Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə31/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   27   28   29   30   31   32   33   34   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
94
 
 
Elvin BABAYEV 
AMEA-nın Əlyazmalar İnstitutunun doktorantı, 
BDU-nun İlahiyyat fakultəsinin İslam ETM-nin elmi işçisi 
E-mail: babayevelvin90@mail.ru 
BUDDİZMİ QƏBUL ETMİŞ QƏDİM TÜRK BOYLARI 
Açar sözlər: qədim türklər, buddizm, məbəd, mədəniyyət, din 
Skif mənşəli ailəyə mənsub olan Budda b.e.ə.560-cı ildə Şi-
mali  Hindistanın  Karilavuttu  şəhərində  dünyaya  gəlib.  Buddaya 
görə doğulmaq iztirabdır və bu iztirabı arzu (hissiyat, cinsi zövq), 
qocalıq,  ölüm  kimi  iztirablar  təqib  edir.  İnsan  iztirablardan  ancaq 
arzu hissini söndürərək xilas ola bilər. İztirabların sona çatdığı yer 
isə  Nirvanadır.  Nirvana  bədənin  olmadığı  yerdir.  Xilasa  çatmanın 
yolu ilhamdır. Buddizmdə dua və niyaz yoxdur, bunun müqabilində 
idrakla məşğuliyyət vardır [3, s.25]. Onun yaşadığı illərdə Hindis-
tanda geniş yayılmış din ölkəni işğal etmiş ariyalıların (hindlilərin) 
dini olan brahmanizm idi. Brahman din adamları cəmiyyətin ən üst 
təbəqələrini təşkil edirdilər. Onlar xalqa qəddarcasına zülm edirdi-
lər [5, s.88]. Buddizm günümüzdən təxminən 2500 il əvvəl Hindis-
tanın cənub-şərqində ortaya çıxmışdır. 
Buddizmin başlıca iki məzhəbi Hiyanaya və Mahayana türk-
lərə təsir etmişdir. Türklər daha çox Mahayana məzhəbi ilə maraq-
lanmışdılar.  Buddistlər  fərdi  kamilliyi  əsas  aldıqları  üçün  “kiçik 
gəmi”  təlimini  qəbul  edirlər.  Türklər  isə  əksinə,  Mahayananı  əsas 
alıblar və buna səbəb həmin məzhəbin universalizm anlayışı ilə ya-
xınlığıdır [3, s.24]. Mahayana Buddizmi VII əsrdən etibarən köhnə 
parlaqlığını itirməyə başlamış və Orta Asiyada türklərin arasında X 
əsrdən  etibarən  İslamiyyətin  sürətlə  yayılması  qarşısında  silinmə 
yolunu tutmuşdur. Buna qarşılıq, Buddizmin birbaşqa qolu olan La-
manizm, XIII və XVI əsrlərdə iki ayrı dalğa halında Monqolustan-
da iştirak etmiş və bu çərçivədə bəzi Türk boylarına təsir etməyi ba-
carmışdır, lakin,təsirləri son dərəcə məhdud qalmışdır [4, s.269]. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
95
 
Təməlini tək Tanrı inancının meydana gətirdiyi Göy Tanrı di-
ninə mənsub olan Hunların  IV  əsrdə bəzi boyları Buddizmi qəbul 
etmişdilər. Xüsusilə Şərqi Hunlar, Çin mədəniyyəti içində  yox ol-
mamaq məqsədi ilə Buddizmi mənimsəyir və yaymağa çalışırdı. Bu 
barədə  ən  çox səy  göstərənlər, Çinlilərin  "Chüch'ü" dediyi Hunlar 
(Bütün Çini öz torpaqlarına qatan Hun xaqanı Göy xanın dövründə 
buddizm  Çinin  siyasi  həyatına  daxil  oldu.  Şad  Hun  isə  tamamilə 
buddizmin təsiri altına girmişdi. 336-ci ildə Çao bölgəsi tamamilə 
buddizmin təsiri altında idi. Buddizmin xalq üzərində yaratdığı psi-
xoloji  təsirlərin  hunlara  zərər  verdiyini  görən  Şad  Hunun  oğlu 
atasına qarşı sui-qəsd hazırladı. Amma sui-qəsd planı rahib Janqa 
tərəfindən hun hökmdarına xəbər verildi. O da oğlunu 26 nəfərlik 
ailəsi ilə birlikdə edam etdirdi. Bu hadisədən sonra Şad Hun dövlə-
tin  mərkəzi  Lo-yanq  və  Çanq-anda  buddist  memarlıq  ənənələrinə 
uyğun binalar və məbədlər tikdirməyə başladı. Şad Hun bütün vax-
tını məbədlərin inşasına ayırdığından 340-ci ildə Leao sülaləsinin 
hücumuna belə reaksiya verməmişdi. 344-cü ildə Lo-yanqda böyük 
bir məktəb tikdirən Şad Hun öz övladlarını və dövlət məmurlarının 
uşaqlarını  həmin  məktəbə  getməyə  məcbur  etdi.  Məktəb  buddist 
təhsil  verirdi  [2,  s.109])  və  əksəriyyətini  Türk  olaraq  bildiyimiz 
Tabğaçlar idi. Hunların Buddizm ilə təmasa keçdiyi ilk ətraflardan 
birinin  Hotan  olduğu  bilinməkdədir.  Hunların  şərqdəki  boyları 
Buddizmi  siyasi  səbəblərlə  və  xüsusilə  də  Çinin  mədəni  təsirinə 
qarşı öz mədəniyyətlərini qorumaq üçün qəbul etmişlər. Çünki e.ə. 
II əsrdə Hunlardan "Göy Tanrı" inancının olduğunu görürük. Tarix-
çi  Harun  Güngörün  ehtimalına  görə,  hətta  Oğuzxan  (Mete  –  Mo-
dun,  e.ə.II  əsr)  büt  ibadətinin  baş  düşməni  idi.  Bütlərə  inananlara 
qarşı böyük mübarizə vermiş, bütpərəstliyə dönən atasına qarşı cəb-
hə almış və onlardan təmizlik edərək köhnə dinini yenidən qurmuş-
dur. Metenin köhnə inancları ilə hökmranlıq etmə hərəkəti, öz dini 
inanclarına bağlılığın bir ifadəsidir. Müxtəlif dövrlərdə görülən xa-
rici dinlərin qəbulunda isə yuxarıda da qeyd edildiyi kimi, daha çox 
siyasi səbəblər rol oynamışdır [4, s.270]. Göytürk xaqanları Muğan 
(553-572)  və  Tasparın  (572-581)  bu  dini  qəbul  etdiyi  qeyd  edilir. 
Hətta  Taspar  xaqanın  buddizmi  öyrənmək  məqsədilə  “Nirvanasut-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
96
 
ra”nı  türk  dilinə  tərcümə  etdirdiyi  bildirilir.  Göytürklərin  Bəlxdə 
yaranan Tiginlər dövləti buddizmi rəsmi din olaraq qəbul etmişdilər. 
Türklər vasitəsilə buddizm Xorasanda geniş yayılmışdı [3, s.24]. Bu 
dövrdə  Buddizmin  bəzi  qanunları  öyrənilməklə  yanaşı  bir  çox  dini 
kitab  və  mətnlər  qədimi  türkcəyə  tərcümə  olunmuş,  bundan  əlavə 
Taspar Kağanın adı keçən Buddist rahibin təlqinləriylə, Budda məbə-
di və heykəli etdirdiyi da rəvayət edilməkdədir [7, s.80]. 
Bundan  əlavə  Göy  Türk  dövləti  zamanından  qaldığı  aydın 
olan və 580-ci illərdə yazılmış olan Bugut yazılarındaki Buddizmi 
qoruma və yaymağa istiqamətli bu ifadənin Tabo Xaqan tərəfindən 
şəxsən  verilən  bir  əmr  olduğu  təxmin  edilməkdədir.  "Böyük  yeni 
bir  Samgha  qur".  Bu  əmrdən  də  aydın  olacağı  üzrə  Tabo  Xaqan 
(Taspar xaqan) xalq içində və bölgədə Buddizmi yaymaq üçün çox 
səy göstərmişdir [6, s.96]. 
Buddizmin hamisi vəziyyətinə gələn Tabqaçlar, bu dinin təsi-
rilə  Çinin  köhnə  və  incə  mədəniyyətinin  cazibəsinə  qapılmışlar. 
Milli hiss və duyğularını itirən Tabqaçlar, yerli Çin xalqının başları-
na açdığı iqtisadi və ictimai problemlərdən səbəbilə getdikcə siyasi 
və  iqtisadi  gücünü  itirmişdlər  [4,  s.270].  Buddizm  Abar  (avarlar) 
xaqanlığı  dövründə  (350-550)  türklər  arasında  yayılmağa  başladı. 
Mənbələrdə Göytürk ölkəsinə gələn buddist rahib Jinaquptanın fəa-
liyyətlərindən  bəhs  edilir.  Çində  yaranan  türk  dövləti  Tabqaç  xa-
qanlığı (350-550) buddizmi rəsmi din halına gətirdi [3, s.24]. Çində 
buddizmi ilk olaraq kəndlilər qəbul etmişdilər. 
Göytürklərin suverenliyindəki ticarət yollarını yalnız ticarətlə 
məşğul olanlar deyil, missionerlik fəaliyyətlərində olan səyyahçı ra-
hiblər  də  istifadə  etmişlər.  Bahar  ayları  gəlincə  şəhərdə  oturanlar 
qruplar halında toplanır və Budda məbədlərini ziyarət etmək üçün 
ekskursiyalar nizamlayırdılar. Bu gəzintilərə qatılanların bir çoxları 
atlara  minər,  ox  və  yaylarını  qurşanar  və  ov  arxasınca  düşərdilər. 
Ayrıca qurban ayini üçün xüsusi mərasimlər edilərdi və Türk xaqa-
nı da dinin rahibi idi. Buddizmin inanc dünyasında heç bir canlını 
öldürməməyi və qan axıtmama prinsipi olmasına baxmayaraq edi-
lən ovlardan və qurban mərasimlərindən aydın olduğu üzrə türklər 
mənimsədikləri  hər  dinin  içərisində  öz  adət-ənənə  və  ənənələrini 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə