Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə30/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   26   27   28   29   30   31   32   33   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
91
 
də Nəsrəddin Tusinin moğol hökümdarı Hülakü xanın üzərində bö-
yük təsiri olduğu məlumdur. Belə ki, bəzi rəvayətlərdə Hülakü xa-
nın  onun  təsiri  ilə  buddistlikdən  uzaqlaşıb  müsəlmanlığı  qəbul  et-
diyi qeyd  olunur. Tusi Moğolların Bağdada  yürüşündən  əvvəl on-
larla  əlaqə  yaradaraq  şiələrin  daha  az  ziyan  görməsi  üçün  əlindən 
gələni  etdiyi  haqqında  məlumatlar  da  mənbələrdə  yer  almaqdadır. 
Hətta Nəcəf və Kufədəki şiə ziyarətgahları da Moğollar tərəfindən 
dağıdılmamışdır. Dövrün ən möhtəbər mənbəsi olan “Səfvat üs Sə-
fa” əsərində hətta Hülaku hökümdarı Qazan xanın təriqətə meyilli 
olduğu  və  vəziri  Fəzlullah  Rəşidəddinin  Şeyx  Səfiyyəddinə  çox 
böyük  dəyər  verdiyi,  Ərdəbil  dərgahına  hər  il  pul  və  mal  yardımı 
göndərdiyi qeyd edilir. Həmçinin Rəşiddədin Ərdəbil hakimi oğlu 
Mir  Əhmədə  yazdığı  yeddinci  nəsihətində  Ərdəbil  xalqına  qarşı 
ədalət və cömətlik göstərməsini Şeyx Səfiəddinin vəlayət qapısına 
sığınaraq  onun  xeyir  duasını  almasını  istəyir.  “Səfvat  üs  Səfa”da 
Qazan xandan sonra hökümdar olan Olcaytu və Əbu Səidin də təri-
qətə  hörmət  etdiyi  haqqında  məlumat  verilir,  Əmir  Cobanla  Şeyx 
Səfiəddin arasındaki münasibətlərdən də danışılır. 
Elxanilər  dövlətini  bir  müddət  idarə  etmiş  Əmir  Çobanla 
Şeyx  Səfiəddinin  görüşü  haqqında  isə  dövrün  Osmanlı  tarixçisi 
Münəccimbaşı  belə  yazır:  Səfiəddinin  müridi  o  qədər  çoxaldı  ki, 
Əmir Çoban ona bizim əsgərimizmi çoxdur sizin müridinizmi? De-
yə soruşduğu zaman sizin əsgərləriniz belə bizim müridlərimizdir. 
Bundan  daha çox mümkündürmü? Cavabını verdi. Bu  fakt  həmin 
dövrdə təriqətin müridlərinin sayının nə qədər çox olduğunu demə-
yə əsas verir. 
Moğolların ardınca Teymurilər dövründə də Səfəviyyə təriqə-
ti öz müridlərinin sayının çoxluğu ilə fərqlənirdi. Hətta Teymurun 
təriqətə  hörmət  bəslədiyi  dövrün  mənbələrində  də  qeyd  edilir.  İs-
gəndər bəy Münşinin əsərində və müəllifi məlum olmayan “Tarixi 
Aləmarayi Şah İsmayıl” adlı mənbədə Teymurla dövrün Səfəviyyə 
Şeyxi Xacə Əlinin görüşü haqqında geniş məlumat verilir. 
Sədrəddindən sonra təriqətin başına keçən Xacə Əli dövründə 
(1392-1429)  Əmir  Teymurun  Osmanlı  üzərində  qələbədən  sonra 
geri qayıdarkən Ərdəbil dərgahını ziyarət etməsi bu dövrə aid mötə-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
92
 
bər  mənbələrdə  xüsusi  qeyd  edilir.  Bu  hadisə  haqqında  İsgəndər 
bəy Münşinin  “Tarixi Aləmarayi  Abbasi”  əsərində  geniş məlumat 
verilmişdir.  Teymur  Şeyxdən  nə  ehtiyacı  olduğunu  soruşduğu  za-
man dünyəvi işlərdən uzaq Şeyx ehtiyacları barəsində heç nə demir. 
Padişahın təkidlərindən sonra Allah rızası üçün Rum əsirlərini azad 
buraxmasını xahiş edir. Teymur öz razılıq barmağını gözünün üstü-
nə  qoyaraq,  bütün  əsirlərin  azad  olunması  barəsində  hökm  verir. 
Ərdəbildə və onun hüdudlarənda olan bir neçə kəndi və məhsuldar 
torpaqları da öz halal pulu ilə alaraq o müqəddəs türbəyə bağışladı. 
Buranın xəracının da o ali sülaləyə verilməsini buyurdu. 
Münşinin Rum  əsirləri deyə bəhs etdiyi Teymurun Bəyazidi 
məğlub  etdikdən  sonra  Osmanlıdan  əsir  olaraq  apardığı  minlərcə 
türkmən ailəsi idi. Türk tarixçisi Faruk Sümər bir çox araşdırmaçı-
nın doğru qəbul etdiyi bu məlumatı yalnış hesab edərək bunun hə-
qiqətlə heç bir əlaqəsinin olmadığını qeyd edir. O, öz əsərində yazır 
ki,  Teymur  Türküstana  Orta  Anadoluda  sıx  şəkildə  yaşayan  və 
Türkmənləşmiş  qara  tatarların  böyük  bir  qismini  zorla  köçürdüyü 
kimi, Azərbaycandan da 10 min evlik bir icmanı özü ilə aparmışdır. 
Amma  dövrün  tarixi  mənbələrinə  şərq  və  qərb  alimlərinin 
araşdırmalarına baxdığımız zaman Münşinin məlumatlarının Sümə-
rin qeyd etdiyi kimi yalnış yox, düzgün məlumatlar olduğunu gör-
mək mümkündür. Bəlkə də Ərdəbil dərgahının yönünü dəyişən ha-
disələrdən biri  də  bu olmuşdur.  Azad  edilən əsirlərin bir qisminin 
qəlbində  təriqət  sevgisi  formalaşaraq  geri  qayıtmış,  bir  qismi  isə 
dərgahda qalaraq Səfəvilərə xidmət etməyə başlamışdır. Anadoluya 
geri  qayıdanlar  hər  yerdə  Səfəvilərin  yaxşılıqlarından  danışırdılar. 
Bu da Səfəvi təriqətinin Anadoludakı şöhrətini daha da artırırdı. 
Həmçinin Teymurun Ərdəbil və ətrafındakı kəndləri də darül-
irşada  verməsi  ilə  dərgah  Şeyx  Əli  dönəmində  iri  torpaq  sahibinə 
çevrilmiş oldu. Süleyman Əliyarlı Azərbaycan tarixi kitabında yazır 
ki, XV əsrin I  yarısının sonlarında Şeyx İbrahim Şahənşah (1429-
1447) Ərdəbil vilayətinin artıq irsi feodal hakimi idi. Bu zamandan 
təriqətin hərbi siyasi təşkilatı bir ruhani dövlətə çevrildi. 
XIV – XV əsrlərdə bölgədə tez-tez hakimiyyət dəyişiklikləri 
baş verir. Hülakulərdən sonra Azərbaycan ərazisi Baharı tayfası da-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
93
 
ha  sonra  isə  Bayandurlu  tayfası  tərəfindən  idarə  edilir,  amma  bu 
tayfaların hökümdarları arasında da mübahisələr səngimir, nəticədə 
iqtisadiyyat tənəzzülə doğru getməyə başlayır və əhalinin sosial və-
ziyyəti  ağırlaşır.  Bütün  bu  hadisələr  əhalinin  Səfəviyyə  təriqətinə 
meylini artırır, təriqət getdikcə güclənərək siyası mübarizədə iştirak 
etməyə başlayır. Səfəvi təriqəti qısa zamanda Azərbaycan, Xorasan, 
İraq və Anadoluya yayılır. 
ƏDƏBİYYAT 
1. Abbasqulu ağa Bakıxanov. Gülüstani İrəm. Bakı: “Xatun Plyus”, 
2010, 301s. 
2. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər). prof. 
S.S.Əliyarlının redaktəsi ilə. Bakı: “Çıraq”, 2009, 872 s. 
2. Bilal Dedeyev. Safevi tarikatı Osmanlı devleti ilişkileri // The 
Journal of İnternational Social Research. vol 1/5.Fall 2008, 994 s. 
205-223-cü s. 
4. Faruk Sümer. Safevi devletinin kuruluşu və gelişiminde Anadolu 
türklerinin rolu. Ankara: “Güven matbaası”, 1976, 265 s. 
5. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi 
(Tarixe aləmaraye Abbasi). Bakı: “Şərq-Qərb”, 2010, 999 s. 
6. Mehmet Saray. Türk-İran münasibetlerinde şiiliğin rolu. Ankara: 
Türk Kültürü Araşdırmalar Enstitüsü Yayınları: 107, 1990, 78 s. 
7. Müneccimbaşı Dede Derviş Ahmed. Sahaif- ül- Ahbar.cilt III. 
İstanbul, 1869, s.286. Türkceleşdiren: İsmayıl Erünsal. 
8. Oktay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: “Azər-
nəşr”, 1993, 299 s. 
9. Ömər Faruk Təbər. XVI yüzyılda Kızılbaçlık farklılaşması. 
Ankara, 2005, 210 s. 
10. Roemer H.C. The Safavid Period. Vol 6.Cambridge, 1986, 600p. 
11. Şahı Ahmedov. Azerbacanda şiiliyin yayılma süreci. Ankara, 
2005,146 s. 
12. Zabil Bayramlı, Bəymirzə Şəbiyev. Azərbaycan Səfəvilər 
Dövləti (XVI-XVII əsrlər). Bakı: “Avropa”, 2016, 344 s. 
_________________________ 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə