Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə21/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   17   18   19   20   21   22   23   24   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
64
 
nın  istilaları  zamanı  şərqdən  qərbə  yönələn  qəbiləsinin  köçməsin-
dən  etibarən  tarix  səhnəsinə  çıxmışdır.  Monqol  hücumları  nəticə-
sində  Oğuz  türklərinin  Qayı  boyundan  Qayaalpın  oğlu  Süleyman 
şah 1223-cü ildə Xorasandan 50000 min insanla Ərzincan və Əhlə-
tə yaxın olan ərazilərə gələrək burada məskunlaşmışdılar. 
Bu hadisədən 7 il sonra Çingiz vəfat etdi. Süleyman şahın qə-
biləsi Fərat çayını izləyərək Hələb üzərindən öz ana yurduna qayıt-
maq istədi. Lakin Cabar qalası ətrafına çatdıqda Süleyman şah qə-
biləsinin  başında  keçərkən  atı  ilə  birlikdə  çayda  bataraq  öldü.  Bu 
hadisə  onun  rəhbərliyi  altında  birləşmiş  olan  ailənin  dağılmasına 
səbəb oldu. Ailənin bir hissəsi Suriyada qaldı o biri qismi isə Kiçik 
Asiyaya  getdi.  Süleyman  şahın  4  oğlundan  Sunqurtəkin  və  Gün-
doğdu Xorasana qayıtdılar. Digər oğlanları Dündar və Ərtoğrul isə 
400 ailə ilə birlikdə şərqdə Ərzurumun üfüqi ilə sərhəd olan Sürmə-
li Çuxur hövzəsinə çatdılar. Bu qəbilənin başqa bir hissəsi isə Pasin 
obasında yerləşdilər. 
J.Von Hammer yazır ki, məskunlaşmaq üçün yürd axtarışında 
olan Dündar və Ərtoğrul qərbə yönəldilər. Yolda bir-biri ilə döyü-
şən 2 ordu ilə rastlaşdılar. Adı “doğru ürəkli” olan Ərtoğrul savaşda 
məğlub olanın tərəfinə keçməyə qərar verdi. Onun bu qərarı məğ-
lub olanın xeyrinə döyüşün müqəddəratını həll etdi. Döyüşdən son-
ra  aydın  oldu  ki,  Ərtoğrul  Qazinin  köməyi  ilə  məğlub  edilənlər 
monqollar idi. Qalib tərəf isə Səlcuq dövlətini sultanı Əlahəddin və 
az miqdarda olan dəstəsi idi. 
Bu hadisədən Sonra Səlcuq sultanı Əlahəddin Keyqubad Ər-
toğrul və qəbiləsinə onun ölkəsində qalmağa icazə verdi. O, Ərtoğ-
rula Domaniçi və Söyüt ətrafında olan qışlaq ərazini bağışladı. 
Gördüyümüz kimi, J.Von Hammer Süleyman Şahın Ərtoğrul 
Qazinin atası olduğunu yazır. Lakin Osmanlı tarixşünaslığında hələ 
lap əvvəldən Osman Qazinin atasının kimliyi haqqında yekdil fikir 
olmamışdır.  Osmanlı  tarixçilərinin  böyük  hissəsi  Süleyman  şahın 
Osman Qazinin babası olduğunu fikrini qəbul edirlər. Amma etiraf 
edək ki, bu geneologiya (soy qohumlugunu öyrənən elm) əfsanələr-
lə  doludur.  Bizans  tarixçisi  Laonik  Xalkondil  ozünün  10  çildlik 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
65
 
“Tarixlər”  əsərində  Ərtoğrul  Qazinin  atasını  Gündüzalp  olduğunu 
göstərir. 
Osmanlı  imperiyasının  erkən  dövr  tarixçilərindən  Tacəddin 
İbrahim ibn Xızır (ləqəbi Əhmədi) özünün “İskəndərnamə” əsərində, 
Qaramanlı Məhmət Paşa Ənvəri özünün “tərcümənnamə”sində, XV-
XVI  əsrdə  yaşamış  tarixçi  Ruhi  Çələbi  də  Gündüzalpın  Ərtoğrul 
Qazinin atası olduğu haqda məlumat verirlər. Eyni zamanda Aşıqpa-
şazədə, Oruc bəy, Məhmət Nəşri Osmanlı tarixçiləri Ərtoğrul Qazi-
nin atasının Süleyman Şahın oğlu Qaya Alpın olduğunu göstərir. 
Bu məsələ ilə bağlı son olaraq bildirmək istəyirəm ki, Gündüz 
Alpın Ərtoğrul Qazinin atası olduğunu sübüt edən başqa sübut isə 
Osman  Qazinin  kəsdirdiyi  sikkəllərdə  Osman  ibn  Ərtoğrul  ibn 
Gündüzalp  yazılmasıdır.  İstanbul Arxeologiya Muzeyində olan bu 
sikkədə Gündüzalpın oğlu Ərtoğrul oğlu Osman yazılmışdır. Bu da 
Ərtoğrul Qazinin atasının Gündüz Alp olduğunu bir mənalı şəkildə 
sübüt edir. Amma hər halda Osmanlı tarixində olan bu mübahisəli 
məsələ ciddi tədqiqat tələb edir. 
J.Von Hammer sonra davam edir ki, Ərtoğrul Qazinin 3 oğlu 
vardı: Osman, Gündüz Alp və Savcı bəy. Bu övladlarından Osman 
Qazi 1258-ci ildə anadan olmuşdur. Hammer Osman Qazini Ərəb 
Xilafətinin  III  Xəlifəsi  Osman  ibn  Əffana  bənzədərək  yazırdı  ki, 
Həzrəti  Məhəmmədin  III  Xəlifəsi  Osmandan  bəri  İslam  ölkələrini 
taxtları üstündə bu isimdə heç bir hökmdar şöhrət qazanmamışdır. 
Bu  xəlifənin  fateh  və  qanun  qoruyucu  sifəti  ilə  qazandığı  böyük 
şan-şöhrət 700 yüz il sonra Osman adı ilə onun dalınca gələn nəsil-
lərində  yenə  parlaq  olaraq  görünəcəkdir.  J.Von  Hammer  Osmanlı 
imperiyasının əsasının 1299-cu ildə müasir Türkiyənin Biləcik vila-
yətinin  Söyüdlü  şəhərində  Osman  bəy  tərəfindən  Osmanoğulları 
bəyliyi kimi qoyulduğunu göstərir. 
Bir sözlə, J.Von Hammerin Osmanlı tarixinin ayrı ayrı dövr 
və problemləri haqqında fikirləri həmişə aktual olaraq qalacaqdır. 
ƏDƏBİYYAT 
1.Yavuz Bahadıroğlu. Resimli Osmanlı Tarihi. Resil Yayınları. 
İstanbul, 2012. -560s. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
66
 
2. Kadir Mısıroğlu. Osmanlı Tarihi. I c. Sebil Yayın Evi. İstanbul, 
2013. - 754 s. 
3. Prof. Dr.M.Maksudoğlu. Osmanlı Tarihi. Yayınları. İstanbul, 
2011. - 576 s. 
4. Dr. Prof. Tufan Gündüz. Osmanlı Tarihi. Grafiker Yayınları. 
Ankara, 2014. - 637 s. 
5. J.Von Hammer. Osmanlı İmparatorluğu Tarihi, I Cilt, İlgi Kültür 
Sanat Yayıncılık, İstanbul, 2014. - 661 s. 
_________________________ 
Samir BAXŞƏLIYEV  
Tarix üzrə fəlsəfə doktoru, 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
E-mail: bfazil4444@mail.ru 
ROBERT MANTRAN OSMANLI-SƏFƏVİ 
MÜNASİBƏTLƏRİNİIN BƏZİ MƏSƏLƏLƏRİ HAQQINDA 
Açar sözlər: türkologiya, Osmanlı, Səfəvilər dövləti, paytaxt, 
islahat, döyüş 
Osmanlışünas  fransız  tarixçisi  Robert  Mantran  19  dekabr 
1917-ci  ildə  Fransanın  paytaxtı  Paris  şəhərində  anadan  olmuşdur. 
Sarbonnada orta təhsilini başa vurduqdan sonra 1945-ci ildə Fransa 
arxeologiya institutuna daxil olur. 2 ildən sonra O öz doktorluq de-
sertasiyasının müdafiəsinə hazırlaşır və Qalatasaraya professor və-
zifəsinə keçmək niyyətində idi. 
1952-ci ildə Robert Mantran Milli Elmi Tədqiqat mərkəzinə 
elmi işçi keçir və bir neçə il sonra Tunis Dövlət Unversitetində türk 
tarixindən dərs deməyə başlayır. R.Mantran 1961-ci ildə doktorluq 
desertasiyasın müdafiə etdikdən sonra Provans Unversitetində pro-
fessor kimi türkologiyadan dərs deməyə başlayır. O 1985-ci ildə tə-
qaüdə çıxana qədər bu unversitetdə işləyir. 
Onun çalışmaları XX əsrin ikinci yarsında türkologiya elmi-
nin ən böyük çalışmalarından biri hesab edilir. Onun bəzi tədqiqat-
ları  indi  də  öz  aktuallığını  saxlayır.  R.Mantranın  Osmanlı-Səfəvi 
münasibətlərinə dair diqqətəlayiq əsərləri var. R.Mantran bu müna-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə