Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə32/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   28   29   30   31   32   33   34   35   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
97
 
davam etdirmişlər [4, s.272]. Onsuz da türklərin əsrlər boyu həyat 
tərzi halına gətirdikləri bu adətlərini bir anda tərk etmələrini də göz-
ləmək mümkün ola bilməzdi. 
Türklərin İslam anlayışı üzərində buddizmin geniş təsirləri ol-
muşdur.  Türk  təsəvvüf  anlayışında  yer  alan  tənasüh  (reenkarnasi-
ya),  hülul  (enkarnasiya),  şəkil  dəyişdirmək  (metamarfoz),  havada 
uçmaq (levitasiya) kimi mistik hallar birbaşa buddizmdən qaynaq-
lanır [3, s.24].  Bununla  birlikdə, Buddizm, Orta  Asiyada türklərin 
arasında, İslamiyyət ilə rəqabət edə bilməmiş (Təsadüfi deyildir ki, 
751-ci ildə baş vermiş Talas döyüşündə Orta Asiya türkləri Çin hü-
cumlarından qorunmaq üçün müsəlman ərəbləri köməyə çağırmış-
dılar [1, s.202.] Məhz bu döyüşdən sonra türklər Abbasilərin  güc 
mənbəyinə çevrildilər) və İslam dininin Türklərin arasında yayılma-
sına paralel olaraq, bəzi izlərin xaricində silinib getmişdir. 
ƏDƏBİYYAT 
1. Abbas Qurbanov. İslam Tarixi. 2-ci cild, Bakı, 2009, s.202. 
2. Əkbər Nəcəf. Hun Minilliyi. Bakı, 2015, s.109. (əlavə bax: 
Saadettin Gömeç. Türk-Hun tarihi. Ankara, 2002, s.263-264; 
Hüseyn Namık Orhun. Hunlar. İstanbul, 1938, s.87-88). 
3. Əkbər Nəcəf. İnanc Yaddaşı. Bakı, 2014, s.24-25. 
4. Harun Güngör. “Eski Türklerde Din ve Düşünce”. Türkler Ansik-
lopedisi, C.III, Yeni Türkiye Yayınları, Ankara, 2002, s.269. 
5. Harun Güngör. Türk bodun bilimi araştırmaları. Kayseri, 1998, 
s.88. 
6. Klimkeit H.J. Türk Orta Asyasında Budizm. Çev: M.T.Berber-
can.Türkiyat Araştırmaları Dergisi (Selçuk Üniversitesi), Sayı 26, 
Konya, 2009, s.96. 
7. Saadettin Gömeç. “Eski Türk İnancı Üzerine Bir Özet”, Ankara 
Üniversitesi Dil Tarih Coğrafya Fakültesi Tarih Araştırmaları 
Dergisi, C.XXI, Sayı 33, 2003, Ankara, s.80. 
_________________________ 
 
 
 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
98
 
 
Səidə QULİYEVA 
Bakı Dövlət Universiteti, 
Dünya azərbaycanlıları: tarixi demoqrafiya 
elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi, 
tarix üzrə fəlsəfə doktoru 
E-mail: seidequliyeva@gmail.com 
OSMANLI İMPERİYASI VƏ XƏLİFƏLİK 
Açar sözlər: xəlifə, türk, Osmanlı, Sultan Səlim, II Əbdülhəmid, 
Atatürk 
Müasir beynəlxalq münasibətlərdə baş verən hadisələr dövlət-
lərin dövlət və din münasibətlərinin öyrənilməsinə aktuallıq qazan-
dırıb. Xəlifəliyin Osmanlı imperiyasının tarixində roluna nəzər sal-
maq türk dövlətlərində dövlət və din münasibətlərinin, ümumilikdə 
isə  İslam  ümmətinin  xəlifənin  hakimiyyətinə  münasibətini  öyrən-
mək  baxımından  əhəmiyyətlidir.  Araşdırmalarımız  göstərir  ki, 
Azərbaycan tarixşünaslığında Osmanlı dövründə dövlət və din mü-
nasibətləri tarixi baxımdan araşdırılmayıb. Məqsədimiz Osmanlı ta-
rixinin  tədrisi  və  tədqiqi  ilə  əlaqədar  bu  mövzuda  olan  mövcud 
boşluğu aradan qaldırmaqdır. 
Ümumiyyətlə, dünya tarixində dövlətin bütün dinlərə eyni ya-
naşması hələ Çingiz xanın hakimiyyəti dövründə  məlumdur. Türk 
cəmiyyətlərində hər zaman yasa və törə hakim olmuş, dövlət və din 
işləri  bir-birindən  ayrı  olmuşdur.  İslam  xilafətində  isə  dövlətə  və 
dinə  rəhbərlik  bir  nəfərin  hakimiyyətinə  aid  idi.  Sultan  Toğrulun 
Bağdadı tutması ilə türk adətlərinə uyğun olaraq, yenidən dövlət və 
din  münasibətləri  ayrılır:  sultan  və  xəlifə  ayrı-ayrı  şəxslər  olur. 
Monqolların  hücumları  nəticəsində  xəlifənin  nəsli  Misirə  pənah 
aparır. Məmlüklər dövlətində də sultan hökuməti ilə paralel xəlifə-
lik mövcud olur. 
Osmanlı  dövləti  də  milli-dini  təməllərə  əsaslanan  qanunları 
əsasında idarə edilirdi. Dövlətin əsas ideologiyası qazilik idi, əsasən 
xarici siyasətdə xaçlılarla münasibətlər belə ideologiyanı formalaş-
dırmış, bu səbəbdən də hələ bəylik dövründən müsəlmanlar arasın-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
99
 
da hörmətləri artmağa başlamışdı. Fateh Sultan Mehmet isə Şeyxül-
islam vəzifəsini yaratmış və Osmanlıda din siyasi idarəetmənin nə-
zarətində olmuşdur. 
Sultan Səlimin Yaxın Şərq yürüşü zamanı 1516-cı ildə Xəlifə 
Suriya ərazində əsir götürülür və İstanbula gətirilir. Məkkənin şərifi 
Əbü`l-Bərəkət Kəbənin açarlarını və müqəddəs əmanətləri İsgəndə-
riyyədə olan sultana göndərir. 1517-ci il Rıdanya döyüşü ilə Məm-
lüklər dövlətini süquta uğradır. Sultan Səlim Ayasofyada dini mə-
rasimlə xəlifəliyi  qəbul  edir və ilk  Osmanlı  xəlifəsi olur. Osmanlı 
hüquqi dövlətdən teokratik dövlətə keçir. Osmanlı sultanları dövlət 
idarəçiliyinə daha çox üstünlük vermiş, bu səbəbdən də birbaşa xə-
lifə kimi fəaliyyət göstərməmişlər. Osmanlı xəlifəsi Krım, Bosniya, 
Trakiya  və  Trablüsqərb  ərazilərini  itirdikdə  müsəlman  təbəəsi  ilə 
əlaqədar  xəlifənin  dini  hakimliyini  bildirmişdir.  Rusiya  və  İtaliya 
müsəlmanlar  yaşayan  əraziləri  işğal  etdiyi  zaman  müqavilələrdə 
əhalinin xəlifəyə bağlı qalması əks olunmuşdur. 
II Səlimin dövründən başlayaraq din xadimləri dövlət idarəçi-
liyində  dini  tələblərin  təsirini  artırmağa  nail  olurlar.  1580-ci  ildə 
İstanbul  Rəsədxanası  dağıdılır.  “Dünyəvi  fənnlər  dünya  həyatı 
üçündür” fikri əsas tutularaq tədris prosesində dünyəvi fənnlər ara-
dan qaldırılır. Osmanlının bütün sahələri əhatə edən islahatçı hökm-
darı  Sultan  II  Mahmud  dövründə  yenidən  dünyəvi  fənnlər  tədrisə 
daxil edilir, dövrün tələblərinə uyğun olaraq orta  əsr qalıqlarından 
xilas olmaq üçün tədbirlər görülür. 
Dövlət və din münasibətlərində müəyyən dəyişikliklər Tənzi-
mat  və  II  məşrutiyyət  dövrü  dünyəvi  qanunlarında  əks  olunur. 
Müxtəlif dinlərdən olanlara münasibətlər bu qanunlarla tənzimlən-
məyə başlayır. Cizyə vergisi ləğv edilir. Başqa dindən və millətlər-
dən olanlar dövlət sistemində işləyə bilərdilər. Dini, irqi, milli ayrı-
seçkilik aparılmayacaqdı. 1917-ci ildə Ailə hüququ qanunu verilir. 
Bu qanunla qadınların hüquqları, mülk və vərəsəlik məsələləri tən-
zimlənməli  idi.  Dövrün  dünyəvi  tələbləri  və  İslam  dininə  uyğun 
məsələlər əks olunurdu. 
XIX  əsrin  ortalarından  başlayaraq  Osmanlının  ictimai-siyasi 
həyatında osmanlıçılıq, ümmətçilik, qəbrçilik, türkçülük və millət-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə