Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə42/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   38   39   40   41   42   43   44   45   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
127
 
 
19 May 2017, Bakı 
Bölmə iclasları – 10.00 – 12.00 
I Bölmə 
Türk xalqlarının yeni və müasir dövrlər tarixi məsələləri (1) 
Azər AXUNDOV 
Azərbaycan Dövlət 
Aqrar Universitetinin baş müəllimi 
Elgün ASLANOV 
Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi 
E-mail: e.aslanov85@mail.ru 
 
TÜRKÇÜLÜK VƏ AZƏRBAYCANÇILIQ 
İDEYALARI HAQQINDA 
Açar sözlər: milli mətbuat, milli burjaziya, millət, ideologiya, türk-
çülük, azərbaycançılıq 
XIX əsrin II yarısından Azərbaycanda kapitalist münasibətlə-
rinin inkişafı milli-demokratik fikrin formalaşmasına geniş imkan-
lar açdı. Milli mətbuatın yaranması - “Əkinçi”, “Ziya”, “Kəşkül” və 
sair mətbuat orqanları milli-demokratik fikrin oyanmasında böyük 
rol oynadılar. XX-əsrin əvvələrində isə Türk xalqları içərisində bö-
yük oyanış meydana çıxması ilə türkçülük ideologiyası yarandı. 
XX  əsrin  əvvəllərindən  başlayaraq  türk  xalqları  içərisində 
özünü  dərk  və  özünə  qayıtma  meyilləri  geclənməyə  başlayır.  Bu 
oyanış özünü daha çox Rusiyada göstərirdi. O dövrün siyahıya al-
masına  görə  Rusiyada  100-dən  çox  türk  dilli  xalq  yaşayırdı.  Ona 
görə də türkçülük ideologiyasının mərkəzi Rusiya sayılırdı.
 
Bakıda  H.B.Zərdabinin  nəşr  etdirdiyi  “Əkinçi”  qəzetində, 
sonra  isə  Baxçasarayda  (Krım)  İsmayıl  bəy  Qaspıralının  “Tərcü-
man”  qəzetində  geniş  inkişaf  edən  türkçülük  ideyaları  Rusiyadakı 
türk  xalqlarının  milli  şüurunun  formalaşmasında  və  inkişafında 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
128
 
mühüm rol oynamışdır. Türkdilli mətbuat turançılıq idealarının cü-
cərməsi üçün zəmin yaratmış oldu. 
M.Şaxtaxtinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi Rus”, Ə.Top-
çubaşovun  Bakıda  nəşr  etdiyi  “Həyat”,  Ə.Ağaoğlunun  buraxdığı 
“İrşad”,  Əli  Bəy  Hüseynzadənin  “Fiyuzat”  və  s.  mətbuat  orqanla-
rında türklərin özünüdərk və özünəqayıtması, onların tarixi dövlət-
çilik ənənələri ilə bağlı məqalələr diqqəti cəlb edirdi. Azərbaycanda 
türkçülük hərəkatının əsas ideoloqlarından biri Əli Bəy Hüseynzadə 
olmuşdur. “Fiyuzat” məcmuəsində Əli Bəy Hüseynzadə türk xalq-
larının  qüdrəti,  böyüklüyü,  mədəniyyəti  haqqında  yazmaqla  bəra-
bər,  ruslaşdırma  və  farslaşdırma  siyasətinə  qarşı  çıxır,  bu  siyasəti 
tənqid edirdi [1, s.45-46]. 
Əli Bəy Hüseynzadə türk qanlı, islam əqidəli, avropa düşün-
cəli fədailər yetişdirmək şüarını irəli sürürdü. O yazırdı:  “Fiyuzatın 
tutduğu yol türkçülük, islamçılıq və avropalılıq olmuşdur” [1, s.33]. 
Yuxarıda  adı  çəkilən  mətbuat  orqanlarında  daha  çox  türkçülük  və 
turançılıq ideyalarının genişlənməsinə diqqət yetirilirdi. 
Birinci Rus inqilabından sonra (1905-1907-ci illər) Rusiyada 
yaşayan  bir  sıra  türkçülük  ideyasını  yayan  ziyalılar  siyasi  şəraitlə 
əlaqədar Türkiyəyə müraciət etməyə məcbur oldular. Yusif Akçura 
oğlu (milliyətcə tatar idi), Əli Bəy Hüseynzadə, Əhməd Ağa oğlu, 
İsmayıl Bəy Qaspıralı və başqa aydınlar öz fəaliyyətlərini Türkiyə-
də davam etdirdilər. Onların təsiri ilə Ziya Göy Alp, Mustafa Ka-
mal Atatürk, Əli Kamal (Qahirədə “Türk” adlı qəzet nəşr etdirirdi) 
Zəki Toğan və başqa türkçü ideoloqlar yetişmişdilər [2]. 
XX əsrin əvvəllərində mətbuat orqanlarında daha çox türkçü-
lük və turançılıq ideyalarının genişlənməsinə diqqət yetirilirdi. Yəni 
bütün  türk  xalqlarının  vahid  Turan  dövlətində  birləşməsi  ideyası 
gündəmdə  idi.  Türkçülük  və  Turançılıq  ideyalarının  yarandığı  ilk 
mərhələni  Məhəmməd  Əmin  Rəsulzadə  “romantik  panturkizm” 
dövrü  adlandırmışdır  [3,  s.34].  Lakin  əhəmiyyətinə  baxmayaraq 
milli  şüurun  formalaşdığı  şəraitdə  gerçəkləşməsi  xəyal  olan  “ro-
mantik panturkizm” milli qüvvələrin tələbatına cavab vermirdi. 
Bir çox mənbələrdə, əsasən çar Rusiyasında Azərbaycan türk-
lərini  “tatar”  deyə  adlandırmışlar.  M.Ə.Rəsulzadə  ilk  dəfə  “Açıq 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
129
 
söz” qəzetində “müsəlman” və “tatar” kəlməsi yerinə “türk” kəlməsi 
işlətmişdi ki, bununla da “ümmət” və “ümmətçilik” dönəmini rəs-
mən  bağlamış  oldu,  onun  yerini  “milliyət”  və  “türk”  millətçiliyi 
adını alan yeni bir dönəm tutmuş oldu [4, s.34]. 
Türkçülük ideoloqları bir qayda olaraq türk aləminin hüdud-
larını müəyyən etməyə çalışaraq, bu işdə ərazi amilinə tez-tez mü-
raciət edirdilər. Əhməd Ağa oğlunun “Türk yurdu” jurnalında nəşr 
etdiyi “Türk aləmi” məqaləsi xüsusi ilə diqqəti cəlb edir. O, yazırdı: 
“Asiyanın üzərində ucalan Altay dağlarından axıb gələn türklər şi-
mal və cənubuna, şərq və qərbinə yayılmışlar. Türklər Çinin ən uc-
qar  bucaqlarından  Fillandiya,  Polşa,  Macarıstan  və  Şimali  Afrika-
yadək müxtəlif ərazilərdə səpələnmişlər” [4, 34]. 
Əhməd Ağa oğlunun fikrincə, türk aləminin ərazisi təxminən 
Avropa və Amerikanın birgə ərazisinə bərabərdir və bu ərazidə təx-
minən  70  milyon  türk  əhalisi  yaşayır.  Göstərmək  lazımdır  ki,  bu 
rəqəm müasir dövrdə 250 milyonu keşmişdir. 
XX  əsrin  sonlarından  başlayaraq  türkdilli  ölkələr  və  muxtar 
qurumlar arasında iqtisadi, siyasi, mədəni yaxınlaşmalar baş verdi. 
Bu siyasətin həyata keçirilməsində Ulu Öndər H.Ə.Əliyevin gördü-
yü işlər əvəzsizdir. Onun təşəbbüsü ilə Traseka layihəsi olan Böyük 
İpək yolunun bərpa olunması türk respublikaları arasında yaxınlaş-
manın əsasını qoydu. 
1993-cü ildə ilk dəfə olaraq türkdilli dövlət başçılarının İstan-
bulda  toplantısının  keçirilməsi  də  bu  ölkələrin  iqtisadi  və  mədəni 
cəhətdən yaxınlaşmasında böyük rol oynadı. 
Qlobal  dünyada  xalqların  yaxınlaşması,  millətçiliyin  aradan 
qaldırıldığı  bir  dövrdə  Azərbaycanda  türkçülük  siyasəti  ilə  yanaşı 
azərbaycançılıq siyasəti də gündəmə gətirilmişdir. Ulu Öndər H.Ə. 
Əliyev göstərirdi ki, biz türk mənşəli millətik və türkdilli xalqları-
nın dilinə məxsus olan dilimiz - Azərbaycan dilimiz vardır. Bu gün 
dünyada  azərbaycanlıların  sayı  50  milyondan  çoxdur.  Onların  ha-
mısının  ürəyi  Azərbaycanla  döyünür,  Azərbaycan  üçün  çalışır, 
onun  çiçəklənməsinə  öz  töhvələrini  verirlər.  Eyni  zamanda,  Azər-
baycanda yaşayan digər etnik azlıqlar da özlərini bu vətənin bir par-
çası hesab ederək azad və sərbəst yaşayırlar. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə