Türk mifologiysinda etnogenezlə bağli motiv və SÜjetləR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/97
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15633
1   ...   15   16   17   18   19   20   21   22   ...   97

56 
 
İkiçayarasında uzun müddət arxeoloji qazıntılar aparmış və 
şumerlərin  qədim  Ur  şəhərinin  qalıqlarını  üzə  çıxarmaqla  məş-
hurlaşmış  görkəmli amerikalı  arxeoloq  Leonard  Vulli qazıntılar 
zamanı ―Nuh tufanı‖ nın izlərini aşkarlamış və beləcə, sözüge-
dən  olayın  mif  olmadığını  sübut  emişdir.  Deməli,  Həzrət  Nuh 
gerçək  tarixi  şəxsiyyət  olduğu  kimi,  tufan  da  qədimdə  baş 
vermiş gerçək bir hadisədir (Oğuz, Tuncay, 2009, s. 194). 
Madam ki, bu belədir, deməli, xristian və müsəlman tarixçi-
lərin  Yafəsin  türklərin  ilk  şahı  olması  və  böyük  bir  dövlətə  baş-
çılıq  etməsi  barədə  söylədiklərinə  tam  ciddi  yanaşmaq  lazımdır. 
Həmin mənbələr bu dövləti dünyann ilk dövləti kimi təqdim edir. 
Təsadüfi  deyil  ki,  qədim  şumer  mənbələri  ölkəmizin  ərazisində 
mövcud olan və Şumer dövləti ilə iqtisadi-siyasi əlaqələr saxlayan 
bir  dövlətdən  söz  açmaqdadır.  Söhbət  mixi  yazılarda  Aratta  adı 
altında yad edilən və Şumer ilə eyni dövrdə mövcud olmuş qədim 
bir dövlətdən gedir (Oğuz, Tuncay, 2009, s. 195-196).  
Görkəmli Azərbaycan alimi, qədim Şərq tarixinin gözəl bi-
licisi, mərhum Yusif Yusifovun yazdığına görə, eramızdan əvvəl 
lll minillikdə Azərbaycanda dövlət qurumlarının meydana gəldi-
yi müşahidə olunur:                 
“Cənubi Azərbaycan İkiçayarasına yaxın bir  ərazidə yer-
ləşirdi.  İkiçayarası-nın  qədim  Azərbaycan  tayfaları  ilə  erkən 
siyasi münaqişələri və iqtisadi əlaqələri Şumer-Akkad mixi ya-
zılarında əks olunmuşdur. Bu qaynaqlar göstərilən hadisələrlə 
əlaqədar Aratta ölkəsini, kuti, lullu və su tayfalarını yad edir. 
Uruk  şumer  şəhər  -  dövləti  Aratta  ilə  iqtisadi  əlaqələr  yarat-
maq  və  hətta  ölkəni  özünə  tabe  etmək  istəyirdi.  Akkad  hökm-
darları  kuti  və  lullu  tayfalarının  İkiçayarasına  müdaxiləsinə 
qarşı  mübarizə  aparırdılar.  Şumerlər  və  akkadlar  Cənubi 
Azərbaycan,  onun  təbii  sərvətləri  barədə  müəyyən  təsəvvürə 
malik idilər” (Azərbaycan tarixi, 1994, s. 61). 
Aratta  dövləti  Azərbaycan  ərazisində  yerləşirdi.  Şumer  və 
Aratta dövlətləri arasında əlaqələr ―En - Merkar və Aratta hökm-
darı‖, ―En - Merkar və En-Sukuşsiranna‖, ―En  - Merkar və  Lu-
qalbanda‖,  ―Luqalbanda  və  Hurrum  dağı‖  kimi  bir  neçə  şumer 


57 
 
dastanında  əks  olunmuşdur.  Sözügedən  dastanların  və  digər 
mənbələrin  təhlili  Arattanın  ərazisinin  Cənubi  Azərbaycanın 
ərazisi ilə üst-üstə düşdüyünü, onun cənub sınırlarının Qəzvin və 
Həmədandan keçdiyini söyləməyə əsas verir (Azərbaycan tarixi, 
1994, s. 61). 
Aratta  Cənubi  Azərbaycanda  miladdan  öncə  lll  minilliyin 
birinci  yarısında,  bəlkə,  ondan  da  qabaq  meydana  gəlmiş  ilk 
dövlət  qurumu  idi.  Bu  dövlətin  Şumer  dövləti  ilə  diplomatik, 
siyasi və iqtisadi əlaqələri ümumdünya beynəlxalq diplomatiya, 
siyasət və iqtisadi əlaqələr tarixinin başlanğıc nöqtəsidir. Aratta 
və  Şumer  şahları  arasındakı  yazışma  isə  tarixin  ilk  diplomatik 
sənədləridir.  Həmin  sənədlərin  məzmunu  şumer  mixi  kitabələri 
sayəsində dövrümüzədək ulaşmışdır.   
Mixi  yazılardan  belə  aydın  olur  ki,  Şumerə  hökmranlıq 
edən,  Uruk  sülaləsindən  olan  En-Merkar,  bugünkü  dillə  desək, 
Merkar  (Berkə)  xan  Aratta  xanından  Uruka  tabe  olmağı  tələb 
etmiş,  Aratta xanı da öz növbəsində  Uruku və  bütün  Şumer şə-
hərlərini  özünə  tabe  etmək  üçün  tədbirlər  görmüşdür.  Mənbə-
lərin məlumatına görə, Şumer xanı Arattanı ziyarət etmiş, bu iki 
dövlətin  başçıları  arsında  daim  məktublaşma  aparılmış,  sami 
tayfalarının Şumerə hücumları zamanı Merkar xan Aratta xanına 
kömək  üçün  müraciət  etmiş,  o  da  Şumerdən  yardım  əlini  əsir-
gəməmişdir. Hətta Şumerin dağıdılmış məbədlərini bərpa etmək 
üçün ora tikinti materialları və sənətkarlar göndərmişdir.                
Arattada  çoxtanrıçılıq  mövcud  idi.  Şumerdə  olduğu  kimi, 
Arattada  da  İninni  və  Utu  kultları  geniş  yayılmışdı.  Məhsul-
darlıq  və  çobanlar  tanrısı  Dumuzi  də  böyük  hörmət  görməkdə 
idi. Lama adlı bir tanrıya sitayiş edildiyi barədə də məlumat var 
(Oğuz, Tuncay, 2009, s. 197-198).  
Zəngin yeraltı faydalı sərvətləri olan Arattanın əhalisi qızıl, 
gümüş,  qurğuşun,  mis,  dağ  daşı,  lacivərd  istehsal  edirdi.  Qiy-
mətli  metallardan  hazırlanan  əşyalar  və  lacivərd  Şumerə  ixrac 
edilirdi. 
Şumer  mətnləri  bizə  təkcə  Azərbaycan  ərazisində  mövcud 
olmuş ən qədim dövlət, onun mədəniyyəti, iqtisadiyyatı və xari-


58 
 
ci  siyasəti  barədə  deyil,  həmçinin  Arattanın  dövlət  quruluşu 
barədə də çox önəmli məlumat verməkdədir. Bu mətnlərdən gö-
ründüyü kimi, Arattanı ali kahin (qam, şaman) idarə edirdi. Bu 
isə  dövlətin  teokratik  yapıya  sahib  olduğuna  dəlalət  edir.  Ən 
maraqlı məlumat isə odur ki, Arattada parlament tipli bir şura da 
mövcud olmuş və hökmdar bəzi hallarda həmin şuranın fikrinə 
də müraciət etmişdir. Bu barədə Y. Yusifov yazır: 
“Şumer  ilə  Aratta  arasında  siyasi  rəqabət  gücələnirdi. 
Aratta  hökmdarı  En-Sukuşsiranna  En-Merkarın  onu  ali 
hökmdar  kimi  tanımasını  tələb  edir.  En-Merkar  isə  ona  əks 
tələb göndərir. Belə olduqda En-Sukuşsiranna şuranı toplayır. 
Şura  üzvləri  ona  En-Merkara  tabe  olmağı  məsləhət  görür. 
Aratta  hökmdarı  bu  təklifi  rədd  edir...”  (Azərbaycan  tarixi, 
1994, s. 65-66). 
Şumer  mənbələrindən  göründüyü  kimi,  Azərbaycan  ərazi-
sində hələ e.ə III minillikdə parlament tipli bir qurum da olmuş-
dur  ki,  bu  qurumu  dünya  parlamentarizm  tarixinin  başlanğıc 
nöqtəsi kimi qəbul etmək olar və lazımdır. Fəqət hökmdarın bu 
qurumun təklifini rədd etməsi onun hüquqlarının məhdudluğuna 
dəlalət  edir.  Bununla  belə,  Şumer-Akkad  mənbələri  sübut  edir 
ki, artıq e.ə III minillikdə ölkəmizin ərazisində dövlət başçısının 
seçilməsi,  özü  də  bəlli  bir  müddətə  seçilməsi  praktikası  da 
mövcud  olmuşdur.  Üstəlik  də  əcdadlarımız  bu  praktikanı  haki-
miyyətləri  altına  aldıqları  Şumer  və  Akkad  ərazisində  də  tətbiq 
etmişlər.  
Yuxarda  söylənilənlərdən  belə  aydın  olur  ki,  Azərbaycan 
ərazisində mövcud olmuş ən qədim türk dövlətiylə, yəni Aratta 
ilə qədim Şumer dövləti arasında sıx iqtisadi, siyasi, diplomatik 
və  mədəni  əlaqələr  mövcud  olmuş,  hər  iki  dövlət  eyni  tanrılara 
sitayiş etmişlər. Türklərin sitayiş etdikləri Tenqri qədim Şumer-
də Dingir adı ilə məşhur idi. Bundan başqa hər iki ölkədə türk-
lərin  Odu  və  ya  Qodu,  şümerlrin  isə  Utu  dedikləri  eyni  günəş 
tanrısına  və  türklərin  Umay,  Umay  Nənə,  Umay  Ene  (Ana)  və 
ya da sadəcə  Ana və  ya  Nənə, şümerlrin isə  İninni  və  ya  İnana 
adlandırdıqları  doğum  və  bərəkət  ilahəsinə  sitayiş  edilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə