Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə18/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   14   15   16   17   18   19   20   21   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
55
 
Türk özünü qorumalıdır, lakin bunu digərlərini əzmək hesabına et-
məməlidir. 
N.Atsız qeyd edir ki, Türkiyə digər dövlətlərdən fərqli olaraq 
yarandığı torpaqlarda deyil fəth etdiyi ərazilərdə möhkəmlənmişdir. 
Bu  günkü  Türkiyə  sadəcə  dövlətin  ərazisindəki  türkləri  düşünmə-
məli başqa ərazilərdə olan türkləri də düşünməlidir. Digər məqsəd 
olan turançılıq ideyasını  həyata keçirilməli, türklər vahid  dövlətdə 
birləşməlidir.  Bu  dövlət  isə  Türkiyənin  rəhbərliyi  ilə  yaranaraq 
Türkeli adlandırılmalıdır. Vahid dövlətin qanunları Avropadan tər-
cümə edilmiş qanunlara dayanmamalı, qədim türk dövlətçiliyi dir-
çəlməli,  türk  qanunlarına  əsasən  konstitusiya  işlənib  hazırlanma-
lıdır. Orhan Seyfi qeyd edir ki, Turan böyük türk millətinin yaşadı-
ğı ərazidir. Ziya Göyalpın dediyi qədim türk torpaqları işğalla əldə 
edilməyəcək,  bu  türk  imperyalizmi  deyil.  Lakin  Atsız  burada 
Z.Göyalp  türkçülüyünü  köhnəlmiş  hesab  edir.  Gələcədəki  dövləti 
imperiya  kimi  qiymətləndirməsədə,  türk  torpaqlarında  işğalçılıq 
aparılmaması fikrini ilə razı deyil. O, qədim türk torpaqları hərb yo-
lu  ilə  birləşməli,  bu  günkü  Çin  ərazisində  türk  yaşamasa  belə  qə-
dimdə buranın türk ərazisi olması rəhbər tutularaq bura da Turanın 
bir hissəsi olmalıdır deyir. Atsıza görə turançılıq ideyası Z.Göyalpla 
başlamayıb e.ə.III əsrdən türklərdə Turan ideyası vardır. Lakin isla-
mın  birliyi  qorumaq  Turançılığı  bir  qədər  geri  plana  atdı.  Bu  gün 
isə Turançılıq ideyası yenidən ön plana keçməlidir. Fikrimcə, Atsı-
zın qeyd etdiyi vahid türk dövlətinin yaranmasını düşünərkən döv-
rün  siyasi  mənzərəsini  nəzərə  almaq  vacibdir.  Bütün  türklər  ortaq 
fikrə gəlmədən Turanı qurmaq, onun təməllərini zəif etdiyi kimi gə-
ləcəkdəki gücünü də şübhə altına alır. Edəcəyimiz ilk iş türk dövlət-
ləri  arasında  bütün  sahələrdə  inteqrasiyanı  gücləndirmək,  mübahi-
səli məsələləri həll etməkdir. Turançılıq üçün ilk addım olaraq isə 
türk  dövlətlərinin  konfederasiyası  yarana  bilər.  Atsızın  türkçülüyü 
islamdan ayrı qiymətləndirməsi ilə razıyam. Dindən əlavə ərəb mə-
dəniyyətini  də  mənimsəmək  türkçülüyümüzü  arxa  plana  atır  və 
məzhəb ayrılığı türkü türkə düşmən edir. Həmçinin bu gün türklərin 
yaşamadığı ərazini turana aid etmək fikri doğru deyil. Turan türk-
lərlə var olmalıdır. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
56
 
Atsız  milli  idealın  ilk  maddəsini  bütün  türklər  birləşəcəkdir 
deyə ifadə edir. Türkçülüyün iki mübarizə obyekti var. Bu daxildə 
türklərin hakim mövqeyə keçməsi, xaricdə isə türklərin birləşməsi-
dir.  Milli  mənfəətlərin  toqquşduğu  problemləri  həll  etmək  üçün 
savaşdan  başqa  yol  tapılmamışdır.  Millətləri  savaşa  hazır  tutan  2 
vasitə  vardır:  maddi  və  mənəvi.  Mənəvi  idealımız  milli  üstünlük 
inancı və böyümək istəyidir. Bu gün kosmopolitzm kimi nəzəriyyə-
lərlə milli birliyimiz qırılmağa çalışılır. Bu işdə milli liderlərin rolu 
var. Milli şüur və qürura malik liderlərin ən böyük faydası milləti 
alçaq duyğulara düşməkdən qorumasıdır. Bir millət böyük işlər gö-
rə bilmək üçün böyük millət olduğuna inanmalıdır. Milli idealın hə-
yata  keçirilməsinin  3  mərhələsi  var.  İlk  mərhələ  istiqlaldır.  Bütün 
millətlər müstəqil olmağa, müstəqil olanlar isə bunu qorumağa və 
möhkəmləndirməyə çalışırlar. İkinci mərhələ birlikdir. Müstəqillik 
qazananlar  bütün  milli  fərdləri  tək  bayraq  altında  birləşdirməyə 
çalışır. Üçüncü mərhələdə soyunu bütün dünyaya yayıb hakim ol-
maq  üçün  işğallar  və  fəthlər  həyata  keçirilir.  Fikrimcə,  idealımız 
türkçülüyümüzü  qorumaq  olmalıdır.  Atsızın  qeyd  etdiyi  idealın 
üçüncü mərhələsini türklərin rifah içərisində  yaşaması kimi dəyiş-
məliyik. Milli münaqişələrdə savaş ən son yol olmalıdır. Nəzərə al-
malıyıq ki, savaş sadəcə qarşıdakına deyil bizə də ziyan verəcəkdir. 
Qızılalmanın dəqiq nə zaman hansı hadisə ilə bağlı yarandığı 
məlum deyil. Buradakı alma ifadəsinin türklərdə ay və günəşi təm-
sil edən kürə mənasında işlədildiyi düşünülür. Z.Göyalp ilə türklə-
rin əsas amalı kimi istifadə olunur. Atsız isə qızılalmanı turanda va-
hid türk birliyi və türkün gələcək idealları kimi təmsil edir. Savaş 
üçün  mütləq  yaxşı  və  yaxud  mütləq  pisdir  demək  mümkün  deyil. 
Bir millətin məhv olmasına səbəb olacaq amillərdən biri onun sülh 
və  demokratiya  ilə  əhatə  olunmasıdır.  Sənin  hücum  etməyəcəyin 
təqdirdə digər dövlətin sənə hücum etməyəcəyi hardan məlumdur. 
Bununcün türk gənci hərbi ruhda böyüməli, türk təhsil sistemi də-
yişməlidir. Məktəblərdə incəsənət dərsləri əvəzinə qədim türk savaş 
dərsləri keçilməlidir, ibtidai siniflərdən demokratiya götürülüb sərt 
disiplinlə əvəz olunmalıdır, oğlan şagirdlər qızlardan ayrı oxumalı 
və onlara  kişi müəllimlər dərs keçməlidir, tarix dərsləri 2-ci sinif-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
57
 
dən başlayaraq keçilməli türk tarixinə xüsusi yer ayrılmalıdır, kötək 
cəzası məktəblərə geri qayıtmalı, yaxşı müəllim hər zaman tapılma-
sa da yaxşı kitablar mütləq yazılmalıdır. Mən savaşı mütləq pis ola-
raq qiymətləndirirəm. Türklər savaşa sadəcə müdafiə məqsədi ilə əl 
atmalıdır. N.Atsız Çində Maoya qeyd-şərtsiz itaəti pisləyərkən türk 
uşaqların bu qədər müti böyüdülməsinə tərəfdar olması təzad yara-
dır. Məktəblərdə bu qədər sərt intizam uşaqları, onların düşüncələ-
rini qəlibləşdirəcək. Azad düşüncəli şəxslərimiz olmadığı üçün də-
yişib inkişaf edə bilməyəcəyik. Şagirdlərə idarə olunma yox, özlə-
rini idarə edə bilmə bacarığı aşılanmalıdır. Bu cür şəxslər lazım gəl-
dikdə türkçüyü də müdafiə edəcəkdir. Nəzərə almalıyıq ki, inkişaf 
yeni  düşüncələr  hesabına  baş  verir.  Bundan  əlavə  türkün  özünə 
dönmək  istəyiriksə  türk  qadınlarını  da  özünə  qaytarmalıyıq.  Mək-
təblərdə oğlan və qız şagirdləri ayıraraq, idarəçiliyi kişilərə həvalə 
edərək türk qızını dövlət idarə edən türk xanımının varisi kimi ye-
tişdirə bilmərik. 
Türk budun, ökün!?.. Özünə gəl. Ağlını başına topla. Hər sö-
zə,  hərkəsə  inanma.  Beynini  işlət.  Keçmişini  xatırla.  Səni  nələrin 
yüksəldib, nələrin alçaltdığını düşün. Boş sözlərdən uzaqlaş. Onun 
bunun ardından getmə (10). 
ƏDƏBİYYAT 
1. Atsız. Türk tarihinde meseleler. İstanbul, 1990. 
2. Nihal Atsız. Bize bir genclik lazımdır // Atsız Mecmua, 15 aprel 
1932, №12. (Online). Mənbə: http://www.nihal-
atsiz.com/yazi/bize-bir-genclik-lazimdir-h-nihal-atsiz.html[Baxılıb: 
29.04.2017]. 
3. Nihal Atsız. Büyüklük ülküsü // Büyük Türkeli, 25 aprel 1962. 
(Online). Mənbə: http://www.nihal-atsiz.com/yazi/buyukluk-
ulkusu-h-nihal-atsiz.html [Baxılıb: 29.04.2017]. 
4. Nihal Atsız. Kızıl Elma // 31 okyabr 1947, №1. (Online). Mənbə: 
http://www.nihal-atsiz.com/yazi/kizil-elma-h-nihal-atsiz.html 
[Baxılıb: 29.04.2017]. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə