252
şahı Asarhaddonun kürəkəni Partatuanın isə aşşurların müttəfiqi
kimi çıxış etdiyi məlumdur (Azərbaycan tarixi, 1994, s. 105).
Alimləin bir çoxu haqlı olaraq, Aşşur mənbələrindəki iş-
quzları "Kitabi Dədə Qorqud"dakı İç Oğuzla, başqa sözlə, oğuz-
larla eyniləşdirmişlər (Süleymenov, 1993, s. 224; Azərbaycan
tarixi, 1994, s. 118; Гасанов, 2000, c. 122-124).
Məhəmməd
Hatəmi Tantəkin aşşur, yunan və qədim fars mənbələrini tutuş-
duraraq təkzibedilməz şəkildə sübut etmişdir ki, adına Aşşur
mənbələrində "Partatua", Herodotda "Prototiy", Avestada "Tran-
qrasyan", Firdovsinin "Şahnamə"sində "Əfrasiyab" kimi rast
gəldiyimiz işquz (İç oğuz) xaqanı böyük Turan hökmdarı
Alp Ər
Tonqadır. Onu öldürmüş şəxs isə Firdovsinin İran şahı kimi
qələmə verdiyi və Keyxosrov adlandırdığı Midiya hökmdarı
Kiaksardır (Tantəkin, 2002).
Bəzi mütəxəssislər qədim mənbələrdə işquzların həm də
"sak" adlandırılması faktından çıxış edərək Alp Ər Tonqanı sak
hökmdarı, onun xaqanı olduğu Turan dövlətini isə iskit-sak döv-
ləti saymışlar (Гейбуллаев, 1991, c. 326-329; Əlibəyzadə, 1998,
s. 241; Anadol, 1991). Eyni fikrə Yeni Türk Ensiklopediyasında
da rast gəlirik (Yeni Türk Ansiklopedisi, 1985, Xl, s. 4363). Ca-
mal Anadol yanlış olaraq, Alp Ər Tonqanı Partatuanın oğlu Ma-
diy ilə eyniləşdirmişdir (Anadol, 1991). Eyni səhvi Məhəmməd
Tağı Zöhtabi və Elməddin Əlizadə də təkrarlamışlar (Əlibəyzadə,
1998, s. 241). Gerçək isə budur ki, Alp Ər Tonqanın mixi yazılar-
dakı adı Partatuadır və bu ad böyük türk qəhrəmanı və hökmda-
rının adının aşşur dilindəki cüzi təhrifi ilə ortaya çıxmışdır:
ALP ƏR TONQA
P -- AR -- TATUA
Məlum olduğu kimi, Mahmud Kaşğarlı "Divan"ında yer
alan çoxsaylı şeir nümunələrindən biri də Alp Ər Tonqanın
ölümünə həsr edilmiş ağıdır. Nizami Xudiyev bildirir:
"Eradan əvvəl I minilliyin ortalarından etibarən ümumi
türk ədəbi dilinin ünsürləri fəaliyyətə başlayır və regional türk
ümumxalq dillərinin,bunun ardınca isə ədəbi dillərin forma-
laşmasına təsir edir. Qədim türk şeirinin mükəmməl şifahi