Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə14/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   10   11   12   13   14   15   16   17   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
43
 
21. Книга Орудж-бека Байата дон-Жуана Персидского. Пере-
вод с английского, введение и комментарии д.и.н. Октая Эфен-
диева, к.и.н. Акифа Фарзалиева. Баку: Элм, 1988, 216 с. 
22. Мустафазаде Т.Т. Азербайджан и русско-турецкие отно-
шения в первой трети XVIII в. Баку: Элм, 1993, 240 с. 
23. Неймат М. Корпус эпиграфических памятников Азербай-
джана. Арабо-персо-тюркоязычные надписи Нахчыванской 
Автономной Республики (XII - начала XX века). Баку: Yeni 
Nəşrlər Evi, 2001, c.216. 
_________________________ 
Nərgiz KƏRİMOVA 
Bakı Dövlət Universiteti, 
Tarix fakültəsinin I kurs magistrantı 
E-mail: k.va.nargiz@gmail.com 
İSLAMÇILIQ VƏ TÜRKÇÜLÜK İDEOLOGİYASINDA 
ÖNƏMLİ ŞƏXSİYYƏT: ƏHMƏD BƏY AĞAOĞLU 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Sevinc QASIMOVA 
Bakı Dövlət Universitetinin dosenti
 
Açar sözlər: türkçülük, islamçılıq, Əhməd bəy Ağaoğlu, təhsildə 
şəxsiyyət problemi 
Ayrı-ayrı şəxsiyyətlərin fəaliyyəti bu və ya digər dərəcədə ta-
rixin  gedişinə  təsir  göstərir.  Bu  səbəbdən  tarix  fənninin  tədrisində 
“şəxsiyyət” anlayışına xüsusi yer verilir, tədris materialları və vasi-
tələri  tələbələrin  şəxsiyyət  kimi  formalaşmasına  yönəldilir.  Çünki, 
yalnız şəxsiyyət kimi formalaşan, düzgün düşüncə və dəyərləndir-
mə qabiliyyətinə sahib insanlar yiyələndiyi sənətdə uğurlu nəticələr 
əldə edə bilər. Ə.Ağaoğlu kimi mütəfəkkirlərin tələbələrə tanıtdırıl-
ması  onlarda  “şəxsiyyət”  anlayışının  formalaşmasına  müsbət  təsir 
göstərəcəkdir. 
Əhməd bəy Parisdə “College de France”də tanınmış yazıçı və 
tarixçi  Renanın  tələbəsi  olarkən  Renan  onu  çox  bəyənib  və  “Sən 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
44
 
dünya miqyasında alim ola biləcək səviyyədə bir insansan, məmlə-
kətinə getmə, Şərq səni yeyər” – deyib. Əhməd bəy isə “Şərqin də 
oxumuş insana ehtiyacı var; Sizdən öyrəndiklərimi məmləkətimdə-
ki vətəndaşlarıma da öyrədəcəyəm” – cavabını verib. Belə ki, sadə 
bir davranış nümunəsi ilə şagirdlərin düşüncəsində millətini sevən, 
vətənpərvər bir şəxs canlanır. 
Ə.Ağaoğlunun irsinin əhəmiyyətli bir hissəsini islam dininə, 
onun  tarixinə  həsr  olunmuş  əsərləri  təşkil  edir.  Ə.Ağaoğlunun  ilk 
bədii-fəlsəfi kitabı “İslam, Axund və Hatifülqeyb” adlı əsəridir. Bu-
rada  islam  dini  obraz  kimi  təqdim  olunmuşdur.  İslam  dininin 
axundların və insanların əlində oyuncağa çevrilməsi onu acınacaqlı 
vəziyyətə salmışdır. 
Ə.Ağaoğlunun islahatçı İslam dünyagörüşü onun Türkçülüyə 
keçməsini asanlaşdırmışdı. Türkçülüyə keçməsinə səbəb olanlardan 
biri Cəmaləddin Əfqani, digəri isə Parisdə tanış olduğu Jön Türk-
lərdən Əhməd Rza bəydir. 
Ə.Ağaoğlu  Türklərə  Türk  kültürünü,  Türk  mədəniyyətini, 
Türk tarixini xatırlatmaq və öyrətmək arzusunda olmuşdur. Türklük 
və Türkçülüyü birləşdirici ünsür kimi istifadə edən ilk insanlardan 
biri olan Ə.Ağaoğlunun fikrincə, Türklük və Türkçülük bir millətin 
oyanışı kimi təzahür edir. 
Ə.Ağaoğlu  Azərbaycanda  çalışdığı  qəzetlərdə  həm  Türk 
xalqlarının  birliyinə  nail  olmağa,  həm  də  müsəlmanlar  arasında 
sünni-şiə düşmənçiliyinə son verməyə çalışırdı.  Ə.Ağaoğlu  Türki-
yəyə  gəldikdən  sonra  İslamçı  mətbuat  orqanı  "Səbilürrəşad"da  bir 
çox  məqalələri  yayımlanmışdır  ki,  burada  o,  Qərbin  və  Rusiyanın 
müsəlman topluluqları ilə bağlı siyasətinə yer vermiş və müsəlman 
cəmiyyətlərini xəbərdar etməyə çalışmışdır. Məqalədə qeyd olunur 
ki, təhlükə sadəcə bir müsəlman toplumunu deyil, Osmanlı da daxil 
olmaqla  bütün  müsəlman  toplumlarını  əhatə  edir.  Ə.Ağaoğlunun 
fikrincə, toplumun dinini qoruması üçün öncə milli mənliyi, müstə-
qilliyi  olmalıdır.  O,  "Türk  Yurdu"nda  yayımlanan  məqalələrində 
Türkçülük və İslamçılığın iki önəmli axım olduğunu və bir-birlərini 
tamamladığını ifadə etmişdir. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
45
 
"Türk Yurdu"nun ilk sayında "Türk Aləmi" adlı yazı silsiləsi-
nə başlayan Ə.Ağaoğlu bu məqalələrdə Türk dünyasının parçalan-
masından heyfslənir və məsələnin həll yollarını axtarır. Ağaoğluya 
görə belə geniş bölgəyə yayılmış bu böyük əhalinin bir araya gəl-
məməsinin 3 səbəbi var: Məzhəb ayrılıqları, siyasi ayrılıq və yaşa-
dıqları coğrafiyaya bağlılıq, milli tərbiyənin olmaması. Ə.Ağaoğlu 
bir millətin tarixində ən sağlam və dəyişməyən ünsürün dil olduğu-
nu, dilin əslini dəyişdirmədən inkişaf etdiyini bildirir. Ə.Ağaoğluya 
görə, millət anlayışı ilə milliyyət anlayışı qarışdırılmamalıdır. Ağa-
oğlu milləti təşkil edən faktorlar arasında dini də saymışdır. Ə.Ağa-
oğluna görə, din insana aiddir, cəmiyyət də insanlardan təşkil olu-
nur. 
Müsəlmanların tənbəllikləri ucbatından inkişaf edə bilmədik-
lərini  təəssüflə  qeyd  edən  Ə.Ağaoğlu  “Tənbəllik  mikrobları”  adlı 
məqaləsində yazır: “...Müsəlmanların heç ağlına da gəlmir ki, başqa 
dərnək və yığıncaqlarda adamlar ciddi, qızğın söhbətlər aparır, öz-
lərinin əqli, mənəvi və maddi ehtiyacları barədə mübahisə aparır və 
elə bunun sayəsində həyat uğrunda mübarizədə geridə qalmış mü-
səlmanları qabaqlayırlar...Belə getsə, müsəlmanlar bu həyat tərzi ilə 
amerikalı və ya avropalı alimlərin onlardan ötrü tənbəllikdən xilas-
edici  zərdabın  ixtira  ediləcəyi  dövrü  görməyəcəklər.  Bu  tənbəllik 
onların evini  yıxacaq və müsəlmanlar bir də o vaxt ayılacaqlar ki, 
daha heç bir peşmançılıq onlara kömək etməyəcək”. 
Müəllif  “Könülsüz olmaz”  əsərində könül ilə  insan  arasında 
olan bağlılığı izah edərək bildirir: “...Könül viran olsa, insan da vi-
ran olar. İnsan viranlığı isə mülk viranlığıdır. Bizdə köhnədən kö-
nül  viranlığı  var.  Bu  viranlıq  təmir  edilmədikcə  mülk  viranlığı  da 
təmir  oluna  bilməz.  Biz  tərsinə  iş  gördük:  könlü  təmir  etməmiş, 
mülkü təmirə başladıq. Heç bir şey çıxmadı və çıxa da bilməz”. Yə-
ni,  insan  qəlbi  islah  olmadan,  dövlətdə  hansısa  islahatlar  aparmaq 
mənasızdır.  Ağıl  isə  bu  işdə  könülə  dəstək  olan  bir  vasitədir.  Öz-
özlüyündə ağıl heç bir qüvvəyə malik deyildir. Əsil hərəkətverici, 
yaradıcı  qüvvə  olan  könül  ağılı  bir  şey  yaratmaq  üçün  alət  kimi 
işlədir.  Əsərdə  insanların  cəmiyyətə  laqeydliyi  cəmiyyətin  süqutu 
kimi dəyərləndirilir. İmamın oğlu ölüm  yatağında olan atanın izti-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə