Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə16/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   12   13   14   15   16   17   18   19   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
49
 
riyаnın  dахilində  yаşаyаn  İdil-Urаl,  Qаfqаz,  Türküstаn  və  Krım 
türkləri öz Milli dövlətlərini qurmаq uğrundа mübаrizəyə bаşlаdı-
lаr.  İdil-Urаldа  yаşаyаn  bаşqırdlаr  dа  bu  fürsətdən  istifаdə  еdərək 
Bаşqırdıstаn  Rеspublikаsı  аdlı  müstəqil  bir  dövlət  qurdulаr.  Bu 
Milli dövlətin qurulmаsındа gələcəkdə Türk-İslаm Dünyаsının bö-
yük аlimi оlаcаq Əhməd Zəki Validi Toqan yоrulmаdаn çаlışmış-
dır. Оnun 1920-ci ilə kimi, yəni Milli bаşqırd dövlətinin bоlşеviklər 
tərəfindən istilаyа uğrаmаsınа qədər hаnsı əziyyətlər çəkdiyi, yаzdı-
ğı və ilk nəşri 1969-cu ildə Türkiyədə çаpdаn çıхаn «Хаtirələr»ində 
gеniş təsvir оlunmuşdur [2; 71]. 
1917-ci ilin оktyаbrındа bolşеviklər çеvriliş edərək hаkimiy-
yəti ələ аldılаr və Müvəqqəti Hökuməti ləğv еtdilər. Оnlаr qurduq-
lаrı  sоvеt  hökumətinin  ilk  illərindən  bаşlаyаrаq  çаr  Rusiyаsı  döv-
ründə yеtişmiş istər slаvyаn əsilli, istərsə də bаşqа хаlqlаrа məхsus 
ziyаlılаrа  qаrşı  kütləvi  rеprеssiyаlаrа  bаşlаdılаr.  Аrtıq  1920-ci  ilin 
sоnlаrındа çаr Rusiyаsı dağıdıldıqdan sоnrа qurulmuş Milli müstə-
qil  dövlətlər  sоvеt  dövlətinin  istilаsınа  uğrаyаrаq  müstəqilliklərini 
itirdilər. Milli qüvvələrin əksəriyyəti güllələndi, bir çохlаrı dа Sibi-
rə sürgün оlundu. Rеprеssiyаdаn sаlаmаt qаlаnlаrın bir hissəsi yеni 
quruluşu  qəbul  еtdi,  qəbul  еtməyənlər  isə  хаrici  ölkələrə  gеtdilər. 
Bоlşеviklərin  qurduqlаrı  yеni  quruluşu  qəbul  еtməyənlərdən  bəzi-
ləri  хаricə  gеtməmişdən  əvvəl  bir  müddət  gizli  fəаliyyətə  kеçərək 
bоlşеviklərə qаrşı mübаrizələrini dаvаm еtdirdilər. Bеlə şəхslərdən 
biri də Əhməd Zəki Validi оlmuşdur. 
1918-ci il yanvarın 18-də Orenburqun bolşeviklər tərəfindən 
işğalından  sonra  o,  həbs  olunur.  Bir  neçə  aydan  sonra,  qazax  və 
başqırdların  Birləşmiş  Milli  Qüvvələri  Orenburqu  bolşeviklərin 
əlindən geri alır, yalnız bundan sonra Zəki Validi həbsdən xilas ola 
bilir. Həbsdən azad olduqdan sonra Zəki Validi 1918-ci il iyunun 7-
də  Milli  Başqırd  hökumətini  yenidən  bərpa  etməyə  nail  olur.  Qu-
rulmuş bu hökumət 1920-ci ilin iyunun 29-dək sovetlərə və ağqvar-
diyaçılarla mübarizədə müəyyən tarazlıq saxlaya bilir. Lakin elə bu 
zaman  Leninin  başqırd  ordusunun  ləğv  edilərək  başqa  qüvvələrlə 
birləşdirilməsi qərarından sonra hərakatın lideri Zəki Validi Toqan 
və bəzi tərfdaşları mübarizələrini Türküstanda davam etdirmək qə-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
50
 
rarına gəldilər. Cünki, artıq onlar çox yaxşı hiss edirdilər ki, «Qızıl 
terror» uzaqda deyil. 1920-ci il iyunun 29-da tərfdaşları ilə gizlincə 
Türküstana yola düşən Zəki Validi bir müddət mübarizəsini davam 
etdirə  bilir.  Onun  bolşeviklərə  qarşı  Türküstandakı  mübarizəsi  üç 
ilə qədər davam edir (1920-1922-ci illər). Burada olarkən o, təhlü-
kəsizlik məqsədilə tez-tez  yerini dəyişməyə məcbur olmuşdur.  Bu 
dövrdə hətta gizli olaraq Bakıda olmuş və burada Kommunist İnter-
nasionalının İcraiyyə Komitəsinin və RK (b)P MK Siyasi Bürosu-
nun qərarı ilə keçirilən Şərq Xalqlarının Birinci Qurultayında 1920-
ci  il  sentyabrın  1-dən  7-dək  iştirak  etmiş  tatar-başqırd  nümayən-
dələrinə dəyərli məsləhətlər vermişdir. О, mübаrizəsini hələ bоlşе-
viklərin istilа еtmədikləri Türküstаndа dаvаm еtdirmək məqsədi ilə 
оrаyа  gеdir  və  1922-ci  ilə  kimi  silаhı  yеrə  qоymаyаn  Bаsmаçılıq 
hərəkаtının  lidеrlərindən  biri  kimi  fəаliyyət  göstərir.  Zəki  Validi 
Türküstanda Basmaçılıq hərəkatının rəhbərlərindən biri kimi bolşe-
viklərə  qarşı  mübarizə  aparmışdır.  Qeyd  edilməlidir  ki,  Basmaçı 
hərəkatı Sovetlərə qarşı Mərkəzi Asiya türklərinin 1917-ci ildə baş-
layan və fasilərlərlə 1931-ci ilə qədər davam edən azadlıq mübari-
zəsidir. Ruslar Basmaq və Basqın sözlərindən istifadə edərək hərə-
kat üzvlərinə Basmaçılar deyirdilər. Ancaq Türküstan əhalisi bu hə-
rəkata  daha  çox  «Korbaşilər  Hərəkatı»  olaraq  qəbul  edir  [4;  98]. 
1917-ci il Sovet inqilabı sırasında Fərqanədə Məhəmməd Əmin bə-
yin, Kokandda Kiçkine İrgeş bəyin öndərliyində müstəqillik tərəf-
darı olan Basmaçılar təşkilatlandırıldı. Bolşeviklər 1918-ci ildə Ko-
kandı  ələ  keçirib,  Kokand Milli Hökümətinə son  verincə Məhəm-
məd Əmin bəy də Margilana geri çəkilir. Zəki Validi Toqan da bu 
hadisələrdə çox fəal şəkildə iştirak etmişdir. Türkistan Milli Özərk 
Hökümətinin məğlub edilməsindən sonra Basmaşı hərəkatının için-
də olmuşdur. 1920-1923-cü illərdə Türküstanda amansız bir müba-
rizəyə girişmişsə də, məğlub olmuşdur [1; 19]. 
Artıq  Sovet  Rusiyasının  qoşunları  ilə  mübarizə  aparmağın 
mümkün  olmadığını  görən  Zəki  Validi  ən  yaxın  silahdaşlarından 
biri olan Fəth əl-Qədir Süleymanov (sonralar Əbdülqədir İnan kimi 
tanınacaq. O, Türkiyədə ali təhsil almış və elmi tədqiqatla məşğul 
olaraq Ankarada universitetlərdən birinin professoru kimi dərs de-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
51
 
mişdir) ilə 1923-cü il fevralın 21-də İrana keçir və Əfqanıstan yolu 
ilə Hindistana gəlir. Onlar bir müddət burada qaldıqdan sonra 1923-
cü il noyabrın 1-də gəmi ilə Bombeydən Türkiyəyə  yola düşürlər. 
Lakin vizaları olmadığı üçün ölkəyə buraxılmırlar və yenidən İzmir 
yolu  ilə  Avropaya  gedirlər.  Zəki  Validi  və  dostu  Əbdülqədir  İnan 
əvvəl  bir  müddət  Parisdə,  sonra  isə  Berlində  yaşamalı  olurlar.  O, 
Berlinə gəlib çıxana kimi keçdiyi şəhərlərdə olan kitabxana və ar-
xivlərdə araşdırmalar apararaq türk tarixinə, ədəbiyyatına və mədə-
niyyətinə aid qiymətli mənbələri üzə çıxarıb toplamışdır [2; 71]. 
1925-ci  il  mayın  20-də  gəldiyi  Türkiyədə,  Maarif  Vəkaləti 
Telif  və  Tərcümə  Nümayəndəliyinə  təyin  edilir.  Ankaranın  kitab 
cəhətdən yetərsiz olmasına görə öz istəyi ilə İstanbul Darülfünunu 
Türk  Tarixi  Müdərris  Müavinliyinə  təyin  edilir.  Bundan  sonra  İs-
tanbul və Anadolu kitabxanalarında öz tədqiqatlarına başlayır, lakin 
1932-ci ildə I Türk Tarix Konqresində tibb doktoru Rəşid Qalibin 
təqdim  etdiyi  Mərkəzi  Asiyada  dəniz  olduğu  və  bunun  sonradan 
quruduğu haqqındakı fikrini tənqid edincə və Türk Tarix Tezisinə 
görə Türklərin 10 min il əvvəldən Anadoluda və ətraf ərazilərdə sa-
kin  olması  fikrinə  qarşı  çıxdığına  görə  (Toqanın  fikrincə  Türklər 
Ön  Asiyaya  ilk  dəfə  e.ə.VII  əsrdən  gəlməyə  başlamış,  yalnız  XI 
əsrdə bu yerlərdə tamamilə məskunlaşa bilmişlər), Toqan əleyhinə 
bir müxalifət formalaşır. Özünə qarşı bu münasibəti görən Toqan, 
Türkiyəni tərk edir. 
Onun bu dövrdə topladığı dəyərli materiallar sonradan Türki-
yə və Avropada nəşr etdirdiyi elmi işlərinin əsasını təşkil etmişdir. 
1925-ci il mayın 10-da Türkiyəyə gələn Zəki Validi Toqan uzun il-
lər burada yaşamışdır [5; 116]. 
1932-ci  il  iyul  ayında  Ankarada  bir  qurultayda  iştirak  edən 
Zəki Validi Toqanı  ali təhsili olmadığı üçün  «cahil» adlandıranlar 
da olur. Bunun ardınca o, təhsil almaq üçün Vyanaya üz tutur. Son-
ralar Zəki Validi bir çox universitetlərdə mühazirələr oxuyur. Zən-
gin  yaradıcılıq  işləri  ilə  məşğul  olur.  1960-1970-ci  illərdə  onun 
«Xatirələr»,  «Tarixdə  üsul»,  «Ümumtürk  tarixinə  giriş»,  «Türkün 
müqqədaratı» «Quran və türklər», «Oğuz dastanı» və s. əsərləri çap 
olundu [1; 56]. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə