Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə45/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   41   42   43   44   45   46   47   48   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
136
 
vuracaqmı Türkan vuranı, Türk qızı qoçaqdır, yoxsa ki, düşmən?!” 
(2, 58). Türkan onunla yarışda öz əli öyrəşən tüfəngindən yox, baş-
qa bir tüfəngdən istifadə edir ki, qüvvələr bərabər olsun. Təbii ki, 
bu sınaqdan Türkan qalib çıxaraq türk qadınına abidə qurur. Elə bu 
zaman düşmən növbəti hücuma keçir. Günboyu cəsarətlə müqavi-
mət göstərirlər. Birdən Türkangil olan səngərə mərmi düşür. Hasan 
bəy  ürəyindən  vurulur.  Yalnız  Xəlillə  Əhməd  sağ  qalırlar.  Susuz-
luqdan ürəkləri yanan bu insanlar parçı bulaq sandıqları yerə tutub 
doldururlar.  İçmək  istəyəndə  görürlər  ki,  qandır.  Bu  epizodla  şair 
türkün qələbəsinin nə qədər qanlar bahasına başa gəldiyini göstərir. 
Beşinci  pərdədə  Pera  Palas  lokantasında  türk  qəhvəsi  içən 
Atatürklə ingilis generallarının əhvalatı örnək kimi verilir. Atatürk 
döyüşdən kənar yerlərdə də türkün milli qürurunu uca tutaraq, düş-
mənə əyilmir. 
Poemada bir savaşın tarixçəsinə nəzər salınmaqla bütövlükdə 
türk əxlaqının, türk döyüş sənətinin tarixinə və bu gününə bələd ol-
maq  olur.  Bu  qələbənin  türk  xalqlarının  tarixində  necə  önəmli  bir 
yer  tutduğu  əsərdə  bütün  detalları  ilə  göstərilir.  Bu  səbəbdən  də 
poemanın bir örnək olaraq tədqiqi təqdirə layiq hal olar. 
ƏDƏBİYYAT 
1. Şirindil A. Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyat-
şünaslığı. Bakı, “Elm”, 2011. 
2. “Çanaqqala milli ruh”. Bakı, “Apostrof”, 2015. 
3. Bədirxan Ə. Azərbaycan ədəbiyyat tarixi. 3 cilddə, 2-ci cild. 
Bakı, “Apostrof”, 2010. 
4. Bəkir N. Elmlər şeir qovuşanda. Bakı, “Çaşıoğlu”, 2011. 
5. Təyyar S. Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri. Bakı, 
“Səda”, 2009. 
6. Bahadır Y. Eşq cəbhəsi. Bakı, “İpəkyolu nəşriyyatı”, 2015. 
7. Zəlimxan Y. Əsərləri. 13 cilddə. VIII cild. Bakı, “Şərq-Qərb”, 
2012. 
8. Zəlimxan Y. Əsərləri. 13 cilddə. XII cild. Bakı, “Şərq-Qərb”, 
2012. 
_________________________ 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
137
 
 
Sarvan BƏDƏLOV 
Sumqayıt Dövlət Universiteti, 
Tarix və Coğrafiya fakültəsi, müəllim, 
E-mail: sarvan.badalov1985@gmail.com 
 
RUSİYADA FEVRAL İNQİLABINA QƏDƏRKİ DÖVRDƏ 
TÜRKOLOGİYANIN İNKİŞAFI 
Açar sözlər: Rusiya – Türkiyə əlaqələri, Şərqşünaslıq, Osmanlışü-
naslıq, Türkologiya, Türk xalqları, Kazan türkologiya məktəbi 
Türkologiya  türk  xalqlarının  dillərini,  ədəbiyyatını,  tarixini, 
folklorunu, dinini, etnoqrafiyasını, maddi və mənəvi mədəniyyətlə-
rini öyrənən elm sahəsidir. Türkologiya üçün mühüm mənbələr VIII 
–  X  əsr  qədim  türk  runik  yazıları  (Orxon–Yenisey  yazıları),  VIII–
XVI əsrə aid qədim uyğur runik yazılı mətnləridir. Türk dilləri üzrə 
ilk ciddi əsər XI əsrdə yazılmış Mahmud Kaşğarlının “Divanu lüğət 
– it türk”üdür. XV–XVII əsrdə türkologiyanın başlıca tədqiqat ob-
yekti Osmanlı imperiyasının və Osmanlı dilinin öyrənilməsi olmuş-
dur. 1795-ci ildə Qərbdə ilk dəfə Parisdə türk dillərini öyrənən “Di-
ri şərq dilləri məktəbi” açıldı. 
Rusiyada türkologiyanın doğulmasını XVIII əsrin ikinci yarı-
sına  aid  edirlər.  Buna  qədər  türkləri  təsvir  edən  rus  salnamələri 
(“Ötən illərin povestləri”, Nestorun “Çarqrad (Konstantinopol) haq-
qında  povest”i),  həmçinin  xüsusi  məqsədlə  yazılmış  əsərlər  (İvan 
Peresvetovun  İvan  Qroznıya  təqdim  etmək  üçün  türklər  haqqında 
yazdığı traktat, Andrey Lızlovun “Skif tarixi”, Dmitriy Kantemirin 
Türkiyə tarixinə dair iki cildlik əsəri və s.) mövcud olmuşdur. 
Rusiyada  türkologiyanın  inkişaf  tarixini  şərti  olaraq  3  dövrə 
ayırmaq olar:  
1) yaranmasından 1917-ci il fevral burjua inqilabına kimi; 
2) 1917-1991-ci illər Sovet Rusiyası dönəmi; 
3) 1991-ci ildən bəri davam etməkdə olan dövr. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
138
 
Tarixən 3 böyük türkoloji mərkəz kimi Türkiyə, Almaniya və 
Rusiyanın  adı  çəkilməkdədir.  1857-1991-ci  illərdə  türkologiyanın 
ən güclü mərkəzi Rusiya olmuşdur. 
Tarixən  Çin,  Roma,  Bizans,  Ərəb  Xilafəti  kimi  imperiyalar 
türkləri müxtəlif yönlərdən incələmiş, onların xüsusiyyətlərini qələ-
mə almışlar. Lakin bu işin elmi-fundamental biçimə düşməsi sosial 
elmlərin  təsnif  olunması  və  universitetlərə  yol  açmasından  sonra 
baş  vermişdir.  Bu  istiqamətdə  ilk  işlər  Qərb  ölkələri  və  Rusiyada 
başlamış, türklərin tarixən alman və slavyandilli xalqlarla təması bu 
işləri  daha  da  sürətləndirmişdir.  Öncə  səyyahlar,  missionerlər  və 
dövlət adamlarının səylərilə türklər haqqında qısa biliklər və əsərlər 
hazırlanmış,  daha  sonra  universitetlərdə  tədqiqat  obyektinə  çevril-
mişdir. 
Rusiya  ictimaiyyəti  XV  əsrdən  etibarən  Osmanlı  imperiyası 
ilə  maraqlanmağa  başladı.  Rusiyanın  Səfirlik  Prikazında  Osmanlı 
ilə bağlı müxtəlif məlumatlar toplanıldı. Osmanlı haqqında ilk geniş 
informasiyalara Andrey Lızlovun “Skif tarixi” əsərində rast gəlirik. 
1552-ci ildə Qazan xanlığının alınmasından sonra Rusiyanın 
şərq və cənub istiqamətində genişlənmə xəttini götürməsilə qarşısı-
na müxtəlif türk xalqları çıxdı. Rusiyanın Avropa və dünya ölkələri 
miqyasında  bütün  sahələrdə  yüksəldilməsini  prioritetə  çevirən  I 
Pyotr (1672-1725) şərq dillərinin, o cümlədən türkologiyanın inki-
şafının  dövlət  siyasətinə  çevrilməsi  ilə  bağlı  rəsmi  əmrlər  verdi. 
Onun göstərişi ilə 1716-cı ildə Osmanlı türkcəsini, ərəb və fars dil-
lərini öyrənmək üçün 5 nəfər tələbə seçildi. 22 il (1688-1710) ərzin-
də İstanbulda Pyotrun müşaviri olmuş Dmitri Kantemir 1716-cı ildə 
latın dilində “Osmanlı krallığının yüksəlişi və tənəzzülü” adlı siste-
matik  məruzə  hazırladı.  1720-ci  ildə  isə  “Türk  imperiyasının  dini 
və dövlət idarəetmə sistemi”ni yazdı [4, 29-30]. 
Rus  ictimaiyyətinin  artan  marağı  ilə  əlaqədar  olaraq,  XVIII 
əsr boyunca Osmanlı imperiyası ilə bağlı çeşidli məlumatlar dövri 
mətbuatda dərc olundu. İlk rus qəzeti “Vedomosti” (1702-ci ildən), 
“Sankt-Peterburqskie  vedomosti”  (1727-ci  ildən)  və  “Moskovskie 
vedomosti” (1756-cı ildən) Osmanlı dövləti haqqında müxtəlif he-
sabat və məqalələr dərc etdilər [3, 598]. XVIII əsr rus-türk mühari-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə