Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə33/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   29   30   31   32   33   34   35   36   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
100
 
çilik ideologiyaları formalaşır. Məhz dövlətin bütün dinlərdən olan 
təbəəsini  müdafiə  etdiyini  bildirən  ideologiya  osmanlıçılıq  ideolo-
giyası idi. Tənzimat dövründəki islahatlar da bu ideologiyaya əsas-
lanırdı. 
Bu dövrdə Osmanlıda formalaşan əsas ideoloji cərəyanlardan 
biri ümmətçilik idi, İslam birliyini əks etdirdi. Müsəlmanların xəli-
fəsi Osmanlı sultanı olduğu üçün, dünya müsəlmanlarının birliyinin 
yaradılması  və  hüquqlarının  qorunmasını  əsas  tuturdular.  Ən  gör-
kəmli  nümayəndələrindən  biri  Əhməd  Ağaoğlu  idi.  Sultan  II  Əb-
dülhəmid bu ideologiyanın tərəfdarı idi. Dövlət siyasəti, bir çox is-
lahatlar məhz bu ideologiyaya əsasən aparılırdı. Onun hakimiyyəti 
dövründə  Avropa  müsəlmanlarının  rahat  həcc  ziyarətinə  getməsi 
üçün Hicaz dəmir yolu çəkilmiş, Hicaz vilayətinin içməli su ilə tə-
minatı  üçün  su  təmizləyən  qurğular  yaradılmış,  Hindistan  müsəl-
manları ilə əlaqələr gücləndirilmişdir. Osmanlıdakı ümmətçilik Ru-
siya imperiyasında da ümmətçiliyin formalaşmasına, hər iki dövlət-
də fəaliyyət göstərən İttihadi-islamın yaranmasına səbəb olmuşdur. 
I  dünya  müharibəsi  dövründə  Osmanlı  sultanı  Mehmed  Reşadın 
cihat  elan  etməsinə  dünya  müsəlmanlarının  əksəriyyətinin  cavab 
verməməsi  ilə  bu  ideologiya  əhəmiyyətini  itirdi.  Cihada  əsasən 
Anadolu, Suriya, Rusiya imperiyası ərazilərində yaşayan türklər və 
ərəblərin bir hissəsi cavab verir. 
I dünya müharibəsi dövründə ermənilərin və yunanların türk-
müsəlmanlara qarşı qırğınları da ümmətçilik, türkçülük ideologiya-
sını qüvvətləndirirdi. Müharibənin sonunda imzalanan Müdros mü-
qaviləsi  və  dövlətin  bölüşdürülməsi  xalqın  milli mübarizəyə  qalx-
masına səbəb oldu. Sonuncu Osmanlı sultanı V Mehmed Vehdettin 
İstanbul  işğal  edilərkən  əmrində  olan  azsaylı  mühafizə  dəstəsini 
Ayasofya  məscidinin  mühafizəsinə  göndərir.  Yunanlar  məsciddə 
yenidən kilsə zənglərini vurmaq və məscidi kilsəyə çevirmək istə-
yirdilər. Sultan isə xəlifə kimi buna imkan vermir. Mübarizənin ilk 
dövründə işğalda olan paytaxt İstanbulun və sultanın xilası qarşıya 
məqsəd qoyulmuşdu. Sivas konqresində qəbul edilən andiçmə mət-
ninə əsasən dövlət idarəçiliyi və hüquq sistemi dəyişdirilir: bir nəfə-
rin  hakimiyyətindən  xalqın  hakimiyyətinə  keçirilir;  qərarlar  dini 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
101
 
inanca görə deyil, dünyəvi ədalət, elmi prinsiplərə görə verilir. Tür-
kiyə Böyük Millət Məclisi (TBMM) yaradılır, 1921-ci ildə Təşkila-
tı-Esasiyye  qanunu  qəbul  edilir.  Yeni  konstitusiyaya  əsasən  haki-
miyyət  xalqa  aid  edilir,  milli  iradə  xilafət  və  səltəndən  üstün  elan 
edilir. Şəriət hökmlərinin zamana uyğun istifadəsi nəzərdə tutulur. 
Lozanna  konfransında  xalqı  təmsil  edən  tərəf  kimi  TBMM-
nin  getməsi  üçün  1922-ci  il  noyabrın  1-də  İstanbul  hökumətinin 
xalqa  xəyanət  etdiyi  əsas  gətirilərək,  TBMM  306-307  saylı  qərarı 
ilə səltənətin ləğvini elan edir. Beləliklə, səltənət ləğv edilsə də, xə-
lifəlik qalırdı. 17 gün sonra Vahdettin ingilislərin Malaya gəmisinə 
sığınır. Xəlifəliyin Böyük Britaniyaya keçməməsi üçün Şeriyə nazi-
ri Mehmet vehbi  Vehdettinin xəlifəlikdən iskat  etməsi barədə  fər-
man hazırlayır. Xəlifəni seçmək ixtiyarı TBMM-yə, yəni xalqa ke-
çir.  Atatürk  TBMM-də  məsələni  səsverməyə  çıxarır.  18  noyabr 
1922-ci ildə 313 saylı qərarla Vahdettin xəlifəlikdən rəsmi şəkildə 
iskat edilir. Onun yerinə Əbdülməcid əfəndi hanədandan son xəlifə 
təyin edilir. TBMM tərəfindən ondan ancaq müsəlmanların xəlifəsi 
kimi fəaliyyət göstərməsi istənilirdi. Lakin xalq üçün xəlifə və sul-
tan eyni şəxs idi. Bu səbəbdən də xəlifə dini ayınlər zamanı dövlə-
tin  tövsiyyələrinə  əməl  etmir,  kənar  təsirlərə  məruz  qalır  və  onun 
vasitəsilə beynəlxalq problem yaratmağa çalışırdılar. Yaşanan siya-
si  və  dini  problemlər  nəticəsində  xəlifəliyin  aradan  qaldırılması 
məcburi olur. 1924-cü il martın 3-də TBMM xəlifəliyi aradan qal-
dırır. "Hilafetin İlgasına ve Hanedan-ı Osmaniye'nin Türkiye Cum-
huriyeti Memalik-i Hariciyesine Çıkarılmasına Dair Kanun" verilir. 
431  saylı  qanunun  mətnində  göstərilirdi:  “Xəlifəlik  hökumət  və 
cümhuriyyətin  anlam  və  kavramında  olduğu  üçün  xilafət  məqamı 
aradan qaldırılmışdır”. Şer'iye və Evkaf Vekaleti ləğv edilir. Onlara 
tabe olan məktəb və mədrəsələr də bağlanır. Dünyəviliyə keçid pro-
sesi başlayır. 
Lakin dünya müsəlmanları, xüsusilə Hindistan Bombey Xila-
fət Mərkəzi Komitəsi Antalya millət vəkili Rasih Kaplan vasitəsiylə 
xilafəti  TBMM-in  ifadə  etməsi  və  Atatürkə  xəlifə  olması  barədə 
təklif  göndərir.  Atatürk  isə  dövlətdəki  müsəlmanların,  bütün  əha-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
102
 
linin  idarəsinin  bir  nəfərin  deyil,  xalqın  özünün  əlində  olduğunu, 
seçkili nümayəndələrlə idarə olunduğunu bildirir. 
Həmin  vaxtdan  İslam  dünyasında  xəlifəliyin  bərpasına  heç 
kim  çalışmamışdır.  Lakin  ümmətin  xəlifəliyin  ləğvindən  başlayan 
birlik cəhdləri rəsmi dövlətlərin əməkdaşlıq etdiyi İslam Əməkdaş-
lıq Təşkilatının yaranması ilə nəticələnir. 
ƏDƏBİYYAT 
1. Ahmet Muncu. Cumhuriyyetin İlk Dönemlerinde Laiklik // Ata-
türk Ataştırma Merkezi. (Online). Mənbə: 
http://www.atam.gov.tr/dergi [Baxılıb: 12.11.2016]. 
2. Bağırova A. Türkiyə Cümhuriyyətində dövlət-din münasibətləri: 
dünyəvilik və demokratiya // Dövlət və din. İctimai fikir toplusu. 
Bakı, iyun, 2015, № 6 (35), s.28. 
3. Ethem Ruhi Fiğlalı. Din ve Devlet ilişkileri // Atatürk Ataştırma 
Merkezi. (Online). Mənbə: http://www.atam.gov.tr/dergi [Baxılıb: 
12.11.2016]. 
4. Ramazan Boyaçıoğlu. Atatürkün`ün Hilafetle ilgili görüşleri // 
Atatürk Ataştırma Merkezi. (Online). Mənbə: 
http://www.atam.gov.tr/dergi [Baxılıb: 14.11.2016]. 
5. Serap Taşdemir. Hilafet Sevdası Karşısında Milli Hakimiyyet 
Mücadelesi // Atatürk Ataştırma Merkezi. (Online). Mənbə: 
http://www.atam.gov.tr/dergi [Baxılıb: 02.02.2016] 
6. Teşkilatı Esasiye Kanunu. TBMM. Tertip Düstur. Cilt:1, s.196. 
(Online). Mənbə: 
http://kampus.beykent.edu.tr/Paylasim/Dosyalar/Anayasalar_12980
7210772392500.pdf [Baxılıb: 02.02.2016]. 
7. Sabri Hizmetli. Mustafa Kemal Atatürk`ün İslam Tarihi Anlayışı 
// Atatürk Ataştırma Merkezi. (Online). Mənbə: 
http://www.atam.gov.tr/dergi [Baxılıb: 14.11.2016]. 
_________________________ 
 
 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə