Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə19/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   15   16   17   18   19   20   21   22   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
58
 
5. Nihal Atsız. Konuşmalar 1 // Ötüken, 1967, №40. (Online). 
Mənbə: http://www.nihal-atsiz.com/yazi/konusmalar-1-h-nihal-
atsiz.html [Baxılıb: 29.04.2017]. 
6. Nihal Atsız. Savaş aleyhtarlığı // Orhun, 1943, №12. (Online). 
Mənbə: http://www.nihal-atsiz.com/yazi/savas-aleyhtarligi-h-nihal-
atsiz.html [Baxılıb: 29.04.2017]. 
7. Nihal Atsız. Turancılık // Ötüken, 30 aprel 1973, №6. (Online). 
Mənbə: http://www.nihal-atsiz.com/yazi/turancilik-h-nihal-
atsiz.html [Baxılıb: 29.04.2017]. 
8. Nihal Atsız. Turancılık romantik bir hayal değildir // Ötüken, 
mart 1968, №3. (Online). Mənbə: http://www.nihal-
atsiz.com/yazi/turancilik-romantik-bir-hayal-degildir-h-nihal-
atsiz.html [Baxılıb: 29.04.2017]. 
9. Nihal Atsız. Türk birliği // Orhun, 23 iyun 1934, №8. (Online). 
Mənbə: http://www.nihal-atsiz.com/yazi/turk-birligi-h-nihal-
atsiz.html [Baxılıb: 29.04.2017]. 
10. Nihal Atsız. Türk budun, ökün // Ötüken, 10 iyun 1975, №6. 
(Online). Mənbə: http://www.nihal-atsiz.com/yazi/turk-budun-
okun-h-nihal-atsiz.html [Baxılıb: 29.04.2017]. 
11. Nihal Atsız. Türkçülük // Orkun, 1 oktyabr 1943, №10. 
(Online). Mənbə: http://www.nihal-atsiz.com/yazi/turkculuk-h-
nihal-atsiz.html [Baxılıb: 29.04.2017]. 
12. Nihal Atsız. Türkçülük değişmez bir fikirdir // 27 oktyabr 1950, 
№4. (Online). Mənbə: http://www.nihal-atsiz.com/yazi/turkculuk-
degismez-bir-fikirdir-h-nihal-atsiz.html [Baxılıb: 29.04.2017]. 
13. Nihal Atsız. Türk gencliği nasıl yetiştirilmelidir // Çınaraltı, 
mart 1942, №35. (Online). Mənbə: http://www.nihal-
atsiz.com/yazi/turk-gencligi-nasil-yetismelidir-h-nihal-atsiz.html 
[Baxılıb: 29.04.2017]. 
14. Nihal Atsız. Türk halkı değil. Türk milletiyiz // Ötüken, yanvar 
1969, №61. (Online). Mənbə: http://www.nihal-
atsiz.com/yazi/turk-halki-degil-turk-milletiyiz-h-nihal-atsiz.html 
[Baxılıb: 29.04.2017]. 
15. Nihal Atsız. Türkiye’nin yeniden kurulması // Ötüken, aprel 
1972, №3. (Online). Mənbə: http://www.nihal-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
59
 
atsiz.com/yazi/turkiyenin-yeniden-kurulusu-h-nihal-atsiz.html 
[Baxılıb: 29.04.2017]. 
16. Nihal Atsız. Ülküler saldırıcıdır // 1 fevral 1944, №14. 
(Online). Mənbə: http://www.nihal-atsiz.com/yazi/ulkuler-
saldiricidir-h-nihal-atsiz.html [Baxılıb: 29.04.2017]. 
_________________________ 
IV Bölmə 
Türk xalqları tarixinin tarixşünaslıq məsələləri (1) 
Sevinc ƏSKƏROVA 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 
Kulturologiya kafedrasının doktorantı 
E-mail: alas81@yandex.ru
 
ÇEX TARİXŞÜNASLIĞINDA TATAR MÖVZUSU 
Acar sözlər: türklər, tatarlar, çexlər, tarixşünaslıq, xalq, yürüş, mon-
qollar, Morava 
Çex  tarixşünaslığında  “Tatar”  mövzusu  geniş  yayılmışdır. 
“Tatar” mövzusunun mayasını çexlərin Avropanı istila etməyə ha-
zırlaşan  monqol-tatarları  ağır  məğlubiyyətə  uğratması  faktı  təşkil 
edir. Bu mövzu ilə bağlı mənbələrə ilk dəfə XVII əsrdə rast gəlinir. 
Həmin  dövrə  aid  edilən  Şternberq  haqqında  əsatirdə  daha  çox 
Şternberqli  Yaroslavdan,  onun  Olomouts  yaxınlığında  tatarlara 
qarşı göstərdiyi şücaətdən bəhs olunur. Təbiidir ki, bu zaman ayrı-
ayrı  tarixçilərin  və  onların  verdiyi  məlumatlarda  özünü  büruzə 
verir. 
XVIII əsrin II yarısında, xüsusən, XIX əsrin əvvəllərində çex 
xalqının Milli dirçəlişində “Tatar” mövzusu mühüm rol oynadı [2, 
179].  Çexiyada  bu  mövzuya  çoxlu  tədqiqatlar  həsr  olunmuşdur. 
Çexlərin tatarlar üzərində parlaq qələbə çalması haqqında ilk saxta 
fərziyyəni  Brno  şəhərinin  arxivariusu  və  tarixçisi  Antonin  Boçek 
irəli sürmüşdür. Onun Morava tarixinə dair yazdığı 4 cildlik əsərdə 
“Tatar” mövzusu saxta faktlarla zənginləşdirilir ki, bu da öz növbə-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
60
 
sində çex tarixçilərinin Moravaya Tatar yürüşü ilə bağlı yanlış nəti-
cələrə gəlməsinə zəmin yaradır. 
A.Boçek  hər  yerdə  “Çexiyanin  tarixi”  kitabının  müəllifi 
Frantşek  Palatski  ilə  birlikdə  “Əlyazma”nın  əsilliyini  gizli  şəkildə 
müdafiə edirdi. Çex xalqının milli dirçəliş dövründə “Tatar” möv-
zusu  A.Boçek  tərəfindən  yenidən  gündəmə  gətirilir.  Onun  “Mon-
qollar üzərində qələbə haqqında” elmi mühazirələri o dövrdə böyük 
sensasiyaya səbəb olur. 
XIX  əsrin  görkəmli  çex  maarifçisi  V.Şembera  da  “Tatar” 
mövzusuna öz münasibətini bildirmişdir. Onun fikrincə, Olomouts 
torpağı iki dəfə basqına məruz qalmışdır: birinci dəfə 1241-ci ildə 
tatarlar, ikinci dəfə 12 il sonra isə macarlar tərəfindən. Çox güman 
ki, salnaməçilər həm tatarların, həm də macarların türk mənşəli ol-
duğunu nəzərə alaraq, 1253-cü ildə Olomoutsun macar kralı IV Be-
la tərəfindən mühasirəyə alınması ilə bağlı hadisələri tatarların Mo-
ravaya basqını dövrünə köçürmüş, eyni zamanda Zdeslavı Yaroslav 
kimi təqdim etmişlər [109, 263]. Həqiqətən də, “Tatar” mövzusu ilə 
bağlı hər yerdə iki qəhrəmanın - Yaroslav və Zdeslavın adları çəki-
lir.  Uzun  mübahisələrdən  sonra  alimlər  belə  qərara  gəlmişlər  ki, 
Yaroslav 1241-ci ildəki tatar yüruşü dövrünə, Zdeslav isə 1253-cü 
ildəki Prşemısl dövrünə şamil edilməlidir [2, 165]. 
1841-ci  ildə  Çexiyada  tatarların  Moravaya  basqınının  600 
illiyi təntənəli şəkildə keçirilərkən V.Şembera bu münasibətlə xüsu-
si bir məcmuə buraxır və onun giriş hissəsində yazır: “Ən qüdrətli 
xalqlar  belə  monqol  boyunduruğu  altına  düşərkən  bizim  şanlı  əc-
dadlarımız birlik və vətənpərvərlik nümayiş etdirərək vəhşi barbar-
ları darmadağın etmiş, öz qəhramanlıqları ilə Qərb ölkələrini və on-
ların  mədəniyətini  bütünlüklə  məhv  olmaq  təhlükəsindən  xilas  et-
mişlər” [4, 88]. 
Doğrudan da, Şemberanın inqilab ruhlu bu sözləri çex xalqı-
nın milli dirçəlişində mühüm rol oynadı. 
Çex xalqının milli dirçəliş dönəmində “Tatar ” mövzusu yeni-
dən gündəmə gəlir. Bu dəfə çex xalqının digər Avropa xalqları kimi 
böyük mədəniyyətə və tarixi keçmişə malik olduğunu sübut etmək 
üçün. Belə ki, 1817-ci ildə çex şairi Vatslav Hanka gözlənilmədən 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə