Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə10/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   6   7   8   9   10   11   12   13   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
31
 
larının tarixinin araşdırılması zamanı müştərək mənbə kimi istifadə 
edirik. 
Bu mənbələrdən biri XVIII əsr tarixinin öyrənilməsində mü-
hüm əhəmiyyət kəsb edən Florio Beneveninin “Gündəliyi”dir. İtal-
yan  mənşəli  Florio  Beneveninin  doğum  və  ölüm  tarixi  naməlum-
dur,  ilk  dəfə  1708-ci  ildə  Konstantinopolda  olarkən  Rusiyanın  ilk 
rezident  səfiri,  diplomat  qraf  P.A.Tolstoy  tərəfindən  xidmətə  gö-
türülmüş  və Florio 1727-ci ilədək Peterburqun xidmətində olmuş-
du. İtalyan, türk, tatar və fars dillərini mükəmməl bilməsi onun dip-
lomatik  sahədə  karyerasının  yüksəlməsinə  və  1714-cü  ildə  Peter-
burqa gəlişinə səbəb olmuşdu. 
“Gündəlik”də  1718-1725-ci  illərdə  Azərbaycan  ərazisindən 
keçib Xivə və Buxaraya gedərək orada səfir kimi fəaliyyət göstərən 
Florio  Beneveninin  yol  boyu  gördüyü  və  eşitdikləri,  qeydə  aldığı 
fakt  və  məlumatlar,  həmçinin  Peterburqa  göndərdiyi  məktublar 
cəmlənib. 1986-cı ildə sovet tarixçisi V.Q.Volovnikova F.Beneve-
ninin Peterburqa göndərdiyi bütün raport, məktub və qeydlərini, o 
cümlədən diplomatın gündəliyini bir yerə toplayaraq nəşr etdirmiş-
dir. Bu əsərə əsasən Mərkəzi Asiya dövlətləri olan Xivə və Buxara 
haqqında, bu türk dövlətlərinin XVIII  əsrdə siyasi-hərbi vəziyyəti, 
iqtisadi durumu, digər Mərkəzi Asiya dövlətləri ilə qonşuluq müna-
sibətləri, o cümlədən XVIII əsrdə Rusiyanın Səfəvilər ilə diploma-
tik münasibətlərini müəyyən etmək olur. Rusiya diplomatı əsas eti-
barilə iqtisadi məsələlərə, ticarətin inkişafına dair faktlara daha çox 
nəzər yetirmişdi. Bir diplomat olaraq Azərbaycan və Mərkəzi Asi-
yaya göndərilən F.Beneveniyə məhz bu istiqamətə daha çox diqqət 
etməsi şəxsən Pyotr tərəfindən tapşırıq verilmişdir. Əlbəttə ki, “Bö-
yük”  çar  tərəfindən  verilən  tapşırıqlar  sırasında  siyasi  məsələlər 
unudulmamışdı. 
XVII  əsrdən  başlayaraq  Rusiyada  belə  bir  şayiə  gəzirdi  ki, 
Mərkəzi  Asiya  əsas  “həyat  mənbəyi”  olan  Amudərya  çayının  iki 
qolu olmuş, onlardan biri Aral gölünə axırdısa, digəri Xəzər dənizi-
nə tökülürdü. Rusiyanı Amudəryanın Xəzər dənizinə tökülən məcra 
maraqlandırırdı,  belə  ki,  həmin  qol  vasitəsilə  Volqa-Xəzər-Amu-
dərya-Aral  xətti  ilə  Hindistana  birbaşa  yol  açılırdı.  Məhz  bu  yolu 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
32
 
tapmaq və iqtisadi əlaqələri genişləndirmək Rusiyanın başlıca mə-
ramına çevrilmişdi. Elə bu məqsəd ilə Pyotr dövründən başlayaraq 
Mərkəzi Asiyaya missiyalar göndərilməyə başlandı. Buraya göndə-
rilən ilk missiyalar uğursuz olmuşdur, İ.Buxqolç, A.Kojin, A.Beko-
viç-Çerkasski missiyalarının faciəvi sonluğu tarixdən bizə məlum-
dur.  Vəziyyəti  belə  görən  və  deyilənləri  nəzərə  alaraq  Peterburq 
hökuməti artıq diplomatiyaya əl atır. Çar Pyotrun əmri ilə 1716-cı 
ilin  fevralında  Rusiyaya  gəlmiş  Buxara  səfiri  Xanqulu  bəy  böyük 
hörmətlə  qarşılanır,  məqsəd  isə  onun  vasitəsilə  Mərkəzi  Asiyaya 
diplomat göndərmək idi. Rusiyanın nüfuzlu diplomatları və Pyotrun 
yaxın  silahdaşları  olan  P.P.Şafirovun  və  P.A.Tolstoyun  məsləhəti 
ilə Çar I Pyotr (1682-1725) tərəfindən şəxsən qarşılanaraq yeni bir 
səfər  üçün  təlimatlar  alan  Florio  Rusiyadan  geri  qayıdan  özbək 
səfiri Xanqulu bəy ilə Buxaraya getməli idi. Əvvəlcədən Peterburq 
hökuməti tərəfindən “böyük diplomatik elçiliyin” Buxaraya göndə-
rilməsi nəzərdə tutulsa da, həmin elçiliyin hazırlanmasına çox vaxt 
tələb olunduğundan Pyotr məhdud sayla kifayətlənməli oldu. Səfirə 
rəsmi diplomat kimi Buxara xanına, onun ailə üzvlərinə, nazirlərə 
və  digər  nüfuzlu  saray  adamlarına  hədiyyələrlə  təmin  olunur.  Hə-
diyyə  siyahısı  səfirin  gündəliyində  bir  neçə  səhifəni  tuturdu,  bu 
sıraya  dələ,  tülkü  dərisi,  gön,  kətan,  farfor,  müxtəlif  şüşə  qablar, 
güzgülər, 245 rublluq saat və s. daxil idi. Tədqiqat obyekti olaraq 
bizim üçün maraqlı olan səfirə verilən yeddi maddədən ibarət xüsu-
si  təlimatdır  ki,  bu  təlimat  səfirin  Buxaradakı  fəaliyyətini  müəy-
yənləşdirirdi.  Əsas  olaraq  səfir  Buxarada  olduğu  müddətdə  Şərqə 
gedən quru və su yolları haqqında kəşfiyyat məlumatları toplamalı, 
Rusiya ticarətini bacardıq qədər genişləndirməli, Mərkəzi Asiya xa-
nını Rusiya ilə hərbi ittifaqa  yönəltməli, rus əsgərlərinin xanın or-
dusunda xidmət etməsi təklifini irəli sürməli, həmçinin burada olan 
qızılın yeri və miqdarı haqqında geniş informasiya yığmalı idi. Həş-
tərxanda Buxara səfirinə özünü çatdıran F.Beneveni Xivədən keçən 
yolun  təhlükəli  olmasını  səbəb  göstərərək  Səfəvilərin  ərazisindən 
keçib  getməyi  təklif  edir.  Həştərxandan  Niyazabad  limanına,  ora-
dan da Şamaxıya gələn səfirlər burada gözləməli olurlar. Maraqlıdır 
ki, əvvəlcədən onlar Xəzər dənizi vasitəsilə birbaşa Astrabada get-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
33
 
məli idilər. Lakin “naməlum” səbəblərdən onlar Niyazabad limanı-
na,  oradan  Şamaxıya  və  quru  yol  ilə  cənuba  hərəkət  edirlər.  Biz 
diplomata verilən gizli təlimatı yada salsaq görərik ki, səfir bacar-
dıq qədər daha çox yerləri müşahidə etməli, Səfəvilərin hərbi-siyasi 
və iqtisadi vəziyyətini və s. öyrənməli idi. 
Bir müddət Şamaxıda ləngiyən Rusiya səfiri Şirvanda baş ve-
rən siyasi hadisələri müşahidə edərək bu barədə I Pyotr hökumətinə 
məlumatlar çatdırmış, Səfəvilər əleyhinə üsyanlar, Hacı Davud üs-
yanı barədə, Şirvan əyalətinin iqtisadi durumu haqqında geniş mə-
lumatlar vermişdir. Ona verilən təlimata əsasən olduğu şəhər, kənd, 
yaşayış yerlərinin mövqelərini, böyük və kiçik çayları, limanları ba-
cardığı qədər öz gözü ilə görərək gündəliyə qeyd etmişdir. 
Maraqlı və mühüm faktlarla zəngin olan Florio Beneveninin 
“Gündəliyi” həm Azərbaycan, həm də Mərkəzi Asiyanın türk döv-
lətləri olan Buxara və Xivə xanlıqlarının siyasi və iqtisadi tarixinin 
öyrənilməsi  baxımından  xüsusi  çəkiyə  malikdir.  Bu  baxımdan, 
müstəqillik illərində tarixi keçmişimizin obyektiv, hər cür konyuk-
turadan  azad  baxımdan  yenidən  yazılmasına  şərait  əldə  etdiyimiz 
bir  vaxtda  tariximiz  üzrə  mövcud  olan  digər  mənbələrlə  bərabər, 
F.Beneveninin  “Gündəliyi”  də  elmi  araşdırmalardan  kənarda  qal-
mamalı  və  tədqiqatlara  cəlb  edilməsinin  faydalı  olacağını  hesab 
edirik. 
ƏDƏBİYYAT 
1. Посланник Петра I на Востоке. Посольство Флорио Беневе-
ни в Персию и Бухару в 1718-1725 годах. Москва: Главная редак-
ция восточной литературы издательства "Наука", 1986, 158 c. 
2. Инструкция секретарю экспедиции ориентальной Флорию 
Беневени. Флорио Беневени. Письма, Реляции, Журналы. 
(Текст воспроизведен по изданию: Посланник Петра I на 
Востоке. М. Наука. 1986). (Online). Mənbə: 
http://www.vostlit.info/Texts/rus5/Benevini/pril.htm [Baxılıb: 
02.04.2017]. 
3. Краткой журнал посланника секретаря Ориентальной 
экспедиции Флория Беневени, в Бухарах бывшего. Флорио Бе-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə