Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə17/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   13   14   15   16   17   18   19   20   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
52
 
Ə.Zəki Validi Toqanın elmi fəaliyyətinin əsas istiqamətlərin-
dən biri və ən əhəmiyyətlisi ümumtürk tarixini geniş şəkildə, ilkin 
mənbələr əsasında işləyib ortaya qoyması olmuşdur. O, bu tədqiqat-
larını iki cilddə cəmləşdirsə də, ancaq birinci cildini «Ümumtürk ta-
rixinə giriş» adı ilə nəşr etdirmişdir. Əsər türklərin miladdan öncəki 
dövrlərdən  XVI  əsrə  qədər  olan  tarixini  əhatə  etməkdədir.  Tədqi-
qatçı bu iri həcmli tədqiqatında türk tarixinin əski dövrlərini, Tür-
küstanın  qədim  sakinləri  və  onların  qonşuları,  türk  tarixinin  islam 
çağında yüksəliş dövrü, türklərin fəthləri və yayılmaları, türk fəthlə-
rinin ənənələri və s. məsələlərə dair dəyərli fikirlərini bildirmişdir. 
Əhməd Zəki Validi Toqanın elmi tədqiqatlarında İdil-Uralda, 
Türküstanda və Qafqazda yaşayan türklərin tarixi də xüsusi yer tu-
tur. Eləcə də, Zəki Validi Toqan Azərbaycan tarixinə də çox böyük 
əhəmiyyət  vermişdir.  Azərbaycan  türklərinin  etnoqrafiyasına,  tari-
xinə, ictimai-siyası, iqtisadi və siyasi vəziyyətinə dair çoxsaylı elmi 
məqalələr  yazmışdır.  Onun  tədqiqatlarında  Azərbaycan  tarixinin 
qədim və orta əsrlər dövrünün müxtəlif problemləri xüsusi yer tu-
tur.  O, öz  araşdırmalarında tarixi etnoqrafiyaya xüsusi  yer verdiyi 
üçün bu sahəni daha geniş, ətraflı tədqiqata cəlb etmişdir. Azərbay-
cana  həsr  etdiyi  «Azərbaycanın  tarixi  coğrafiyası»  əsəri,  «Arran», 
«Araz»  məqalələri tariximizin öyrənilməsində mühüm əhəmiyyətə 
malikdir [3; 236]. 
Zəki Validi Toqanın elmi fəaliyyətində  1950-1960-cı illərdə 
türk kültürünün çoxcildli müfəssəl bir təməl, yəni ensiklopedik xa-
rakterli nəşrinin tərtib olunub dünya ictimaiyyətinə çatdırılması mə-
sələsində tutduğu mövqe diqqəti daha çox cəlb etməkdədir. 
Zəki Validi ismi türk xalqları tərəfindən bu gün də hörmətlə 
anılmaqdadır.  2010-cu  il  TÜRKSOY  təçkilatı  tərəfindən  görkəmli 
şərqşünas alim, türkoloq Əhməd Zəki Validi Toqan ili elan edilmiş, 
yenə həmin ildə Azərbaycanda M.F.Axundov adına Milli Kitabxa-
nada Ə.Z.V.Toqanın 120 illiyinə həsr olunmuş geniş yubiley tədbiri 
keçirilmişdir. 
ƏDƏBİYYAT 
1. Əhməd Zəki Validi Toğanın anadan olmasının 120 illiyinə həsr 
olunmuş Beynəlxalq elmi konfrans. Bakı, 28-30 aprel 2010-cu il // 
Bakı, 2010. - 93 s. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
53
 
2. Göyüşov A.R. Rusiyada monarxiyanın süqutundan SRRİ-nin 
yaranmasına qədər olan dövrdə müsəlman-türk xalqlarının milli-
azadlıq mübarizəsi (1917-1921). Bakı, 2002. - 118 s. 
3. Mehdiyeva N.C. Türk xalqlarının tarixi (XIX-XX əsrin əvvəlləri)
Bakı, 2010. - 352 s. 
4. Александров Ф.А. Борьба за власть советов в Башкирии в 
1917 году. Уфа, 1951. - 187с. 
5. Кульшарипов М.М. Башкирское национальное движение 
1917-1921 гг. Уфа, 2000. - 368 с. 
6. Devlet N. Rusya türklerinin milli mücadele tarihi (1905-1917)
Türkiye, 2014. - 305 s. 
7. Özbek N. Zeki Validi Togan ve “türk tarih tezi”. (Online). 
Mənbə: http://nadirozbek.com/academic/publications/06.pdf 
[Baxılıb: 29.04.2017]. 
_________________________ 
Jalə HÜSEYNOVA 
Bakı Dövlət Universiteti, 
Tarix fakültəsi, III kurs tələbəsi 
E-mail: huseynovajale5@gmail.com 
NİHAL ATSIZ TÜRKÇÜLÜYÜNƏ BAXIŞ 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Sevinc RUİNTƏN 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Nihal Atsız, türkçülük, turançılıq, qızılalma, türk idealı 
Hüseyn  Nihal  Atsız  XX  əsrin  böyük  türkçülərindən  biridir. 
Yazdığı  roman,  şeir  və  məqalələri  ilə  düşüncə  axını  yaratmış  və 
gəncləri arxası ilə aparmağı bacarmışdır. Türkçülük Rusiya türklə-
rinin çar imperiyasının assimlasiya siyasətinə qarşı yaranmış ideo-
logiya olub. Daha sonra Avropa dövlətlərinin “xəstə adam” dedik-
ləri  Osmanlını,  başqa  sözlə  türkləri  məhv  etmək  siyasətinə  cavab 
olaraq daha da güclənmişdir. Atsız Türkiyənin digər millətlərlə mü-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
54
 
barizə  dövründə  yaşamış  və  bu  onun  türk  millətçiliyinin  daha  da 
qabarmasına səbəb olmuşdur. 
Atsızsın fikrincə türklər yalnız özünə dönməklə var ola bilər-
di. Türkçülüyü türk-islam birliyi kimi deyil, sadəcə türkçülük ola-
raq dəyərləndirirdi. O bəzən türkçülüyü irqçilik səviyyəsinə qaldır-
mışdır.  Onun  irqçiliyi  türklərin  maddi  və  manəvi  xislətlərinin  po-
zulmaması  üçün  türk  qanının  digər  millətin  qanı  ilə  qarışmaması 
idi. Bunun ardı kimi dövlət idarəçiliyində əsas nöqtələrdə türklərin 
olması idi. Uşaqların millətçi kimi böyüməsində onların gələcəkdə 
milli  qəhrəman  olmaq  istəməsində  mühüm  yeri  təhsil  tutur.  Buna 
görə  də  müəllim  vəzifəsinə  təyin  olunanların  milli  kimliyi  mütləq 
nəzərə alınmalıdır. Türk uşaqlarına yalnız türk müəllimlər dərs ver-
məlidir. Atatürkün də dediyi kimi, türklərin başına keçəcək insanın 
qanındakı  soylu  cövhərə  diqqət  edilməlidir.  Türk  qanı  əlbəttə 
müəyyən millətlərlə qarışmışdır. Lakin 3-cü göbəkdən türk olanlar 
isə artıq türk hesab edilir. Bu qarışma davamlı olaraq baş versə türk 
qanı pozula bilər bunun qarşısını isə tezliklə almaq lazımdır. Digər 
millətlərin türklərə qarışmasını istəməyən Atsız bu misalları verir: 
Balkan savaşında serblərlə olan Kumanova döyüşündə albanlar türk 
ordusuna  xəyanət  etdi;  I  dünya  müharibəsində  ərəblər  ingilislərlə, 
ermənilər  ruslarla  birləşərək  türklərə  arxadan  zərbə  vurdu;  Serv 
müqaviləsini  erməni  əsilli  Damat  Fərid,  ərəb  Hadi  və  alban  Rza 
Tevfik imzalamışdır. Rza Tevfik imzaladığı qələmini Amerika Kol-
lecinə hədiyyə etmişdir. Türklərin idarəçiliyi altında yaşayan digər 
millətlər  öz  milli  varlıqlarını  qorumağa  çalışır.  Öz  dilində  nəşrlər 
etməyə  milli  varlığını  davam  etdirməyə  çalışaraq  uşaqlarına  milli 
kimliyini aşılayır. Bu irqçilik hesab edilmir. Lakin türk öz türklüyü 
qorumağa  çalışdıqda  irqçilik  hesab  edilir.  Millət  olaraq  yaşamaq 
istəyiriksə milli kimliyimizi qorumalıyıq. Atsıza görə şəxsiyyət və-
siqələrdə türk xalqı deyil türk milləti ifadəsi işlənməli, türk ideyası 
hakim  olmalıdır.  Fikrimcə,  şəxsiyyətin  formalaşmasında  genetika-
nın mühüm rolu  yoxdur. Mili kimlik şəxsiyyətin özününüdərki ilə 
daha çox əlaqəlidir. Atsızın albanlara, qaraçılara, ermənilərə, kürd-
lərə qarşı tutduğu kəskin mövqeyi şovinizm kimi qiymətlədirirəm. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə