Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə11/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   7   8   9   10   11   12   13   14   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
34
 
невени. Письма, Реляции, Журналы. (Текст воспроизведен по 
изданию: Посланник Петра I на Востоке. М. Наука. 1986). 
(Online). Mənbə: 
http://www.vostlit.info/Texts/rus5/Benevini/text4.htm [Baxılıb: 
02.04.2017]. 
4. Безгин И.Г. Экспедиция в Хиву. (Текст воспроизведен по 
изданию: Князя Бековича-Черкасского экспедиция в Хиву и 
посольства флота поручика Кожина и мурзы Тевкелева в Ин-
дию к Великому Моголу. (1714-1717). СПб. 1891). (Online). 
Mənbə: 
http://www.vostlit.info/Texts/Dokumenty/M.Asien/XVIII/1700-
1720/Bezgin/text2.htm [Baxılıb: 02.04.2017]. 
_________________________ 
Eynulla BAXŞƏLIYEV 
AMEA Hüquq və İnsan Haqları İnstitutu 
E-mail: bfazil4444@mail.ru 
 
AVROPA MƏNBƏLƏRİ VƏ MÜƏLLİFLƏRİ SULTAN 
SÜLEYMANIN QANUNLARININ ƏHƏMİYYƏTİ 
HAQQINDA 
Açar sözlər: Süleyman Qanuni, “Şəriət qanunları”, müəllif, xarici, 
müəllif, mənbə 
Türkiyə tarixində ən qüdrətli sultan sayılan Süleyman ölkə ta-
rixində çoxsaylı və ən əhəmiyyətli müxtəlif xidmətləri ilə yadda qal-
mışdır.  Bu  əzəmətli sultanın adı ilə bağlı xidmətlərdən biri də ölkə 
qanunvericiliyinin sistemli şəkildə işlənib hazırlanması və təkmilləş-
dirilməsi idi. 
Dünya  tarixində  qanunlar  sistemi  hazırlamış  və  tarixdə  adı 
qalmış Xammurapi, Yustinian, Uzun Həsən, I Pyotr, I Napoleon və 
başqa hökmdarların heç biri bu sahədə sultan Süleyman Qanuni sə-
viyyəsinə  çatmamışlar.  Əslində  Osmanlı  sultanına  verilmiş  bu  adı 
ölkə daxilindən daha çox xarici mənbələrdə və müəlliflərin əsərlə-
rində rast gəlinir. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
35
 
ABŞ-da Konqresin binasındakı salonlardan birində qəbul et-
diyi qanunları ilə məşhurlaşmış hökmdarlardan biri kimi Sultan Sü-
leymanın portretinin olması da onun hakimiyyəti dövründə əldə et-
diyi  qələbələrlə  yanaşı  qoyub  getdiyi  qanunlar  toplusunun  uzun 
müddət  qüvvədə  olması  və  dünya  tarixində  özünəməxsus  yer  tut-
masından xəbər verir. 
Bir qayda olaraq müsəlman dövlətlərində qanunlar islam dini 
ehkamlarına söykənərək “Şəriət qanunları” adı ilə tanınırdı. 
Sözsüz ki, islam ölkələrində şəriət qanunları dövlət həyatının 
ən müxtəlif sahələrində baş vermiş bütün hadisələri və vəziyyətləri 
tam tənzimləyə bilməzdi. Amma buna baxmayaraq, həmin ölkələr-
də şəriət qanunlarına hər hansı bir formada düzəliş və ya dəyişiklik 
etmək nəinki ağır günah sayılır, həmçinin bunu etməyə çoxlarının 
cəsarəti belə çatmırdı. 
İslam dünyasında ilk dəfə idi ki, sultan Süleymanın qəbul et-
diyi qanunlar mövcud və uzun illər ərzində dəyişməmiş qalan şəriət 
ehkamlarına dəyişiklər gətirmiş oldu. 
Bu və ya başqa formada Osmanlı imperiyasının ictimai-siyasi 
həyatında mühüm  yeniliklər edən bu qanunların bəziləri hələ XIV 
əsrdən başlayaraq rast gəlinsə də, onların ilk dəfə sistem halına sa-
lınması məhz Sultan Süleymanın dövründə baş tutdu. 
Həmin qanunlar sisteminin ilk və o qədər diqqət tələb etmə-
yən şəkildə təhlili belə bir qənaətə gəlməyə imkan verir ki, söylə-
yək ki, bu qanunlar ölkədəki mövcud şəriət sisteminin məzmunu ilə 
kompromis  demək  idi.  Sultan  Süleymanın  nəinki,  ölkə  hüdudla-
rından  kənarda,  həmçinin  ölkə  daxilindəki  böyük  nüfuzunun  nəti-
cəsi idi ki, nüfuzlu din xadimləri açıq formada sultanın etdiyi dəyi-
şikliklərə qarşı çıxa bilməyərək onunla razılaşmağa məcbur olmuş-
dular. 
Bir çox xarici qaynaqlarda və müəlliflərin əsərlərində bu cə-
hətin müşahidə olunması və etirafı da dediklərimizi bir daha təsdiq 
edir. Venetsiyalı Morozini, Katerino Zeno, britaniyalı Çarlz Omen, 
fransızlar San Fransuani, Antuan Rinkon, Qiyyom Rostel, Belon və 
digərlərinin bu mövzuda çoxlu qeydləri var. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
36
 
Sultan Süleymanın təkcə qəbul etdiyi qanunlarla deyil, möv-
qeyindən asılı olmayaraq bütün təbəələrin onlara əməl etməyini tə-
min etməsi əksər xarici müəlliflər və imperiyaya gəlmiş diplomatlar 
tərəfindən  etiraf  olunurdu.  1525-ci  ildə  Venetsyia  respublikasının 
Osmanlı  dövlətindəki  səfiri  yazırdı  ki,  mən  dünyada  elə  bir  ölkə, 
yer  görməmişəm  ki,  orada  əhali  tərəfindən  qanunların  ədalətliliyi 
etiraf olunsun və sultan özü də qanunlara əməl edilməsinə bu qədər 
ciddi nəzarət etsin. 
Sultan  Süleymanın  hazırlatdığı  qanunlar,  ölkənin  idarəçilik 
sisteminə, cəmiyyət həyatının müxtəlif sahələrinə gətirdiyi yenilik-
lərlə də fərqlənirdi. Bunlardan bəlkə də ən mühümlərindən biri ida-
rəçilik sistemindəki vəzifələrin adi  adamlar tərəfindən tutulmasına 
icazə verilməsi idi. İmperiyanın 8 baş vəzirinin xristian etiqadlı ol-
ması da bu fikri bir daha təsdiq edir. 
İmperiya idarəçilik sistemində  yüksək vəzifələr tutmuş ayrı-
ayrı adamların əsil-nəcabətli ailələrdən olmaması onların Süleyman 
tərəfindən yüksək vəzifələri təyin edilmələrinə heç də mane olmur-
du. 1518-ci ildə Osmanlı hərbi donanmasının ispan donanması üzə-
rində tarixi qələbəsinə imza atmış Xeyrəddin Barbaros əslində əv-
vəllər piratlıqla məşğul olurdu və sultan özü onu bu vəzifəyə gətir-
mişdi. 
O  vaxtkı  Avropa  saraylarında  bu  məsələ  dəfələrlə  müzaki-
rələrə səbəb olmuşdu. Hətta Venetsiya respublikası senatında yerli 
diplomatın  bu  barədə  verdiyi  məlumatlara  inanmasalar  belə,  lakin 
sonradan bu məsələlərin həqiqət olması aydınlaşmışdı. 
Bu  baxımdan  sultan  Süleymandan  sonra  yalnız  rus  çarı  I 
Pyotr onunla müqayisə oluna bilərdi. Lakin sultanın qanunçuluğun 
hazırlanması ilə bərabər onlara hamılıqla əməl olunmasına nail ol-
ması onun digər hökmdarlarla müqayisə üçün əlçatmaz edirdi. Bu 
məsələdə yeganə istisna təşkil edən sultanın arvadlarından biri cari-
yə Roksalanaya olan münasibəti idi. Lakin burada Sultan Süleyma-
nın mövqeyi əslində onun taleyində baş verən ən acı hadisələr üçün 
zəmin hazırlamış oldu. 
Sultan Süleymanın qanunvericilik sahəsində təşəbbüs və xid-
mətləri  təkcə  ayrı-ayrı  diplomatlar  və  müəlliflər  tərəfindən  deyil, 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə