gözü ilə



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə9/78
tarix25.07.2018
ölçüsü2,31 Mb.
#58828
1   ...   5   6   7   8   9   10   11   12   ...   78

26 
 
arasındakı səhifələr düşmüşdür). 
Burada digər hekayələrdə müşahidə etdiyimiz yekun şəklini 
ehtiva edən sonluq vardır: و ب ى بات ك ى نازا ي هل ياعد قح ه ناحب س  
و ى لاع ت تمحر نوس تا ني ما. 
«ني ما     ن يدر راز بد نوس رو ك (sic)   نا خ ىه   ك ب ى ه»
1

Ancaq  altı  hekayədən  ibarət  Vatikan  nüsxəsinin  çox  düz-
gün,  yazdığını  anlayan  bir  katib  tərəfindən  surətinin  çıxarıldı-
ğından  və  tamamilə  hərəkəli  olduğundan,  Drezden  nüsxəsində
2
 
müşahidə edilən mübahisəli bölümlərin anlaşılmasında yararlıdır 
və  qarşıda  da  görəcəyimiz  kimi,  mətnin  dil  baxımından  təhlil 
olunmasında  da  çox  əhəmyyətlidir.  Drezden  nüsxəsinə  əsasən 
çox  fərqli  olan  bölümlər  irəlidə  «Dədə  Qorqud  hekayələri»nin 
tərcüməsi verilərkən işarələnmişdir. 
 
* * * 
1936-cı ildə Bakıda nəşr olunan qəzetlərin birində Leninqrad 
Şərqşünaslıq İnstitutunun əlyazmaları arasında «Dədə Qorqud he-
kayələri»nin on üçüncüsünün
3
 Bakı Universiteti Dil və Ədəbiyyat 
İnstitutu tərəfindən nəşrə hazırlandığı bildirilirdi. «Ost Probleme» 
bülletenində (s.35, 1-IX, 1951)  Moskvada nəşr olunan «Правда» 
qəzetində  (2-VIII,  1951)  D.Cəfərovun  yayınladığı  məqalənin  tər-
cüməsi  vardı.  Məqalədə  (Bolşevik  ideologiyasına  nəzərən  Azər-
baycanda  «Dədə  Qorqud»  haqqında  aparılan  propaqandaların, 
pantürkist  və milliyətçi burjuaziyaya təkamül verə biləcəyi təhlü-
kəsindən bəhs edilir) aşağıdakı biblioqrafik məlumatlar verilir:  
1.  Həqiqətən  də  H.Araslı  və  Ə.Dəmirçizadə  Bakıda  «Dədə 
Qorqud»la  bağlı  araşdırmalar  yayınladılar  və  H.Araslı  türkcə 
mətni tərtib etdi (lakin hansı tarixli və  necə  bir əlyazma olduğu 
söylənmir) və Azərbaycan tərzinə xas olduğu qeyd edilir.  
2.  1950-ci  ildə  SSRİ  Elmlər  Akademiyasının  Bakı  şöbəsi 
                                                
1
 Oxunuşu: Hey Bəgim, Hey Xanım kürsün dəbzar əmin. 
2
  Bəzi  nümunələri  RSO,  XXV,  1950-ci  ildə  nəşr  olunan  məqaləmdə 
göstərdim. Belə bir araşdırmanı burada apara bilmərik. 
3
 Ətraflı məlumat üçün bax: O.Ş.Gökyay, adı çəkilən əsəri, s.XVI. 


27 
 
«Dədə Qorqud kitabı»nın rusca tərcüməsini yayınladı. 
* * * 
Bəhs  etdiyimiz  əlyazmalara  İstanbul  kitabxanalarında  olan 
Beyrək  hekayəsinin  (III)  iki  əlyazma  variantını  da  əlavə  edə  bi-
lərik. Gökyay adı çəkilən kitabının LXIV-LXIX səhifələrində ge-
niş məlumat, bölüm və xülasələr verir. Tamamlamaq üçün Topqa-
pı sarayındakı Yazıçıoğlunun «Səlcuqnamə»sində olan oğuznamə 
bölümü  və  Əbülqazi  Bahadur  xanın  «Şəcəreyi-Tərakimə»sindəki 
bəzi bölümləri əlavə edək. «Dədə Qorqud kitabı»nın mətni ilə bəzi 
oxşar cəhətləri olan bu kitablardan irəlidə bəhs edəcəyik. 
 
Oğuzlar. Oğuznamə ədəbiyyatı 
 
«Kitabi-Dədə Qorqud»da dəfələrlə oğuz adı çəkilir. Onsuz da 
Drezden nüsxəsinin başlığında «Oğuz tayfasının lisanında» yazıl-
dığı  bilinir.  Vatikan  nüsxəsinin  başlığında  kitab  «Qazan  bəy  və 
qayrinin  Oğuznaməsi»  (hərfi  mənada  «Oğuzların  kitabı»,  lakin 
daha  anlaşıqlı  şəkildə  «Oğuz  hekayəsi»dir) olaraq təqdim  edilir. 
Bundan başqa, hər iki nüsxədəki hekayələrin qəhrəmanları İç və 
Daş  olaraq  iki  hissəyə  ayrılmış  oğuzlardır.  Oğuz  adı  namus, 
doğruluq  simvoludur.  Bir  hadisədən  və  ya  əhvalatdan  söz  açı-
landa  «Oğuz  zamanında»  ifadəsi  ilə  sözə  başlamaq  adət  halını 
almışdı.  Hər  bir  hekayənin  adı  oğuznamədir.  Buna  görə  də,  bu 
ifadələrin  hər  birinin  «Kitabi-Dədə  Qorqud»da  sahib  olduqları 
mənanı təsbit edə bilmək üçün bəzi şeylər söyləməkdə fayda var. 
Oğuzlar  oğuz  türklərinin  etnik  adıdır.  VIII  əsrdə  Orta  və 
Şərqi Asiya ilə Altay dağları və Baykal gölü bölgəsində yerləşən 
türk dövlətinin bir qismini təşkil edirdilər. Selenqa çayının qol-
larından olan Orxon çayı sahillərində tapılan o  əsrə aid kitabə-
lərdə də adları çəkilir. Daha sonralar IX əsrdə və daha açıq şəkil-
də X əsrdə oğuzlar ərəb mənbələrində əsas yurdlarından qərbdə, 
yəni təxminən Sır-Dərya və Amu-Dərya çayları arasında və Xə-
zər dənizinin şərqində göstərilir. 


28 
 
Bu oğuzlar (ərəblər tərəfindən Guzz
1
  və  bizanslılar tərəfin-
dən də Oγουζοι və ya Oυζοι (Ogozoi və ya Ouzoi – Q.Şəhriyar
adlandırılır)  yavaş-yavaş  islamiyyəti qəbul  etmişlər və Səlcuqi-
lər (bilavasitə oğuzlar) ordusunun əsasını təşkil edərək XI əsrdə 
İranı və XI-XII əsrlərdə Anadolunu ələ keçirmiş, sonradan müx-
təlif sultanlıqlara ayrılan böyük bir imperatorluq yaratmışlar. 
Oğuz XI-XVI əsrlərdə qərb türklərinin ortaq adı idi. Lakin bu 
adlandırma (türkmənlərinki ilə bərabər) adət-ənənələrə və ataları-
nın  həyatlarına  daha  çox  bağlı  olan  köçərilər  arasında  yaşadı. 
Səlcuqilər  ailə  hakimiyyətini  (qurucusu  Səlcuq  sözünün  izafəti) 
etnik  hakimiyyətdən  tutdular.  Bir  müddət  sonra  Anadoluda 
Səlcuqilərin mirasına sahib sülalənin (təxminən 1300-cü ildə) qu-
rucusu olan Osmanlılar qısa zaman kəsiyində (XV əsr) oğuzlarla 
qohumluqlarını davam etdirdilər. Bundan sonra bu xatirələr Ana-
doluda  məskunlaşmanın  ardınca  qurulan  etnik  nizamın  və  yeni 
ictimai quruluşun zəifləməsi sonradan Osmanlı İmperatorluğunun 
inkişaf  etməsi  ilə  tamamilə  unuduldu.  Oğuz  ənənəsinin  xatirəsi 
isə  daha  uzun  zaman  Orta  və  Şərqi  Anadoluda,  Qafqazda  və 
Xəzər  dənizinin  cənubunda  və  şərqindəki  məntəqələrdə  yaşayan 
köçəri  və  yarıköçəri  türkmənlər  arasında  yaşadı.  Xüsusilə  bu 
oğuz-türkmənlər XIV-XV əsrlərdə Şərqi Anadoluda Qaraqoyunlu 
və Ağqoyunlu dövlətlərinin mənşəyi olmuşlar. Bunların arasında, 
hər  nə  qədər  əslindən  uzaq  olduğunu  düşünsək  də,  bu  gün  əli-
mizdə  olan  «Dədə  Qorqud  hekayələri»nin  dastan  ənənəsinin  in-
kişaf edərək sabitləşdiyi güman edilən mətnlər də var. 
Lakin bu kitab oğuzların epopeyasının yeganə və ən qədim 
sənədi  deyildir.  Paris  Milli  Kitabxanasındakı  (Supplément  turc 
1001) indiyə qədər bilinən başlıqsız və  yarımçıq, yəni adı bilin-
məyən,  uyğur  hərfləri  ilə  və  ya  dili  Şərqi  Türküstan  türkcəsi 
(Banq  və  Rəhmətinin  fikirlərinə  görə,  «Jüngeres  osttürkisch») 
olan, zamanı məlum olmayan, bəlkə XIII əsrin sonu və XIV əs-
                                                
1
 Mahmud Qaşğarinin (XI əsr müəllifi) «Divan-i Lügatit-Türk» əsərində 
türkmənlər deyilən quzların adı çəkilir. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə