Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR


larının qərbində yerləşir. Burada türkdilli arsaqlar və uyğurlar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   12   13   14   15   16   17   18   19   ...   97

47 
 
larının qərbində yerləşir. Burada türkdilli arsaqlar və uyğurlar 
yaşayırlar" (İsmayıl, 1955, s. 18).  
Ola bilsin ki, Maninin dinini Şərqi Tüküstana məhz həmin 
bu  arsaqlar  aparmışlar.  Arsaqların  qonşu  və  qohum  xalqlar, 
başqa sözlə Parfiya əhalisi arasında çox böyük nüfuz sahibi ol-
duqları məlumdur. Strabonun yazdığına görə, parfiyalılar Arsak-
lara çox sədaqətli idilər (Алиев, 1987, c. 35). 
Bütün  bu deyilənlərdən də  göründüyü kimi,  Azərbaycanda 
qeydə alınmış miflə uyğur mifi arasındakı bağlılıq qətiyyən təsa-
düfi deyildir. 
Təqdim  olunan  mifin  Azərbaycan  variantının  ən  maraqlı 
tərəflərindən  biri  də  burada  türklərin  əcdadı  rolunda  Nuh  oğlu 
Türkün (Yafəs, Bulca, Abulca, Olcay) çıxış etməsidir ki, bu hala 
bir çox türk etnoqonik mif, rəvayət, əfsanə və dastanlarında rast 
gəlirik. 
 
 


48 
 
NUH OĞLU YAFƏSLƏ (OLCAYLA) BAĞLI 
ETNOQONĠK MĠFLƏR 
 
Azərbaycanda qurulan ilk türk dövləti, onun qurulma tarixi 
və  ilk  xaqanları  haqqında  dəqiq  söz  söyləyə  bilmək  üçün  yetə-
rincə  yazılı  məlumat  vardır.  Lakin  tədqiqatçılar  bu  məlumatları 
nədənsə gözardı etmiş və ya onları ciddiyə almamışlar. Həqiqət 
isə budur ki,  bu məlumatlar müxtəlif minilliklərə və əsrlərə  aid 
olsalar da bir-biri ilə inanılmaz dərəcədə üst-üstə düşməkdə, bir-
birini  tamamlamaqdadırlar.  Həmin  məlumatlara  əsasən,  Azər-
baycanda  xaqanlıq  institutunun  təsisi  və  dövlətçilik  tarixinin 
başlanğıcı  Nuh  tufanından  sonraya  təsadüf  edir  və  bilavasitə 
Nuh  əleyhissəlamın  adı  ilə  bağlanır.  Azərbaycanın  və  ümumiy-
yətlə türklərin ilk xaqanı kimi isə Həzrət Nuhun oğlu, samilərin 
Yafəs,  türklərin  isə  Olcay  (və  ya  Bulca,  Abulca)  adı  ilə  tanı-
dıqları şəxsin adı çəkilir. 
Vlll əsrdə  yaşamış alban tarixçisi Musa Kağankatlı özünün 
―Alban tarixi‖ kitabında Yafəsin soyu və bu soyun hakimiyyəti 
altında  olan  torpaqlar  barədə  çox  maraqlı  və  qiymətli  məlu-
matlar verməkdədir:                 
"Qardaşlar Nuhun təkidi ilə bir-birini qarət etməyəcəkləri 
barədə  and  içdikdən  sonra  Nuhun  Yafəsə  təyin  etdiyi  sahə 
şimalda Midiyadan Qadriona (əslində Qordiana, yəni Kürdüstan 
olmalıdır – B.T) qədər uzanıb, Midiyanı Babildən ayıran Dəclə 
çayının aşağı axarına çatırdı" (Kalankaytuklu, 1993, s. 14). 
Bu  məlumatdan  göründüyü  kimi,  Vlll  əsr  tarixçisi,  Yafəsə 
verilən torpaqlardan söz açarkən, Midiyanın adını çəkir. Midiya 
isə eramızdan əvvəl VII-V əsrlərdə Azərbaycan ərazisində möv-
cud  olmuş  dövlətin  adıdır.  Müəllif  bununla  sadəcə  sözügedən 
əraziyə  işarə  etmişdir.  O,  kitabının  ―Yafəs  və  Arandan  başla-
yaraq  III  Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların 
siyahısı‖  adlı  VII  fəslində  Yafəsi  Albaniyanın,  yəni  Azərbay-
canın ilk xaqanı kimi təqdim edir, ondan hökmdar kimi söz açır. 
Kitabının  II  fəslində,  Yafəsin  soyundan  və  bu  soyun  hakim 
olduğu  ölkələrdən  danışarkən,  Musa  Kağankatlı  yenə  də  Azər-


49 
 
baycanı birinci sırada göstərir və ilk iki yerə Atropatena və Al-
baniyanı, yəni Azərbaycanın cənub və şimalını yerləşdirir.                 
Ümumiyyətlə,  bu  ardıcıllıq  eyni  mövzuya  toxunmuş  əksər 
xristian  müəlliflərin  əsərlərində  də  müşahidə  edilir.  Bu 
baxımdan lV əsr tarixçisi Pamfilanın oğlu Yevseviyin yazdıqları 
da maraq doğurur:                
“...Bunlar isə Nuhun üçüncü oğlu Yafəsin soyundan olan 
xalqlardır.  Midiyadan  Speriyaya,  okeandan  Akvelona  qədər 
onlar belə düzülmüşlər; midiyalılar, albanlar, qarqarlar.., sar-
matlar.., meotlar, iskitlər, tavriyalılar.., bastaranlar... 
Yerləşdikləri  ölkələr  isə  bunlardır;  Midiya,  Albaniya, 
Meotiya,  Sarmatiya,  Taorvaniya,  İskitlər  ölkəsi...”  (Алиев., 
1987, с. 100). 
Bənzər  fikrə  Portlu  İppolitdə  də  rast  gəlirik.  O  da  Yafəs 
oğullarından söz açaraq onların torpaqlarını sıralayarkən Midiya 
və Albaniyanın adını ilk sırada çəkir (Алиев., 1987, с. 96).                  
XIX əsrin görkəmli Azərbaycan tarixçisi və maarifçisi Ab-
basqulu  Ağa  Bakıxanovun  yazdığına  görə,  Yafəs  türklərin  ilk 
hökmdarı  olmuşdur.  O,  XIII-XIV  əsrlər  müəllifi  Həmdullah 
Müstövhi  Qəzvininn  ―Tarixi-Qozide‖  və  XV  əsr  müəllifi  Xon-
dəmirin  ―Xülasətül-Əxbar‖  əsərlərinə  istinad  edərək,  Yafəsin 
oğulları  barədə  ətraflı  məlumat  vermiş,  onun  birinci  oğlunun 
adının Türk olduğunu qeyd etmişdir (Bakıxanov, 1951, s. 31).  
Yafəsin  şahlığının  mərkəzi  kimi  Azərbaycan  ərazisini  gös-
tərən xristian tarixçilərdən fərqli olaraq, müsəlman tarixçilər hə-
min  mərkəz  kimi  ―Şərq ölkələri  və  Türküstanın‖  adını  qeyd  et-
məkdədirlər.  Bu  baxımdan  XIV  əsrin  böyük  Azərbaycan  tarix-
çisi  Fəzlullah  Rəşidəddin  və  onun  məşhur  ―Cami  ət-Təvarix‖ 
əsəri də istisna deyildir: 
“Türk tarixçiləri və yüyrək dilli salnaməçilər bildirirlər ki, 
Nuh  əleyhissəlam,  -  Allah  ona  rəhmət  eləsin,  -  yer  üzünün 
adamlar  yaşayan  hissəsini  oğlanları  arasında  böləndə  şərq 
ölkələrini,  Türküstanı  və  ona  yaxın  yurdlarla  birlikdə  böyük 
oğlu Yafəsə verdi. Yafəs türklərin təbirincə Olcay xan ləqəbini 
aldı. O, səhrada yaşayırdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə