Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə43/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   39   40   41   42   43   44   45   46   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
130
 
Ulu Öndər H.Ə.Əliyevin sözləri ilə desək “Azərbaycan onun 
ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Bizi 
bir-birimizə  bağlayan  ideal  yaxınlığı,  mənəvi-əxlaqi  prinsiplərdir” 
[5, s.47]. 
ƏDƏBİYYAT 
1.Əli  Bəy  Hüseynzadə.  Seçilmiş  əsərləri.  “Şərq-Qərb”  nəşriyyatı. 
Bakı, 2017. - 447 səh. 
2.azerbaycanli.org/az/.html 
3.  M.Ə.Rəsulzadə.  Qafqaz  türkləri  (çapa  hazırlayan  Y.Akpınar). 
İstanbul, 1993. – 34 səh. 
4. XX əsrin siyasi tarixi. I hissə. Bakı, Şur nəşriyyatı, 1995. 
5. Əliyev H.Ə. Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bakı, 
2000. - 548 səh. 
_________________________ 
Şəbnəm CƏFƏROVA 
Bakı Dövlət Universiteti, “Türk xalqları tarixi” 
kafedrasının əməkdaşı, dissertant 
E-mail:shabnamhaciyeva@gmail.com 
 
ERMƏNİ MİSSİONER TƏŞKİLAT VƏ KOMİTƏLƏRİN 
ANTİTÜRK FƏALİYYƏTİ 
Açar sözlər: Osmanlı imperiyası, böyük dövlətlər, missioner təşki-
lat və komitələr, erməni patriarxlığı, erməni məsələsi 
Osmanlı imperiyasında maraqları toqquşan böyük dövlətlərin 
başlıca məqsədi imperiyanı iqdisadi və maliyyə cəhətdən asılı hala 
salmaq, qərb kapitalını burada yerləşdirmək üçün erməni burjuazi-
yasından lazımınca istifadə etmək idi. Hədəfə çatmaq üçün onlar ilk 
növbədə ruhanilərdən - missionerlərdən istifadə etdilər. Anadoluya 
gələn  xarici  missionerlər  ermənilər  arasında  protestant  təriqətini 
təbliğ etmək, onları Qərb mədəniyyətinə yaxınlaşdırmağa çalışırdı-
lar. Bu yolla missioner təşkilatlar ölkə ərazisində yaşayan ermənilər 
arasında dini ayrı-seçkilik yaradır, bundan öz məqsədləri üçün istə-
dikləri kimi istifadə edirdilər. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
131
 
Amerikan missionerləri 1819-cu ildən etibarən gəlməyə baş-
lamışdılar. 1832-ci ildə İstanbulda bir mərkəz qurulmuşdur. Missio-
nerlər ilk vaxtlar iki əsas iş üzərində - müsəlmanlara və Şərq kilsə-
sinə istiqamətlənmiş fəaliyyətlərini qurmuşdular. Müsəlmanlar üzə-
rindəki çalışmalar elə bir nəticə vermədiyindən əsas fəaliyyət Şərq 
kilsəsi  üzərində  cəmlənmişdi.  Belə  ki,  İstanbulun  Bəyoğlu  bölgə-
sində amerikalı missionerlər məktəb açaraq yəhudi, rum, erməni və 
katolikləri buraya cəlb etmiş, protestant məzhəbini yaymağa çalış-
mışlar. Lakin erməni ziyalıları İstanbul Erməni Patriarxlığına müra-
ciət  edərək  missionerlərin  ermənilər  və  digər  xristianlar  arasında 
bölücülüklə məşğul olduqlarını və dini ayrı-seçkilik saldıqlarını bil-
dirmiş,  amerikalı  keşişlərə  qarşı  tədbirlər  görülməsini  tələb  etmiş-
dilər. 
Anadoluda  “erməni  məsələsi”nin  meydana  çıxmasında  mis-
sioner təşkilat və komitələrinin fəaliyyətinin təhlilindən göründüyü 
kimi, XIX əsrin ortalarında keçirilən islahat fərmanları nəticəsində 
Osmanlı imperiyasını parçalamaq, Osmanlı ərazisindən keçən əhə-
miyyətli dəniz və quru yollarını ələ keçirmək üçün böyük dövlətlər 
müxtəlif vasitələr, o  cümlədən missioner təşkilatların xidmətindən 
məharətlə istifadə etmişlər. Böyük dövlətlər və onların dəstəklədiyi 
missioner təşkilatlar isə Osmanlı imperiyasında yaşayan etnik qrup-
ları, xüsusilə erməniləri əsas hədəf seçmişlər. Xristianların “əzilmə-
si”,  “təzyiq  altında  olması”  şüarlarını  əldə  rəhbər  tutmuş  erməni 
başbilənləri  bundan  yararlanmağa  cəhd  göstərmiş,  “erməni  məsə-
ləsi”ni dünya dövlətlərinin diqqətinə çatdırmağa çalşmışlar. 
Öz növbəsində burjaziyanın inkişafı milli hərəkatın inkişafına 
təkan  verdi.  Qeyd  etmək  lazımdır  ki,  Krım  müharibəsindən  sonra 
Osmanlı  imperatorluğunda  1856-cı  il  islahat  fərmanı  ilə  Osmanlı 
təbəəsi  arsında  heç  bir  irq  və  din  ayrılığı  olmadığı  bəyan  edilidi. 
Osmanlı  imperatorluğu  içərisində  qurulan  protestant  missionerləri 
1840-cı  ildən  sonra  imperatorluq  daxilində  dağıdıcı  və  yırtıcı  fəa-
liyyətə keçdilər. Zahirən din və məzhəb yaymaq istiqamətində fəa-
liyyət  göstərən  protestant  missionerlərinin  məqsədi  Osmanlı  kato-
liklərinin  hamisi  Fransa  və  Avstriya  ilə  provaslavların  hamisi  çar 
Rusiyasına qarşı imperatorluqda haqq iddia etmək və bunlar əley-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
132
 
hinə  imperatorluğun  daxili  işlərinə  müdaxilə  edə  biləcək  bir  pro-
testant icması yaratmaq idi. Çünki daha əvvəl eyni missiyanı kato-
lik və ortodoks azlıqları vasitəsi ilə həyata keçirməyə çalışan Fran-
sa, Avstriya və Rusiya Livan və Suriyadakı müsəlman və xristianlar 
arasındakı narazılıqlardan faydalanmaq yolu ilə “himayə” adı altın-
da Osmanlı dövlətinin daxili işlərinə müdaxilə imkanı əldə etmışlər. 
Osmanlı  dövlətinin  daxili  aləminə  nüfuz  etməyə  çalışan  bü-
tün dövlətlərin hər birinin tez-tez imperiyanın daxili işinə qarışmsı 
və  bütün  bunların  guya  xristianların  hüquqlarının  qorunması  na-
minə  edildiyini  açıqca  göstərən  tarixi  sənədlər  vardır.  Ermənilərin 
ged-gedə artan qiyamçı fəaliyyətinin əsas səbəbi də məhz bununla 
bağlıdır. Məhz bu tarixi mərhələdə ermənilərin qiyamları və terror-
çuluq ənənələri güclənmişdir. Bu ardıcıl terrorçu əməliyyatlar nəti-
cəsində və yuxarıda adları çəkilən dövlətlərin xeyir-duası ilə ermə-
nilər özləri üçün “erməni məsələsi” adlanan problem yaratmışdılar. 
ƏDƏBİYYAT 
1. Yusif Qazıyev. Erməni məsələsi: yalanlar, gerçəklər. Bakı, 
2009. - 344s. 
2. Samuel A.Uimz. Ermənistan terrorçu “xristian ölkələrinin gizli-
liklər”, ermənilərin böyük fırıldaq seriyaları. I cild, Bakı, 2004. - 
382s. 
3. Sedat Laçıner. Türk - erməni ilişkileri. İstanbul, 2004. - 408 s. 
4. Kamuran Gürün. Ermeni dosyası. Ankara: Bilgi yayın evi, 2012. 
- 474 s. 
5. Türkkaya Ataöv. Osmanlıların son döneminde ermeniler. Anka-
ra: Türk Tarih Kurum evi, 2002. - 343 s. 
6. Halil İnalcık. Devleti-aliyye. Osmanlı imperatorluğu üzərinə 
araşdırmalar- Tağayyür və fesad (1603-1656): Bozuluş və Kargaşa 
dönemi. İstanbul: Türkiye İş Bankası kültür yayınları, 2009, - 528 s. 
_________________________ 
 
 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə