Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə25/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   21   22   23   24   25   26   27   28   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
76
 
dillərindən biridir və hazırda ölü dildir. Mənsuri bununla kifayət-
lənməyərək, Türkiyə xalqının da əslən türk olmadığını bildirir (9). 
Əbdül Əli Karəng adlı digər tədqiqatçı da Azərbaycanın XI-
XII əsrə qədər mövcud olmuş türk dilinin müasir fars, yaxud müa-
sir İran dilləri üzərində qurulduğunu göstərirdi (3). 
Lakin azərbaycanlıların soy-kökünün türk olmaması məsələ-
sinin ilk olaraq etnik azərbaycanlı olan iranlı tədqiqatçı Seyid Əh-
məd Kəsrəvi tərəfindən ortaya atıldığı iddia olunur (9). Ə.Kəsrəvi-
nin öz siyasətini irqçılık ideologiyası üzərində qurmuş Rza xanın 
şah elan edildiyi 1925-ci ildə nəşr olunmuş “Azəri, ya zəbane bas-
tane-ye Azərbaycan” adlı əsərində Azərbaycan əhalisinin irandilli 
azərilər olduğu göstərilmişdir. 
Bununla yanaşı, Ə.Kəsrəvi daha əvvəl 1922-ci ildə Suriyada 
çıxan “Əl-Ürfan” jurnalında (cild 8, nömrə 2, noyabr) dərc edilən 
“İranda  türk  dili”  məqaləsində  göstərirdi  ki,  başdan-başa  İranda 
səpələnmiş  türkdilli  əhali  heç  vaxt  farsdilli  olmayıb.  Onlar  türk 
kökünə malikdirlər (türk evladlarıdırlar) və çox qədim zamanlar-
dan Türküstandan köç edərək bu əraziləri fəth ediblər (6). 
Göstərilənlər  Ə.Kəsrəvinin  yeni  siyasi  hakimiyyətin  hər 
hansı şəkildə təzyiqi ilə, yaxud yeni ideologiyanın təsiri altına dü-
şərək öz fikirlərini dəyişdiyini deməyə əsas verir. 
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan tarixinə və dilinə 
bugünki münasibətin təməli məhz Rza şah Pəhləvinin hakimiyyətə 
gəldiyi  zamandan  qoyulmuşdur.  Rza  şahın  ideologiyasına  əsasən 
fars  olmayan  digər  etnoslara,  o  cümlədən  azərbaycanlılara  qarşı 
sistemli şəkildə assimliyasiya, mədəni soyqırım həyata keçirilmiş-
dir.  Həmin  dövrdə  Azərbaycanın  tarixi  təhrif  edilərək  cəmiyyətə 
etnik azərbaycanlıların türk olmadığı, sonradan monqollar tərəfin-
dən  türkləşdirildiyi,  Azərbaycan  türkcəsinin  isə  fars  dilinin  əski 
bir ləhcəsi olduğu aşılanmağa başlamışdı. Məktəblərdə tədris edi-
lən tarix dərsliklərində soyu monqol olan bu “vəhşı” millətin İrana 
gəlib fars mədəniyyətinin  təsiri  ilə özlərinə mədəniyyət  yaratdığı 
göstərildi (2). 
Bütün bu dövr ərzində İranda yaşayan etnik azərbaycanlıla-
rın hüquqları pozularaq: 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
77
 
-  rəsmi  və  ictimai  yerlərdə,  o  cümlədən  uşaq  bağçalarında 
Azərbaycan dilində (türkcəsində) yazıb-oxumaq qadağan edlmiş
- Azərbaycan dilində təhsil verən məktəblər bağlanmış; 
-  Azərbaycana  məxsus  bir  sıra  coğrafi  adlar  dəyişdirilərək 
farslaşdırılmış;  
- körpələrə türk mənşəli ad qoyulması qadağan edilmiş
- Azərbaycan dilində nəşrlərə qadağa qoyulmuş;  
- Azərbaycan dilində olan kitablar və Azərbaycan türklərinə 
aid kitabxanalar yandırılmış, tarixi əsərlər və abidələr məhv edil-
miş; 
- milli düşüncəli şəxsiyyətlər, ziyalılar, sənətçilər həbs olun-
muş, fəaliyyətləri qadağan edilmişdir
- fars olmayan idmançılar, alimlər, tarixi qəhrəmanlar, şair-
lər və s. fars kimi qələmə verilmiş
- KİV-lərdə Azərbaycan türkləri təhqir edilmiş, aşağı status-
lu insanlar kimi təqdim edilmişdir
-  Güney  Azərbaycanın  müxtəlif  adlarla  kiçik  bölgələrə  bö-
lünmüş; 
- Güney Azərbaycanda ekoloji böhran yaradılmış; 
-  Fars  bölgələrində  iqtisadi  sektorların  yaradılmış,  yeni  iş 
yerləri  açılmış,  dövlət  tərəfindən  sahibkarlara  dəstək  verilmişdir. 
Nəticədə türklər məcbur qalıb fars bölgələrinə köçmək məcburiy-
yətində qalmışlar. 
1946-cı  ildə  İran  ordusunun  Güney  Azərbaycanı  işğalı  za-
manı burada yaşayan 70 mindən çox ziyalı Sovet İttifaqına müha-
cirət etmək məcburiyyətində qalmışdır (2; 4). 
Qeyd etdiyimiz kimi, İran bütün dövrlərdə Azərbaycana öz 
tarixi torpaqları kimi baxıb. Azərbaycan tarixinin İran tarixinin bir 
hissəsi  olduğunu  diqqətə  çatdıraran  İranlı  mütəxəssis  B.Əmirəh-
mədiyan  qeyd  edir  ki:  “İranın  azəri  dilli  (azərbaycanlı  –  K.R.) 
əhalisi özlərini İran xalqlarından biri bilirlər və onların tarixi İran 
tarixindən ayrı deyil, onlar təkcə öz doğma ərazilərinə deyil, baş-
dan-başa bütün İrana səpələnib yaşayırlar, özlərini yad hiss etmir-
lər. Buna əsasən İranın bütün etnoslarının yaşadığı ərazilərdə İran 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
78
 
tarixi eyni cür tədris edilir. “Azərbaycan Respublikasının tarixi isə 
İranda üç mərhələdə öyrənilir: 
I – İranın Qafqaz ərazilərinin məcburi şəkildə Rusiya İmpe-
riyası tərkibinə daxil olmasına səbəb olmuş Gülüstan və Türkmən-
çay müqavilələrindən sonrakı – Azərbaycanın Rusiya İmperiyası-
nın tərkibində olduğu dövr
II - Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövr; 
III – SSRİ-dən sonrakı müstəqillik dövrü. 
Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı bildirilir ki, 
həmin  dövr  elmi  dairələrdə  tədqiqat  obyekti  olmuşdur  və  onunla 
bağlı bilgilər mövcuddur, lakin buna baxmayaraq həmin dövr haq-
qında İranda az bilirlər (8; 7). 
İİR  Konstitusiyanın  15-ci  maddəsinə  görə  “...yerli  danışıq 
dillərindən mətbuatda istifadə, məktəblərdə və universitetlərdə fars 
dili ilə  yanaşı həmin dillərin tədrisi  azaddır".  Lakin B.Əhmədiyan 
bildirir  ki,  “İran  Azərbaycanı  ostanlarının  məktəblərində  azəri 
(azərbaycan – K.R.) dilinin tədrisi” iddialarına qarşı həssasdır və bu 
məsələlərin planlaşdırılması (həmçinin “Dünya azərbaycanlılarının 
həmrəylik günü”) İranın milli birliyini sınağa çəkir (8). 
Prezident  Ruhani  hakimiyyətə  gəldikdən  sonra  məktəb  və 
universitetlərdə  yerli  dillərdə  (Azərbaycan,  kürd,  bəluç  və  türk-
mən dillərində) tədrisə icazə verilib. 
Sonda qeyd edək ki, İranda ən çox ayrı-seçkiliyə və ədalət-
sizliyə  məruz  qalan  millət  azərbaycanlılar  olmuşdur.  Əsas  səbəb 
odur ki, İran hökuməti həmişə Azərbaycanı etnik, mədəni və tarixi 
baxımdan,  eyni  zamanda  coğrafi  mövqeyinə,  siyasi  və  sosial 
strukturuna, dövləti idarəetmə mexanizminə görə öz milli təhlükə-
sizliyinə bir hədə olaraq görmüşdür. 
ƏDƏBİYYAT: 
1. 
İranda Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisinə 
icazə verilib (9-01-2017, 05:16) // 
http://qanun.info.az/cemiyyet/3680-randa-azrbaycan-dili-v-
dbiyyat-fnninin-tdrisin-icaz-verilib.html 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə