Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə27/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   23   24   25   26   27   28   29   30   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
82
 
de  Plano  Karpini  1246-cı  ildə  türklərin  Tanrı  inancı  haqqında  ya-
zırdı: “Onlar görünən və görünməyən bütün şeylərin yaradıcısı olan 
tək bir Tanrıya inanır, onu həm bütün ləzzət və sərvətlərin, həm də 
də əzabların yaradıcısı hesab edirlər. Fəqət onlar onu dua, həmd və 
ayinlərlə zikr etmirlər ...”. Bir sıra tədqiqatçılar yuxarıda deyilənləri 
belə  izah  edirlər:  Altay  və  Sibir  türkləri  indi  yaşadıqları  ərazilərə 
Ön  Asiyadan,  daha  dəqiq  deyilsə,  Şərqi  Anadoludakı  Sibir  (Sibir, 
Sefar) dağları ətəklərindən, eləcə də Azərbaycan ərazisində mövcud 
olmuş ən qədim dövlətin – Alateyin (Arattanın) ərazisindən köçə-
rək gələrkən əski vətənlərinin adını yeni vətənlərinə gətirdikləri ki-
mi, öz dinlərini də gətirmişlər. Bundan xəbərsiz olduqları üçün di-
gər tədqiqatçılar həmin dinin köklərini bu dinə heç bir aidiyyatı ol-
mayan  şamanizmdə  axtarır,  Göy  Tanrı  (tenqriçilik)  dininin  nədən 
Ön Asiya mənşəli dinlərə, xristianlıq və yəhdiliyə bənzədiyini anla-
ya bilmirlər. Azərbaycan tədqiqatçısı B.Tuncay qeyd edir ki, şumer 
mətnlərini ilk dəfə oxumuş misgər Smitt oxudğu ilk mətndə “Bibli-
ya”  süjeti ilə,  Həzrət Nuhun  gəmisi  və tufan süjeti ilə üzləşmişdi. 
Və bu süjet “Bibliya”dan bir neçə min il daha qədin idi. İslam alim-
lərinin bildirdiyinə görə, ayrı-ayrı dövrlərdə ayrı-ayrı qəbilə və mil-
lətlərə müxtəlif peyğəmbərlər vasitəsilə göndərilən din heç bir za-
man dəyişməmiş, dəyişən yalnız şəriət (qanunlar) olmuşdur. Yəni, 
müxtəlif  dövrlərdə  ictimai,  siyasi  və  iqtisadi  şəraitə  uyğun  olaraq 
şəriət  (qanunlar)  dəyişmiş,  dini  inanc  əsasları  isə  sabit  qalmışdır. 
Elə bu səbəbdən də istər xristianlıq, istər yəhudilik, istər İslam, is-
tərsə də Göy Tanrı dini bir-birlərinə bu qədər bənzəyirlər. Məhz bu 
səbəbdən bütün dinlərdə eyni süjetlərə rast gəlinir. 
Tədqiqatçıları  maqarlandıran,  onların  araşdırılmasını  vacib 
hesab etdikləri digər bir məqam ondan ibarətdir ki, məlum olduğu 
kimi,  yəhudilik,  xristianlıq  və  İslam  dinlərində  peyğəmbərlər  ol-
muşdur. Bəs tenqriçilik necə, peyğəmbər və kitaba sahib olubmu? 
“Yeni Türk Ensiklopediyası”nın VIII cildində yazılır: “Peyğəmbər: 
Allah elçisi. Kəlmənin farscadakı mənası “xəbər gətirən” deməkdir 
və əski türk dillərində qarşılığı “yalvac”dır. Ərəbcədəki həm “Nə-
bi”,  həm  “Rəsul”  kəlmələrinin  qarşılığıdır”.  Deməli,  bu  gün  dili-
mizdə işlənməkdə olan “peyğəmbər” kəlməsi türk dilinə fars dilin-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
83
 
dən  keçmişdir  ki,  əski  türk  dilində  bu  sözun  qarşılığı  “yalvacdır”. 
Bir halda ki, dilimizdə “peyğəmbər” mənasında işlənmiş bir söz ol-
muşdur, bu o deməkdir ki, əski türklər İslamdan öncə də peyğəm-
bər tanımış, peyğəmbərliyin nə demək olduğunu bilmişlər. Rus təd-
qiqatçısı  V.V.Radlov  da  “Qədim  türk  lüğəti”  kitabında  bu  sözü 
“yalavac” kimi qeydə almış, onun “çapar”, “elçi” mənaları ilə yana-
şı  “peyğəmbər”  mənası  daşıdığını  da  qeyd  etmişdir.  O,  Mahmud 
Kaşğarlıdan aşağıdakı misalı da gətirmişdir: “Tenqri yalavacı itdi” 
(Allah  peyğəmbəri  göndərdi).  V.V.Radlov  Çin  Uyğurustanından, 
başqa sözlə, Şərqi Türküstanın Yar-Xoto məntəqəsindən əldə edil-
miş, İslamdan çox-çox əvvəllərə aid olan, uyğur əlifbası ilə qələmə 
alınmış 225 sətirlik fal kitabından başqa bir sitat da gətirir: “Tenqri 
yalavacı”  (Allah  elçisi).  Azərbaycan  tədqiqatçısı  B.Tuncay  yazır: 
“Qurani-Kərimdə  Həzrət  Adəmdən  Həzrət  Məhəmmədə  qədər 
124000  peyğəmbərin  gəlib-keçdiyi  bildirilsə  də,  onlardan  yalnız 
25-nin adı cəkilir. Daha 4 peyğəmbərin də adı hədislərdən məlum 
olur. Araşdırmalarımız bu peyğəmbərlərdən ən azı üçünün tenqriçi 
türklərə  məlum  olduğunu  göstərir.  Bunlar:  Həzrət  Adəm,  Həzrət 
Nuh və Həzrət Xızırdır. ... Şumer mənbələrində adı “Zisudra” kimi 
çəkilən Xızır peyğəmbəri Sibir və Altay türkləri “Qeser” adı altında 
tanımışlar.  M.Acı  yazır:  “Qeser  Şərqdə  çox  məşhurdur  ...  Onun 
haqqında çox şey məlumdur, böyük traktatlar yazılmışdır. Avropa-
da isə nə qədər qəribə olsa da, onun haqqında heç nə məlum deyil. 
Məlum olsaydı, yəqin ki, hətta mütəxəssis olmayanlar da İsa Məsi-
hin həyatı haqqında yazılanların sanki bu kitabdan köçürülənə bən-
zədiyi barədə sual verməkdən özlərini saxlaya bilməzdilər”. 
B.Tuncay hesab edirlər ki, tenqriçilikdə və ümumilikdə türk 
mədəniyyətində  Xızır  mövzusunun  öyrənilməsi  vacibdir.  Onların 
fikrincə, bu məsələyə 4 istiqamətdə yanaşılmalıdır: 1.Sibir və Altay 
türklərinin  dünya  görüşündə  Xızırın  (Qeserin)  rolu;  2.Şumer  ədə-
biyyatı  və  Xızır  (Zisudra);  3.Azərbaycan  folkloru  və  Xızır  surəti 
(bu istiqamətdə müəyyən işlərin görüldüyünü məlumdur); 4.Türk – 
İslam  sufi  mədəniyyəti  və  Həzrət  Xızır.  Yeri  gəlmişkən,  Həzrət 
Huh (qəbri Naxçıvan ərazisindədir) və Həzrət Xızırın Azərbaycanla 
birbaşa bağlılığının olduğunu qeyd etməyi lazım bilirik. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
84
 
Maraqlı suallardan digəri ondan ibarətdir ki, tenqriçilik dinin-
də din xadimi və ibadət yeri olubmu? V.V.Radlovun “Qədim türk 
lüğəti”ndə “tenqrikən” kəlməsi yer alıb ki, alim bu sözü M.Kaşğar-
lıya istinadən “qeyri-müsəlman türklərin din xadimi” kimi tərcümə 
etmişdir. Həmin sözün ardınca başqa bir kəlmə qeyd edilib: “tenqri-
lik”. V.V.Radlov bu sözü də “məbəd”, “ibadət yeri” kimi tərcümə 
edir.  V.V.Radlov  “Qədim  türk  lüğəti”ndə  qədim  türklərin  qurban 
ayini, qurban verilməsi adətlərindən bəhs edir; Yusif Balasaqunlunun 
“Qutaduqu Bilik” kitabına istinadən maraqlı bir misal cəkir: “gecələr 
uzun-uzun yatma, Tanrıya tapın sən”. Maraqlıdır ki, əski türk dilində 
bu  gün  fars  dilindən  alınaraq  işlətdiyimiz  “oruc”  kəlməsinin  də 
qarşılığı olmuşdur: “baçaq”. M.Kaşğarlı bu sözlə müsəlman türklərin 
xristianların orucunu adlandırdıqlarını qeyd edib. V.V.Radlov isə bu 
kəlmənin, ümumiyyətlə, hər hansı bir dindən asılı olmayaraq, orucu 
bildirdiyini  qeyd  etmiş  və  fikrini  “Manixeylərin  tövbə  duası”  kita-
bından  aşağıdakı  sitatla  əsaslandırmışdır:  “Əgər  bu  könüllü  və  ya 
məcburi  orucumuzu  pozsaq  ...”.  O,  eyni  zamanda  əski  bir  uyğur 
mətnindən  belə  bir  misal  çəkmişdir:  “Əgər  biz  qoşunlara,  ənənəyə 
uyğun olaraq oruca yaxşı əməl edə bilmədiksə ...”. 
Əski türk dini terminologiyasında “törə” və “törü” kimi kəl-
mələr  də  yer  almışdır  ki,  bu  kəlmələr  də  “qanun”,  “qanunlar”, 
“adət”,  “ənənə”  kimi  mənalarla  yanaşı  “şəriət”  (dini  qanunlar)  və 
“din” anlamında da işlənmişdir. Eyni zamanda əski türk dilində “tö-
rüçü” sözü də olmuşdur ki, V.V.Radlov bu sözü “dini təbliğ edən”, 
“imam” kimi tərcümə etmişdir. Bütün bu deyilənlərin əsasında təd-
qiqatçılar belə nəcəyə gəlirlər ki, Göy Tanrı dini yeni metodologiya 
əsasında, Şərq şamanizmi kontekstində deyil, Ön Asiya dinləri kon-
tekstində öyrənilməlidir. 
Bütün bu deyilənləri yekunlaşdıraraq belə bir nəticəyə gəlirik 
ki, türk tarixinin öyrənilməsi vacid olan məsələlərinə hələ də kifa-
yət qədər diqqət ayrılmaması səbəbindən, həllini gözləməkdə olan 
suallar az deyillər. 
ƏDƏBİYYAT 
1. Bəxtiyar Tuncay. Yunus Oğuza məktublar və ya qədim türk 
tarixinə yeni bir baxış. Bakı, 2005. – 236s. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə